Xəbər lenti

 Şrift:



   "Persona.az" vaxtaşırı gənc yazarların şeir və hekayələrini dərc edir, onların tanınmasına çalışır. Belə gənc yazarlardan biri də Cavanşir Muraddır. Bir çox istedadlı gənclər kimi Cavanşirin də istəyi bir şair kimi geniş oxucu audioriyasında, ədəbi mühitdə tanınmaq, təbliğ olunmaqdır. Biz də sayt olaraq, onun bu arzusunu qismən gerçəkləşdirmək istədik. Bu məqsədlə də gənc yazarla müsahibəni oxucularımıza təqdim edirik!

    Cavanşir bəy, özün haqqında oxucularımıza ətraflı bilgini, mənə belə gəlir elə sən özün versən daha yaxşı olar!

-Mən Cavanşir Muradov.1996-cı ildə Bakı şəhərində doğulmuşam.Cəmi 20 yaşım var.Bakı Avrasiya Universitenin 2-ci kurs tələbəsiyəm.Bir çox şeirlər, məqalələr, və hekayələrin müəllifiyəm.Qısaca belə demək olar ki, Tanrı tərəfindən hansısa missiyanı yerinə yetirmək üçün göndərilən biriyəm.

Ardını oxu...

 Şrift:

                                              Joze Saramaqo


       “
Müdriklik, dünyadakı şoudan xoşbəxt ola bilməkdir
 
1998-ci il, Nobel Ədəbiyyat mükafatının sahibi, məşhur Portuqaliyalı romançı Joze Saramaqonun Türkiyəyə gəlişi zamanı türk jurnalist Ali Pektaşın onunla olan maraqlı müsahibəsini təqdim edirik.
 
  Həyatınızı, 1979-ci ildən sonra yazıçılığa həsr etdiyinizi demişdiniz. Bu çox əhəmiyyətli qərarın altında yatan ən mühüm faktor nə idi?

  1974-cü ildə böyük bir dəyişiklik baş verdi, Portuqaliyada. 1975-ci ildə də əksinqilab deyilə biləcək bir hərəkat meydana gəldi. Mən bu əksinqilabda işimi itirdim. Siyasi həyatda iştirak etdiyim üçün yeni təsis edilən güc mərkəzi məni işimdən etdi, küçəyə atdı. O dövrdə yazıçı olaraq həyatımdakı ən mühüm qərarı qəbul etdim. İş axtarmadım və yazıçı olaraq hansı nöqtəyə qədər gedə biləcəyimi araşdırdım. Bir neçə il tərcümə edərək həyatıma davam etdim, bu arada da bir yazıçı olaraq yolumu axtardım.

Ardını oxu...

 Şrift:



      Bu günki müsahibimiz həkim, şair, yazıçı Qalib Şəfahətdir.

     Qalib Şəfahət adı çəkiləndə ilk təsəvvürə gələn bir söz adamı olur. Yəni şair, yazıçı Qalib Şəfahət. Siz özünüzü daha çox şairmi, nasirmi hesab edirsiniz?

      İstər şeir, istərsə də nəsr olsun, mənim istəyim sözu incitmək, xətrinə dəymək,  yaxud  qolunu-qanadını sındırıb şikəst edmək olmayıb.  Nə də sözü yaralayıb başlı-başına buraxmamağa çalışmışam. Sözün qarğışından qorxmuşam. Sözü əzizləmək, sözə sığal çəkmək istəyi ilə yaşayıram. Ona görə sözlə ehtiyatlı davranmağa çalışıram.

    Siz özünüzü daha çox şairmi, nasirmi hesab edirsinizmi? -sualına gəldikdə isə mənim üçün fərqi yoxdur. Əsas fikrim sözdən nəyisə, nəsə yaratmaqdır.

      Oxucuların yaddaşında daha çox nə ilə qalıramsa, demək onda varam. Oxucu gözü tərəzidir. Bir çoxları kimi mən də ədəbiyyata şeirlə  gəlmişəm.

Ardını oxu...

