Xəbər lenti

 Şrift:


                                   Dilənçiyə pul verməyin
 
     Elə bir gün olmaz ki, hisslərimizlə oynaya bilən dilənçiyə rast gəlməyək. Niyə məhz hisslərimizlə oynayan? Çünki adi vəziyyətdə insan qarşısındakına pulu qarşılıqsız verməz.
Dilənçilik qədim zamanlardan var. Onu artıq iş növü saymaq olar. Adi günlərdə biz neçə işə gediriksə, onlar da elə. Fərqi odur ki, onlar pulu əziyyət çəkmədən qazanırlar.
Kasıb insan, adətən dilənçilərdən fərqli olaraq bunu gizlətməyə çalışır. Kiməsə ağız açmağa üzü gəlmir.

Ardını oxu...

 Şrift:


                                       Biz niyə iş tapmırıq?
 
       İşsizlik hal-hazırda çox insanın yaralı yeridir. Xüsusilə də gənclər arasında bu, çox böyük problemə çevrilib. Sual ortaya çıxır. Ölkədə bu qədər iş yeri açılırsa, savadlı, bacarıqlı kadrlar niyə iş tapa bilmirlər?
Biz niyə iş tapmırıq? Bəs bu saytlardakı elanlara öz CV-lərimizi göndərəndə niyə zəng etmirlər? Bu sualları özümüzə çoxumuz veririk. Təcrübəmə əsasən deyə bilərəm ki, 1000 göndərilən CV-dən yalnız biri faydalı olur və müsahibəyə dəvət edirlər

Ardını oxu...

 Şrift:


                                                Kişi xəyanət edər

      Uşaqlıqdan daima eşidirəm ki, kişinin evli ikən belə digər qadınlarla münasibətinin olması normal şeydir. “O, kişidir, ona olar”, “gəzib axırda evinə qayıdacaq” kimi sözləri isə böyüklərdən daima nəsihət kimi eşitmək mümkündür. Ailədə ağsaqqal qadınlar belə nəsihət verirsə, gələcəyin kişiləri olan uşaqlar bunu eşidib nə ibrət götürəcək ki?!

Ardını oxu...

 Şrift:

                                         Yusif HANSEN


                                          Yaxşı oğlan olmaq

    Küçədə, evdə və yaxud işdə çox rast gəlirəm. Filankəs yaxşı oğlandır. Və düşünürəm ki, görəsən bu yaxşı oğlan necə olmalıdır. Yaxşı oğlan olmağın tələbləri hansıdır ki.
Bir qız sinif yoldaşım var idi. Məktəb vaxtı, “yaxşı oğlan siqaret çəkər, içər, cibində bıçaq gəzdirər, bədənli olar” deyərdi. İllər sonra ərinin döyməsindən bezdiyi üçün intihar etməsini eşitdiyimdə üzülmüşdüm.

Ardını oxu...

 Şrift:

 Cəmiyyətdə müxtəlif tip insanlar olduğu kimi, hətta alt paltarını da kreditlə alan brend qızlar da mövcuddur. Kimdir, bəs bu  brend qızlar? Nədən bu həyatı seçdilər? Əlbəttə, maraqlı suallardır və bu suallara cavab tapmağa çalışacağam.

İlk olaraq qeyd edim ki, bu brend qızları görmək üçün ətrafımıza bir azca diqqətlə baxmaq yetər. Daimi brend markalar geyinən, bahalı smartfonlar işlədən və daima simasında kosmetikası bol olan qızlar.

Ardını oxu...

 Şrift:


                                     Yusif HANSEN


                                        Yaxşı qadın işləməz

     XXI əsrdə yaşamağımıza baxmayaraq hələ də bəzi şeylər, məsələlər var ki, onlara dair bir qərara gələ bilmirik. Ən aktual məsələ – qadınlar işləməlidir ya yox. Buna dair cəmiyyətdə müxtəlif fikrlər var. Biri deyir, işləməsin, o biri deyir, işləsin.

Ardını oxu...

 Şrift:



                Türk dövlətlərinin birgə hərəkət qaçılmazlığı


Bəşəriyyət Orta Doğunun timsalında ağlamalı günlərini yaşayır. İnsanlar qan içində çabalayır, yaşlılar, qadınlar, körpələr fəryad qoparır. Tükənməyən qırğınlar, tükənməyən dağıntılar böyük məqsədlərə qatılır. Dünyaya demokratiya yayılır – qırğınlar, vəhşətlər, nifrətlər, düşmənçiliklər biçimində. Dünyanı “ağ günə” çıxartmaq yönündə “Ağ evdə” planlar tutulur, əməllər becərilir. Tapıldığı (kəşf olunduğu) gündən yalnız qətllər, qırğınlar, terrorlar hazırlanır, yetirilir Amerika qitəsində. Hələ bəşəriyyətə böyük bir dəyər sunmayıb bu qitə. Tərsinə, qədim, tarixi xalqların tarixi dəyərlərini, yaşı minilliklərə dayanan, insanlığın keçmişindən soraq verən abidələrini məhv edib torpağa gömməklə uğraşır. İnsanlığı məhv edən, insanlığa qarşı hazırlanan hər cür baza bu qitədə yerləşir.

Ardını oxu...

 Şrift:

     
                                           Yusif NUR



                                          Bizim Martin İden

    Ədəbiyyatı mənə sevdirən əsər Cek Londonun Martin İdenidir. Orada mübarizə aparmaq, məqsəd üçün çətinliklərə, iztirablara dözmək kimi fikrlər həqiqətən də mənə təsir edib. Həm artıq yazmağa başlayanda daima Martini xatırlamışam. Bəlkə də elə bir gün olmayıb ki, onu fikirləşməyim.

Sual ortaya çıxar ki, son 100 ildə bizdə niyə Martin İden kimi yazıçı formalaşmadı. Əla sualdır, elə deyilmi?

Ədəbiyyata nəzər yetirsək açıq-aydın görmək olar ki, ədəbiyyat yoxdur. Sadəcə adı qalıb. Bir tərəfdən monopoliya, digər tərəfdən acgözlər, o biri tərəfdən alkaş yazarlar.

Bir zamanlar ədəbiyyata özünü soxan insanlar dönüb olublar monopolist.

Ardını oxu...

 Şrift:

 

                                Rüzgar MÖVSÜM


 

                            “Of, of, öldü yar. Ne de güzel oldu yar” manyakları.

 

   Müəyyən bir vaxtdır ki, internetdə indi də yayılmaqda olan, güya ki, məzəli “Qayınana” mahnısına rast gəlirəm. Gəlməz olaydım. Bəlkə, Siz də görmüşsünüz, ləçər bir qız şüvən tərzlə dingildəyərək şərqi deyir.

 

“Of, of, öldü yar. Ne de güzel oldu yar.Oğlu da bana kaldı yar.” sözlü mahnı.

 

Qızın səsi var, bir şey demirəm. Amma, gəlin baxaq görək bu qız ya bu mahnı nə demək istəyir?

Mahnı ləçər bir gəlinin fəryadıdır, özü də süni fəryadıdır, sırtıqlığıdır. Nə üçün süni fəryadı? Çünki biz mahnıda yazıq qayınananın etdiyi pisliklər-filan barədə heç bir şey eşitmirik. Dinləyən anlaya bilmir, bu yazıq qayınana kimə neyləyib?

Ardını oxu...

 Şrift:


Hafiz TƏMİROV


Sədaqətindən, cəsarətindən, qeyrətindən

Sən güc aldın, Azərbaycan Polisi!

 

         Yaşının əsri haqlamasına nə qaldı ki, Polisim!

“Azərbaycan deyiləndə ayağa dur ki” nidasını deyib cümhuriyyət quran babalarımız bu torpağa, bu xalqa dayaq olanlarla birgə sənin də adını  tarixə həkk etdilər.

 

         Azərbaycan! Azərbaycan!

         Üçrəngli bayrağınla məsud yaşa!

 

         -deyənlərin içində sənin səsin, nəfəsin daha gur, daha doğma idi. Əsas vəzifən təkcə asayişi, sabitliyi qorumaq, cinayətkarlıqla mübarizə aparmaq deyildi. Həm də heç Avropanın, demokratiyanın beşiyi sayılan ölkələrin belə, dünən olduğu kimi, bu gün də hörmətlə yanaşmadığı insan haqlarını, hüquqlarını qorumaq idi.   Sən elə bir məmləkətdə boy verdin ki, burada min illər bundan öncə də İnsan, onun haqqı ən müqəddəs dəyər hesab olunub və olunur da.

         Polisim! Bu gün əlində böyük Azərbaycanın hər qaranlıq köşəsini işıqlandıracaq bir məşəl daşıyırsan.  Müstəqil ölkənin Polisi olmaq şərəfini qanından, canından əziz tutub 97 il bundan öncə bu torpaq, bu xalq uğrunda şəhid olan xələflərinin varisisən Sən.

Sənin də alın yazına şəhidlik, ağır sınaqlardan keçmək yazıldı. Minlərlə canın qurban, sinəsinin hərbə meydan olduğu məmləkəti, bu doğma Vətəni qorumaq üçün soyuq səngərləri övladın kimi bağrına basıb ona keşik çəkdin. Çünki Vətən dardaydı, hayına-harayına, səsinə sinəsində Vətən məhəbbəti məkan olan oğullar yetməliydi.

         97 il bundan öncə içdiyin anda sadiqlyini bir daha sübut etmək üçün  qanından, canından keçməklə unudulmaz bir tarix yazdın.

 

         Səndən ötrü can verməyə cümlə hazırız!  

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

 

Bax, bu nida idi Səni  XX əsrdə yenidən müstəqilliyinə qovuşmuş, olumla ölüm arasında qalan, torpaqlarının itirmək təklükəsi ilə ağır günlər yaşayan, ordusu olmayan bir dövlətin dayaqlarına, ən mühüm sütünlarından birinə çevirən.

Sən idin, Vətən sevgisi dəniz olsa da hələ əli silah tuta bilməyən, səngərdə bərkiməyən oğullara silahın dilini öyrədən.  Sən idin, Xocalıda cansız cəsədi buz bağlamış fidan körpələrin qisas gözləyən ruhuna and içən. Sən idin, “Allahu Əkbər” nidasını, müqəddəs dinimizi alətə çevirib insanlarımızın, gənclərimizin beynini yeyənlərin qarşısında sipər çəkən.

Verilən heç də hər bir tapşırıqdan salamat dönməyəcəyini bilən, yolunu gözləyən körpəsinin sevdalı gözlərindən öpüb günün istənilən vaxtında cinayətkar üstünə gedən də səndin, Polisim!

Yazılanlar yazılsa da, adın tarixə dönsə də, hələ qəhrəmanlığından, Vətənə sevgindən çox yazılacaq, Azərbaycan Polisi! Axı, hələ tarixə dönəsi, yazılası, gələcəyə miras üçün qalacaq elə şanlı səhifələr var ki...

Bu gün sənin bayramındır, bu gün Sən ürəkdən oxumalısan Ana Vətənimiz Azərbaycanın yaşam şərqisini:

 

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən! Şanlı Vətən!

Azərbaycan! Azərbaycan!

                 

         Hafiz Təmirov,

         polis kapitanı

 

 

Sayğac