Xəbər lenti

 Şrift:


 1990- ci  il 20  Yanvar. Bu  tarix  Azərbaycanın  azadlığı  və  ərazi  bütövlüyü  uğurunda  mübarizə  qəhramanlarının  şəhid  olma  günüdür. Bu  gün  faciə, məğlub  olma, sınma  günü  yox, öz  ölkəsinin  azadlığını, şərəfini  və  ləyaqətini  hər  şeydən  uca  tutan, canını  torpaq, vətən, müstəqillik  yolunda  qurban  verən,şəhid  olub  müqəddəslik  qazanan  Vətən  övladlarının  ucalıq, əl çatmazlıq günüdür

    Bu  gündə  bütün   ölkə  əhalisinin  böyüyündən  kiçiyinə  kimi  hamsı  axın-axın  müqəddəs  Şəhidlər  Xiyabanını  ziyarət  edir, qışın  ayazlı- şaxtalı  havasında  məzarların  üstünə  təzə-tər  güllər   qoyur, ruhlarına  dualar  oxuyur, baş  əyirlər.

    Zaman- zaman  müqəddəs  torpaqlarımızdan  özlərinə  vətən  düzəltmiş  ermənilər  heç  vaxt, heç  zaman   torpaqlarımıza  qarşı  uzatdıqları  murdar  əllərini  geri  çəkməyiblər.1988- ci  ildə  onlar  bizim  tərəfimizdən  heç  vaxt  uzaddıqları  əllərinə  zərbə  vurulmadığından  ruhlanaraq  bu  murdar  əli  indi  də  tarixi Azərbaycan  torpaqları  olan  cənnət- məkan  Qarabağa  uzatdılar. Özü  də  geniş  açılmış  şəkildə.

    Az  bir  zaman  kəsiyində  mərkəzin  havadarlığından  istifadə  edən  ermənilər Qərbi  Azərbaycanın  əbədi  və  əzəli  sakinlərini  min  bir  işgəncələrlə  ölkədən qovub  çıxartdılar. 200  mindən  çox  insan  ev- eşiyini. var- dövlətini  itirib  qaçqın,köçkün  oldular. Minlərlə  qoca, qadın,uşaq  nankor  qonşularımızın  gülləsinə  tuş  gəldi, itkin  düştü, dağlarda  şaxtadan  dondu.

  Bütün  bunlara  laqeyid  qalmayan  Azərbaycan  xalqı  bir  nəfər  kimi  ayağa qalxdı. Respublikanı  nümayişlər, tətillər  dalğası  bürüdü. Fabiriklər, zavodlar  işini  dayandırdı.Azərbaycan  Milli  Azadlıq  mübarizəsini  bütün  dünyaya  nümayiş  etdirdi.

  Azərbaycan  xalqının  Milli  Azadlıq  Hərəkatından  qorxan, o  vaxtkı  SSRİ  rəhbəri  M,S,Qorbaçov   Sovet  hərb  maşınını  işə  saldı. 1990- cı  il 20  Yanvarda  Sovet  Ordusunun  xüsusi  təyinatlı  bölmələri, Daxili  Qoşunların  Stavropol, Krasnodar  və  Rostovdan  səfərbərliyə  alınan  erməni  əsgər  və  zabitlərinə  qabaqlarına  keçəni  əzmək, dağıtmaq, öldürmək  əmri  vermişdi.

  Sələfi  x1 Qızıl  Ordudan  fərqlənməyən  Sovet  Ordusu  həmin  dəhşətli  gecədə  137  nəfər  günahsız  qocanı, qadını, məktəbli  uşağı  küçədə, eyvanda, avtobusda  qanına  qaltan  elədi. 700-nü  yaraladı, 800-dən  çoxunu  həbs  etdi. Bu, bəşəriyyətin  tarixində  öz  vətəndaşına   qarşı  mərkəzin  görünməmiş, ağla  gəlməyən  vəhşiliyi  idi.

  Deyirlər, tarixdə  heç  nə  unudulmur, heç  kim, heç  nə  yaddan  çıxmır. Və  heç  bir  cinayət  də  cəzasız  qalmır. Artıq  25  ildir  ki, Azərbaycan  xalqı  20  Yanvarı Ümumxalq  Hüzün  Günü  kimi  qeyd  edir. Bakımızın  ən  hündür  yerində  uyuyan   Milli  Azadlıq  qəhrəmanlarnı  daima  anırıq. Şəhidlər  Xiyabanı  bizim and  yerimizdi.

