Xəbər lenti

 Şrift:


     2011-ci ilin yayı idi. Ofisimizi bağlayandan sonra uzun müddət idi ki, daimi işim yox idi. İşlə bərabər daimi və normal qazancım da yox idi. Ayda 150-170 manat arası gəlirim olardı, ya olmazdı. Çətin günlər idi.

Həmin ilin yayında mən ən azı 10-15 kilo çəki itirdim. Ətrafda hamı baxıb bunu necə etdiyimin yolunu öyrənmək istəyirdilər. Amma heç kim bilmirdi ki, aclıqdandır. Hər günüm yalnız Çudo Peçkada 1 manata 5 pirojki alıb yeməklə keçərdi. Evdən isə hər gün kafelərdə yediyimi düşünürdülər.

Həmin vaxt bir gözəl qızla tanış olmuşdum. İlk sevgilim idi, özü də 23 yaşımda. Qız məndən daima onu axtarmadığım üçün küsüb inciyərdi. Amma heç bilmədi ki, onu axtarıb sms yazmaq üçün belə pulum yox idi. Hər şeydə qənaət etməyə məcbur idim.

Həmin yayda ilk sevdiyim qızı itirdim. Evlənməyimizi istəyirdi. Lakin qazancımın olmadığını deyib gözləməyini xahiş edirdim. O isə hər şeyə dözə biləcəyini deyirdi. Bir bilsə ki, “kaş ki onun dediyinə qulaq asaydım” – deyə hər gün başmı divara vururam.

Həmin yayda həyatımda tanıdığım bir yaxşı oğlanın qardaşının toyu idi. O oğlan isə hərbi xidmətə getdiyi zaman hərbi hissədə səbəbi bilinmədən ölmüşdü. Qardaşının toyuna isə gedə bimədim. Çünki, lənətə gəlmiş pulum yox idi.

Həmin yayda çox şey öyrəndim. Kilometrlərlə yolu piyada getməyi, bərbərə getmədən evdə saçlarımı kəsməyi, yatmaq üçün ac uzanan gecələrimdə gözlərimi yumub xoş şeylər düşünməyi.

Həmin yayda 3-4 il geyindiyim çin istehsallı 3 manatlıq köynəklərin bədəni necə yara etdiyinin canlı şahidi oldum. Köynəklərin materialından qaşınan yerlərə əl dəyməmək üçün əllərimlə beynimin mübarizə aparmasını öyrəndim.

Həmin yayda nəsə axtararkən anamın köhnə çantasına rast gəldim. Açıb içində nə olduğunu bilmək istədiyimdə donub qaldım; bir çanta dolu, yüzlərlə 50 manatlıq əskinaslar. Anamın, ofisimiz bağlanarkən məndən gizlətdiyi, məni özümdən qorumaq məqsədilə demədiyi qalıq pullar.

Həmin yay pul və onun kimi çox şeylər, çox kəslər gözümdən düşdü. Pullara gəlincə isə onun axırının necə olduğunu bilmək, yəqin, heç kimə maraqlı olmaz.

 

Yusif Hansen
9.06.2015

 

 Şrift:
Qadın sözü ağlıma gələn kimi dərindən nəfəs alıram. “Ah, qadınlar, qadınlar…” – düşünürəm. Qarışqanı fil etməyə qadir gözəl varlıqlar. Ən yaralı yerləri isə artıq çəki problemidir.
Cəmiyyətimizdə kök qadın məsələsi bir az qəlizdir. Adətən kişilərimiz arıq, fiqurası olan qadınlarla evlənməyə can atır. Kök qadınlara bir az qəribə yanaşırlar. Amma kök qadınla evlənməyin saysız-hesabsız üstünlüklərini nəzərə almırlar.
İlk növbədə deyim ki, adətən kök qadınlar əla aşbaz olurlar. Yeməklərinin dadı ağızdan uzun müddət getmir. Bəlkə də elə dadlı yeməklərdir çəkidə problem yaradan.
Evli olduqda kişilərin deyinməklə həyatını qısaltmağa vaxtları olmur. Çünki  başları arıqlamağa, dieta saxlamağa qarışır. Həyat yoldaşlarına qarşı daha diqqətcil olma ehtimalı böyükdür. Ən azından arıq, gözəl görünüşlü qadınla ona xəyanət edəcəklərindən ehtiyatlana bilərlər.
Kök insanlar adətən daha səmimi olurlar. İkiüzlülük, yaltaqlıq az rast gəlinir. El arasında isə deyirlər ki, içində qurd olan insanlar arıq olur.
Bütün bu fikrlərimə əlavə bir şeyi də qeyd etmək istərdim. Radikal və başdanxarab islamçıların dediyi kimi, aclıq zamanı qadını kəsib yemək də olar. Belə olan halda yoldaşı kök olan kişi isə ət baxımından daha çox öndə olacaq.
Bilirəm ki, qadına kök demək onu təhqir etmək kimi bir şeydir. Ona görə də artıq çəkisi olan qadın demək yaxşı çıxar. Mətndə isə kök sözünü istifadə etdiyim üçün məni bağışlamalarını rica edə bilərəm yalnız.
Qeyd: 1 həftə öncə İçərişəhərə gedən qatarda qırmızı paltarlı, artıq çəkili, gözəl olmayan, lakin simasından səmimilik, nur tökülən xanım yazımı oxusa və evlilik təklifi etsə məmnuniyyətlə “bəli” cavabını alacağına əmin ola bilər.
 
