Xəbər lenti

 Şrift:


 Hüseyn Əliyev


Sturuktur olun (yaradın), (yaranmış) sturuktur içində əriyib getməyin!
 
 Eynşteynin belə bir iddiası var. Əgər keyfiyyətli  ideya varsa, o, ən uyğun olmayan sözlərlə də olsa mütləq dür kimi parlayacaq. Eynşteynin bu iddiası  nitqi olmayan(danışa bilmədiyini iddia edən) insanlara cavab xarakteri daşıyırdı. İllər sonra isə Eynşteyn bu fikrin üzərinə yazı üçün də müraciət olunacağını düşünməzdi. Fikrimcə, yazı da bura daxildir, əgər sistemli fikir və unikallıq varsa, yazı yazıçılıq cəhətdən olmasa da ideyasına görə yaxşı qarşılanacaq.

Ardını oxu...

 Şrift:


Şəhla Aslan


 Adəmə məktub

 Südabə müəllimənin dərsi üçün məktub yazmalı idim. Ömrümdə nə qədər məktublar yazmış, nə qədər cavablar almışdım, amma bu dəfə qələmim kütləşmiş, şairlər demişkən, ilham bulağının gözü qurumuşdu. Fikrimdə bu “İlham” sözü işıqlanan kimi, sanki biri mənə dedi: “Yazma. İlhamsız yazma. İlhamın gələndə yazarsan”. Yenə də özümdən asılı olmayaraq o səsə qulaq asdım, heç nə yazmadım. Axşam oldu, uzanıb yatdım, amma “təbim” gəlmədi ki, gəlmədi.

 Bu məktub məsələsi başını necə xarab eləyibsə, yuxuda da onu görürdüm. Gördüm ki, Kafkanın “Milenaya məktublar”ını oxuyuram. Özü də Kafka sevgilisini elə əzizləyir, elə nəvazişli sözlər deyir ki… Yazır ki, ya dünya çox kiçikdir, ya da biz çox böyüyük. O qədər böyüyük ki, bütün dünyanı doldurmuşuq. Yer kürəsində bir sən varsan, bir də mən…

Ardını oxu...

 Şrift:


Soylu Atalı


 Siyasi dünyanın ermənisi

Tanrıçılıq – Türkün Təbiətlə doğmalığından, birliyindən yaranan inancdır. Türk Tanrıçılığı dünya üçün müqəddəs bir nizam idi. Təbiət sevilirdi, bəslənirdi, qorunurdu. “Tanrı türkün həm balası idi, həm babası”(A.Ata). Balasını əzizləyirdi, babasına arxalanırdı türk. Türk təbiət sevgisindən, Tanrı səsindən saz yaratmışdı. Sazı sinəsinə sıxanda Tanrının səsini eşidirdi – duyğuları təmizlənirdi, ürəyi saflaşırdı. Təbiəti saflıq ahəngi qoruyurdu. Türkün Tanrısını əlindən aldılar. Qəddar, qorxunc, dəyişkən, adamlaşan, hökmdarlaşan Allaha tabe etdilər türkü. Dünya Tanrısızlaşdı, təbiətə qarşı münasibət vəhşiləşdi, qan-qada dünyanı bürüdü. Göylər yerin tüstüsünə bələndi, göyün göyü qaraldı.

Türk də təklənib, təbiət kimi. Tənhalıq aqibəti seçilib ona. Tanrısını itirən türk tənhalığını dərk eləmir sanki. Dünyayla bir olmağa çalışır, dünya onun arzusunu gözündə qoyur. Dünya azğındır, pozğundur.

Ardını oxu...

 Şrift:


ALİQ NAĞIOĞLU


Başı saxlamaq... 
(miniatürlər) 

      Körpəyə başını saxlamaq daha çətindi, birinci sinif şagirdinə- qələmi; gənc üçün elə da asan olmayan elm- cəmiyyətdə, kollektivdə özünü tutmaqdı.

     Biz bütün həyatımız boyu fasiləsiz olaraq tutub saxlamağı öyrənirik: özümüzü əldə-ayaqda, kimisə ciddilikdə-sərtlikdə. Həm də bütün gücümüzlə distansiya, brend saxlayırıq; qoltuğumuzda daş saxlayırıq; küsü, kin saxlayırıq.

Ardını oxu...

 Şrift:


Kənan Hacı



  Bakıya yağış yağdı. Sel küçələri bürüdü. Təbii ki, romantika da coşdu-çağladı. Facebook da əməlli-başlı islandı...


Hansısa şair yazıb: “Yağış gözəldi, kasıb ayaqqabısı olmaya...” Yağış yağanda talesiz insanlar haqda düşünürəm. Əyni yalın, ayaqqabısı su buraxan o qədər talesiz insanlar var ki... Kimlərsə pəncərədən baxıb yağışı qayğısızcasına seyr edəndə, sevgililər xoşbəxtcəsinə bir çətirin altında bir-birlərinə qısılanda, yağışdan feyz alanda o biçarələr göylərə nifrətlə baxırlar, yağışa lənət yağdırırlar... Hər şey bu qədər sadə...

Ardını oxu...

