Xəbər lenti

 Şrift:



Persona.az tanınmış şair Elvin Paşa ilə müsahibəni təqdim edir.


Ədəbiyyatda missiyanız nədir?

-Mənim ədəbiyyatda missiyam elə həyatdakı missiyamdı. Mən nə vaxt özümü itirsəm yazmağı da dayandıracam.

Niyə məhz şeir? Elvin Paşa üçün şeir nədir?

-Mənim üçün şeir əvvəllər daha çox dua idi. İndi daha çox duasızlıq

 

Şeirlərinizdə bədbinlik açıq aşkar görünür. Sizdəmi "Darıxan ədəbiyyat"-ın bir üzvüsüz?

-Darıxan ədəbiyyat (gülür)  Gözəl tapmısınız. Yox mən darıxanlardan deyiləm. Ona görə yoxki darıxmaq yaxşı deyil. Sadəcə dəbdə olan darıxmağa meyillilik mənlik deyil ( gülümsüyür). Mən əslində pozitiv insanam. Yalnız kotarsis keçirəndə bədbin oluram. Bu da şeirlərdə özünü göstərir

 

Niyə hər kəs rəssam olmağa yox heykəltaraş olmağa yox məhz yazıçı yaxud şair olmağa çalışır?

-Məniçm dayım oğlu Qalib Mirzəliyev həm peşəkar rəssamdı Əzim Əzimzadə adına akademiyanı bitirib, həm peşəkar rejissordu Mədəniyyət və İncəsənət universitetinin rejissorluq fakultəsini bitirirb eyni zamanda da musiqiçidi Yalçın Rzazadədin tələbəsi olub yeni ulduz üçdə altıncı yerə qədər gəlib amma nə şeir yazır nə də əsər. Demək belə də olurmuş (gülümsəyir)

 

Qabriel Qarsiya Markes deyir: Yazarlar 2 cür olur. Yazıb özünü tanıdanlar. Yazıb özündə qalnlar. Siz 2 ciyə aidsiniz. Buna səbəb nədir?

 

-Qabriel Qarsiya Markez həmişə deyirmişki bu millət üç adımın üçünü də necə yadda saxlayır mən başa düşmürəm.

Özü də tanınmaq üçün cəhdlər edibmiş demək (gülümsəyir)
Mən nə qədər də desəm yox tanınmaq istəmirəm yalan danışmış olaram. Fitri olaraq insan tanınmağa can atır. Mən özümü axtaranlardanam əsil məni. Bunun üçün gərək tanınamki o da gəlsin tapsın məni. Bəlkə elə mən də sizin aranızdayam.

Elvin Paşanın şeir fəlsəfəsini nə təşkil edir?


-Daha çox metafizik baxışımdan və inancımdan doğan fəlsəfədi. Bununla bərabər yaşadığım öz kiçik həyat fəlsəfəm də var.

İnsan bədbin doğulur yoxsa zamanın əmri ilə bədbin olur?

-Ümumiyyətlə psixoanalizi oxuduqca görürsənki insana nə olur sonradan olur. Hətta insan olmağı belə sonra bilinir

Ədəbiyyatın başına keçsəydiniz ilk olaraq nələrdə dəyişiklik edərdiniz?

-Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar ədəbiyyata bir mənalı olaraq "kaşilok" kimi baxmasınlar. Ədəbiyyat ilk növbədə ədəbi estetik hadisədi sonra mənəvi prosesdi. Bu nüansları duya bildikdən, yaşaya bildikdən sonra pul özü gələcək. Bu gün intihar mövzusunda saytlar ip qazanmaq üçün başlıq yazmaq yarışına girmişdilər. Onlar üçün ədəbiyyat heç vaxt vacib olmayıb. Allah dünyasını dəyişənlərə rəhmət eləsin

"Xoşbəxtlik yarasına tıxanmış toy xalçalarında qaldı"- deyirsiz. Nazim Hikmətdə "Güneşli günler görüceğiz çoçuklar"- deyir. İndi biz hansına inanaq sizcə?