   Respublikanın  bütün  kənd, qəsəbə  və  şəhərlərində  şəhidlərin  adına  yüzlərlə küçə, park, məktəb  var.Parklarda, məktəblərdə  onların  heykəlləri  və  büstləri  qoyulub. Bir  sözlə, şəhidləri  unutmamışıq  və  unutmayacayıq.

  Çox  təəssüf  ki, misli  görünməmiş  bu  cinayət  işi  cəzasız  qalıb. Doğrudur, 20  Yanvar  faciəsinə  2  dəfə - 1992- ci  və  1994- cü  illərdə  siyasi- hüququ  qiymət verilib. Ulu  Öndər  Heydər  Əliyevin  səyi   nəticəsində  günahkarların  adı  məlum  olub. Buna  baxmayaraq, onlar  cinayətkar  deyillərmiş  kimi  hələ  də azadlıqda  gəzirlər.Keçmiş  Yuqoslaviya  ərazisində  baş  vermiş  hərbi  cinayətin  günahkarlatı   həbs  olunaraq  layiqli  cəzalarını  alıblar. Harada  baş  verməsindən asılı  olmayaraq, kütləvi  insan  qətlinə  səbəb  olan  günahkarlar  cəzal andırılmalıdır. Dünya  ictimayyəti  də  insanlığa  qarşı  cinayət  törətmiş  şəxslərin cəzalandırılması  ilə  bağlı  məsələlərə  həssas  yanaşır. Belə  olan  halda  biz  nə  üçün  susuruq? Niyə  başda  Qorbaçov  olmaqla  SSRİ  rəhbərliyini  beynəlxalq məhkəmələrə  vermirik? Bəlkə  onların  ölüb  getməsini  gözləyirik? Bunun  nə  faydası?

    Bildiyimiz  kimi  Moskvada  "Qorbaçov  fondu" fəaliyyət  göstərir. Nəyə  görə həmin  fonddan  Azərbaycan  xalqı  üçün  kompensansiya  almırıq? Axı  cinayətkar Qorbaçovdur?

   Hər  il  olduğu  kimi  bu  il  də  faciənin  ildönümü  ilə  bağlı  tədbirlər  keçirilir,ölkənin  bütün  şəhərlərində, rayonlarında, idarə  və  müəssələrində  anma mərasimləri  qeyd  olunur, dünya  ictimayyətinin  diqqətini  bu  qanlı  faciəyə yönəltmək  üçün  Azərbaycanın  xaricdəki  səfirliklərində  mərasimlər  təşkil  olunur. "Əbədi  Məşəl"  önünə  Azərbaycan  prezidenti  əklil  qoyur, xarici  səfirliklərin  nümayəndələri  şəhidləri  ziyarət  edir  və  Azərbaycan  xalqına  baş  sağlığı  verirlər.

   Bu  gün   Bakı  vaxtı  ilə  saat  12.00-da  ölkə  boyu  şəhidlərin  xatirəsi  bir  dəqiqəlik  sükutla  yad  ediləcək, gəmilər, avtobuslar, qatarlar  səs  siqinalları verəcəklər.

  Beləcə,   şəhidlərin  xatirəsi  növbəti  dəfə  yad  edilib, bir  ildönümü  də  arxada  qoyulacaq. Cinayətkarlar isə  yenə  cəzasız  qalacaqlar. Nə  vaxta  kimi?

  Məhərrəm  Şəmkirli
Persona.az


     

 Şrift:

 Yeqzar Cəfərli

  Hər hansı bir əsərin tərif və ya tənqid olunması arasındakı fərqlər çox zaman eyniləşdirilir və nəticədə əsərin yaxşı yazılıb-yazılmamasından fərqli olaraq əsər təriflənir, qaldırılır dağ başına. Bəzən bir yazıçını elə tərifləyirlər yazıq yazıçının dözümü çatmır, çünki təriflənmək o qədər bezib ki, gülən olmasa başlayar ağlamağa...

 Digər bir vacib məqam...

Əslində haqqında danışdığımız bu məqam çox müzakirə olunub, müzakirədən daha çox müdafiə olunub desək, daha doğru olar. Bacarıb-bacarmamasından asılı olmayaraq hamı yazmaq, məşhur olmaq istəyir. Düzdür, bir reallıq da var ki, gənclərin arasında istedadlıları var, özəlliklə də şeir janrında...

Ardını oxu...

