Xəbər lenti

 Şrift:


Persona.az yazıçı- şair Amin Sükutla müsahibəni təqdim edir



– Salam, Deyirlər təqdimatdan çox şey asılıdır… Bəs Amin Sükut özünü necə təqdim edir?

 

– Salam Rüqəyya xanım. Əvvəllər daha çox adımı deyirdim. Ancaq son vaxtlar özümü həmişə eyni cür təqdim eləmirəm. Bu, filosoflar təbirincə desək, zaman və məkandan asılı olur. Bəzən dost, bəzən filan kəsin oğlu, dostu, qohumu, bəzən məhlə uşağı, bəzən… çoxlu bəzənlər var...

 

– Ənənəvi sual olsa da, məncə, həmişə aktual sualdır. Amin Sükutun bəhrələndiyi yazıçılar kimlərdi və ən çox hansı yazıçılardan yararlanmısınız?

 

– Nəinki yazıçılardan mən hamıdan, hər kəsdən bəhrələnirəm. Məncə, yazıçı və şair arı kimi bal düzəldə biləcək bütün çiçəklərdən şirə çəkməlidir. Hamıdan öyrənməlidir. Ancaq güclü müşahidəçi yaxşı yazıçı və şair ola bilər. Təsirləndiyim və hələ də təsirlənməyə davam etdiyim şair İbrahim Tenekeci və yazıçı-filosof Mark Avrelidi.

 

-Amin Orucov niyə Sükut təxəllüsü seçib? Bu sizin xarakterinizdən irəli gəlir? Ümumiyyətlə, xaraktercə necə insansınız?

 

-Amin yazmağa başlayanda onunla bütünləşmək istədiyi bir şey axtarırdı və nəhayət, sükutu tapdı. Sükutun mənim üçün çox anlamı var. Sükut mənimçün ən çox özünə xatırlatma və öyrənməkdi. Özün haqqında nəsə demək asandı, ancaq deməsən, yaxşıdı. “Uzunca” onu deyə bilərəm ki, adamayovuşmaz deyiləm.

 

-Yazıçı ədəbiyyatdan başqa hansı sahələrlə maraqlanır?

 

Hər şeylə maraqlanmağa çalışıram. Hər şeydən bir az öyrənmək istəyirəm. Çünki kəmiyyətlər birləşəndə yaxşı keyfiyyət yaradırlar. Bunlara baxmayaraq, daha çox psixologiya, iqtisadiyyat və sosiologiya ilə maraqlanıram.

 

-Heç içinizdən zamanı dayandırmaq keçibmi? Həyatınızdan hansısa anları silmək istərdiniz?

 

Bu barədə əvvəllər çox fikirləşmişəm. Hətta çox vaxt zamanı dayandırmaq istəmişəm, amma düşünmüşəm ki, zamanı dayandırsam, mən də dayanacağam, əgər mən də dayansam, bir müddətdən sonra hər şey anlamını itirəcək. Arzular gerçəklikdə boğulur, üzə bilmir. Bir də ki yaşadığım hansısa hallarımı silmək deyərkən ağlıma ilk olaraq etdiyim yanlışlıqlar gəlir. Amma onların da çox cüzisini silərdim. Səhvlər düzgünlük memarıdır.

 

-Bildiyimə görə indi uşaq ədəbiyyatına maraq azalıb. Demək olar ki, uşaqlar üçün əsərlər yazılmır. Bəs siz nə üçün uşaq ədəbiyyatına üz tutdunuz?

 

“Tuflinlər”i yazanda mənə deyirdilər ki, “kimdii eee kitab alan… uşaq kitablarını ancaq ruslar alır”. Ancaq kitab çıxandan sonra gördük ki, elə deyilmiş. Valideynlər uşaqlara kitab alır və oxutdururlar. Hamımız qüsurları deməkdə ustalaşmışıq, masterləşmişik, ancaq qüsur örtməyə gəldikdə isə heç məktəbə də yazılmamışıq. Yazılmır, edilmir, olunmur. Bu “mır-mir”lərdən xilas olmaq yox, xilas etmək lazımdı. Elimizi-dilimizi.

 

-Bəs siz nə üçün uşaq ədəbiyyatına üz tutdunuz?

 

Üz tutmaqdan da çox, bəzən gizli bir əl səni sənin üçün xeyirli olan yola yönəldir. Nə yaxşı ki, o əllər var…

 

-Düşünürəm ki, qaranquşlar sərçələrin həyatına ya gəlməməli, ya da getməməlidirlər. Qaranquşlar günahkardı, yoxsa sərçələr?

 

Qaranquş olaraq da sərçələrin həyatında olmaq gözəldir, sərçə olaraq da qaranquşların həyatında olmaq gözəldi… Sevgini gözəl edən yaşantılardı... Sonu necə bitdiyi deyil.

Azər Əsgərzadənin dediyi kimi: Qaçılmaz ayrılığa doğru birgə getmək… Sonrası bizi daha şiddətli incitsə də, onsuz da itirməli olduğumuzu  bir az da olsa gec itirməkdir qazancımız.

 

-Amin Sükut yaradıcılığı “Tuflinlər”lə məhdudlaşacaq, yoxsa davam edəcək?

 

Belə hiss edirəm ki, “Tuflinlər” seriya kimi davam edəcək, əlavə olaraq payızda “Aves” povestinin çapı gözlənilir.

 

-“Tuflinlər” povesti daha çox uşaqların, yoxsa böyüklərin sevgisini qazandı?

 

Belə görürəm daha çox böyüklərin, o böyüklərin ki, daxilindəki uşaqlığı hələ də itirməyiblər. O uşaqların ki, içindəki “böyüklüyü” itirməyiblər.

 

 

-Müsahibəniz üçün sizə təşəkkür edirəm. Son olaraq bir şey əlavə etmək istəyirəm. Hansı sualı verəcəyimi düşünürdünüz lakin mən o sualı vermədim?

 

Həyata ikinci dəfə gəlsəydiniz, yenə yazar olardınızmı? )

 

Buyurun, təşəkkür edirəm.

 

 Şrift:

 



Persona.az gənc şair Malik Atilay ilə müsahibəni təqdim edir



Şair mütləq içməlidirmi?

