Xəbər lenti

 Şrift:


Sən yanmasan, mən yanmasam...

         Bir anda hər tərəfi qara duman bürüdü. Yox, bu təbiətin şıltaqlığı deyildi, bu qara duman yağış, tufan, leysan, dolu olacağından xəbər vermirdi. Yanğın var idi, yanğın. Bir zərrənin işığına şərik olan milyonların evi, əşyası yox, ürəyi yanacaqdı baş verən hadisədən sonra...

         Hündürmərtəbəli binada yaşayanların ahını-fəryadını, çağırşını  eşidənlərin donan qanını, bədəninin açılmayan keyini sözlə ifadə etmək çox çətindir, çox.  Dəhşətdən xəbəri olan da danışırdı, olmayan da...

         Onlar isə...

         Danışmağa ürəklərində sözləri çox olsa da həmin an bir ananın “Balam hanı?”, bir körpənin “Ana, mən qaranlıqda qorxuram” nidalarına tələsənlərin sözü, bu gün, sabah, bəlkə də illər sonra danışılacaq qəhrəmanlığı idi. 

         O gün xilaskarlıq missiyasını üzərinə götürənlərin yalnız bir arzusu vardı: İnsanlar yaşamaq, sağ-salamat qurtulmaq ümidini itirməsin.

Ardını oxu...

 Şrift:

                                   Yusif Hansen


 

                                    Monopoliyanın kökü
 
      Cəmiyyətimizin bəlası olan, bizi uçuruma aparan, fəsadlarının mütləq hiss edəcəyimiz başbəlamız monopoliya. Ağzı dolusu danışırıq bu barədə, lakin problemin kökünə gedib çıxmırıq. Nədir axı, monopoliyanın səbəbi? Niyə yaxamıza yapışıb bu çirkab, görəsən?
İlk olaraq qeyd etmək istəyirəm ki, insanlarımızın paxıllıq, göz götürməməzlik kimi pis xüsusiyyətləri var.

Ardını oxu...

 Şrift:

                                         Başsız dünyaya başlıqsız yazı:

      Ax, qocalmaqda olan qısır Avropa, biz səni nə qədər bəyənirik. Əsli, kökü, nəcabəti, elatı, etnosu olmayan Amerika, səni nə qədər uca tuturuq. Hikkəsində çapalayan Rusya, sən bizim təkcə qonşumuz deyilsən, hələ də əziz qardaşımızsan. Sən bizim üçün “Q” san. Biz bunu bilirik, amma sənə aşiqliyimiz davam edir. Ax, Fransa, dünyanın keçmiş mədəniyyət mərkəzi, biz sənin parfümünün və muzeylərinin heyranıyıq. Amma və lakin bizə sizin məhəbbətiniz,  “simpatya”nız gərək deyil. Bizə Tanrı sevgisi yetər. Tanrıçı Türklərik  biz, görün hələ nələr olacaq!!!…

     Mən bu yazdıqlarımı ingilis dilinə olduğu kimi çevirmək istərdim. Ancaq dilimizin “at nalı tökən aşırımlarında” ingilis dilinin “dırnaqları qopar”, fikir “mənzil başına gedib çatmaz”. Ona görə mümkün olanı edək, bu sözləri Papanın qulağına pıçıldayaq:

     Pope Francis made a declaration about fictional, baseless and  fake  “Armenian genocide”. Representatives (63 people) of the Europan Parliament adopted resolution, so it showed that, they have lost the sense of responsibility  before God. This  is political twaddle.

     Bunu anamızın-dədəmizin  dilində də deyək, qoy bizimkilər də bilsin ki, bu pıçıltıda söhbət eşqdən-zaddan getmir:

     Roma Papası Fransisk qondarma, əsassız, saxta “erməni soyqırımı” haqda bəyanat verdi. Avropa Parlamentinin nümayəndələri (63 nəfər) isə qətnamə qəbul etdi. Bununla Tarix və Tanrı qarşısında məsuliyyət hissini itirdiklərini göstərdilər. Bu siyasi avantüradır, siyasi böşboğazlıqdır.

      Hələlik bu qədər, az olsa, yenə deyərik, sözümüz çoxdur… Bu yazıya bomba yox, imza qoyaq. İmza: Natəvan Dəmirçioğlu. 

