Xəbər lenti

 Şrift:


                                              Alice MUNRO


     2013 –cü ildə Nobel Ədəbiyyat Mükafatını alan Kanadalı yazıçı Alice Munro, yaşlı olduğu üçün bəzi maneələrlə üzləşdiyinə görə İsveçdəki mərasimlərdə iştirak edə bilməyib. Əvəzindəİsveç Televiziyasının xarici müxbiri Stefan Asber yazıçılıq taleyindən bəhs etdiyi bir müsahibə verib. Həmin müsahibəni təqdim edirik. 

 

Oxumağa çox kiçik yaşlarımda maraq göstərdim. Bir nəfər mənə Hans Xristian Andersenin, “Kiçik dəniz qızı” adlı hekayəsini oxumuşdu və bilmirəm xatırlayırsınızmı, çox qəmli bir hekayədir. Kiçik su pərisi bir şahzadəyə aşiq olur, amma bir su pərisi olduğu üçün onunla evlənə bilmirdi. O qədər qəmli bir hekayədir ki, sizə detallarını anlada bilməyəcəyəm. Hekayəni oxuyub bitirdikdən sonra çölə çıxdım və kərpicdən tikilmiş evimizin ətrafında gəzişməyə başladım. Gəzişərkən hekayəyə özümdən xoşbəxt bir sonluq uydurdum və yazdım, çünki kiçik Dəniz qızının belə bir xoşbəxt sonluğa haqqı olduğunu düşünürdüm.

Ardını oxu...

 Şrift:


    Bu il Kimya sahəsində Nobel Mükafatı alan üç böyük alimdən biri, 1982-ci ildən North Karolina-Çapel Hill Universitetində müəllim olan türkəsilli Prof. Aziz Sancarla Sema Emiroğlunun telefon vasitəsilə müsahibəsini təqdim edirik. Müsahibə Türkiyənin “m.milliyet.com.tr” saytından götürülmüşdür.

 

“Mehriban, amma yorğun bir səslə türkcə "Alo" dedi, Aziz müəllim.

Özümü təqdim edib “Milliyet” üçün müsahibə almaq məqsədilə axtardığımı söyləyəndə "Səhərdən bəri danışıram, 10 dəqiqə sonra da Azərbaycan radiosu axtaracaq, amma istəsəniz bu vaxt danışaq" dedi dərhal. Vaxt məhdudluğuna baxmayaraq, əsasən "haralı” olduğuyla bağlı onu hirsləndirən suallardan, gənclərə tövsiyələrinə və Nobel mükafatının pulunu hara xərcləyəcəyinə qədər bir çox mövzuya toxundu...

Ardını oxu...

 Şrift:

         
     Dünya şöhrətli Meksika şairi Oktavio Pazın 1990-ci ildə  Nobel mükafatı alarkən söylədiyi nitq:

 
    “Əlahəzrət, xanımlar və cənablar, qısaca çıxış edəcəm. Ancaq vaxtı uzatmaq mümkün olduğundan, qorxuram, məni 180 saniyə ərzində dinləmək məcburiyyətində qalasınız.

Yalnız bir əsrin deyil, tarixi bir dövrün də sona çatmağına şahidlik edirik. İdeologiyanın dağılması nəyə gətirib çıxaracaq? Bu universal uyğunlaşmanın və bütün insanların azad olduğu bir dövrün başlanğıcıdırmı, yoxsa ixtilaf və zorakılığa yol aça biləcək qəbilə bütpərəstliyi və dini fanatiklikmi canlanacaq? Azadlığa və rifaha çatan güclü demokratiya daha azmı eqoist olacaq və bunlardan məhrum olmuş cəmiyyətlərə daha çoxmu anlayış göstərəcək?

Ardını oxu...

 Şrift:


                                          Ennio Marrikone
                                 
(10 noyabr, 1928)
                              İtalyan bəstəkar, dirijor və aranjimançı



     Beş yüzə yaxın uzun metrajlı və televiziya filminə musqiqlər yazmış, dünyanın ən yaxşı rejissorlarıyla əməkdaşlıq etmiş və saysız "Golden Globe və Grammy" mükafatı almış dünya şöhrətli italyan bəstəkar, aranjimançı və dirijor .

Filmlərə yazılmış musiqisilərdən söz düşüncə ilk ağla gələn bəstəkarlar, Hans Zimmer və John Williamsla Ennio Marrikonedir. "Bir zamanlar Qərbdə", Yaxşı, pis və zalım" kimi əfsanəvi filmlərin bəstəkarı Marrikone, kino tarixinə düşmüş musiqilərin müəllifidir.