 Şrift:


    ABŞ prezidenti Barak Obama, Türkiyədə yaşayan və ABŞ-a köçməyə hazırlaşan, Suriyadakı müharibənin qurbanına çevrilmiş suriyalı bir alimlə əlaqədar Feysbukda bir həmrəylik statusu paylaşıb.

Adı açıqlanmayan suriyalı alim öz kədər dolu həyat hekayəsini danışıb: "Ailəm təhsilimə çox dəstək oldu. Amma məni yönləndirmədilər. Atam əkinçi idi. Anam da evdar qadın.

Ardını oxu...

 Şrift:
   Müsahibimiz tanınmış istedadlı şair, "Ulduz" jurnalının əməkdaşı Fərqanə xanım Mehdiyevadır.


Fərqanə xanım, bu keşməkeşli, qan-qadalı dünyada özünüzü necə hiss edirsiniz?
 
Heç nə məni sevindirmir....Bu boyda qarısıqlıqlar, qalmaqallar ürəyimi üzür, axı anayam... Harda bir güllə atılsa, gəlib ürəyimdən keçir...Gecə - gündüz dodağımda öz - özümə bu mahnını zümzümə edirəm:
 
Sülhə gəlin, ey insanlar,
töküldü qan axdı qan...
 
Çox sıxılıram, düsünürəm niyə insanlar didir bir –birini? Müharıbələr, torpaq davaları, şəhid olanlar, nə bilim nələr... Siyasi oyunların nəticəsində həmisə sadə insanlar məhv olurlar. Anaların gözü yaslı qalır... Bir ana, bir qələm adamı kimi bu hadisələri izlədikcə hər gün min dəfə ölüb - dirilirəm...

Ardını oxu...

 Şrift:

Milan Kundera, roman sənətinə gətirdiyi yeniliklər və ədəbiyyat düşüncəsinə etdiyi qatqılarla, müasir Avropa ədəbiyyatının çox xüsusi bir yerində dayanır. Bir növ düşüncə romanı yaratdı. Digər yazıçılara təsir etdi. Ədəbiyyatla bağlı yazıları və sözləri hər zaman diqqətdə saxlanılacaq bir yazıçı oldu.

Milan Kundera ilə davamı da olacaq ilk müsahibə üçün gedərkən Avropanın ən görkəmli romançılarından birinin məşhurluğunun, zaman - zaman zəka dolu sənətinə istiqamət verirmiş kimi görünən, özünün şüurunda olmadığı, bir də rasional olmayan bir açıqlamaya söykəndiyini sübut etmək istəyirdim. Humanistliyinin ən vacib və bir o qədər də kövrək məxfiliyinə, əsas prinsiplərinə fövqəladə bir dil və təxəyyül forması verən yaradıcı qüvvələrini kəşf etməyə gəlmişdim. Şəxsən üz-üzə gəlmənin yaratdığı üstünlük dərhal özünü göstərdi. İnsanın, işlərinə heyran olduğu bir sənətçiylə görüşmə fürsətini əldə etməsi nadir olduğu halda, eyni zamanda bu görüşmədə sənətçiylə əlaqədar işlərindən yola çıxaraq aldığı təəssüratı yoxlamaq fürsəti qazanması daha da nadir bir şeydir. Bir sənətçiyə dəyər vermək, şəxsiyyətnə deyil, sənətinə dəyər vermək deməkdir.

Ardını oxu...

 Şrift:


    Bu dəfəki qonağımız, şair, nasir, publisist, Prezident təqaüdçüsü Yusif Məhəmmədoğludur!

 

Xoş gördük, Yusif bəy!

 

Xoş görüşmüşük. Görüşlərimiz hər zaman xoş niyyətli və xoş ülfətli olsun!

 

Yusif bəy, ədəbi mühitdə sizdən söz düşəndə, sizi yaxından tanıyanlar, bir insan kimi sizə çox böyük dəyər verirlər. Maraqlıdır, Yusif Məhəmmədoğlu ədəbi mühitdə təkcə yaxşı insan olaraqmı qəbul edilir, yüksək dəyərləndirilir, yoxsa yaradıcılığınızla da bunu qazanmısınız?