 Şrift:

 
                                    Pərvin ABBASLI


                                     Savaş körpəsi

   Mən muharibə illlərinin korpəsiyəm... kasib bir ailənin hər cür əzab -əziyyətə dozmus, üzü muharibənin hisinə batmış günahsiz sahidiyəm.
   Mən vətən həsrətiyəm...gozlərimdə torpaqlarin əksi qalan qisas baxışlı biriyəm! Ağlamaq yaddir mənə.Əsla fikirlərindən geri donməyəcək biriyəm...Bəlkə sabahın ümidiyəm, amma bu gün kölgədəyəm.

Ardını oxu...

 Şrift:

                 
                                  ORXAN CUVARLI



      “ Yıxılana balta vuran çox olar “ – deyib atalarımız. Elə ki büdrədin, gövdənə tuşlanmış və get-gedə çoxalan baltaların  zərbələrini izləməli olursan. Son günlərdə  belə bir hadisənin şahidi oluruq... “ Qanun “ nəşrlər evinin Vergilər Nazirliyi tərəfindən 150 min manat məbləğində cərimə edilməsi  xəbəri ölkə gündəmini ciddi şəkildə məşğul  edən xəbərlərin başında gəlir. Nədənsə bu mövzu ətrafında bir şeylər yazmaq ehtiyacı duydum.

  İlk öncə ölkəmizdəki kitab biznesindən, mütaliə həvəsindən yazmaq istəyirəm. Sadəcə bir neçə il öncəyə qayıtsaq görərik ki, kitab mağazaları həmin dövrdə kütləvi şəkildə ticarət obyektlərinə  çevrilməyə başlamışdı. Belə bir şəraitdə, kitab oxunmayan bir məmləkətdə “ Əli və Nino” kitab evi ilə birgə “ Qanun “ nəşriyyatı yarandı. Bu iki qurum müasir Azərbaycan gəncliyinin yenidən kitaba, mütaliəyə qayıdışında debüt rolunu oynadı. “ Qanun “ nəşriyyatı nəfəsi tükənməkdə olan kitab sahəsinə yeni nəfəs, yeni güc, yeni enerji gətirdi.

Ardını oxu...

 Şrift:


                                      Ona məktublar

      Çiçəklərinin təravətli, əsrarəngiz qoxusuna bələnmiş səhərimi açdım. Rənglərin bir-biriylə yarışması elə bil rəssam fırçasına ehtiyac duyur. Xoş təbiətin gülərüz siması, quşların cəh-cəhinə qarışmış möhtəşəm gününə salam olsun!

   Səhərə aşiqəm, çünki səhər hər gün təzələnir. Hər gün xoş əhval-ruhiyyəylə libasını geyinir. Hərə səhəri bir cür qarşılayır. Mənim səhərim bu gün sənsiz başladı. Səhərimdə yalnız adın, xəyalın var. Mən uzun illərin yolçusuyam. Sən də bu möhtəşəm səhərlə oyandın. Günəş həmişəkindən daha böyükdür.

Ardını oxu...

 Şrift:

                              
                       Qələminə,sözünə şükür

 
     
Müxtəlif peşə sahiblərinin şair,yazıçı,rəssam. heykəltaraş, bəstəkar, hətta müğənni olması belə təəccüblü deyil. Həyatdır və insanlar da yaxam dövründə onların bacardığı, ruhunu daha çox qidalandırdığı, doyurduğu peşəni bəyənir, seçir. Bəzi insanlar illərlə çalışıb,oxuyub əldə etdiyi ixtisası, peşəni birdən şairliyə,yazıçılığa, rəssamlığa, heykəltaraşlığa, bəstəkarlığa, müğənniliyə dəyişir və beləcə yaşamağa,yaratmağa davam edir.

Ardını oxu...

 Şrift:

Çövkən yarışları Azərbaycan torpaqlarında çox qədimdən məşhurlaşmış yarış oyunudur. Çövkənin qədim Azərbaycan oyunu olmasını sübut edən mənbələr çoxdur. Belə ki, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində təsvir edilənlər, “Kitabi Dədə Qorqud” dastanındakı məlumatlar bunu bir daha sübut edir.