-Mən desəm mənə inanın onsuz Nazim Hikmətə inanacaqsınız (gülümsəyir) Yox təbii ki biz başqa başqa şeylər demişik. Mən palatqanın içimdən danışıram Nazim Hikmət çölündən. Nə vaxt mən də başımı çölə çıxarda bilsəm günəşi görəcəç bəlkə də çıxıb xəbərim yoxdu (gülür)

"Üç il bundan qabaq Avtoqraf yaradılanda mən şeiriyyatdan soyumuş küsmüş biri idim" - demisiz. İndi isə seçilən imzalardansınız. Avtoqraf sizi necə belə dəyişdi?

-Avtoqraf üç il bundan qabaq yaradılanda bizi heç kim tanımırdı. Biz yenə yazıçı və şair idik. Avtoqrafın üzvləri ayaq üstə durmağı bacardı mən də onlara baxdım dayandım sən demə dayanmaq olurmuş heç kimə ağız açmadan səbirlə bu günə gəlmişik. Özümüz özümüzə dəstək ola ola və bizim artıq bir povest və üç şeir kiyabımız çıxıb.

Amin Sükut- Tuflinlər

Rəşad Nağı Mustafa - Endorfin

Azər Elşadoğlu- Qalaqurma

bir də mənim Qara Qutu kitabım

 Şrift:



- Ədəbiyyatda missiyanız nədir? Və yaxud nəyə görə ədəbiyyat?

Bilirsiniz, uşaq vaxtlarımda nağıllara çox inanırdım. Nədənsə həmişə belə bir düşüncəm var idiki ,böyüdükdə Pəri olacam ve sehirli çubuğumla hərşeyi dəyişdirə, gözəlləşdirə biləcəm. Sonra yaşa dolduqca əslində bu sehirli çubuğun qələmim olduğunu anladım və yazdıqca özümü yazılarımda tapdım. Ümumiyyətlə, həmişə o işlə məşğul oluramki,o işi həqiqətən de sevirəm. Ədəbiyyat da mənim üçün sevgi dəməkdir. Harda əsil sevgi varsa, orda əmək, orda gələcək və o gələcəyə uğurlu töhfələr var.  İnanıram ki  mənim də qələmim gələcək ədəbiyyatımıza belə xeyrli, uğurlu töhfələr verəcək...

 

- Sizcə dağı görmədən dağ haqda yazmaq olar mı? Bu nə qədər düzgündür?

 

Ümumiyyətlə, mən həmişə o fikrin tərəfdarı olmuşam ki, "nəysə haqqında  10 dəfə eşitməkdənsə, 1 dəfə görmək yaxşıdır". Biri var hər şeyi təfərruatı ilə öz gözünlə görüb biləsən, biri də var sadəcə eşitdiklərini ümumiləşdirərək öz fantaziyanda, xəyalında canlandırıb yazasan. Hər iki hal mümkündür, amma birinci halda daha tez təsirlənə ,daha kreativ nümunələr ərsəyə gətirə bilərsən nəyin ki ikinci halda. Digər tərəfdən də yenə də bu yazıçının və ya şairin nə qədər yaradıcı olmasından irəli gəlir. Nəyisə görməsən, hansısa hadisə  başına gəlməsə belə, hesab edirəm ki məhz danışılarkən özünü orada olmuş kimi və ya həmin nəsnəni görmüş kimi hiss edib qələmə almaq yazıçıları, şairləri digər insanlardan fərqləndirən başlıca xüsusiyyətlərdən biridir.