Yusif Hansen
 
 Şrift:


Xalq, dövlət və bayraq üçün…

     Bu başlığı oxuduqdan sonra yəqin ki, yazıya ani də olsa göz gəzdirənlər   “Sən nə etmisən” sualını axtaracaqlar. Məqsədim heç də bu deyil. Bu gün “mən azərbaycanlıyam” deyən hər kəs öz çapında, öz çevrəsində Vətənimizin inkişafı, onun tanınması üçün az da olsa iş görə bilirsə, o dövrümüzün qəhrəmanıdır. Əslində, min bir əzab-əziyyətlə övlad böyüdüb ərsəyə gətirən və cəmiyyətə fayda verənlərə əsl Vətən övladı titulunu verib onları digərlərinə örnək göstərmək olar.

Ardını oxu...

 Şrift:
 
     Polad  Alemdarın  belə  bir əxlaq  kodeksi  var: Qadınları, uşaqları  öldürməyəcəksən! Başa  düşülən, amma  qəribə  əxlaq  kodeksidir. Yəni  “racona tərs, bana tərs”  söhbəti. Amma  bu  nə  dərəcədə  ədalətli  və  insanidir? Polad  dövlət  agentidir, sonra  mafiya  başçısı olub. Hamını  biçə-biçə  gedir. O  bizə  təqdim  olunan pis  adamlar insan  öldürəndə  əsəbləşirik, zəhləmiz  gedir onlardan, amma Polad  və  komandası  öldürəndə  sevinirik, “ədalət  qalib gəldi”  deyirik. Halbuki  hər ikisi də  öldürür. Polad  öldürəndə  yaxşıdır, o biri mafiyozlar  öldürəndə pis!?
Polad  qadınları və uşaqları öldürmür-buna sözümüz  yoxdur. O biri  pis adamlar  qadınları da  uşaqları da  öldürürlər  yeri gələndə, qurban verirlər, istifadə  edirlər. Polad  bu baxımdan üstündür  onlardan. Təkcə  müqayisə edərkən. Çünki  öz-özlüyündə  Polad  Alemdar  da  tam yaxşı  adam deyil. Ola bilər, qadın və  uşaqları  öldürmür, amma adam öldürür. Tutaq  ki, mafiyadakı  gənc  adamlardan-adi  personajlardan birini  öldürür. Tamaşaçı  fikirləşmir  ki, bəs  bu öldürülən  gənc oğlanın ailəsi  ola bilər, sevgilisi,  yaxud  3  yaşlı  qızı var. Kasıblıqdan  və  işsizlikdən mafiнaya  qoşulub səhv edib. Polad  onlardan birini öldürməklə  hansısa  qadını dul qoyur, uşağı  atasız. Əslində  serialdakı məqsəd  də bunu  göstərmək deyil. Bu  cür  yanaşsan serialdan  zövq  ala bilməzsən. Düzdür, Polad  çox  adamı ölümdən xilas edib. Amma çox  adamı da öldürüb.. Hər  halda  xilas  etdikləri öldürdüklərindən azdır.
Filmə baxırsan, Polad  ölmür  və  elə  hey  öldürə - öldürə  gedir. Biri  demir ki, hara gedirsən, ay adam? Nə  vaxta  qədər  biçə-biçə  gedəcəksən? Deyilənə  görə 2023-cü  ilə qədər (TC-nin  100  illiyi) davam edəcək serial. Əvvəl-axır  ya öldürəcəklər  Poladı, ya da  daha  inandırıcı desək, öz  əcəli ilə  öləcək.  Öldür, öldür  qurtarmaz  axı. Hələ  utanmadan özündən sonra  davamcılar da  yaradır  ki, mən  öldürüb  qurtara bilməyəcəm hamısını, siz  davam edərsiz.
Əslində  fərqi  yoxdur  qadın, uşaq, qoca, cavan, kişi,  öldürürsən. Hamısı  insandır. Polad  kişiləri öldürsə də  onlar da  insandır. Polad  burda  çox  ciddi  cinsi ayrı-seçlilik  edir. Polada  KQB-də  Buddanın,  “Nifrət  nifrətlə  deyil, sevgiylə  silinər”  təlimini öyrədən deyildilər ki... Dövlət  üçün çalışıb, onun mənafeyi  uğrunda öldürən adi  killerdir.
Əslində  hamımız baxmışıq,  təsirlənmişik “Kurtlar  vadisi”ndən. Amma  vaxtilə. “Kurtlar  vadisi” millətçilik hissi  aşılayır. Bu da  onu  sevilən edir. “Atası”  Ömər baba  bir dəfə  demədi ki, utanmırsan, bu qədər adamı öldürürsən? İslamı, Quranı  təbliğ edirlər serialda, sonra  pis  adamları  öldürməklə  zülmə qarşı  mübarizə  aparırlar.Ya Polad  Alemdarın yanındasan, ya da ki, qarşısında. Alternativ  yoxdur. Yəni demək  istədiyim; bu serialın indiyədək heyranı  olanlar,  ona  nəsə  öyrənmək  üçün  yox, həyəcan yaşamaq  üçün  baxırlar. 
 