 

Mənim heç zaman şair, yazıçı və yaxud da jurnalist kimi tnınmaq iddiam olmayıb. Məni elə yaxşı insan kimi tanısalar yaxşıdır. Yaxşı şair və yaxşı yazıçı olmaq olar, amma yaxşı insan olmaq müşkül məsələdir. Demək yaxşı insan olmaq da mənim qismətimə düşüb. Kim məni necə qəbul edirsə, o da onun şəxsi düşüncəsi və şəxsi işidir.

Ardını oxu...

 Şrift:


     Saytımızın bu dəfəki maraqlı qonağı, həmsöhbətimiz istedadlı şair, ürək adamı Süleyman Abdulladır.

 Süleyman bəy, bir kənddə böyümüş və eyni məktəbdə orta təhsil almışıq. Sizi və bu gün özümə çox yaxın bildiyim sizin bir neçə yaşıdlarını, bu qarışıq, qayğı dolu şəhər həyatında az-az görsəm də həmişə xoş hisslərlə xatırlayıram. Və nə yaxşı ki, indi feysbuk var, virtual olsa da hər gün burda görüşüb, söhbətləşə bilirik. İstədim, bizim saytımızın oxucularına da sizi - istedadlı şair və dəyərli bir insanı, bir ziyalını təqdim edək. Elə bilirəm, bu tanışlıqdan kimsə peşimanlıq duymaz.


Diqqətinizə görə təşəkkür edirəm, Zəka bəy! Doğru deyirsiniz, biz eyni kənddə doğulmuşuq, eyni məktəbdə təhsil almışıq, eyni müəllimlərin tərbiyəsini görmüşük. Bizim doğulub-böyüdüyümüz Arabaçı kəndi təbiəti ilə də, insanları ilə də,ümumiyyətlə hər şeyi ilə çox gözəl kənddir.Qürur duyuram ki,süfrəsi halal,insanları mehriban və mərd olan bir kəndin övladlarıyıq.

Ardını oxu...

 Şrift:


   1968-ci ildə utancaq, uzun boylu bir gənc ədəbiyyat səhnəsinə təsiredici bir şəkildə daxil olurdu: Patrik Modiano, "La Place de l'étoile" romanını nümayiş etdirmişdi. Bu roman demək olar ki, yarım əsr sonra, bir-birini izləyən, sıx-sıx bağlı və birlikdə, itmiş zamanın bir axtarışı kimi deyil, hər biri uzun bir şeirin yeni bir dördlüyü kimi oxunan bir Biblioqrafiyanın ilk künc daşıydı. Yaxud da təkrarlanan motivlər ətrafında dayanmadan yenidən başlayan bir variasiya: böyüdüyü müharibədən sonrakı Paris, uğursuz valideynlərin yanındakı bir uşaqlıq, tənha və qeyri-qanuni bir yetkinlik...

Ardını oxu...

 Şrift:


                                                Doris LESSINQ


     İngilis yazıçısı Doris Mey Lessinq ədəbiyyat sahəsində Nobelə layiq görülən(2007) on birinci qadındır. O, mükafatı həyatının ən ahıl çağında - 87 yaşında alması ilə də özünəməxsus rekord sahibi olmuşdur.

Doris Lessinq İranın Kirmanşah şəhərində doğulmuşdur. Ailəsi 1925-ci ildə Afrika qitəsindəki ingilis müstəmləkəsinə – Cənubi Rodeziyaya (indiki Zimbabve) köçmüşdür

Nobel Təşkilatının “Nobelprize.org” adlı rəsmi saytının müxbiri Adam Smithin, Nobel Mükafatını aldıqdan sonra telefon vasitəsilə Doris Lessinqdən götürdüyü ilk müsahibəni təqdim edirik!

 

Doris: Alo

Adam: Günaydın, Doris Lessinqlə görüşə bilərəmmi?

Doris: Kimdir axtaran?

Adam: Mən - Adam Smith, Nobel təşkilatının web saytından. Öz arxivimiz üçün yeni namizədlərlə çox qısa reporrtajlar hazırlayırıq, sizinlə də bir neçə dəqiqə danışa biləcəyimi düşünmüşdüm?

Ardını oxu...

Sayğac