Xəbər lenti

 Şrift:

Şəhla Aslan

     Müsəlmanı xoşlamayan millətlərin birincisi yapondur. Yaponiyada bu din rəsmən qadağandır və heç bir müsəlman oranın vətəndaşı ola bilməz. Bəs qurbanı olduğum o gözəgörünməz niyə imkan verir ki, yapon bu qədər irəli gedib ağ günə çıxsın, varlansın? Əksinə, müsəlman isə qarğanmış kimi hey geriyə gedib səfalət içində niyə çabalayır?

Ardını oxu...

 Şrift:


Elmar Allahverdi

 Çoxdandır diqqətimi çəkən mövzu haqda yazmaq istəyirəm. Əslində yazını oxuduğunuz zaman siz də şahidi olub qələmə aldığım hadisələrin oxşarları ilə gündəlik həyatda qarşılaşdığınızın fərqinə varacaqsınız.

Ardını oxu...

 Şrift:

                        Hafiz Təmirov,

                                             polis kapitanı


                                           Belə bir oğul vardı...                   

    Əslində yaşamaq elə də çətin deyil. Çətin olan, necə yaşamaq lazımdır ki, xatırlana biləsən sualına cavab tapmaqdır...

    Bir müqəddəsin həyat haqqında dediklərini günümüzün reallığına çevirsək tamam başqa bir mənzərə ilə qarşlaşmış olarıq. O müqədəds deyirdi ki, “Həyat ancaq sənin baxışınla məna qazanar.

Ardını oxu...

 Şrift:

       
                      Zəka Vilayətoğlu

    Axşam evimizin həyətində maşını saxlayıb kondisionerin sərinlətdiyi salondan bayıra çıxınca, sanki qaynar bir qazanın içinə düşdüm. Elə bil havanın özü bu dəhşətli istidən can vermiş, ölmüşdü. Uşaqları kənddən şəhərə, ən azı on gün tez gətirdiyimi düşünüb peşimanladım. Necə dözəcəkdilər bu istilərə? Gecə səhərəcən kondisioner işləyən sərin otağın havasımı yaxşı idi, ya sərin və tərtəmiz dağ havası?.. Nə isə... axır ki, iki aylıq yay istirahətindən sonra yenidən, od tutub yanan şəhərimizə gəlib çıxmışdıq.

Ardını oxu...

 Şrift:
 
  • Şəhla Aslan
  •     Dünən iş yoldaşım mənə bir əhvalat danışdı. Deyir ki, Gədəbəydə bir qoyun sürüsü özlərini qayadan atıb «intihar» edib. Daha doğrusu, sürünün başçısı tullanıb düşüb uçuruma, qalan iki yüz əlli beş qoyun da bir-bir onun arxasınca özünü atır uçuruma.

Ardını oxu...

 Şrift:

Son dövrlərdə gərginlik dolu günlər yaşamaqda davam edirik. Bu gün cəhbədəki durum elə bir vəziyyətdədir ki, hər birimiz hər an yenilənən informasiya axtarırıq. Düzdür, şəhid veririk. Az da deyil. Danılmaz həqiqətdir ki, acısı şiddətlidir. Yarası sağalmayandır. Əzizləri, ailəsi üçün ömürlük əzabdı. Nə pulla, nə medalla, nə qayğı ilə unutdurulan ağrı deyil. Amma bir şeyi xüsusilə qeyd etməliyəm ki, cəbhədəki durumla bağlı xalqımızda şücaət gördüm. Diqqət gördüm.

Ardını oxu...

 Şrift:
Deyirlər bir güllə bahar olmaz, ancaq mən baharın bir güllə olduğuna, gəldiyinə inanıram. Baxın qışın son nəfəsini verdiyi anlarda Qargülləri baş qaldırır torpaqdan. Onların üzərinə qar yağır, şaxta düşür, ancaq bir daha geri qayıtmır qış, gül qoxulu bahar gəlir.

Ardını oxu...

 Şrift:
Dünyaca məşhur filosof Epikur bir növ allahın varlığını qəbul edirdi, amma allaha inanmırdı. Onun fəlsəfi analizinə görə, dünya yalnız  öz cazibəsindən, çəkisindən yaxud da özünün yükündən asılı olduğundan  yuvarlaq yaşayış modeli  də  insanlara, o cümlədən digər canlılara agah olmayan səbəblərdən dövr edir.

Epikur deyirdi ki, insan dünyanın fırlanması mənzərəsini görməsə də  bir sıra elmi araşdırmalar sayəsində bu məlumatdan xəbərdardır.

Ardını oxu...

 Şrift:

Sərdar Amin  “Qaratoyuq nəğməsi”

Dünyada ən aktula mövzu müharibədir. Savaş demək olar ki, həyat tərzimizə çevrilib. Bəşəriyyəti müharibəsiz təsəvvür etmək mümkünsüzdür.

“Ağ adamlar”ın hikkəsi “qara adamlar”ın zülmətinə səbəb olur. Bir gün silahlar susarsa bu, dünyanın ən böyük və inanılması çətin olan möcüzəsi olacaq. Bəlkə də bu “möcüzə”nin gözləntisi Sərdar Aminin üsyanının başlanğıcıdır. 

Ardını oxu...

 Şrift:

Bəli yaşamaq çətindir, doğulmağa nə var..

Ömrümüzün yeniyetməlik dövründən namaz qılmaq vacib sayılır. Təxminən 15-18 yaşlarında şüurunda dəyişikliyin getdiyi bir dövr artıq səni düşünməyə, götür - qoy etməyə vadar edir. Və beləcə öz ahəstə yolunda seçim etməyə başlayırsan. Üzərindən daha bir neçə il keçəndə yaşamaq eşqin və seçim zövqün formalaşmağa başlayır. Özünün mənəvi və maddi tələbatların üçün lazım olanlar əslində sənə lüzumsuz kimi görsənmirlər.

Ardını oxu...

Sayğac