Xəbər lenti

 Şrift:

  Türk ədəbiyyatının ünlü və sevilən şairlərindən olan Cemal Süreyanın 1983-cü ildə yayınlanmış müsahibəsini, Persona.az-ın oxucularının da marağına səbəb olacağını düşünərək təqdim edirik!

 

Cemal Süreya ilə “Danışa-danışa"ya başlamaq çətindir.Haradan başlamalı? On ilə yaxındır girib çıxdığı, oturub danışdığı, çay içdiyi, sohbet etdiyi, yazı verdiyi, mübahisə etdiyi bu qəzet otağında, yer üzünün ən utancaq, ən özünəqapalı insan kimi görünən birinə "Yoxsuluq, gecələrimiz çox qısa”, “Dördnala sevişmək lazım" deyən şeirlərindən necə söz açılır? Nəsrlə, şeir, şairlərlə bağlı təyinetmələriylə, sınaqlarıyla başlasam, alacağım cavabı bilirəm: "Axı bu mövzuda çox yazdım, indi təkrar olur”. "Elə isə ən yaxşısı taa əvvəldən başlayaq...” - Dedim və başladı danışmağa:

 

1931-ci ildə doğulduğu Ərzincanda altı yaşına qədər "uşaq"lığı daddı Cemal Süreya. 

 

"Bu gün xatirələrdə Ərzincandan böyük bir bağçanın içində böyük bir ev qaldı. Hamısı bu qədər ... Bir də anamın eynək taxdığını xatırlayıram".


“Başqa? Uşaqlığın ilk xatirələrindən başqa nələrsə olmalıdır, hamısı bu qədər ola bilməz...”

 

"Başqa... Bir də bizim evin qarşısında böyük bir ev vardı. O evdə Perihan adlı bir qız vardı... Elə onun üzündən bacımın adını Perihan qoydum. Bəli, mən qoydum, ailədə tək oğlan uşağı idim. Şahzadə kimiydim. 

Ardını oxu...

 Şrift:

    Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış Türk hərbiçisi və siyasi xadim Ənvər Paşanın nəvəsi Osman Mayatepek, İzmirdəki Gediz Universitetinin tələbələriylə, babası Ənvər Paşayla bağlı olmuş maraqlı söhbəti zamanı babasıyla əlaqədar tarixi həqiqətlərin xalqa olduğu kimi çatdırılmasını istəyərək deyir:

Ardını oxu...

 Şrift:



  Müsahibimiz  AYB nin üzvü, “Azərbaycan” jurnalının əməkdaşı, şair Dayandur Sevgindir.   
              

 

- Şair Dayandur Sevginlə həmsöhbət olarkan insana ilk kod kimi   yorğun,  bir az da  taleyinə boyun əyən, vaxtından əvvəl ağsaqqal olmuş insan surəti ötürülür. Razısınızmı bu fikirlə?

- Demək olar ki, razılaşıram... Allah hər kəsə bir tale yazır,  bir  qocalmaq forması  qismət edir. Mənim taleim belə olub ki, ağsaqqallığı lap əvvəldən boynuma götürmüşəm,  öz bacı – qardaşlarıma atalıq etməli olmuşam. Kənddə toy olarkan mənim yaşıdlarım  mağarın arxasından məclisə  tamaşa edərdilər, mən isə keçib ağsaqqallarla içəridə  əyləşərdim. Bəzən o uşaqlar mənə həsəd aparırdılar.

Ardını oxu...

 Şrift:

 
   Rusiya informasiya agentliyi «Rosbalt», SSRİ xalq artisti, teatr və kino aktyoru Oleq Basilaşvili ilə intervünü dərc eləmişdir. Oxucularımız üçün maraqlı olacağını düşünüb dilimizə çevirməyi qərara aldıq.

- Oleq Valerianoviç, sizin də şahidi olduğunuz o müharibə çoxdan qurtarıb, belə görünür, indisə yeni müharibə başlayır. Siz bu haqda nə düşünürsünüz?