Kariyerası boyunca Brian De Palma, Sergio Leone, John Carpenter, Oliver Stone və Terrence Malick kimi istedadlı rejissorlarla çalışan Ennio Morrikone musiqilərini, 2001-ci ildən bütün dünya səhnələrində səsləndirir.
Parisdə on min adamın qarşısına çıxacağı konsertiylə bağlı Fransanın paytaxtında olan Morrikone, "Paris Match" jurnalı müxbirinin suallarını cavablandır. Həmin maraqlı müsahibəni təqdim edirik!

Ardını oxu...

 Şrift:


  Etibar Nəcəfov: "Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır".

 

     Varşavada İnsan ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunan ATƏT-in müşavirəsi keçirilmişdir

    Xəbər verdiyimiz kimi, Polşanın paytaxtı Varşava şəhərində İnsan ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş ATƏT-in müşavirəsinin 29 sentyabr-1oktyabr tarixlərində keçirilən sessiyalarında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov iştiraketmişdir. Bu tədbirlə bağlı biz Etibar müəllimlə görüşüb ondan müsahibə almışıq.

 

     Sual: Yaxşı olardı ki, Siz əvvəlcə müşavirə haqqında oxucularımıza qısa məlumat verərdiniz.

    Bu suala cavab verməkdən öncə bir neçə söz ATƏT-in (Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı- Red.) insan ölçüsü konsepsiyası haqqında demək istərdim. İnsan ölçüsü - insan hüquqlarına, qanunun aliliyinə və demokratiyaya aid olan norma və fəaliyyəti özündə ehtiva edir. ATƏT-in İnsan ölçüsü konsepsiyası onun təhlükəsizlik konsepsiyasının əsasını təşkil edən 3 tərkib hissədən biridir.

Ardını oxu...

 Şrift:


                                                Pablo NERUDA



      30 Sentyabr, 1969-cu ildə Çili Kommunist Partiyasının prezidentliyə namizədi olan Pablo Neruda, o tarixlərdə etdiyi bir çıxışında "Həyatımı şeir və siyasət deyə ayırmağı heç düşünməmişdim," demişdi.

    Güclü bir namizəd olmasına baxmayaraq namizədlik kreslosunu Salvador Alyendeyə verən şair, "Mən, on illərdir ölkəmin milli mövcudiyyətinin təhlükələr və çətinliklər içində olduğunu bilərək yaşayan və insanlarının həm qayğısından, həm də sevincindən bir parça alan bir çililiyəm. Bunlara yad deyiləm, bunların içindən gəlirəm, o insanların bir parçasıyam. Fəhlə sinifindən olan bir ailədən gəlirəm ... Heç bir zaman iqtidarın yanında olmadım. Missiyamın və vəzifəmin Çili xalqına xidmət etmək olduğunu hiss etdim və bunu Hərəkətlərimə, şeirlərimə yansıtdım.

Ardını oxu...

 Şrift:


    İllər öncə bir şair tanımışdım; şair kimi istedadlı, insan kimi mehriban, gülərüz. Öncə bir şeiri tanıtmışdı onu mənə. Əlimə düşən şeirlər kitabından birində bir şeir diqqətimi çəkmişdi. Musiqiyə yatımlı, maraqlı bir şeir idi və bu şeiri nəğməyə çevirmək istəyim yarandı:

Bu gözəlin çiçək açan vaxtıdır

Bu dünyaya işıq saçan vaxtıdır

Ilk görüşə oğrun qaçan vaxtıdır

Ulu Tanrım, gözün olsun bu qızda

 

Nəydi çaxan, de, şimşəkmi, baxışmı?

Nəydi yağan, göz yaşımı, yağışmı?

Deyən, qəlbi sinəsinə sığışmır!

Ulu Tanrım, gözün olsun bu qızda!

 

Ünvanını hələ həsrət döyməyib,

Ürəyini kədər yükü əyməyib,

Gül üzünə yad nəfəsi dəyməyib,

Ulu Tanrım, gözün olsun bu qızda.

 

Və bu nəğmə yarandı, ifa etdim, radioda səsləndi. Elə bu nəğmə də Eldar bəylə aramızda bir tanışlıq körpüsünə çevrildi. Çox yaxın, sıx əlaqələrimiz olmasa da, ara-sıra tədbirlərdə görüşəndə, daim onun qaynarlığını, mehribanlığını hiss etdim. Üzündəki təbəssüm də heç zaman solmadı. İllər sonra acı ölüm xəbərini eşidəndə isə çox üzüldüm.

Yaxın günlərdə sosial şəbəkədə Alı adlı bir gəncdən mənə dostluq istəyi gəldi. Eldar Nəsiblinin oğlu olduğunu bildirincə, çox xoşhal oldum. Sonra atasının şeirlərini göndərdi ki, saytımızda dərc edək. Amma bundan öncə istədim, onunla daha yaxından tanış olaq  və atasıyla, onun yaradıcılığıyla bağlı bir az söhbətləşək.