 Şrift:


Çinarə Ömray


 

Zaman-zaman qayğılar, problemlər insan üzərinə çökər, hiss edərsən ki, yükün ağırlaşır. Yaşadıqların yaşından böyükdü. Bu qədər qayğını daşımağa nə yaşın, nə də gücün çatar... Allaha sığınarsan, o da sanki inad kimi daha da yükləyər səni. Yenidən hər işdə bir xeyir var, ya da hər qaranlığın bir sabahı var cümlələrinə tapınıb carəsizcə sabaha sığınarsan. Bu günün də dünənin sabahı olduğunu unudub da elə hey sabahlardan sarılarsan ümidlə. Lakin ümidlə, carəszliklə gözəl olacağına inandığın sabahlar heç də deyimdəki qədər problemsiz və gözəl açılmır. Sadəcə sabaha adlıyana qədər sən o qayğını, problemi özünküləşdirirsən, doğmalaşdırırsan. O üzdən bizə sabahlar biraz işıqlı görünür.

Hərdən xəyallarımızda kaş ki, “yatsam da 3 ildən sonra oyansam, bütün problemləri həll olunmuş görsəm” düşünürsən. Sonra da “yox əşi o bəxt ki, məndədi elə 3 ildən sonrada oyananda görəcəm ki, qoyub yatdığımdan 3 qat çoxdur”  Mənim problemlərim sələmə verilmiş pul kimidir. Hər ay üzərinə fayizi gəlir. Yatdığım 3ilin faizini də hesablasaq “gəl, Allahım gəl”. Yox, bu yatmaq da çox baha başa gəldi.

Ya da tanımadığın bir yerə gedəsən. Bütün qayğını, problemini burda qoyub gedəsən. Sonra da fikirləşirsən ki, yox elə tanimadığın bir mühütə düşüb orda özünə yeni həyat qurub, yeni insanlar tanıyıb başına yeni problemlər açmaqdansa, burda qalmaq yaxşıdı.

Ardını oxu...

 Şrift:


Elmar Allahverdi


 Yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Bu sözü əsas alaraq gördüklərimi sizinlə bölüşməyə başlayıram. Azərbaycanda tez-tez istifadə edilən deyimlər var, məsələn, Avropa mədəniyyəti, Avropaya inteqrasiya, Avropadakı həyat və s. insanların əksəriyyəti ya gəzmək, ya işləmək, ya da yaşamaq üçün Avropaya üz tuturlar. Yəqin ki, bunlara səbəb Azərbaycan və Avropa arasındakı fərqlərdir.

Bəs doğrudanmı bu fərqlər ancaq müsbət meyllidir?

Silsilə yazılarımda bu fərqlərdən danışacağam. Mən sadəcə gördüyüm, yaşadığım və üzləşdiyim hadisələri sizlərə təqdim etməyə çalışacağam. Bu mövzuda ilk yazıma Avropada olduğum 3-cü ayda başlayıram. Bunun da səbəbi buradakı cəmiyyəti, yaşayış tərzini daha yaxından müşahidə edərək doğru yanaşmanı təqdim etmək arzusudur. İlk təəssürat ilə başlamaq istəyirəm. Belə ki, Azərbaycan Hava Yolları şirkətinin birbaşa uçuşu ilə İtaliyanın paytaxtı Romaya doğru hərəkətə başlayırıq.

Ardını oxu...

 Şrift:

 Günel Eyvazlı

   Son vaxtlar gənclər arasında xərçəng xəstəliyinə tutulanların sayının artması məni bu yöndə apardığım müşahidələri ümumiləşdirməyə məcbur etdi. Məlum oldu ki, sözügedən çox gəncləşib, bunun səbəbini aydınlaşdırmaq üçün də müxtəlif səviyyələrdə - həm dövlət qurumlarında, həm də ictimaiyyatda qüvvələr səfərbər edilməlidir. Həkimlərin ağızdolusu danışıqları, efirlərdə səhərdən-axşamadək təbabət verlişlərinin göstərilməsi xəstəliyə tutulmuş adamlara yardım etmək adı altında dərman preparatları biznesi ilə məşğul olanların ciblərini doldurmaqdan başqa bir şey deyil.

Yəqin, şirniyyat dükanlarının qarşısından keçəndə ətrafa yayılan cəlbedici qoxu sizi də dükana girməyə sövq edir. Kənarda dyulan gözəl iylə içəridəki ərzaq çeşidləri qəribə ziddiyyət yaradır. Diqqətlə baxsaq, dükanların rəflərində həmin qoxunu yayan qida məhsullarını görə bilmərik. Bəs bizi bihuş edən başcicəlləndirici iyin mənbəyi haradadır? Sən demə, o qoxu ətrafa səpələnmiş ətir aromatizatorlarından başqa bir şey deyilmiş, ağzımızı sulandıran da kimyəvi tərkibli preparat imiş.

Ardını oxu...