 

- 22 iyun 1941-ci il. Bu günü mən dəqiq xatırlayıram. Mən Moskvada idim, doğma Pakrovkada, 11 saylı evdə, 15 saylı mənzildə. Günəşli, aydın səhər idi. Anamla «Çistiy prud»la («Təmiz nohur») «Kolizey»ə (indi orda «Sovremennik» teatrı yerləşir) kinoya baxmağa gedirdik. Nəyə görəsə hamı qara geyinmişdi – mən belə xatırlayıram. Bu adamların arasında qırmızı beretli bir qadın dayanmışdı, bu qadın kinoteatrda biletləri yoxlayırdı və həyəcanlı halda nəsə danışırdı. Biz yaxınlaşdıq, anam nəsə eşitdi. Sonra isə mənim əlimdən yapışdı və  təlaş içində evə apardı. Əhvalım büsbütün pozulmuşdu, çünki biz kloun Karandaşın iştirakı ilə «Bizim həyət» kinosuna baxmalı, sonra isə Ümumittifaq kənd təsərrüfatı sərgisinə getməliydik.

Ardını oxu...

 Şrift:

   
                    Rəssam Afaq HƏBİBİ  ilə müsahibə



     UASB Az
ərbaycan təmsilçiliyinin “ART GALERY” sərgi salonunda yenidən canlanma vardı. Bu dəfə Afaq Həbibi və yetirmələrinin əsərlərindən ibarət rəsm sərgisinin açılışı idi. Açılış, demək olarŞ yüksək səviyyədə oldu. Bu dəfə sərgi, həm də ona görə maraqlı idi ki, Afaq xanımın yetirmələrinin öz uşaq təxəyyülü ilə yaratdıqları rəsm əsərləri izləyiciləri heyrətləndirdi. Afaq xanımın həyəcanı təbii hiss olunurdu. Artıq həyəcanlı anlar arxada qaldı. İndi isə Afaq xanımla söhbətimizi sizinlə bölüşmək istədim.

 

 Nəvai Metin:   Afaq xanım, necəsiz, həyəcanlı anları arxada qoydunuz?! Məncə, açılış gözlədiyimiz kimi alındı, gələn qonaqlarımız, sizin və yeniyetmələriniz haqqında danışan ziyalılar, sənət adamları, dostlar çox şad görünürdülər,siz necə, məmnun qaldınızmı?

Afaq Həbibi: Hə, rahat oldum bir az. Düz deyirsiz, büruzə verməsəm də həyəcan vardı, həm də ikiqat. Fərdi sərginin məsuliyyəti bir az başqadı, burada yetirmələrim qarşısında da bir məsuliyyətim vardı.

Ardını oxu...

 Şrift:




     Mir Mövsüm Ağa ziyarətgahının sədri Hacı Nizam Həbiboğlu ilə müsahibə

 

Mir Mövsüm Ağa ziyarətgahının yaradılması fikri və bu gözəl məkanın ərsəyə gəlməsi və bugünkü fəaliyyəti ilə bağlı danışmanızı istərdim.

 - Xalq arasında Ətağa adı ilə tanınan Ağa Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə 1950-ci ildə dünyasını dəyişib və gördüyünüz bu məkanda torpağa tapşırılıb. Ağa hələ sağlığında əfsanəvi bir nüfuza, insanlar arasında dərih hörmət və ehtirama malik olub. Ağamız bu gün də İçəri Şəhərdə ziyarətgah olan evində hər zaman insanlar tərəfindən ziyarət olunub. O, insanlara təskinlik, inam, mənəvi qüvvə təlqin edən, cəfadan qurtarıb şəfa verən, səfa gətirən fitri istedad, ecazkar qabiliyyət sahibi kimi böyük nüfuz qazanmış, şöhrəti Azərbaycanın hüdudlarını aşıb uzaqlara yayılmışdır. İndinin özündə respublikamızda, Bakıda vaxtilə seyidi görmək nəsib olmuş, ona pənah gətirmiş, xeyir-duasını almış, onun şəfaverici əllərinin təmasını duymuş çoxsaylı şahidlər yaşayırlar.

Ardını oxu...

 Şrift:

   
                                         İlqar TÜROĞLU


      Qonağımız, dəyərli ziyalı, hüquqşünas, şair İlqar Türkoğludur. Onunla müsahibəni təqdim edirik!

 - Xoş gördük! Hüquqşünas, şair, Türkçü və dost  İlqar Türkoğlu! Sizi kənardan belə tanıyırlar. Bəs öz nöqteyi-nəzərinizdən yanaşdıqda bu adlardan hansına daha çox üstünlük verərdiniz?

 

- Günaydın! Xoş gördük!  Doğrusu, heç vaxt özümü nə şair kimi görmüş, nə də bu cür təqdim olunmağımdan xoşlanmamışam. Düzdür, ara-sıra şeirlər yazıram, əgər onlara da şeir demək mümkün olarsa. Şeir mənim üçün fikir və düşüncələrimi müxtəlif tədbirlərdə insanlara  çatdırmaq  üçün  bir vasitədir. Yazdıqlarımın çoxu əsasən, yaşadığımız həyatın - bugünümüz və sabahımızın neqativlərini özündə əks etdirməklə cəmiyyətimizi bir çox pis vərdişlərdən uzaqlaşmağı  təbliğ edən şeirlərdir.