 

 Alı bəy, necəsən?

Allahın köməyilə yaxşı olmağa çalışırıq.

Təhsilin, işin varmı?

Azərbaycan Maliyyə İqtisad Kollecini bitirmişəm. Özəl şirkətlərin birində çalışıram. 

Müşahidələrimə əsasən deyim ki, sosial şəbəkədə atanın şeirlərinin təbliğinə, bir şair kimi onun yeni nəsillərə tanıtımına can atırsan.

Təbii, fikrimcə, bu, hər bir övladın mənəvi borcudur.

Eldar Nəsibli Sibirel 1982-ci ildə SSRİ yazıçılar birliyinin üzvü olub. Sovet postməkanı dövründə şerlərinin çapına Respublika və İttifaq mətbuatında geniş yer ayrılıb.

Ardını oxu...

 Şrift:

Əsl adı Qaston Qrenassia olan Enriko Makias, 11 dekabr 1938 – ci ildə Əl-Cəzairin Konstantine şəhərində anadan olub. Yəhudi mənşəli Cəzayir əslli Fransa müğənnsi Enriko Makias uşaqlıqdan etibarən gitara çalır.

Musiqi müəllimi olmaq üçün təhsil alsa da, musiqidən ayrıla bilmədiyi üçün müəllimlik etmir. 29 iyul, 1961 – ci ildə arvadı Suzi ilə Əl-Cəzairi tərk edərək Fransada məskunlaşır. Musiqi işlərini orada davam etdirir, ad kimi də Enriko Makias adından istifadə etməyə başlayır.

1962-ci ildə ilk valını yazdırır. Fransız televiziyasına çıxır və bir gecədə məşhur olur. 1964-ci ildən etibarən Paris Olimpiya, Orta şərqdə uğurlu bir turne, Livan, Yunanıstan, Türkiyədə, Moskvada “Dinamo” stadionunda, digər Sovet şəhərlərində, Yaponiya, İspaniya və İtaliyada konsertlər verir.

Ardını oxu...

 Şrift:


      “Tiffanidə səhər yeməyi”(
Breakfast at Tiffany's), “Soyuqqanlılıqla”(In Cold Blood) kimi əsərlərinə film çəkilən Amerika yazıçısı Truman Kapotenin “Paris Review” jurnalında dərc olunmuş müsahibəsini ixtisarla “Persona.az”ın oxucularına təqdim edirik:

 

Yazmağa nə vaxt başladınız?

 

Mobile yaxınlığında yaşarkən, 10 -11 yaşlarında olarkən başladım. Şənbə günləri diş həkiminə getmək üçün şəhərə getməyə məcburdum. Bir gün “Mobile Press Register” tərəfindən təşkil edilən “Sunshine Club”a qatıldım.

 Uşaqlar üçün yazmaq və boyamaq yarışlarının təşkil olunduğu bir səhifə var idi və hər şənbə pulsuz Nehi  (Nehi: "nihay" kimi oxunur. Amerikada 1924 – cü ildə bazara çıxarılmış bir içki markasıdır) və Coca-Cola verirdilər.

Ardını oxu...

 Şrift:

 
                                                 Henri MİLLER


 

    “Xərçəng tropiki" adlı ilk kitabı 42 yaşındaykən Parisdə nəşr olunduqdan sonra senzura, pornoqrafiya, və ədəbsizliklə mübarizə aparmaq məcburiyyətində qalan yazıçı Henri Millerin, roman yazma prosesinə və roman sənətinə dair düşüncələrindən ibarət müsahibəni təqdim edirik.

 

Öncə, yazmağa necə başladığınızı bizə danışa bilərsinizmi? Yazmaqdan əvvəl Heminquey kimi qələmlərinizi itiləyirsinizmi, yoxsa “mühərrik” deyilən bir şeyiniz yoxdurmu? 

Xeyr, ümumiyyətlə yoxdur. İşə ümumiyyətlə nahardan sonra başlayıram. Makinanın qarşısında otururam, əgər yazmalı bir şey tapa bilməsəm əl çəkirəm. Amma xeyr, bir hazırlıq mərhələsi deyil.

Daha yaxşı işlədiyiniz günlər və ya müəyyən vaxt bölgüsü varmı?

Səhərlər seçim edirəm və yalnız iki və ya üç saat ayırıram. Yazıçılığa yeni başladığım vaxtlar gecə yarısından sonra yazmağa başlayırdım. Parisə getdikdən sonra fərqinə vardım ki, səhərlər işləmək gecə yarısından sonra işləməkdən daha yaxşıdır.

Ardını oxu...

Sayğac