 

Uzun zamanlar şeirimizdə böyük yer tutan simvolika hələdə davam edir? Sizcə nə qədər düzgündür? Bütün dünya ədəbiyyatı bir birinə qarışdığı halda bəzi yazarlarımız hələdə simvolika israrlıdır

 

Düşünürəm ki, şeir  bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər, o şərtləki sözün əsil mənasında öz şeirliyini qoruyub saxlaya bilsin. Yəni adi söz yığını çox adam bir yere toplayıb şeir kimi təqdim edə bilər, lakin şeir o zaman şeir olurki orada hərkəsin qəlbinə toxunduğu, ruhunu oxşadığı, oxunduqca bədiilik süzülən heyrətamiz fikirlər olsun. Bununla yanaşı bütün ənənələri tamamilə kənara atmağın tərəfdarı deyiləm. Gözəl nümunələri həm yeni üslubda, həm də ənənələrə söykənərək də yaratmaq olar.

 

- İnsan beyni daima maksimala can atır. Bəs yaxşı sizcə möhtəşəm şair var?

 

Hərkəsin öz daxili dünyasına uyğun düşüncələri, qayda-qanunları, doğruları, yanlış hesab etdiyi şeylər olduğu kimi hər hansı bir şeyi qiymətləndirməyə dair aşağı və yuxarı dərəcələri də vardır. Elə bu nisbətlər də kiminsə möhtəşəm olduğunu deməyə imkan verir. Əgər kimsə  daxili dünyaların o yüksək qiymətləndirmə dərəcələrini toplayırsa deməli möhtəşəmdir.

 

- Qarabağ problemi ədəbiyyata mövzu olmalıdır mı?

 

Hər bir xalqın ədəbiyyatı onun tarixini, problemlərini, dünyagörüşünü özündə əks etdirir. Əgər hal-hazırda bu bizim başlıca problemlərimizdən biridirsə, nəyə görə də əsas mövzulardan biri olmasın? Biz özümüz özümüzü,öz tarixi ərazilərimizi, faciələrimizi əsərə çevirib, bu haqda yüksək elmi, bədii nümunələr yaratmağa çalışmasaq dünyadan necə tələb edə bilərik ki bizi biz kimi tanısın? Buna görə də bəli, əlbəttəki bu mövzuya da toxunmalıyıq.

 

-Köhnə ədəbiyyatla günümüz ədəbiyyatını qarşı-qarşıya qoyan fikirlər

 

Bugün ki ədəbiyyatımız dünən ki ədəbiyyatımızın yetirməsidir . Və gün gələcək gələcək ədəbiyyatımız da bugünkindən bəhrələnəcək. Çünki hal-hazırki dövrün də öz istedadlı və savadlı nəsli yetişməkdədir. İnanıram ki məhz bu nəsil, ədəbiyyatımızın da digər incəsənət sahələrimiz kimi dünya səviyyəsinə qalxmasına təkan rolunu oynayacaq ve biz öz ədəbiyyatımızın dünya üzre tanınmasının, yüksəlişinin çicəklenmə mərhələsini yaşayacağıq.

 

- Növbəti sualım belə olacaq, oxucular üçün top 10 kitab tərtib etsəz orda hansı kitablar yer alar?

 

Stephen R.Covey("Yüksək effektli insanların 7 vərdişi"),   Paulo Koelho("Kimyagər"),   Viktor Hüqo("Səfiller"),    Lev Tolstoyun əsərləri("Anna Karenina","Hərb və sülh"və s.),    William Shekspirin əsərləri("Otello","Hamlet","Kral Lir","Maqbet" ve.s)   Artur Konan Doylun əsərləri("Şerlok Holmsun macəraları,qorxu vadisi" "Boskomb vadisinin sirri","Gümüşü şimşək", "Al qırmızı etüd" və s.) Fredrix Beqbeder("Məhəbbət 3 il yaşayır")     Mixail Bulqakov("Master ve Marqarita"),

 

Son olaraq,şeir sevginin sözə çevrilmiş halıdı sizcə?