Şvartsmann
 
 
 Şrift:

 
                                       Vəfa QAFAROVA


 

          Son  zamanlar  telekanalların   necə  deyərlər  çarxı  çevrilib.  Mətanətlə  bağlı  qalmaqal  bitməmiş  Elnarə  Təhməzova  meydana  çıxdı. Ümumiyyətlə   bu  xanımları xalq  düşməni  elan  etmək  fikrindən  çox  uzağam, amma,  bizim  ən yaralı yerimiz  düşündüyümüzü  ifadə  edə  bilməmək  və  ya el dili ilə  desək ağzımıza  gələni  danışmaqdır.

Ardını oxu...

 Şrift:


                                 Cibini güdənlər

    İnsan kimdir? Maraqlı sualdır, elə deyilmi? Öz mənafeyi üçün yaşayan dardüşüncəli səfehmi, yoxsa cəmiyyət üçün faydalı olmağa çalışaraq ümumi mənafelərin qorunmasına çalışan ağıllımı?
Bizim kiçik cəmiyyətimizdən yazmaq və fikrlərimi paylaşmaq istəyirəm. Gözümü açandan insanların yalnız öz mənafelərini düşündüyünün şahidi olmuşam. Bir insan təsəvvür edin; düşməni saydığı qonşusunun evinin yandığına sevinən, alovun onun da mənzilini bürüyəcəyini düşünmədən.

Ardını oxu...

 Şrift:
            

                                      Nəşəxorun oğlunun “Son zəng”-i
                                 

          Məktəbi bitirdiyim 2005-ci il idi. 11-ci sinfi bitirən uşaqların qəribə bir xoşbəxtlik hissi, simalarında gülüş olur. Mən də məzun olduğum ili bəlkə də heç zaman unutmayacam. Adətən insanlar xoş duyğularla xatırlayırlar, mən isə tam əksinə.
Məzunlar, adətən “Son zəng” və ondan sonrakı məzun gecəsi ilə məktəblə vidalaşır. Bizimki də elə digərlərindən fərqlənməzdi. Unudulmaz gecə isə hər bir keçmiş şagirdin xatirəsində müxtəlif cür qalacaqdı.
Məktəbdə keçirilən “Son zəng”ə həvəssiz getmişdim. Bu tədbir boyu az qala darıxmaqdan öləcəkdim. Məktəb illərim əziyyətli, çətin olduğundan birtəhər tezliklə canımı qurtarmağı arzu edirdim.

Ardını oxu...

 Şrift:


                                 Yusif HANSEN

Ədəbiyyat həyatımızın ayrılmaz hissəsi olaraq bizdən öncə də olmaqla yanaşı, sonra da olacaq, oxunacaq. Sadəcə oxunma vasitələri dəyişəcək. Ədəbiyyat insanı, fikrlərini yaxşılığı doğru dəyişdirə biləcək yeganə vasitədir. Bəs ədəbiyyatın aparıcı siması olan yazarlar oxucuları qane edəcək işlər ortaya qoya biləcəkmi? Bu sualı bizim müasir ədəbiyyatda aid edirəm, xarici ədəbiyyata deyil.

Artıq bir neçə ildir ki, müasir ədəbiyyatı izləyirəm. Sadəcə oxucu kimi. Müasir ədəbiyyat deyəndə açığı utanıram. Ədəbiyyat sözünün adı var, özü isə yoxdur. Həm gənc, həm də yaşlı nəsil yazıçıların yaradıcılığı ilə tanış olduqda açıq-aşkar görmək olar ki, ortaya çıxardıqları bir iş, əsər yoxdur.

Ardını oxu...

 Şrift:
                                                 
                 


                                              Arzunun ardınca

    Aylarla öncə yerli bir filmin trailerini görəndə təəccüblənmişdim. “Bizdə də belə bir film çəkilə bilərmiş” – deyə düşünməyə başlamışdım. Sonra qarşıma filmin rejissorunun bir müsahibəsi çıxmışdı. Ailəsində baş verən faciə ilə bağlı film çəkmək qərarına gəldiyi, bunun üçün maşınını satması və 22 min manatlıq büdcə ilə bu filmi çəkdiyini müsahibəsində bildirmişdi.
Səbirsizliklə gözlədiyim vaxt gəldi və filmi yerli kinoteatrın səhər seansında baxmağa getdim. Zalda mən də daxil 5 nəfər var idi. Açığı bu dərəcə marağın olmaması məni üzdü. Çünki, yerli komediya filmi çəkiləndə zalda boş yer tapmaq olmur adətən. Özü də komediya, nə komediya. Bir var güldürüb düşündürən, bir da var ki, adicə mənasız güldürən, üz əzələlərini qeyri-ixtiyari hərəkət etməyə məcbur edən ucuz şou.

Ardını oxu...

Sayğac