Ardını oxu...

 Şrift:

   
                                 Əlövsət BƏŞİRLİ
                                                       yazıçı - jurnalist


     Persona.az-ın bu  dəfəki qonağı,  uzun illər Azərbaycan jurnalistikasında çalışmış, Azərbaycan mediasının inkişafında böyük xidmətləri olmuş tanınmış jurnalist Əlövsət Bəşirlidir. O, Azərbaycan radiosu təbliğat  redakisiyasında  redaktor, respublika televiziyası gənclər redaksiyasında böyük redaktor, Jurnalistlər İttifaqının “Aşıq söz” qəzetində redaktor müavini , Mədəniyət Nazirliyinin “Mədəni – Maarif”  jurnalında  baş redaktor kimi vəzifələrdə çalışmış,  SSRİ Jurnalistlər İttifaqı mükafatının laureatı olmuş,  Azərbaycan Ali Sovetinin Fəxri fərmanı, Azərbaycan Mətbuat Şurasının mükafatı   və s bir çox  fəxri adlar və mükafatlara layiq görülmüşdür.

- Yazılarınızın birində belə bir obrazlı ifadə var: Kür mənim tərcümeyi-halımdır. Bəlkə bir qədər Kürdən söhbət açaq…

- Dünyaya gözümü Kürün qırağında, ata-baba yurdum Salyanın qədim Cəngən kəndində açmışam. Kürün suyu, balığı, çörəyi, mer-meyvəsi ilə boy atmışam. Onun qoynunda sapsağlam böyümüşəm. Lap ilk çağlarımdan, qonşunun uşağı çayda boğulanda özüm üçün bir həqiqəti «kəşf» etmişəm: Kür ana kimi mehriban, ata kimi sərtdir. İməkləyə bilməyən çağa anasının qucağında rahatlıq tapır, üzməyi bacarmayan Kürün qoynunda boğulur.

Ardını oxu...

 Şrift:

     
                                    NƏVAİ METİN
                                           rəssam


UASB –ULUSLARARASI AKTİVİST SANATÇILAR BİRLİYİ - nin Azərbaycandakı təmsilçisi, tanınmış rəssam Nəvai Metin bu günlərdə  KARACASU VAKFININ BAŞKANI, AFRODİSYAS sənat evinin sahibi prof.dr.Ali Küpelioğlunun dəvəti ilə Türkiyənin İzmir şəhərində sərgidə olub.

Həmişə olduğu kimi bu dəfə də Nəvai bəy səfər təəssüratlarını bizimlə  bölüşdü və biz də öz növbəmizdə  Aktivistllərin bu dəfəki sərgi təəssüratlarını sizlərə paylaşdıq.

-Nəvai bəy, UASB artıq Azərbaycan məkanında da geniş tanınmaqdadır. Gördüyünüz işlər,gələcək planlar haqqında nə deyə bilərsiniz?

- Dünyanın 30 - a yaxın ölkəsində təmsilçiliyi olan UASB –ULUSLARARASI AKTİVİST SANATÇILAR BİRLİYİnin üzvlərinin sayı gündən –günə artır. Məqsədi sənətə xidmət olan, dünyada ancaq sülhü, dostluğu təbliğ edən, hər tərəfə  sevgi toxumu səpən birliyimizin üzvlərinin  sayı  Azərbaycanda da gündən - günə  artmaqdadır.

Ardını oxu...

 Şrift:

 
Qonağımız, şair, filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğludur.

 -Nizami bəy, sizinlə tanışlığım və sonradan dostluğa aparan yol bir şeirinizdən başlayıb. Vətənlə bağlı bir şeir idi;

Haqqa yol gedirəm, yolum uzaqdı,

qarşımda Arazdı, arxamda dağdı,

ikiyə bölünən Ana Torpaqdı,

bizmi günahkarıq, ya sənmi, Vətən?

Təxminən on iki il öncə bu şeirə mahnı da yazıb səsləndirdik. O vaxtdan on iki ildən də çox vaxt ötüb. Siz günahkarı tapdınızmı? Kimdir günahkar, bizmi,ya  Vətənmi?

Ardını oxu...

Sayğac