 Şrift:
  • Əziz Əlibəyli


  • Görürsünüz birisi durur qarşınızda və sizi söyməyə başlayır. Üzünüzü çevirib gedəcəksiniz. Amma ola bilsin ki, sizi kənardan tanıyan biri müşahidə edir və sabah ümimiləşmiş leksikonumuzda yer tutan “peysər” jarqonu yapışacaq həmən bədən üzvünə.
  •   Niyə ki, “yaxşı oğlan” özünə söydürməz.
  •   Amma qardaş bu yaxşı oğlanın ölkəsi də yaxşı olmalıdır axı..
  •   Bu köşəni ədəbi dilin normalarını pozmamaqla da yaza bilərdim. Amma olmadı.
  • Çünki, ilk dəfə üzü saqqalı, qulağı sırğalı və əli qələmli insanlar meydana çıxaraq ənənəvi nə vardısa, “köhnəlik”, “qalıq” deyib sildilər, keçdilər. Bir sözlə, spesifikaya aid olanların müdafiə ümmunitetini yedilər. Oldu boz divar. Sonra...
  •   Sonra başlandı,  nə başlandı...
  • Ardını oxu...

     Şrift:

    Nizami

    Bir bədənim var. Əllərimlə yemək yeyirəm, ayaqlarımla hərəkət edirəm. Döyüntüləri ilə az qala sinəmi dəlib keçən ürəyim var. Öz döyüntüləri ilə zamanı sayır. Hələ deyinmədən həyatımın yükünü daşıyan çiyinlərimi demirəm.. Rahatlığımı ancaq dərin yuxularda tapıram. Səhərləri ayıla bilmirəm, çünki...

        Danışan ağzım, eşidən qulaqlarım, baxan gözlərim var. Hələ bir başım var ki, gah xəyallar qurar, gah da nədənsə şübhələnər.. Atılıb-düşürəm, hər hansı bir musiqini zümzümə edirəm, yeriyirəm-qaçıram, ağlayıram-gülürəm, sevirəm-sevilirəm. Biraz yay, biraz payız.. yaşayram özümçün.

    Ardını oxu...

     Şrift:

        
                      Şəhla ASLAN

    Yox! Yox! Əsrlərlə davam edən və həmişə də davam  edəcək bu müşkül sualın cavabını tapmışam. Və 
    heç kim, heç vaxt da dəqiq cavab  tapa bilməyəcək. Elə buna görə də eşq ucadır! İnsan ağlı ölçüsündə buna cavablar tapacaq. Sadəcə İncildə maraqlı bir yer gördüm, onu yazmaq istəyirəm.

    "Sevgidə qorxu olmur, kamil sevgidə isə (yəni eşqdə!) qorxunu qovan bir qüvvə olur" (İohannın vəsiyyəti, 143.)

    "İncil" müqəddəs kitabdır və bu söz  ağlabatandır. 

    Ardını oxu...

     Şrift:

                Qənirə Paşayeva

    Gənclər arasında oxumağa, öyrənməyə meyldən daha çox  qısa zamanda çox pul qazanmağa meylli olanları görəndə  çox təssüflənirəm. Əslində bizi lazım olan gerçək zənginliyə aparan yol yalnız oxumaqdan, öyrənməkdən keçir. Gerçək zənginliyə aparan yol barədə bu hekayəni ilk dəfə oxuyanda çox xoşuma gəlmişdi və anlayan üçün çox dərin məna  daşıyır.

       Böyük Səlcuq Sultanlığı dövründə kiçik bir şəhərdə tək  oğlu olan bir dul qadın yaşayırmış. Ölümün yaxınlaşdığını  hiss edincə, oğlunu çağırır və ona belə deyir: “Çox çətinlik içində yaşadıq, çünki kasıbıq, amma sənə böyük bir zənginlik əmanət edirəm. Onu mənə güclü bir cadugər hədiyyə  etmişdi. İçində böyük bir dəfinəyə çatmaq üçün bütün lazım  olan işarələr mövcuddur. Mənim bunu oxuyacaq nə taqətim,  nə də zamanım var. İndi onu sənə əmanət edirəm. Təlimatlara əməl etsən, çox zəngin olacaqsan!”

    Ardını oxu...

     Şrift:


                             VƏFA QAFAROVA


    Soruşuram  ki,  görəsən  xanım  yazarlara  verilən  ən  populyar  sual hansıdır?  Sizdə   bilirsiniz, amma  qoy deyim. "Kimə  yazmısan?" Bu  sualı  az  qala hər  şeir  oxuyandan  sonra  eşidirik. Adamın  ürəyini  vurur. Bu əcaib  zamanada, yubkaların  gödəldiyi, yaxaların  açıldığı, dilimizdən  mədəni  terminlərin  silinib süpürüldüyü  bir zamanda  qadınların  yazılarına   qoyulan  embarqo  davam edir.  Özü  də  ağlına  və  ağzına  gələni  yazanlara  yox  ha,  məhz  babat  sevgi  şeirləri  yazanlara.

    Əslində  fərqi  yoxdur, küçə  uşağı  haqda  yazırsansa  demək  küçədə  böyümüsən,  bomj  haqda  yazırsansa  demək  mütləq  həyatının  bir  dönəmində  bomj olmusan, sevgidən  yazırsansa  mütləq  kimisə  ümidsizcəsinə  sevirsən,  itdən,  pişikdən  yazırsansa Qrişna   təriqətinin  əsaslarına görə  əvvəlki  həyatında  it  ya  da pişik  olmusan, boymuna  al!

    Ardını oxu...

    Sayğac