 

Şeir nəyin ki sevginin, eləcə də bütün hisslərin sözə çevrilmiş halıdı, çünki şeirdə sadəcə sevgidən yazılmır, kədərdən,sevincdən,qürurdan ve s. doğan şeirlər də var.

 Şrift:
 

 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
 
        Dünyanın bir qütbünün digər bir qütbü üzərində hegomonluğu bəşəriyyəti fəlakətə, üçüncu CAHAN savaşına sürükləyir... Insan sevinci-nəşəsiylə, əzab və iztirabları ilə hardasa dünya ilə eyniləşir... Məncə, cəmiyyət həyatının tərəqqisi də, tənəzzülü də əxlaqla bağlıdır...” söyləyən yazıçı – jurnalıst Nurəddin Ədiloğlundan çoxdan müsahibə almaq fikrim vardı. Onunla iş yerində, AYB-dəki tədbirlərdə, təbiət qoynunda dəfələrlə görüşmüşük. Müxtəlif mövzulardan danışsaq da yaradıcılığı barədə ad günü ərəfəsində ilk dəfə söhbət açdıq. 
 
    Z.V: Mən sizi öncə imzanızdan tanımışam. Amma Nurəddin Ədiloğlu kimi yox, Nurəddin Muğanlı kimi. Necə oldu ki, Muğanlını Ədiloğluyla əvəzləmək qərarına gəldiniz?
 
   N.Ə: (gülümsünür)  Əvvala, gəl bir-birimizə sən deyə müraciət edək, “siz” “sən”dən, “mən”dən  çox  uzaqdı... Əslində “Ədiloğlu”  “Muğanlı”dan  daha öncə  “dünyaya gəlib”.  Publisistik yazılarım, “Tok Qafar” adlı ilk hekayəm ötən əsrin 70- 80-ci illərində  Masallının “Çağırış” qəzetində bu imzayla çıxıb,  eyni zamanda radionun “Bulaq”  verilişində  bölgəmizin  ağsaqqal və ağbirçəklərin yaddaşından  qələmə aldığım xalq  yaradıcılığı nümunələri  dinləyicilərə  Ədiloğlu  imzasıyla təqdim  olunurdu. Muğanlı isə rəsmi soyadımdır. Bu soyadı götürməyimin  maraqlı tarixçəsi var. Həkim, alim, şair, bəstəkar Mirkazım bəy Aslanlı -  Sarəng barədə səninlə  çox söhbətimiz olub.

Ardını oxu...

 Şrift:
 
"... bu yolun sonunda; - “Ölüm”-  yazılıb ...
... sən, biraz, qarşıdan sağa dönərsən ..."

                           Zamiq Hacıyev

«Persona.az» saytı gənc yazar Nikbin Qasımlının ARAN ARB tv-nin əməkdaşı Zamiq Hacıyevlə müsahibəsini təqdim edir...

***

Öncədən fikir qeydi:

- Onunla, təxminən, 5-6 ildir ki, iş yoldaşıyıq. Vaxt olub ki, birlikdə bir otaqda çalışmışıq. Televiziya sahəsi belədir, axı. Bir departamentin tv işçisi olmuşuq. O, başqalarından fərqlənir. İstedadına, yaradıcılığına görə başqa əməkdaşlarımızdan seçilir. Yumoristik üslubu özünə xasdı. Şəxsən mənim üçün onun yeri xüsusidir.  Və s. və s. 

N.Q: Zamiq, salam. Əvvəlcə, onu deyim ki, əslində tet-a-tet tipli müsahibələrdə «siz» müraciətlərinə xüsusi önəm verilir. Amma, mən, neçə illərin tanışı kimi, iş yoldaşı kimi istəyirəm ki, «siz» müraciətini aradan götürüm. Səhv anlama, çünki bunu ərkyanə deyirəm.  (gülürük) 

Ardını oxu...

