Xəbər lenti

 Şrift:

     
                                   FAİQ BALABƏYLİ


 

  Müsahibim tanınmış şair-publisist, AYB –nin üzvü, “Ədəbiyyat”qəzetinin əməkdaşı, Prezident təqaüdçüsü Faiq Balabəylidir.

 

- Müsahibə verməklə aran necədir?

- Baxır kimə, hansı mətbuu orqana. Məsələn, sənə və “Personaya” müsahibə verməmək olmaz.
- Son zamanlar müxtəlif təbəqəli insanları: dilənçiləri, səfalət içərisində yaşayanları yazıya gətirirsən. Həyatın dibinə enmək marağı hardan yaranıb?

- Mənim diqqətimi daha çox o insanlar çəkir ki, kimsəsizdirlər. Onların ifadə tərzləri də səmimi olur.

Ardını oxu...

 Şrift:

             
                                      XAQANI QAYIBLI

Qonağımız, Estoniya Tartu Universitetinin Türk Dili Mərkəzinin müdiri, Estoniya  prezidentinin şəxsi tərcüməçisi, "Yenə canım söz gəzir" - 2014; "Qırx yaşım qırx sözüm" - 2004; "Türkcə-estonca, estonca-türkcə turist sözlüyü" - 2000; "Türkcə-estonca, estonca-türkcə danışıq kitabçası" - 2004; "Sənsiz ömrün bir ili" – 1999, kitablarının müəllifi, istedadlı şair Xaqani Qayıblıdır.  

- Xaqani müəllim, sizin bioqrafiyanız ictimai və elmi fəaliiyyətinizlə  kifayət qədər tanış olmaq imkanı verir. Amma biz, həm də, söz adamı olan Xaqani Qayıblı ilə söhbət etmək istərdik. Poeziyanın həyatınızdakı rolu?

- Poeziyanın həyatımda yetərincə rolu var. Poeziya mənim həyata baxışımı şəkilləndirib, fikir dünyamı formalaşdırıb, insanlarla münasibətimi tənzimləyib... və nəhayət məni başqalarından fərqləndirib.

Ardını oxu...

 Şrift:


Persona.az-ın bu dəfə ki qonağı şair- yazar Sayman Aruzdur.


 Xatırladaq ki, Sayman Həsənzadə 21 mart 1977-ci ildə Cənubi Azərbaycanın Sulduz şəhərində doğulub, ali təhsilini Təbriz Azad Universitetində alıb. İranda qadağa qoyulan "Sükut kimi sakit" , "Barış xətabələri" Bakıda nəşr olunan "Bahar gəlmədi", "Paltarlarım adamsızdır" , “A hərfinə uduzmaq” şeir kitablarının və "Yüz il inqilab" çapa hazırlanan “Bizi öldürməyə gəlirlər” romanlarının müəllifidir.

Ardını oxu...

 Şrift:

   
               ANDREY TARKOVSKİ

Persona.az-ın oxucuları üçün maraqlı olacağını düşünərək, bu dəfə
rus kinorejissoru, ssenaristi, film redaktoru, film nəzəriyyəçisi, teatr və opera rejissoru Andrey Arsenyeviç Tarkovskinin (1932-1986) ölümündən əvvəl İrena Brenza adlı jurnalistlə olan müsahibəsini təqdim edirik. Tarkovski

"Andrey Rublyov", "Solyaris", "Ayna" və "Stalker" kimi filmlərin müəllifidir. O, özünün yeddi bədii filmindən beşini Sovet İttifaqında çəkmiş, son iki filmi isə İtaliya və İsveçdə istehsal olunmuşdur.

 

- Mənə elə gəlir ki, spot işıqlarından narahat olursunuz. İnsanlarla təmasdan qaçırsınız. Məsələn, yalnız hərdənbir müsahibə verirsiniz.

-Bəli, ictimai insan deyiləm. Şöhrətin bəxş etdiyi üstünlüklərdən faydalanan, jurnalistlərlə təmasda olmaqdan xoşlanan insanlar vardır.

Ardını oxu...

 Şrift:


Persona.az-ın yeni layihəsi olan "BƏLƏDÇİ" -nin ilk qonağı millət vəkili, Qızıl Aypara Cəmiyyətinin könüllüsü və sədri Novruz Aslandır.


(Novruzəli Davud oğlu Aslanov (Novruz Aslan) 1963-cü il mart ayının 22-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.  «Varlı olmaq istəyirsənsə», «Xeyir və Şər», «Mənim düşüncələrim» (Qızıl Xaç və Qızıl Aypara hərəkatı haqqında), «Qızıl Aypara dünən, bugün, sabah», «Bir daha insan haqqında», «Əbədi həyat və möcüzəli varlıq», «Azərbaycan Qızıl Aypara Cəmiyyəti-zamanın axarında», «İnsan və onun möcüzəli dünyası» kimi ədəbi və elmi-kütləvi kitabların müəllifidir. Bunlarla bərabər o, bir çox sevilən mahnıların müəllifi, bir çox mükafatın laureatıdır.)
 

 Beləliklə, Novruz Aslanla söhbətimizi oxucularımıza təqdim edirik:

Ardını oxu...

 Şrift:


Persona.az-ın bu dəfəki qonağı tanınmış şair,
pedaqoq  Dəmir Gədəbəylidir.


 Xatırladırıq  ki, Dəmir Gədəbəyli Azərbaycanın ən qədim və səfalı rayonlarından birində - Gədəbəydə doğulub. Şairin bizimlə bölüşdüyü  fikirləri oxucularımıza təqdim edirik:

 - Dəmir müəllim, öncə bir qədər uşaqlıq illərinizdən, Bakıya ilk gəlişinizdən söz açardız, münkünsə...