 Şrift:

Elkin Kərimli

Doğurdan da, dəhşətdir vallah. Sonra da deyirlər ki, böyük-kiçik yoxdu, olmaz da. Hara baxırsan, işə qəbul 18-40 yaşa kimidir. Mən başa düşmürəm 40 yaşdan sonra işləmək lazım deyil? Ya elə çox maaş alırıq ki, 40 yaşa kimi milyon yığacıyıq? Yoxsa ki,40 yaşdan sonra pensiya kəsilir? -təbii ki, heç biri. 40 yaşından yuxarı "şəxsiyyət" nə etməli?

  Götürək, 45 yaşında bir kişi. Tikintilərdə hansısa bir usta yanında fəhlə kimi işləməlidir, məcbur eliyən olmasa da, o məcburdu, ya da ki, hansısa başqa bir iş. Başqa bir iş də çox müşkül məsələdi.Tikintilərdə də əsasən cavanlar işlədiyinə görə, orda söyüş, dava-dalaş da normal haldı. Və, belə-belə aradan pərdə götürülür.

   Dünya dağılmamışdan qabaq, özümüzdən 8-10 yaş böyüyə dayı deyə müraciət edilirdisə, indi "qaqaş" deyə müraciət edilir. Özüm də, bir neçə il tikintilərdə işləmişəm. Çox şeylərin şahidi olmuşam. Hələ, elə "dayı" lara da rast gəlmişəm ki, arvadı-uşağı ola-ola, uşağı yaşda birindən soruşur; telefonunda nəyin var "maraqlı", hələ bir yerdə "maraqlı" şeylərə, maraqla baxanları da görmüşəm. Qıraqdan baxan nə götürsün? -heçnə. "Heçnə" dən başqa da nəsə götürmək çətin məsələdi.

Ardını oxu...

 Şrift:

Əfsanə Əliyeva 

  Qızların dərdi bir, oğlanların dərdi min. Axşama kimi ordan-ora, burdan-bura qaçırlar ki, bəlkə özlərinə gün ağlaya bilələr, bir-iki manat artıq qazanıb geri atalar. (Amma aralarında özünə əziyyət verməyib “ev qızı”ndan betər “ev uşağı”na dönənləri də var)

  Günün sonunda özünü birtəhər evə çatdırır ki, dincəlsin. Allah saxlamış ana başını mismardan betər deşir ki: “A bala, evlənmək vaxtıdı. Yaşın ötür. Mən də yazığam axı. Daha qolumda hey qalmayıb iş-güc görməyə.”

  O qədər deyir-deyir, nəhayət evlənmək fikiri oğlunun başına batır. Biqəfil qız sevir. Telefonla danışır, “facebook”da, watsapp”da yazışır. Zaman gəlir yazışmalar kifayət etmir. Qızı heç olmasa çay içməyə dəvət etmək lazımdı. Sancı dolur qarnına. Axı ayın sonuna bir ayın sonu var. Cibdə qalan pul da ayın sonuna qəpiyə-qəpik ancaq ki, avtobus puluna çatar. Özündən bir az “babat” dostundan beş-on manat borc alıb qızı görüşə çağırır. O da ərinməyib bəzənib-düzənib gəlir sevgilisinin görüşünə. Bir görüş, iki görüş zalım oğlunun elə bir aylıq maaşı qədər borcu yaranır “babat” dostuna.  

Ardını oxu...

 Şrift:

 Səlcuq Düzgün
                                                     Bu cümlə tarixə düşəcək...

 Çünki söz baxımından çox sadə görünən bu cümlə, mənası etibarilə çox dərin ifadələrin mesajını verməkdədir.
 Bu cümlə təkbaşına bir millətin səbr kasasının daşdığının dəqiq ifadəsidir.
 Azərbaycan, Ermənistanın bir döyüş vertolyotunu salmışdır.
 Harada salmışdır?

Ardını oxu...

 Şrift:


Ulucay 
Akif 


Düzü, çox vaxt məni elə mövzular narahat edir ki, qorxuram o mövzudan yazsam mənə “sən kimsən ki, belə vacib mövzudan yazırsan?” deyərlər.

Bu cür mövzuların sayı artdı və sonda boğaza yığıldım və qərara gəldim ki, qorxuma qalib gəlmək üçün gərək yazam, məni narahat edən hər mövzuya toxunam. Yazılarımı da çalışacam qısa yazım. Oxucuya düşünmə imkanı verəcəm. Çünki mən loxmanı çiynəyib oxucunun ağzına qoysam o loxmanı udan da olacaq tüpürən də. Mənim istədiyim isə oxucuların özlərinin o loxmanı çeynəməsidir, sonra istəyən tüpürər, istəyən udar.