 

- Məncə şair məhz bunu etməli bu etməməli deyə bir şey yoxdu. Sırf içki içib, gecənin bir yarısı lampa işığında əlində siqaret şeir yazan şair portreti keçən əsrdə qaldı. Artıq şairlərə "fərqlilik" donu geyindirmək lazım deyil, şairin bir fərqi var oda ki baxış tərzi. Yəni içki içmək məcbur deyil içki aludəçisi olmadan gözəl şeirlər yazanlar var misal üçün Ustad Şəhriyarı qeyd etmək olar. Özüm də içki içməyən biri kimi deyirəm ki yazmaq üçün içmək vacib deyil ən gözəl fikirlər elə ayıq başla gəlir...

Ədəbiyyatda missiyan nədi?

 

- Şablon cavablardan qaçmaq özü də bir şablonluqdu, amma deyim ki missiyam yoxdur ən azından indilik yoxdu. Axı ədəbiyyat missiya işi deyil, çünki burda hisslər və sözlər hökm edir. Onlara isə heç bir missiya yükləmək olmaz. Sadəcə istiyərdim ki ədəbiyyatın Kandıbinlərindən olmayım.

 

Şeir üçün mütləq əzab çəkməlisən?

 

- Şeir üçün ilk öncə insan olmalısan. İnsan bioloji bir varlıq kimi yox, Afrikada uşaqların aclığını mədəsində hiss edən, Suriyada güllə qarşısında titrəyən uşaqlar üçün titrəyən, Fələstində ölmüş insanlarla birgə ölməyi hiss edən biridi insan. Bunları hiss etdikcə, əzab çəkməmək olar mı? Məncə şairin öz əzabı maraqlı deyil, öz əzablarından 5 olmadı 10 şeir yazarsan sonra isə bezdirər hər kəsi... Şair bəli əzab çəkməlidi, insanlıq əzabı çəkməlidi...

 

Özünü 1 bənd şeirlə ifadə et

 

- Mən bir günəşəm, yerdə əyandır ləməatım,

Şeirimdə parıldar duruyor çöhreyi-zatım,

Yoxdur zərəri, keçsə də fəqr ilə həyatım,

Kim olduğumu bildirəcək, bil ki, məmatım.

Fərdayi-üfulumda bu qövm ağlayacaqdır,

Lakin gözümü dəsti-əcəl bağlayacaqdır.

Məhəmməd Hadi

 

Malik Mete, Malik Oday, və sonunda Malik Atilay. Bu qədər dəyişiklik etməyə səni nə vadar elədi?

 

-  Bu sual mən də aydınlıq gətirmək istərdim. İlk öncə Malik Mete kimi yazırdım daha sonra isə Fərhad Mete ilə tanış oldum, tanış oldum deyəndə ki mərhum şairin imzasını gördüm. Daha sonra isə Oday təxəllüsü uyğun gəldi bir müddət sonra Rafiq Oday imzalı ədəbiyyatçımızın olduğunu öyrəndim və son olaraq Atilayda qərar tutdum, və demək olar ki tək mənə aiddi bir çox kitablar araşdırmalı oldum. Təxəllüsləri dəyişmək səbəbim isə konkretdi "birinci varsa, ikinciyə ehtiyac yoxdur" prinsipi.

 

Hansı əsəri oxuyandan sonra daha heçnə yaza bilmərəm demisən?

 

- Ümumiyyətlə elə əsərlər çoxdu, dünya Füzulilər, Nəsimilər, Dostoyevskilər, Selinlər,Mayakovskilər, Lorkalar görüb bir mən yazmasam çox şey mi dəyişər? Olub ən çox bu hissi Lorkanın "Amparo" və  Mayakovskinin "Lili" şeirində yaşamışam... Amma mübarizə daima var ədəbiyyat isə sürprizlərlə doludu, bir gün kimsə mənim də şeirimi oxuyub "daha heçnə yaza bilmərəm" deyə bilər...

 

 Maliki oxuyan nə qazanacaq?

 

- Bəlkə də heçnə qazanmayacaq, sadəcə vaxtını itirəcək. Bəlkə başqası şeirlərdə özünə dost tapacaq... Axı bu şeirdi burda heçnə vəd etmək olmaz və şeiri nəsə oxumaq üçün yox öz ruhundan qurban vermək üçün oxumaq lazımdı. Şeir yazmaq kimi oxumaqda istedad tələb edir.

 

-Gənc yazarlardan kimlərin yaradıcılığını parlaq görürsən?

 

Buna mən qərar verə bilmərəm, çünki öz gələcəyimin nə qədər parlaq olacağını bilmirəm. Buna görə də heç vaxt düşünməmişəm bu haqda. Təkəbbür kimi qəbul etməyin, amma mən yerli yazıçılarımızı o qədər də çox oxumuram yaxşıları mütləq vardır amma əksəriyyəti plagiatdı, istər bilərəkdən istər bilmədən fikir oğurluğu əfv edilə bilməz. Amma bir halda ki Füzuli irsi Müşfiqi dünyaya gətiribsə, Müşfiq də mütləq böyük imza gətirəcək.

 

Sonda  elə bir etiraf et ki, heç vaxt etməmisən

 

-Bu suallardan ən çətini oldu... Heç vaxt Allaha şübhə etməmişəm. Mən Allah deyirəm, kimisi Tanrı, kimisi Rəbb, kimisi Təbiət adlandırır amma o mütləq var...

 

Təşəkkür edirəm müsahibə üçün

 

-Mən təşəkkür edirəm.

 Şrift:

 
Persona.az şair Azər Əsgərzadə ilə müsahibəni təqdim edir

Salam Azər bəy. Bütün müsahiblərim kimi sizdən də özünüzü oxucularımız üçün təqdim etməyinizi istəyirəm.

 

- Salam. Diqqətiniz üçün təşəkkür edirəm. Qısaca Əsgərzadə Azər Alim oğlu. 30 yaşım var. Həyata sualları olan adamam. Ailəliyəm. Qız atasıyam.

 

 Sizin yaradıcılığınızda bir müddət susqunluq var idi. Yenidən sizi aktiv görürük. Bu aktivliyi nəyə bağlayırsınız?