Ardını oxu...

 Şrift:

     
       MƏHƏRRƏM ŞƏMKİRLİ



                                 Doğurdanmı  biz  unutqanıq? 

   Kiminsə  bizə  qarşı  etdiyi  pisliyi, yamanlığı  tez  unuduruq, tez  də  yaddan  çıxarırıq. Daxilimizdə  unutqanlıq  hissi  kök  atır, böyüyüb  qanımıza, iliyimizə  işləyir. Söyürlər- döyürlər  dözürük, üzümüzə  tüpürürlər, "yaz  yağışıdır" deyib  silirik. Bir  sözlə, unutqanlığın, yaddaşsızlığın  əli- qolu  bağlı  qulu  oluruq.

  Əsrlərdir  atalarımız  bizi  bu  ruhda  tərbiyə  ediblər.

Ardını oxu...

 Şrift:

Hafiz Təmirov,
 polis kapitanı
   Qar qanı örtmür. Qanı su ilə yusalar da qan tökülən yer unudulmur, yaddan çıxmır.
Yolboyu beynimə gələn bu fikirlər canıma üşütmə salsa da, yağan qara baxa-baxa “Təbiətin verdiyi hökm ilahi ədalətin cızığından kənara çıxmır”,- deyirdim özü-özümə. Bakıda yağan qarın xoşbəxtliyi, sevinci uzun çəkməsə də, fəsadlarını aradan qaldırmaq çox uzun çəkir...
  Bəlkə də indi 25 il bundan öncə yağan qarı xatırlayanlar az olsa da, 25 il qabaq, bax, elə bu soyuq yanvar ayında tökülən qanları, alınan canları kimsə unutmayıb. Biz unutmağın daşını XX əsrdə tulladıq. Gördük ki, unutsaq 20 yanvarlar, 26 fevrallar təkrarlana və bizi tarixin  belə özünün unutduğu qaranlıqlara ata bilər. Xatırlamaq, yada salmaq əzablı olsa da var olduğunu anladır.
    Bax elə o gecə, o soyuq  yanvar günü bizim varlığımıza güllə atılmışdı. Soyuq ürəklərin “vur” əmri qorxutmaq üçün  deyil, öldürmək üçün verilmişdi. Əmr sahibləri nəyisə gözüyumulu, kor-koranə etmirdilər. Üzü Pyoturdan bu yana cızılmış planların davamı idi yanvar qətliamı.
    Sovet əsgərinin sovet vətəndaşına güllə atması harda görünmüşdü? Bəli, biz görməmişdik, daha doğrusu, göstərməmişdilər. Amma o güllələr Əhməd Cavada, Hüseyn Cavidə, Mikayıl Müşfiqə atılmışdı 1937-ci ilin repressiyalarında. Bir əsrdə beş dəfə yerindən-yurdundan deportasiya edilən soydaşlarımızın ürəyini yaralamışdı ürəyi yanvar ayından soyuq olanlar.
  1990-ci ilin 20 yanvarı ürəyində Azərbaycan boyda od gəzdirənlərin unutmadığı və unudulmadığı bir gündür. Biz onları o müdhiş gecənin səhəri  günü əllərində qərənfil dağüstü parkda qandaşını, soydaşını, doğmasını, əzizini son mənzilə yola salarkən bir yerdə, əl-ələ qol-qola gördük. Həmrəyliyimizə, birliyimizə gedən yol 20 yanvar şaxtasından, sazağından da keçdi. 20 yanvarda bizi Sibirə sürmədilər, Sibiri Bakıya, Azərbaycana əl üstündə, göz üstündə gətirdilər.
   25 il bundan əvvəlki yanvarda qərənfillər də bir başqa idi-kədərli, məzlum. O gün şəhidyarasından su içdi qərənfillər.
  İndi yolda-rizdə yerə düşən bir qərənfil görəndə öpüb ürəyimin, gözümün üstünə qoyuram-25 ildən bəri ürəyimdə gəzdirdiyim şəhidlərimiz üçün. Qərənfil azadlıq gülüdür.  Azadlığı isə göz üstündə saxlayarlar!!!
 
       Persona.az
         

Sayğac