Keçim sözümün məğzinə. Müasir Azərbaycan ədəbiyyatına boylanıram tez-tez. Xüsusən poeziyamıza göz gəzdirirəm. Gənc şairlərdən tutmuş ziyalılarımıza kimi çalışıram hər şairin yaradıcılığı ilə tanış olum. Həqiqətən çox gözəl şairlərimiz var. Bəzən elə gözəl şeir oxuyuram ki, o şeirdən sonra “bu şeirə çatmayacaqsa niyə şeir yazım?” deyə düşünürəm, bəzən isə elə şeir oxuyuram ki, “buna da şeir deyəcəcəklər mən yazdığıma da” deyib yazmaq fikrimdən daşınıram. Əlbəttə bu da çox normaldır və hətta dahi şairlərin belə zəif şeirləri olub. N.A.Nekrasovun “25 yaşıma kimi yazdığım şeirlər çox bərbad idi, çünki onları pul qazanmaq üçün yazırdım” deməsi zəif şeirin səbəbini ortaya qoyur. Şeir gərək məcburi  yazılmasın. Qələmi əlinizə məcbur almayın. Qələm özü vərəqi  götürüb  gəlsin yanınıza. Çünki vərəqin heyf olması belə günahdır.

Keçən səfər tədbirlərdən birində bir ziyalı gənclərə öz məsləhətini verəndə belə bir cümlə işlətdi “Torpaqları işğal altında olan ölkənin şairləri güldən, çiçəkdən yazmamalıdır.” Hamı başladı bu cümlədən sonra çapı çalmağa. Mənə görə isə bu çox yanlış fikirdir. Elə şairlər tanıyıram ki, yaradıcılığının 90 faizi, bəlkə də daha çox hissəsi Qarabağ mövzusuna aiddir. Yəni Qarabağ qayıtsa bu şairlər qələmsiz qalacaq kimi görünür, yazmağa mövzu tapammayacaqlar. Səhər oyanır Qarabağdan yazır, axşam yatır Qarabağdan yazır. Mən Qarabağa aid şeirlər yazılmasın demirəm, mən Qarabağ mövzusu bu qədər bəsidləşdirilməsin deyirəm. Şəxsən mən indiyə kimi Qarabağ mövzusuna aid şeir yazmağa cəsarət etməmişəm çünki bu çox məsuliyyətli bir mövzudur. Özümü vətənpərvər göstərmək üçün Qarabağ mövzusunu bəsidləşdirməyə haqqım yoxdur. Baxırsan yaşlı-başlı şairdi Qarabağ haqqında şeir yazıb “Körpələri yaşlıları qırdılar, evləri taladılar, ay Şuşa vay Xocalı, lənət olsun erməni köpəyinə.” Qardaş, sən şairsən e! Tarix kitabı deyilsən!  Belə şeirlər ucbatından gələcəkdən indiki ədəbiyyatımıza baxanlar xüsusi bir janr mı deyim, elm mi deyim, ya nəsə yaradacaq, adını da qoyacaqlar “Qarabağşünaslıq” . Belə etməyin, eyləməyin.  Qarabağa aid şeir yazacaqsansa 1 dəfə yaz və ömrünün axırına kimi o şeirə düzəlişlər et. Bu xalqın tək dərdi Qarabağ deyil məncə. Başqa dərdlərinə də toxun bu xalqın. Özünə yazığın gəlsin. Papağını çıxart qoy qabağına və fikirləş.

Sabah Qarabağ qayıtsa sənin şeirlərini oxuyan olmayacaq, bir rəfdə tozlanacaq, sonra tozla bərabər silinib atılacaq həmin o rəfdən...

 Persona.az

 

 

 Şrift:

           
                              Şəhla Aslan

Deyirəm, əşi, vallah, “Qulaq gündə bir söz eşitməsə, kar olar” məsəlini yaxşı deyiblər. Amma artıq qulağımın kar olmasından da qorxmuram. Ona görə qorxmuram ki, belə karsız sözləri eşitməyəcəm...

Həmişə olduğu kimi, işdən çıxıb evə gedirdim. O qədər yorğun idim ki, avtobusun nə vaxt dayanacağa yan aldığını belə hiss etmədim. Bir də onda ayıldım ki, artıq avtobusun salonundayam. Cavan bir oğlan məni görcək, ayağa qalxıb yer göstərdi. Qarşıdakı oturacaqda da iki nəfər xanım-xatın qız oturmuşdu. Birdən qızlardan biri rəfiqəsinə qayıtdı:

Ardını oxu...

Sayğac