 

- Düşünürəm ki, yaradıcı passivlik, zahiri yox daxili olur. Mən isə zahirdə passiv olmağıma baxmayaraq bu müddətdə daxili yaradıcılıqla məşğul olmağa davam edirdim. Mən də özümdə nələrisə aşıram...

Siz bildiyimə görə Rusiya Federasiyasında yaşamısınız illərlə, orda da ədəbi yaradıcılığın içində olmusunuz və fəaliyyət göstərmisiniz? Hal hazırda da “Avtoqraf” klubun üzvüsünüz. Hətta ilk gündən. Bəs niyə sizi son iki ildir ancaq arxa plandan izləyirik?

 

- Bəli, təqribən 12 il Moskvada yaşamışam. İlk yazılarımı da elə orada yazmağa başlamışam. O vaxtlar yazdığım yazılar, fikirlər, daha çox rep musiqi janrına uyğun yazılmış mətnlər, qeydlər, təcrübələr, şeirlər və s. Bir sözlə yazı-pozu. Bəziləri hələ də qalır amma o qapını bağlamışam.

“Avtoqraf” kluba isə yaradıldığı gündən üzvəm. Son iki ildə isə belə görünür yazacaqlarımı yaşamaqla məşğul idim.

 

Siz eyni zamanda “Parlaq İmzalar” Nəşriyyatında dizayner kimi çalışırsınız. Onu da deyim ki, işlədiyiniz kitab üzlərini həmişə bəyənmişəm. Misal üçün sonuncu "Əlvida, Kolumbus" kitabını xüsusi qeyd edərdim. “Qara Qutu”, “Endorfin”, “Qalaqurma” şeir kitablarının üzləri də klassik şeir kitabı formatından çıxıb sayənizdə.

 

-Dəyər verdiyiniz üçün təşəkkür edirəm... Əgər eyni hədəfi olan insanlar bir gəmiylə hədəfə doğru üzürlərsə, sənin mahiyyət etibarilə hansı vəzifədə olduğunun heç bir əhəmiyyəti yoxdur. Bu gün şturval arxasında sabah kömürxanada. “Parlaq İmzalar”ı mən bu cür görürəm. Təbii ki, hər kəsə daha yaxın olan bir sahə var. Fərqli estetik baxışlarım da nəhayət məni dizaynerliyə gətirib çıxardı. Hazırda bu sahə üzrə də inkişaf etməyə çalışıram.

 

Sizin yazılarınızın məna yükü ilə işim yoxdur. Forması ilə bağlı soruşmaq istərdim, "Yağışın kölgəsi" şeiriniz, "Fəsillər" və bir neçəsini çıxmaq şərti ilə son dövrlər şeirlərinizdə qafiyədən istifadə etmirsiniz. Əvvəl yazdıqlarınızla son dövrlər yazdıqlarınız ciddi fərqlənir. Nə dəyişib?

 

- Mən yazacaqlarımla bağlı əvvəlcədən forma müəyyənləşdirmirəm, o yazılar hansı vəziyyətdən doğursa, hansı halıma uyğundursa, özünə ona uyğun bir forma alır. Qeyd etdiyiniz ciddi fərqlənmə də, yəqin ki, ruh halımdakı dəyişikliklərə görədir.

 

Təsirləndiyiniz yazıçı və şairlər kimlərdir?

 

Mən təkcə yazıçılardan yox, ətrafımda olan, olmayan şəxslərdən də, hətta cansız əşyalardan belə təsirlənirəm. Bu baxımdan mənim yaradıcılığıma təsir edən faktorları incələmək mənim üçün çox çətindir. Amma yenə də ad çəkmək lazımdırsa, Nitsşe, Tolstoy, Nəriman Həsənzadə, Nazim Hikmət və “Avtoqraf” Klubun üzvləridən Azər Elşadoğlu, Dilman Şahmərdanlı, Elvin Paşa, Rəşad Nağı Mustafanın adını çəkə bilərəm.

 

 Sizin üçün hələ də təsirini itirməyən xüsusi misra, ya fikir varmı digər gənc şairlərdən və ya yazıçılardan?

 

Və sən sakit durmursan deyə,

alnını çizəndə azca

Tanrının də əli sürüşür.

 

Azər Elşadoğlu

 

Gənclərdən kimi oxuyursunuz?

 

Bir az əvvəl dediyim kimi, son illər özümü mütaliə etməklə məşğulam. Düşünürəm ki, özünü mütaliə etməyən insan, özünü çözə bilməyən şəxs yaradıcı insan ola bilməz, olsa da tarixdə yaşaya bilməz.

                                                  

Yazmaq sizin üçün nədir? Biz sizi niyə oxumalıyıq?

 

Yazmaq mənim üçün səsli düşüncənin kağıza köçürülməsindən ibarətdir, vəssalam. Əgər bu düşüncələr kiməsə maraqlıdırsa, oxuyacaq, maraqlı deyilsə, təbii ki, oxumayacaq, elə əslidə oxumamaldır da. Bir də istəməyənə vermək də olmur.

 

Sonda kitab nəşr etməklə bağlı nə düşünürsünüz?

 

Kitab nəşri ilə bağlı konkret vaxt deyə bilməsəm də, yəqin ki, səsli düşüncələrim kitab həddinə gəldikdə kitab formasını alacaq. Düşünürəm ki, bu elə də çox uzaqda deyil.

 

.

 Şrift:



Persona.az yazar prodüser Vasif Ayanla müsahibəni təqdim edir.


Vasif Ayan. Tanıyan tanıyır. Tanımayanlar üçün özünüzü necə  təqdim edərdiniz?

 

-Vasif Ayan – təsadüfən psixologiya fakültəsini bitirən, daha sonra sevdiyi incəsənət sahəsinə həyatını bağlayan, kinonu sevən, boş zamanlarında ədəbiyyatla meşğul olan sadə bir insandır. Məni hem psixoloq, həm aktyor, həm yazar həm də daha çox prodüser kimi tanıyır insanlar. Hər insanın xatirəsinde bir sahə ilə yadda qalmışam


 

Ədəbiyyata gəlmisiniz. Yazılarınızı oxuyuram. Bu qədər iş arasında ədəbiyyatla məşğul olmaq çətin deyilmi?

 

-Ədəbiyyatda yeniyəm. Daha doğrusu tələbəlik vaxtı cızma-qaram olurdu. Daha çox türkcə şeirlər yazırdım. Aşırı dərəcədə romantik idi şeirlər. O dövrlər daha çox "Yeşilcam" filmləri seyr edirdim, yəqin ki,daha çox bu səbəb olub türkcə yazmağıma. Hardasa 2001-2002-ci illerdən söhbət gedir. Amma illər sonra o yazılar rastıma çıxdı, utandığımdan hamısını çırıb tulladım. Mənə elə gəldi ki, çox mənasız şeirlər idi. Bunları 20 yaşımda yazmışdım. Təcrübəsiz və həyatda kifayət qədər az şeylər görmüş insan təssüratı var idi o şeirlərdə. Mənim həyatımda ikinci dalğa ədəbiyyatla bağlı, 2013-cü ildə baş verdi. Qısa fasilələr ilə esselər yazmağa başladım. Hiss etdim ki, bu mən də alınır. Bir-iki saytdada yayımlandı. Öncə facebook səhifemdən paylaşdım, insanlardan müsbət rəylər alırdım, ona görə də düşündüm davam etmək lazımdır. Ancaq qəzetlerdə daha öncə yazılarım gedib. Məsələn 2010-cu ildə rəhmətlik böyük aktyor, gözəl insan, dostum Yaşar Nuri səhhətində ciddi problemlər yaşayanda ona aid məqalə yazdım. O, yazı Lent.az saytında çox oxundu ve mənə bu yazı ile bağlı çoxlu təşəkkürlər gəldi. Hətta yazı çıxan gündən sonra, mən Bakılı oğlanlar ( KVN şiklər) ilə verliş işləyirdim Space Tv də, insanların içinde aktyor Bəhram Bağırzadənin qollarını açaraq mənə doğru qaçması həqiqətən məni çaşdırdı. Qucaqlayıb öpəndən sonra təriflər yağdırmağa başladı ünvanıma. Öncə anlamadım, sonra söhbətin o yazıdan getdiyini başa düşdüm.  Bəhram Bağırzade kitab adamıdı deyə bu yazını oxumuşdu və bəyənmişdi. Sonra o yazı haqda Yaşar Nuri ilə də söhbətlər etmişik. Rəhmətlik Yaşar müəllim mənə dedi ki, "Vasif, sən bir yazı yazmısanmış, hamı ondan danışırdı. Rəhimə xanım da ( həyat yoldaşı ) mənə dedi ki, Vasifin məqalesi məni duyğulandırdı. Müsahibələrim olub tanınmış insanlarla. Yenə də davam etməkdədi. Kitabla bağlı da planlarım, bəzi ideyalarım var.Hal-hazırda 3 kitab üzərində çalışıram. Üzərində işləməkdəyəm. Ədəbiyyatla sadəcə vaxtım olanda məşğul oluram. Televiziya sahəsindəyəm deyə, ədəbiyyatla məşğul olmağa zamanım o qəder də çox olmur. Amma vaxt olanda səmərəli istifadə etməyə çalışıram

 

Sizcə  İnsan etdiklərinə Görə Peşman olur yoxsa etmədiklərinə görə?

 

-İnsan daha çox peşmanlıq duyğusunu etdiklərinə görə yaşayır. Bu təbii mənim subyektiv yanaşmamdır, fikrimdir. Etmədiklerimə görə yəni bele çox xatırlamıram sözün düzü

 

Sosial şəbəkələrdə "Keçmişə Privet" başlıqlı yazılar ilə tanınırsınız. Bəs sizcə nə zamansa Vasif Ayan "Keçmişə Privet" in içində yer alacaqmı?

 

- Bir çoxları bilir ki, mən kolleksiyaçıyam. Yəni maraqlı bir hobbim var. Öncə onu qeyd edim ki, çox az kitab oxumuşam. Bu xətamı telafi etməkdəyəm yavaş-yavaş. Ancaq onu da qeyd edim ki, mən 1990-cı illərin ortalarından qəzet oxumağa güclü marağım yaranmışdır. Səbəb atamın mütaliə edən biri olması idi. Hər gün evə ən azı 7-8 qəzet gəlirdi. O zamanlar da internet təbii ki, yox idi və evdə hər kəs sakitcə qəzet oxuyurdu. Hollivud, əcnebi məşhurlar, kino, futbol mənə maraqlı olduğu üçün başladım bu məlumatların ən lazımlılarını toplamağa. Sonra dəftərlər alıb, saatlarla mənim işim qəzet doğramaq, kley ilə onları yapışdırmaq idi. 1997-98-ci illərdə bu həvəs daha pik həddə çatmışdı. Hətta o dərəcə mütaliəyə meyilli idim ki, bəzən qəzet almaq üçün evdə topladığımı butulka şüşələrini torba-torba toplayıb, pula çevirib gedib maraqlı qəzetlərdən seçib alırdım. Burdakı məlumatlar mənə stimul verirdi ve gələcək üçün xəyallar qururdum. Xəyal fabrikim çox sürətlə inkişaf mərhələsini yaşayırdı. Bu hobbi mənə sabaha ümüd aşılayırdı həqiqətən. Ciddiyəm. Menim Zinaida Qippiusdan tutmuş Qvinet Peltrouya qeder hamı haqqında qısacada olsa məlumatım var idi. O, vaxt düzəltdiyim kitabların adını "İçimdən onları sevməyim gəlir" qoymuşdum. İndi isə bu adı "Keçmişe Привет" əvəz edir. Birdə onu da qeyd edim ki, mənim taylarım 14-15 yaşlarında valideynlərinin mektebe verdikləri pula gah bulka alırdılar, gah peraşki, beziler siqaret ve s men ancaq qəzet alırdım. Saatlarla qəzet köşkünün yanında növbe güdürdüm ki, görəsən təzə qəzetlər nə zaman gələcək. Bilirsiz ki, 90-cı illərdə rayona qəzetlər günortadan sonra. 5-6 radələrinde bəzən daha gec gəlirdi. Mən Göyçayda böyüyüb boya-başa çatmışam. Uşaqlığım, yeniyetməliyim orda keçib

 

- Təsadüfləri sevirsiniz?