 - Bəlkə də elə əzəmətli dağların, buz bulaqların, yaşıl meşələrin, saf insanların əhatəsində olmağım mənə ilham vermiş, ədəbiyyata, poeziyaya maraq oyatmışdır. Hələ orta məktəbdə oxuduğum zamanlardan şeir yazmağa başlamışdım, rayonda çıxan qəzetlərdə çap olunurdum. Orta məktəbi bitirdikdən sonra Bakıya gəldim, ADU ya daxil oldum.

Ardını oxu...

 Şrift:


26 sentyabr yazıçı Aslan Quliyevin doğum günüdü. Bu münasibətlə yazıçının müsahibəsini oxucularımızın diqqətinə çatdırırıq.


 Çoxumuz dünyaya başqa bir gündə, hətta başqa bir tarixdə təşrif buyursaq da, ad gününü pasportumuzdakı tarixə uyğun keçiririk. Sən necə, 26 sentyabr 1957-ci il həqiqi, doğma tarixdi, yoxsa sonradan yazılma?


Pasportda 01 aprel 1957-ci ildə anadan olduğum yazılıb. Əslində isə 26 sentyabr 1957-ci ildə anadan olmuşam. Ad günüm kimi də bu günü qeyd eləyirəm.

Ad gününü ən təmtəraqlı və ən sadə, lakin daha yaddaqalan qeyd etdiyin günləri xatırlayırsanmı? Ən təmtəraqlı nəyi ilə təmtəraqlı, ən sadəsi nəyi ilə sadə və yaddaqalandı?


Yalnız əlli yaşım tamam olanda dostlarımı bir araya toplayıb ad günü keçirtmişəm. Təmtərağı sevmirəm. Rayonda olanda bir şüşə konyak, şokalad, peçenye alıb Fikrətin yanına gedirəm. Konyakı stolun üstünə qoyub, bu gün mənim ad günümdür, deyirəm. İçir, ötən günləri yada salırıq. Axşam isə evdə oluram. 55 yaşımda araq, pendir, pamidor alıb dostumla meşənin içindən axan çaya getdik.

Ardını oxu...

 Şrift:


Persona.az_ın
 bu dəfəki qonağı filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, fəlsəfə elmləri doktoru Niyazi Mehdidir (Mehdiyev Niyazi Musa oğlu).

 -    Dövrümüzün filosofu kimi tanınan Niyazi Mehdi özünü bizə necə təqdim edə bilər, və ya O özü üçün kimdir?

 -    Sorunuz səmimiyyət tələb edir. Ancaq insanın hətta Allah qarşısında da tam səmimi olmağa gücü (kişiliyi?!) çatmır. Yəni insan hətta Allah qarşısında da özünü hər künc-bucağı işıqda oluban görünən otaq kimi bilmir. O elə davranır ki, sanki Tanrıdan gizlinlərini saxlaya bilər. Bir vaxtlar (bir vaxtlar deyəndə, 18-ci yüzildə) Jan Jak Russo «Tövbə yazıb» Fransanı şoka salmışdı…bəlkə tövbə şəklində cavab versəm, səmimi alınar? Yox, buna da gücüm çatmaz.

Mən kiməm? Tanışlarımın, tələbələrimin xeylisinin düşündükləri qədər yaxşı, suçsuz adam olmasam da hər halda pis adam deyiləm. Özümdə xoşuma gələn həmişə olmasa da tez-tez insaf səsini eşitməyimdir. Bir də o xoşuma gəlir ki, ürəyimdə paxıllıq qurdu, ya ilanı baş qalıdranda onu tanıyıram. Adam var ki, öz paxıllığını haqqın hiddəti kimi bilir. Mən elə deyiləm. 

Ardını oxu...

 Şrift:


-
Xoş gördük, Elçin bəy! Bu yaxınlarda, daha doğrusu, sentyabrın 16-da 50 yaşınız tamam olur. Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edir, uğurlar diləyirik. Həyat bioqrafiyanıza nəzər saldıqda görünür ki, bu əlli illik ömrünüz heç də hədər getməyib. Bir insanımaksimum nail ola biləcəyi qədəuğur qazana bilmisiniz. Elmi adlarınıvə titullarınıqədəçoxdur ki... Bəlkə özünüsadalayasınız...

      - Çox təşəkkür edirəm! Ən böyük titulum TÜRKlüyümdür!!! Elmi və ədəbi fəaliyyətlərim həm xarici ölkələrdə, həm də öz vətənimdə yetərincə dəyərləndirilib. Dünyada Texnika və Filologiya elmləri doktoru ünvanını daşıyan yeganə adam olmamdan qürur duyuram.

Ardını oxu...

 Şrift:


Qonağımız son dövrlər mətbuatda  biri-birindən maraqlı hekayələri ilə çıxış edən,  gənc və istedadlı yazar Mübariz Örəndir.


 - Xoş gördük! Mübariz, sən ədəbiyyata bir qədər gec gəldin, mənim fikrimcə. Amma ilk yazılarından ədəbi elitada maraq yarada bildin. Ədəbiyyata gəlişin hardan başlandı?

 -Xoş gördük. Narıngül xanım, mənə asandı demək ki, ədəbiyyata marağım hardan başladı... Ucqar bir dağ kəndində, - baxmayaraq ki, mən aran rayonunda doğulub, boya-başa çatmışam, bütün yay tətilini və orta məktəbin son iki ilini gözəl Cəbrayılda, babamgildə keçirmişəm - ikimərtəbəli daş evin üst mərtəbəsindən açılan heybətli, sinəbasan dağ mənzərəsinə, onun, adamın ayaqları altından Yeri çəkən, adamı çəkisizliyə salan dibsiz dərəsinə ilk nəzərimdə başladı.

Ardını oxu...

Sayğac