 Şrift:

"Persona"nın bu dəfəki qonağı istedadlı tarzən və şair Armin Əhmədzadədir. Yazar Nəzmiyyə Hicranın Arminlə olan maraqlı müsahibəsini təqdim edirik!

Armin 
Əhmədzadə (ArminYalnız) kimdir?  

  • Cənubi Azərbaycanın Təbriz şəhərində yaşayıram. Amma Araz bölünmədən Qədim Naxçıvanın Maku şəhərində anadan olmuşam və Təbrizdə böymüşəm. Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi, Təbriz kimi şəhərlərdə yoğruluruq.

Hal-hazırda Sakaryadasınız?

-  Bəli, Sakarya Universitetinin Təməl Bilimlər bölümünün 2- ci kursundayam. Tar çalğı aləti ixtisasımdır. Universitetə məni Milli musiqimizi təbliğ etmək istəyi gətiribdir. Demək olar ki, burada həm təhsil alır, həm də musiqimizi təbliğ ədirəm.

Ardını oxu...

 Şrift:
 

     “Bakı Qızlar Universiteti”nin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, tanınmış ziyalı Solmaz Məmmədovayla müsahibəni saytımızın oxucularına təqdim edirik! Güman edirik, yazar Vahid Aslanın təqdimatında bu müsahibə oxucularımızın marağına səbəb olacaq! Beləliklə, Solmaz xanımla olan müsahibəni, nöqtəsinə - vergülünə toxunmadan, olduğu kimi təqdim edirik:
 
Tələbəlik, həyatımın ən unudulmaz illəridir.
 
Salam, Solmaz xanım, necəsiniz?

Yaxşıyam, çox sağ olun.

Solmaz xanım, bəlkə oxuculara haqqınızda bir qədər məlumat verəsiniz?

Mənim özüm haqqında danışmağım o qədər də səmimi alınmaz, yaxşısı budur, sualları cavablandırım. Həm də mənim həyat yolum o qədər də rəngarəng, olaylarla zəngin deyil .... məktəb,universitet, aspirantura, ailə həyatı, daha sonra elmi fəaliyyətim, işim ..

Orta təhsili başa vurub, ali məktəbin astanasında olduğunuz anlarda yaşadığınız hissləri bu gün necə təsvir edərdiniz?

Ardını oxu...

 Şrift:


                           Salman Mümtaz

“Onun bir yük maşını əsərlərini yandırdılar…”


Çoxları onun Azərbaycan ədəbiyyatı üçün etdiyi xidmətdən xəbərsizdir.  Əgər 37ci ildə Bağırovun və onun əlaltılarının qəzəbinə tus gəlməsəydi, onun minbir əzab-əziyyətlə folklorumuzdan, klassiklərimizdən toplayıb ərsəyə gətirdiyi nadir əlyazmaları nə yandırılacaqdı, nə də sonradan Elmlər Akademiyasında kök salmış şovinist ermənilər tərəfindən  İrəvana göndərilməyəcəkdi, Söhbət böyük alim-folklorşünas, fitri istedada və yaddaşa malik insan Salman Mümtazdan gedir.

 O, 1884-cü ildə Şəki torpağında dünyaya gəlib. İki yaşında olarkən anası Zəhra xanımla birlikdə Türkmənistana, Aşqabada köçür və Azərbaycanda Xalq Cümhuriyyəti qurulana qədər orada yaşayır. Uşaqlıqdan evin bütün dolanışıq yükü balaca Salmanın üzərinə düşür. Qardaşları ilə birlikdə dayılarına ticarət işlərində kömək etməyə başlayır.

Ardını oxu...

 Şrift:
 

             MODEL KİMİ İDMANÇI XANIM...
 
