Xəbər lenti

 Şrift:

                                              Niyə xoşbəxt ola bilmirik

        İnsan nə üçün doğulur, niyə ölür. Bunu bilə bilmərik. Geriə qoyulan illərə baxanda xoşbəxt olduğu vaxtlar xatırlanmalıdır. Lakin pis günlər xatırlanır.
Elə bir insan görmədim ki, həyatındakı çətinliklərdən fəxrlə danışmasın. Düzdür ki, çətinliklərə qalib gəlmək gözəl şeydir. Amma insanın yaşamağının ali məqsədi xoşbəxt olmaqdır.
Xoşbəxtlik anlamı insanına görə dəyişir. İnsan var ki, dəbli geyim almaqla özünü xoşbəxt sayır. Ya da bahalı reatoranlarda oturmaqla, yeni avtomobili yüksək sürətlə sürməklə.

Ardını oxu...

 Şrift:

Biz gələcəyik, Xocalım...

Ay dərd, sənin adın nədir? Bircə bu suala cavab tapa bilməmişəm ötən illər ərzində.

Bayrağıma da hopub rəngin. Min il görməsəm belə səni tanımaqda çətinlik çəkmərəm, ay dərdim, sən mənim özümə oxşayırsan.

Sevinci bölməyə nə var ki, oğulsan, dərdə simsar ol.

Ardını oxu...

 Şrift:
 
Mən, mənim cibim, mənim qapım
 
İnkişaf etmiş ölkələrdə “Biz” anlamı var. İnkişaf etməmiş ölkələrdə isə “Mən”. Biz deyənlərdə cəmiyyətin mənafeyi ilk yerdədir. Mən deyənlərdə isə yalnız mənin şəxsi mənafeyi.
Cəmiyyətimizdə yalnız mən anlamı var. Hər kəs yalnız özünü düşünür. Özü üçün çalışır. Bunu görmək, duymaq, hiss etmək elə də çətin deyil.

Ardını oxu...

 Şrift:


                 Yusif HANSEN


                                      Hardad
ır o inkişaf?
 
     Hər kəs nədənsə narazıdır. Gündəlik həyatımızda çoxumuz yaşayışımızı ən iyrənc sözlərlə söyürük. “İnkişaf yoxdur bizdə” - deyə şikayətlənirik.
İnkişaf. Maraqlı sözdür. Bizdə niyə o yoxdur, görəsən? Bəlkə də var. Biz görmürük.
İnkişafı görmək, onu hiss etmək üçün insan ilk növbədə özündən başlamalıdır. Səndə olmayan şeyi kənarda necə tapacaqsan ki.

Ardını oxu...

 Şrift:
             
                                        Hədiyyə ŞƏFAQƏT
                                                 
                                                     E V

    Bu, uzun bir əhvalatdır. Bir il əvvəl təsadüfən, rayondan Bakıya gələrkən yeddi saata çatan uzun yolçuluğumda təxminən özüm yaşda bir qadının dilindən dinləmişəm...  Yolun yarısınacan susduq, mən kitab oxuyurdum, osa sakitcə oturub yolunu gedirdi. Arabir mənə baxdığını, bəlkə də darıxıb söhbət etmək istədiyini duydum. Gözümü kitabdan ayırıb baxdım, üzümə gülümsədi, mən də ona gülümsədim... Sonra tanış olduq, haralı olduğumu soruşdu, evimizin səmtini xəbər aldı. Dedim. “Oralar təzə məhəllədir, heç görməmişəm”-dedi. Şəraitimizin olub-olmamasıyla maraqlandı, “bina evidir, hər şeyi yerli-yerindədir”-dedim.

Ardını oxu...

 Şrift:


                                  Yusif Hansen


                                   Görməmişin oğlu olmayanda
 
    Biz cəmiyyətin ayrılmaz hissəsiyik. Ətrafda baş verənlər bizə təsir edir. İstədik və yaxud istəmədik. Digər insanlarla qarşılaşmağa, onların hərəkətlərini görməyə məcburuq.
Bir cümlə var. Görməmişin oğlu oldu, ... Ardını yazmıram. Çünki işim məhz bu cümlə ilədir.
Görməmiş. Kimdir o? Ətrafımıza fikr versək, hər addımı faktla – şəkillə sübut edən insanları görmək mümkündür. Evdən çıxanda bir şəkil, yemək yeyəndə ayrısı, getdiyi yerdən digəri. Belə insanları fotoqolik adlandırmaq doğru olar. Yəni şəkildən asılı, xəstəsi.
Bəzən olur ki, eyni insanı uzun zaman müşahidə edirəm.

Ardını oxu...

 Şrift:

    İnsanların xəsis olması normal haldır. Lakin zəngin insanların xəsisliyi adətən qəribə görünür. Əlində milyonlar olan birinin xəsislik etməsi kənardan maraqlı gəlir.
İnsanın zəngin olması yaşadığı ölkədən asılı olaraq dəyişir. İnkişaf etmiş qərb ölkələrində insanlar beyinlərinin məhsuli ilə böyük pullar qazanır. Şərq ölkələrində isə vəziyyət çox fərqlidir. Neftin sayəsində varlanan ərəblər, öz millətindən pul oğurlayan diktarorlar, münbit şəraitdə əziyyətsiz böyük pullar qazanan oliqarxlar.
Yer kürəsində aclıqdan əziyyət çəkən milyonlarla insanın olması hamıya məlumdur. Lakin sual ortaya çıxır. Zənginlər bank  hesablarındakı pulları ilə bütün yer kürəsini doydurmaq mümkün olduğu halda niyə hələ də ac insanlar var?
Qərbin milyarderləri xeyriyyə məqsədilə pullar xərclədiyi halda şərqin zənginlərindən niyə səs çıxmır?

Ardını oxu...

 Şrift:


                                    Rəhbərlik işçini söyməlidir

     Həyatımızın ayrılmaz bir hissəsi işdir. Günümüzün çoxu işdə keçir. Bəs iş nədir? Həyatda sağ qalmaq üçün vasitə, yoxsa cəmiyyət üçün yararlı olmaq üçün şans? Əlbəttə, həyata baxışlara görə cavablar fərqlənir.
Açıq-aydın bilinir ki, 2 tip işçilər var. Fəhlə və rəhbər. İnsanların çoxu fəhlə, adi piyada olduğunu anlamaq istəməsə belə bu, heç nəyi dəyişmir. Fəhlə deyəndə tikintidə işləyənləri nəzərdə tutmuram.

Ardını oxu...

 Şrift:
       
      Ədəbiyyatçılar dünyaya gəlişimizlə gedişimiz arasında bir sözlük, riyaziyyatçılar bir rəqəmlik, bəstəkarlar bir notluq, rəssamlar da bir fırçalıq məsafənin olduğunu deyirlər. Olmaq-ölmək fəlsəfəsi yaranışdan bu günə kimi düşündürüb insanı. AN məsələsi bütün zamanların cavabı tapılmaz sualı olub.

Ardını oxu...

 Şrift:

 
     “Marslı” romanını oxuyarkən ona çəkilən filmin tanışlıq fraqmentinə baxmaq istədim. İzlədim, bəyəndim və filmin rejissoru ilə maraqlananda görürəm ki, 77 yaşlı Ridli Skott. Tənbəllik etmirəm və Ridlinin gələcək planlarına baxıram.

Ardını oxu...

Sayğac