 

- Bəli sevirəm. Tesadüfləri sevirəm və inanıram. Təsadüflə bağlı çox hallarla qarşılaşmışam. Məsələn, heç bir zaman qarşılaşacağım ilk məhəbbətim olmuş xanıma tesadüfən burda rast gəlmişəm və mənim beynimdə bir sual durub-dolaşırdı. Görəsən onu sevdiyimi tam anlayıb dərk edirdimi? Ve bu sualı ona nəhayət ki, ünvanladım. Deyir sənin sevginden xəbərim var idi. Halbuki elə bilirdim çox az hiss edib. Çünki söhbət 3-4-cü sinifdən gedir. Onunla paralel oxusaqda, o, qəfil məktəbini dəyişdi və bundan sorna heç bir zaman onunla rastlaşmadım. Uzun zaman sonra o mənim essemi bir sehifədə oxumuşdu ve onda məni tanımışdı. Sonra elə burda dostluğumuz yarandı. Düzdü çox gec-gec ünsiyyət qururuq. Yəqin ki, səbəbi, artıq bölüşə biləcəyimiz çox şeyin olmamasıdır, hər ikimiz evlilik həyatı yaşayırıq. Məsələn teleaparıcı İradə İsak həmişə mənə bir iş yoldaşı kimi onunla çalışmaq maraqlı olub ve bu da qəribe tesasüf ki, necə alındısa biz birgə layihə işləyirik və çox gözəl əməkdaşlığımız alındı. Biz eyni səviyyəninin adamlarıyıq, yəqin buna görə.

 

İnsanlar ya yaşayırlar yada mövcud olurlar. Siz hansılardansınız?

 

-  Mən yaşamağı seçirəm mövcud olmağı yox. Mən istəyirəm bu həyatda xırdada olsa bir iz qoyum. Amma sözün düzü tam istədiyim həyatı yaşamıram. Bu an məni yaşadan isə təbii ki, qızımdır. Sadəcə ona görə bu həyatı yaşamağa deyer!

əle ona görə də 2012-ci ildən soyadıma əlvida deyib qızımın adını özümə təxəllüs seçmişəm – necə deyərlər "Vasif Ayan"

 Şrift:



Persona.az şair Rəşad Nağı Mustafa ilə müsahibəni təqdim edir.

Salam şair. Tanıyanlar tanıyır, tanımayanlar üçün özünüzü təqdim edin.

-Anam üçün Rəşad Nağı, atam üçün Rəşad Mustafa, hamı üçün Rəşad Nağı Mustafa.

 

 İstiyirəm özünüzü yazdığınız şeirlərin birindən bir bəndlə, ya bir misrayla ifadə edəsiniz

 

-Şairlər xoşbəxt olmur,

Ola bilmir, qadası.

Dua da edə bilmir

şairlərin əlləri,

Bəzən bir şeir olur

bir şairin duası.

 

Bu arada “Endorfin” adlı  kitabınızın nəşr edilməyi münasibəti ilə təbrik edirəm. “Endorfin” tibbdə xoşbəxtlik hormonudu.Bəs "Endorfin" ədəbiyyat üçün hansı rolu oynayacaq

 

-Təbrik üçün minnətdaram. Endorfini hormonunu beyin, beyinin sahibi üçün sintez edir. Endorfin kitabı isə oxucular üçün zövq sintez edir. Ədəbiyyat üçün zamanla nə etdiyini biləcəyik.

 

Günlərlə təsirinə düşdüyünüz şeir və ya şeirlər varmı?

 

- Öz şeirlərimi təsirə düşüb yazıram, yazandan sonra təsirinə düşmürəm. Ancaq Elvin Paşanın "Ellipsis deyilmi dünya", Azər Elşadoğlunun "Tanrının əli sürüşür", Elşən Mehtinin " Ürəyimin qapısı bacası qırıq-qırıq" şerilərinin hələ də təsiri altındayam. Özümü pis hiss edən də bu şeirləri oxuyuram. Hətta əzbər bilirəm.

 

Eyni zamanda “Avtoqraf klub”un üzvüsünüz. Çox ədəbi birliklər yaranıb  və dağılıb. Məsələm AYO (Azad Yazarlar Ocağı) əvvəlki gücün itirib. “Yumruq ədəbi birliyi”ni misal çəkmək olar və s. “Avtoqraf klub”un ədəbiyyat üçün nə əhəmiyyəti olacaq? siz oranın bir üzvü kimi nə deyə bilərsiniz?

 

- Aftoqraf klub artıq 3 ildi ədəbiyyata xidmət edir. Gücünü itirmir əksinə güclənir. Aftoqraf klubun ən böyük uğurlatından biri, unudulmuş uşaq ədəbiyyatına Amin Sükütü və Amin Sükutun " Tuflinlər" povestini verməsidir. Yazıçı bu kitabı yazmaq üçün aylarnan uşaq psixalogiyası öyrənib. Tanınmış uşaq psxioloqları ilə əlaqə qurub. Ədəbiyyata xitmət budur məncə

 

Yazıçılar birliyinin üzvü deyilsiniz qəbul etmirlər ya özünüz istəmirsiniz?

 

-Yazıçılar birliyinə daxil olmaq eçün xüsusi bir addım atmamışam. Gələcəkdə bəlkə də bu haqqda düşünəcəm. Ancaq Yazıçılar birliyindən dəstək görmüşəm. Xüsusi ilə Bədii Tərcümə Mərkəzi və Ədəbi Əlaqələr mərkəzinin sədri, şair Səlim Babullaoğlu və Ulduz jurnalının baş redaktoru Qulu Aqsəsdən.

 

 Gəlin bir etiraf edin elə bir etiraf ki, ilk dəfə oxucular burdan oxusun

-Düşünürəm ki, insan 40 yaşına qədər etriaf etməməlidir

 

Hansı şairləri oxuyursunuz? bizə də məsləhət görürsünüz oxuyaq və hansı şairləri oxumaq sizi yorur?

 

- Vaqif Səmədoğlu, Ramiz Rövşən, Nəriman Həsənzadə, Səlim Babullaoğlu, Elvin Paşa, Elşən Mehti, Pərviz Arif, Elmir Hüseynoğlu, Azər Elşadoğlu, Cəlil Cavanşir. Bu siyahını artıra da bilərəm. Çünki şeir oxumaq mənim istirahətimdir. Salam Sarvanı xüsusi ilə qeyd etmək istəyirəm. Onun şeirlərindən həmişə xüsusi zövq almışam. Salam Sarvan məndən və bir neçə şair dostumdan dəstəyini əsirgəmıyib.

Atilla İlhan, Nazim Hikmət, İbrahim Tenekeci. Bu şairləri oxumaqla yanaşı həm də onlardan öyrənirəm.

Bu sualın cavabı uzun oldu bilurəm (gülür) yenə də uzada bilərəm

 

Siz tibb işçisiniz bildiyim qədər. Şeirlərinizlə özünüzü sağaldırsınız ya keyidirsiniz?

 

-Şeirlərimdən hələ özümə xeyir gəlməyib))) Tibbi informasiyam daha çox olduğu üçün, bu şeirlərimdə özünü göstərir. Hərdən sağaldıram özümü hərdən ağrıdıram

 

Son olaraq təqdimatınızla bağlı qısaca məlumat versəydiniz bilməyənlər də xəbərdar olardılar. Özünüzü qoruyun şair.

 

-Təqdimatım 26 mart saat 3də Ramada oteldə baş tutacaq. Standart kitab təqdimatı olmayacaq. Parlaq İmzaların və Avtoqrafın dəstəyi ilə xüsui hazırlıqlar görmüşük. Əslində dəstək də deməzim. Bir başa mənim işimi görüblər, dostlar. Bütün dostlara minnətdaram.

Təşəkkürlər, Cavanşir bəy. Özümü özümlə qoruyuram, qoruyacam.

 Şrift:



Persona.az tanınmış şair Elvin Paşa ilə müsahibəni təqdim edir.


Ədəbiyyatda missiyanız nədir?

-Mənim ədəbiyyatda missiyam elə həyatdakı missiyamdı. Mən nə vaxt özümü itirsəm yazmağı da dayandıracam.

Niyə məhz şeir? Elvin Paşa üçün şeir nədir?

-Mənim üçün şeir əvvəllər daha çox dua idi. İndi daha çox duasızlıq

 

Şeirlərinizdə bədbinlik açıq aşkar görünür. Sizdəmi "Darıxan ədəbiyyat"-ın bir üzvüsüz?

-Darıxan ədəbiyyat (gülür)  Gözəl tapmısınız. Yox mən darıxanlardan deyiləm. Ona görə yoxki darıxmaq yaxşı deyil. Sadəcə dəbdə olan darıxmağa meyillilik mənlik deyil ( gülümsüyür). Mən əslində pozitiv insanam. Yalnız kotarsis keçirəndə bədbin oluram. Bu da şeirlərdə özünü göstərir

 

Niyə hər kəs rəssam olmağa yox heykəltaraş olmağa yox məhz yazıçı yaxud şair olmağa çalışır?

-Məniçm dayım oğlu Qalib Mirzəliyev həm peşəkar rəssamdı Əzim Əzimzadə adına akademiyanı bitirib, həm peşəkar rejissordu Mədəniyyət və İncəsənət universitetinin rejissorluq fakultəsini bitirirb eyni zamanda da musiqiçidi Yalçın Rzazadədin tələbəsi olub yeni ulduz üçdə altıncı yerə qədər gəlib amma nə şeir yazır nə də əsər. Demək belə də olurmuş (gülümsəyir)

 

Qabriel Qarsiya Markes deyir: Yazarlar 2 cür olur. Yazıb özünü tanıdanlar. Yazıb özündə qalnlar. Siz 2 ciyə aidsiniz. Buna səbəb nədir?

 

-Qabriel Qarsiya Markez həmişə deyirmişki bu millət üç adımın üçünü də necə yadda saxlayır mən başa düşmürəm.

Özü də tanınmaq üçün cəhdlər edibmiş demək (gülümsəyir)
Mən nə qədər də desəm yox tanınmaq istəmirəm yalan danışmış olaram. Fitri olaraq insan tanınmağa can atır. Mən özümü axtaranlardanam əsil məni. Bunun üçün gərək tanınamki o da gəlsin tapsın məni. Bəlkə elə mən də sizin aranızdayam.

Elvin Paşanın şeir fəlsəfəsini nə təşkil edir?


-Daha çox metafizik baxışımdan və inancımdan doğan fəlsəfədi. Bununla bərabər yaşadığım öz kiçik həyat fəlsəfəm də var.

İnsan bədbin doğulur yoxsa zamanın əmri ilə bədbin olur?

-Ümumiyyətlə psixoanalizi oxuduqca görürsənki insana nə olur sonradan olur. Hətta insan olmağı belə sonra bilinir

Ədəbiyyatın başına keçsəydiniz ilk olaraq nələrdə dəyişiklik edərdiniz?

-Ədəbiyyatın başına keçsəydim ikicə nəfəri bazarda işlə təmin edərdimki gedib pul qazansınlar ədəbiyyata bir mənalı olaraq "kaşilok" kimi baxmasınlar. Ədəbiyyat ilk növbədə ədəbi estetik hadisədi sonra mənəvi prosesdi. Bu nüansları duya bildikdən, yaşaya bildikdən sonra pul özü gələcək. Bu gün intihar mövzusunda saytlar ip qazanmaq üçün başlıq yazmaq yarışına girmişdilər. Onlar üçün ədəbiyyat heç vaxt vacib olmayıb. Allah dünyasını dəyişənlərə rəhmət eləsin

"Xoşbəxtlik yarasına tıxanmış toy xalçalarında qaldı"- deyirsiz. Nazim Hikmətdə "Güneşli günler görüceğiz çoçuklar"- deyir. İndi biz hansına inanaq sizcə?

-Mən desəm mənə inanın onsuz Nazim Hikmətə inanacaqsınız (gülümsəyir) Yox təbii ki biz başqa başqa şeylər demişik. Mən palatqanın içimdən danışıram Nazim Hikmət çölündən. Nə vaxt mən də başımı çölə çıxarda bilsəm günəşi görəcəç bəlkə də çıxıb xəbərim yoxdu (gülür)

"Üç il bundan qabaq Avtoqraf yaradılanda mən şeiriyyatdan soyumuş küsmüş biri idim" - demisiz. İndi isə seçilən imzalardansınız. Avtoqraf sizi necə belə dəyişdi?

-Avtoqraf üç il bundan qabaq yaradılanda bizi heç kim tanımırdı. Biz yenə yazıçı və şair idik. Avtoqrafın üzvləri ayaq üstə durmağı bacardı mən də onlara baxdım dayandım sən demə dayanmaq olurmuş heç kimə ağız açmadan səbirlə bu günə gəlmişik. Özümüz özümüzə dəstək ola ola və bizim artıq bir povest və üç şeir kiyabımız çıxıb.

Amin Sükut- Tuflinlər

Rəşad Nağı Mustafa - Endorfin

Azər Elşadoğlu- Qalaqurma

bir də mənim Qara Qutu kitabım

 Şrift:



- Ədəbiyyatda missiyanız nədir? Və yaxud nəyə görə ədəbiyyat?

Bilirsiniz, uşaq vaxtlarımda nağıllara çox inanırdım. Nədənsə həmişə belə bir düşüncəm var idiki ,böyüdükdə Pəri olacam ve sehirli çubuğumla hərşeyi dəyişdirə, gözəlləşdirə biləcəm. Sonra yaşa dolduqca əslində bu sehirli çubuğun qələmim olduğunu anladım və yazdıqca özümü yazılarımda tapdım. Ümumiyyətlə, həmişə o işlə məşğul oluramki,o işi həqiqətən de sevirəm. Ədəbiyyat da mənim üçün sevgi dəməkdir. Harda əsil sevgi varsa, orda əmək, orda gələcək və o gələcəyə uğurlu töhfələr var.  İnanıram ki  mənim də qələmim gələcək ədəbiyyatımıza belə xeyrli, uğurlu töhfələr verəcək...

 

- Sizcə dağı görmədən dağ haqda yazmaq olar mı? Bu nə qədər düzgündür?

 

Ümumiyyətlə, mən həmişə o fikrin tərəfdarı olmuşam ki, "nəysə haqqında  10 dəfə eşitməkdənsə, 1 dəfə görmək yaxşıdır". Biri var hər şeyi təfərruatı ilə öz gözünlə görüb biləsən, biri də var sadəcə eşitdiklərini ümumiləşdirərək öz fantaziyanda, xəyalında canlandırıb yazasan. Hər iki hal mümkündür, amma birinci halda daha tez təsirlənə ,daha kreativ nümunələr ərsəyə gətirə bilərsən nəyin ki ikinci halda. Digər tərəfdən də yenə də bu yazıçının və ya şairin nə qədər yaradıcı olmasından irəli gəlir. Nəyisə görməsən, hansısa hadisə  başına gəlməsə belə, hesab edirəm ki məhz danışılarkən özünü orada olmuş kimi və ya həmin nəsnəni görmüş kimi hiss edib qələmə almaq yazıçıları, şairləri digər insanlardan fərqləndirən başlıca xüsusiyyətlərdən biridir.

 

Uzun zamanlar şeirimizdə böyük yer tutan simvolika hələdə davam edir? Sizcə nə qədər düzgündür? Bütün dünya ədəbiyyatı bir birinə qarışdığı halda bəzi yazarlarımız hələdə simvolika israrlıdır

 

Düşünürəm ki, şeir  bəzən simvolik, yəni ənənəvi çərçivələrdən kənara çıxa bilər, o şərtləki sözün əsil mənasında öz şeirliyini qoruyub saxlaya bilsin. Yəni adi söz yığını çox adam bir yere toplayıb şeir kimi təqdim edə bilər, lakin şeir o zaman şeir olurki orada hərkəsin qəlbinə toxunduğu, ruhunu oxşadığı, oxunduqca bədiilik süzülən heyrətamiz fikirlər olsun. Bununla yanaşı bütün ənənələri tamamilə kənara atmağın tərəfdarı deyiləm. Gözəl nümunələri həm yeni üslubda, həm də ənənələrə söykənərək də yaratmaq olar.

 

- İnsan beyni daima maksimala can atır. Bəs yaxşı sizcə möhtəşəm şair var?

 

Hərkəsin öz daxili dünyasına uyğun düşüncələri, qayda-qanunları, doğruları, yanlış hesab etdiyi şeylər olduğu kimi hər hansı bir şeyi qiymətləndirməyə dair aşağı və yuxarı dərəcələri də vardır. Elə bu nisbətlər də kiminsə möhtəşəm olduğunu deməyə imkan verir. Əgər kimsə  daxili dünyaların o yüksək qiymətləndirmə dərəcələrini toplayırsa deməli möhtəşəmdir.

 

- Qarabağ problemi ədəbiyyata mövzu olmalıdır mı?

 

Hər bir xalqın ədəbiyyatı onun tarixini, problemlərini, dünyagörüşünü özündə əks etdirir. Əgər hal-hazırda bu bizim başlıca problemlərimizdən biridirsə, nəyə görə də əsas mövzulardan biri olmasın? Biz özümüz özümüzü,öz tarixi ərazilərimizi, faciələrimizi əsərə çevirib, bu haqda yüksək elmi, bədii nümunələr yaratmağa çalışmasaq dünyadan necə tələb edə bilərik ki bizi biz kimi tanısın? Buna görə də bəli, əlbəttəki bu mövzuya da toxunmalıyıq.

 

-Köhnə ədəbiyyatla günümüz ədəbiyyatını qarşı-qarşıya qoyan fikirlər

 

Bugün ki ədəbiyyatımız dünən ki ədəbiyyatımızın yetirməsidir . Və gün gələcək gələcək ədəbiyyatımız da bugünkindən bəhrələnəcək. Çünki hal-hazırki dövrün də öz istedadlı və savadlı nəsli yetişməkdədir. İnanıram ki məhz bu nəsil, ədəbiyyatımızın da digər incəsənət sahələrimiz kimi dünya səviyyəsinə qalxmasına təkan rolunu oynayacaq ve biz öz ədəbiyyatımızın dünya üzre tanınmasının, yüksəlişinin çicəklenmə mərhələsini yaşayacağıq.

 

- Növbəti sualım belə olacaq, oxucular üçün top 10 kitab tərtib etsəz orda hansı kitablar yer alar?

 

Stephen R.Covey("Yüksək effektli insanların 7 vərdişi"),   Paulo Koelho("Kimyagər"),   Viktor Hüqo("Səfiller"),    Lev Tolstoyun əsərləri("Anna Karenina","Hərb və sülh"və s.),    William Shekspirin əsərləri("Otello","Hamlet","Kral Lir","Maqbet" ve.s)   Artur Konan Doylun əsərləri("Şerlok Holmsun macəraları,qorxu vadisi" "Boskomb vadisinin sirri","Gümüşü şimşək", "Al qırmızı etüd" və s.) Fredrix Beqbeder("Məhəbbət 3 il yaşayır")     Mixail Bulqakov("Master ve Marqarita"),

 

Son olaraq,şeir sevginin sözə çevrilmiş halıdı sizcə?

 

Şeir nəyin ki sevginin, eləcə də bütün hisslərin sözə çevrilmiş halıdı, çünki şeirdə sadəcə sevgidən yazılmır, kədərdən,sevincdən,qürurdan ve s. doğan şeirlər də var.

 Şrift:
 

 Nurəddin ƏDİLOĞLU: “Gələcəyin keçmişdən yaxşı olacağına inam ilbəil azalır...”
 
        Dünyanın bir qütbünün digər bir qütbü üzərində hegomonluğu bəşəriyyəti fəlakətə, üçüncu CAHAN savaşına sürükləyir... Insan sevinci-nəşəsiylə, əzab və iztirabları ilə hardasa dünya ilə eyniləşir... Məncə, cəmiyyət həyatının tərəqqisi də, tənəzzülü də əxlaqla bağlıdır...” söyləyən yazıçı – jurnalıst Nurəddin Ədiloğlundan çoxdan müsahibə almaq fikrim vardı. Onunla iş yerində, AYB-dəki tədbirlərdə, təbiət qoynunda dəfələrlə görüşmüşük. Müxtəlif mövzulardan danışsaq da yaradıcılığı barədə ad günü ərəfəsində ilk dəfə söhbət açdıq. 
 
    Z.V: Mən sizi öncə imzanızdan tanımışam. Amma Nurəddin Ədiloğlu kimi yox, Nurəddin Muğanlı kimi. Necə oldu ki, Muğanlını Ədiloğluyla əvəzləmək qərarına gəldiniz?
 
   N.Ə: (gülümsünür)  Əvvala, gəl bir-birimizə sən deyə müraciət edək, “siz” “sən”dən, “mən”dən  çox  uzaqdı... Əslində “Ədiloğlu”  “Muğanlı”dan  daha öncə  “dünyaya gəlib”.  Publisistik yazılarım, “Tok Qafar” adlı ilk hekayəm ötən əsrin 70- 80-ci illərində  Masallının “Çağırış” qəzetində bu imzayla çıxıb,  eyni zamanda radionun “Bulaq”  verilişində  bölgəmizin  ağsaqqal və ağbirçəklərin yaddaşından  qələmə aldığım xalq  yaradıcılığı nümunələri  dinləyicilərə  Ədiloğlu  imzasıyla təqdim  olunurdu. Muğanlı isə rəsmi soyadımdır. Bu soyadı götürməyimin  maraqlı tarixçəsi var. Həkim, alim, şair, bəstəkar Mirkazım bəy Aslanlı -  Sarəng barədə səninlə  çox söhbətimiz olub.

Ardını oxu...

 Şrift:
 
"... bu yolun sonunda; - “Ölüm”-  yazılıb ...
... sən, biraz, qarşıdan sağa dönərsən ..."

                           Zamiq Hacıyev

«Persona.az» saytı gənc yazar Nikbin Qasımlının ARAN ARB tv-nin əməkdaşı Zamiq Hacıyevlə müsahibəsini təqdim edir...

***

Öncədən fikir qeydi:

- Onunla, təxminən, 5-6 ildir ki, iş yoldaşıyıq. Vaxt olub ki, birlikdə bir otaqda çalışmışıq. Televiziya sahəsi belədir, axı. Bir departamentin tv işçisi olmuşuq. O, başqalarından fərqlənir. İstedadına, yaradıcılığına görə başqa əməkdaşlarımızdan seçilir. Yumoristik üslubu özünə xasdı. Şəxsən mənim üçün onun yeri xüsusidir.  Və s. və s. 

N.Q: Zamiq, salam. Əvvəlcə, onu deyim ki, əslində tet-a-tet tipli müsahibələrdə «siz» müraciətlərinə xüsusi önəm verilir. Amma, mən, neçə illərin tanışı kimi, iş yoldaşı kimi istəyirəm ki, «siz» müraciətini aradan götürüm. Səhv anlama, çünki bunu ərkyanə deyirəm.  (gülürük) 

Ardını oxu...

 Şrift:

"Persona"nın bu dəfəki qonağı istedadlı tarzən və şair Armin Əhmədzadədir. Yazar Nəzmiyyə Hicranın Arminlə olan maraqlı müsahibəsini təqdim edirik!

Armin 
Əhmədzadə (ArminYalnız) kimdir?  

  • Cənubi Azərbaycanın Təbriz şəhərində yaşayıram. Amma Araz bölünmədən Qədim Naxçıvanın Maku şəhərində anadan olmuşam və Təbrizdə böymüşəm. Biz, anadan başqa şəhərlərdə doğulsaq da, gəlib Bakı kimi, Təbriz kimi şəhərlərdə yoğruluruq.

Hal-hazırda Sakaryadasınız?

-  Bəli, Sakarya Universitetinin Təməl Bilimlər bölümünün 2- ci kursundayam. Tar çalğı aləti ixtisasımdır. Universitetə məni Milli musiqimizi təbliğ etmək istəyi gətiribdir. Demək olar ki, burada həm təhsil alır, həm də musiqimizi təbliğ ədirəm.

Ardını oxu...

Sayğac