 
Suad Səlimova: “Həm şahzadə, həm də idmançı statusunu eyni vaxtda saxlamaq hər qızın hünəri deyil...”
Suad Səlimova gənc və perspektivli idmançı xanımdr. Artıq 23 yaşının olmasına baxmayaraq, vətəndə və onun hüdudlarından kənarda xeyli uğur qazanıb. Yarışlara qatılan gənc idmançı xanımın 23 döyüşdən əldə etdiyi birincilik və ikincilik qalibiyyətindən çoxlu sayda qızıl və gümüş medallardan ibarət mükafatları var.
İlk olaraq...
- Suad xanım, idmanla nə vaxtan məşğulsunuz?
- İlk olaraq, 6 yaşından 12 yaşına qədər anamın sayəsində “OİK” adlanan idman mərkəzində müəlliməm Natalya Yevqeniyevnanın rəhbərliyi ilə bədii gimnastika ilə məşğul olmuşam. Daha sonra karate döyüş növünə yönəldim.

Ardını oxu...

 Şrift:

Redaksiyadan: "ÜST", "Qızıl Xaç", "Xərçəng xəstəliyinə qarşı mübarizə Assosiasiyasi" və digər beynəlxalq səhiyyə strukturları həyəcan təbili çalır. Onların məlumatına görə, prostatit - bütün dünyada kişilərin həyatı üçün əsas təhdidlərdən biridir. 75%-dən az olmayan bütün xəstələr nəticədə onun çətinləşməsindən ölür. Prostatitin əslində necə təhlükəli olması və onunla mübarizə haqqinda,biz Rusiya Federasiyası Urologiya İnstitutunun rəhbəri Sergey Viktoroviç Dubravin ilə söhbət etdik.

-Salam, Sergey Viktoroviç . Siz prostatitin təhlükələri haqqında beynəlxalq sübutları şərh edə bilərsinizmi?

-Təəssüflər olsun ki, mən yalnız doğru olanı deyə bilərəm. Həqiqətən, prostat iltihabı olan bütün kişilərin 75% - xərçəngdən ölürlər. Bundan əlavə, son illərdə hər xəstənin ömür müddəti azalıb. Əvvəllər prostatit diaqnozlu olan bir kişinin ömür müddəti ən azı 10-20 il olurdusa, lakin indiki müddəti 3 ildən 12 ilədək edir. Əgər Rusiya haqqında danışırıqsa, bizdə pis ekoloji şəraitə və qidanın keyfiyyətinə görə, kişilərin ölüm faizi daha yüksəkdir.

Ardını oxu...

 Şrift:

"Persona.az"ın oxucuları üçün də maraqlı olacağını düşünərək, tanınmış yazıçı Əlabbasın "Ədəbiyyat" qəzetində dərc olunmuş maraqlı müsahibəsini təqdim edirik!


   
  - Necə yazıçı oldunuz?

-Necə yazıçı oldum? Mən yazıçıyam ki? Dərd bölür, yük atır, fikir paylaşıram mən. Onda Hüqo kimdi? Çexov, Tolstoy, Cek London, Heminquey, Steynbek, Folkner, Aytmatov və digər bu kimi nəhənglərin rəsmi təyini nədi? Amma soruşulan mətləb bu deyilsə, qoy düzünü deyim: “Cəmilə”ni oxuyandan sonra ağzım əyildi. Təcili, onda on dörd-on beş yaşım vardı, indiki romanlardan heç nəyi ilə geri qalmayan bir “epopeya” düzüb-qoşub, səhərisi gün məktəbdə sinif qızlarını göz yaşına boğanda matım-qutum qurudu: ya o qızlar başlarını itirmişdilər, ya da mənim bilmədiyim bir hikmət vardı burda, yoxsa Söz də adam ağladardı? Hər şeyə o heyrət nədən oldu vəbeləcədə başladı...Qəribəsi o olub ki, o sentimental sinif yoldaşlarım kimi, sonralar ciddi və hazırlıqlı oxucularımı da hərdən doluxsunan görəndə Sözün hökm və qüdrətinə bir daha heyran qalmışam.

Ardını oxu...

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac