Xəbər lenti

 Şrift:
                              
                                   
                                                   Övladı biz seçmirik

                                       
(“Qız yükü” tamaşasından epizodlar )

     Bu gün Azərbaycan  ailələrində  artıq bəlaya çevrilmiş bir məsələ - oğlan uşaqlarının qız uşağından üstün tutulması  və qızların dünyaya gəlməsinin qarşısının alınması hər bir düşünən beyni- ziyalını narahat edir. Dövlət  Pantomima Teatrı da bu məsələyə biganə qalmayaraq “Qızı yükü”nü yeniyetmə və gənc tamaşaçılarına təqdim etdi ki, onlar da gələcəkdə valideyn olanda belə səhvlərə  yol verib, qəddar addımlar atmasınlar. 
Nəzərə alsaq ki, tamaşanın rejissoru teatrın bəddi rəhbəri xalq artisti Bəxtiyar Xanızadədir, o zaman həmin tamaşada çox mühüm məqamların ustalıqla göstərildiyiniə heç şübhəmiz olmaz: - Oğlu olmadığına görə hər kəs tərəfindən tənə yeyən Qasımın vicdanı görünür ki, kənd camaatının sözündən daha təmiz imiş.
Bəzən valideynlərin övladlar üzərində amansız qərarları onların taleyini məhv edir. Ancaq diqqət edək ki, tamaşanın sonunda ananın yaşlanmasından şikayət etməyi bəhanədir. O artıq öz səhvini anlamışdır.
Evdə sevilməyən bacıları bu ədalətsizlik  qətiyyən ruhdan salmır və gələcəyə doğru addımlamaqda fikir yaradır. Ancaq o demək deyil ki, uşaqlar uğurlu gələcək qursunlar deyə valideynlər bu cür qəddar olmalıdır..
Bu gün cəmiyyət (fərd olaraq ) öz eyiblərinə kordur. Sözügedən tamaşada da asanlıqla bunu görmək olur: -Heç kəs öz uşaqlarının tərbiyəsi ilə məşğul olmur, hamı Qasımın qızlarından danışır. Halbuki, onun evində gələcəyin iki mütəxəsisi yetişir. Təhsillə bağlı yaşadığımız problemləri nəzərə alsaq, bu səhnələrin belə ustalıqla işlənməsində rejissora bir “təşəkkür məktubu”da yazmaq olar. 
Qasımın həyat yoldaşının tənələrə dözməyi də Azərbaycan qadının cəfakeş olmağına işarədir. Qadının evdən getmək istəyi sizi əsas mövzudan azdırmasın. O “gedişin adı” qürur idi. Qadın bezdiyindən deyil, Qasımın oğlu olsun deyə getmək fikrində idi. Ancaq qızların oxumaq- təhsil almaq qərarı, görünür, evdə çox şeyi dəyişir. Qasımın özünü öldürmək fikri, anasının qarğışları, kəndin söz-söhbəti dayanmaq üzrə idi. Ancaq yenədə qulağı səsdə olanlar da az deyildi.
Qızların təhsil alıb kəndə qayıtmaq səhnəsinə diqqət edək: -Ana sevinclidir və zəhmətkeş qızlarının gəlişini gözləyir. İllərin necə tez keçdiyini Qasıma deyir. Ancaq evin kişisi Qasım bu illərin heç də asan keçmədiyini deyir. Əlbttə ki, haqlıdır. Kənddən şəhərə oxumağa gedən iki qız üçün ata narahat olmalıdır. Burda Azərbaycan kişisinin mental dəyərlərdən qopmadığı  və ailələrdə ataların məsuliyyətli olmağına işarədir.
Hazırda cəmiyyət bir məqamı qəbul etmir: -Məsələ  qız və ya oğlan böyütməkdə deyil, vacib olan cəmiyyətə xeyirli insan yetişdirməkdir. Onun üçün  cinsiyyət yox,  mənəviyyat üstün tutulmalıdır.
Tamaşada deyildiyi kimi:_ “Övladı biz seçmirik Allah verir”

Əntiqə  Səməndər

 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac