Xəbər lenti

 Şrift:
TÜRKMAN ELİ – KƏRKÜK CANDIR – AZƏRBAYCANDIR!
Kәrkük şәhәri– İraq Respublikasında әn böyük 4–cü şәhәrdir. Kәrkük bölgəsinin inzibati mәrkәzidir. Kәrkük şәhәri tәxminәn 3000 il әvvәl şumerlәr tәrәfindәn inşa edilmişdir. Yaqut әl Hәmәvinin "Müsәmül Buldәn" әsәrindә Kәrkük şәhәrinin adı "Kerhini" olaraq verilmişdi...
Orta əsrlərdə ard-arda Səlcuqlu, Atabəylər, Teymurlu, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Osmanlı - Türk xanədanlıqlarının hakimiyyətində olan Kərkük tarixdə var olandan ta 20-ci əsrin əvvəllərində Osmanlının Birinci Dünya Savaşında (1914-1918) məğlub olduqdan sonra,Mudrossazişiylə(30 oktyabr 1918-ci il ) ingilis nəzarətinə keçənə, daha sonra bu torpaqlarda Avropanın (sonralar Amerikanın) yaradıb idarə etdiyi (hələ də belədir) kukla “İraq” dövlətinin (ərəb hakimiyyəti) tərkibinə keçənə qədər (təxminən 3000 il) Türk torpağı olmuşdur.(fakt)
Şәhәrdә 1947-ci il sayımı zamanı 68.308 nәfәr, 1957-ci il sayımı zamanı 120.402 nәfәr, 1965-ci il sayımı zamanı 175.303 nәfәr, 1987-ci il sayımı zamanı isә 418.624nәfәrqeydә alınmışdır.

Ardını oxu...

 Şrift:
                                       MASALLININ PAYIZI
 
     Yay  ədəb-ərkanla   təbiətin taxtı- tacını   payıza  təhvil verir.
... Meşələrin haylı-küylü, könül oxşayan  və ovudan sərin guşələrini isti yay öz köçü-külfətilə aparıb gedir. Seyrək palıd meşəsində çılpaqlaşan ağacların görkəmindən isə nigarançılıq yağır. Həzin meh istidən qovrulmuş yarpaqlara asta-asta tumar çəkir. Yarpaqlar  o qədər kövrəkləşib ki, lap  kəpənək qanadları kimi zərif olublar. Hətta küləyin tumarına tab gətirməyib ovxarlanırlar.
     Cənub meşələrinin möcüzəsi sayılan dəmirağaclar saçına xına qoymuş təbiət gözəllərinə bənzəyirlər. Gözəllik burada, doğurdan da, sərhəd tanımır. Payız günəşinin qızılı  şəfəqləri  Yanardağın hüsnünü nura qərq edib. Dağın  köksündə dağ boyda ocaq çatıblar.  Başının tüstüsü ərşə dirənib, ətəklərindən pıkkır-pıkkır qaynar sular Viləşçayın qoynuna süzülür...
    Azərbaycan  təbiəti payız fəslinin Masallı  səhifələrini bir-bir vərəqləyir göz önündə. Şəlaləyə, durnagözlü bulaqlara, dağ çayına, yollara, çığırlara tamaşa etdikcə könül bir yerdə qərar tutmur. İstisu yolunun kənarında – ana təbiətin “memar əlləri” ilə yaranmış bir mənzərə adamı lap heyrətə gətirir. Bir cüt cavan palıd meşənin dibsizliyinə qədər gedib çatan sükutun qulağına nəğmə oxuyur. Xəlvətdə “görüşən iki sevgili...” Sanki qərinələr  boyu vüsala tamarzı qalan Əsli və Kərəm burda ağac qiyafəsində nəfəs-nəfəsə dayanıb, lüt-üryan bədənlərini bir-birinə sıxıblar.
     İlahi,  kərəminə  çox şükürlər olsun! Təbiət Qara Keşişin tilsimini sındırdı. Bəs biz?  Cəmiyyət?!
      Yəqin ki, bizim də  Qara Keşişlərin tilsimini qırmağımıza  və  sevgili  Qarabağımıza  qovuşmağımıza az qalıb, lap az...
 

                Nurəddin ƏDİLOĞLU.

 Şrift:

                                               Elşad BARAT


                   RAMİZ RÖVŞƏNDƏN CANIMI QURTARA BİLMİRƏM

    Bu yazıda tam səmimi olub hər şeyi nənəmin nağılları kimi aydın-açıq göstərməyə çalışacam. Öncəliklə onu deyim ki, ya Ramiz Rövşən öz oxucularını aldadır, ələ salır, ya da onun oxucuları tam mütaliəsizdir. Mütaliəsiz oxucunun sevgisini qazanmaq da nisyə şərab içmək kimi asandır, əsas məsələ sonraya qalır. Amma mən sonraya heç nə saxlamayacam. Olub-bitən hər şeyə optik güzgü tutacam, gerisi sizə qalmış. Onu da deyim ki, Ramiz Rövşəm mənim hörmət etdiyim və sevə-sevə oxuduğum şairdir.

Ardını oxu...

 Şrift:
                                               
                                                 BİZİM  Musa  MÜƏLLİM
    
                       Tarix elmləri doktoru, professor Musa Quluzadənin 77 yaşına.

         ...Yeddi müqəddəs rəqəmdir. Qoşa yeddi isə  bu müqəddəsliyə  xüsusi  çalar, müdriklik  əzəməti  verir.  Müqəddəslik  həm də doğru yol seçməkdir. Yetmiş yeddi  yaşlı Musa müəllimlə  həmyerli olsaq da,  tanışlığımızın   iyirmi yeddi illik  tarixi  var. Və  bu iyirmi yeddi il ərzində  istər Bakıda,  istərsə də Masallıda  gürüşəndə  bir dəfə də olsun  onun  nurlu simasını təbəssümsüz  görməmişəm.
 
           İlk  dəfə  sovetlər dönəmində  paytaxtın  Lenin muzeyində  görüşdük;  o  zaman  Musa müəllim  həmin  muzeydə direktor müavini  vəzifəsində çalışırdı. (İndi ora  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin  Muzey Mərkəzi adlanır – N.Ə.)  Bu  görüşdən az sonra Musa müəllimin  təşəbbüsü sayəsində və ssenarisi əsasında  uzun illərdən bəri tədqiqatçısı olduğum  alim, həkim, şair, bəstəkar  Mirkazım Aslanlı –Sarəng haqqında ilk dəfə Azərbaycan Televiziyasında 40 dəqiqəlik   film  nümayiş etdirildi. 

Ardını oxu...

 Şrift:
Ölkədə hər il boşanmaların sayının artması hər kəsə məlumdur. Lakin bunun qarşısını almaq üçün heç kim barmağını belə tərpətmir.
Sual ortaya çıxır. İllərlə fəxr etdiyimiz ailə institutu bəs nə oldu? Cavab isə sadədir. Ölkədə ailə institutu lap çoxdan dağılıb.
Nə üçün evləndiyi, boşanmaya necə çatdığı barədə bəzən insanlar düşünməyə imkan etmir. Çünki hər şey çox sürətlə baş verir.

Ardını oxu...

 Şrift:
   
              Nurəddin ƏDİLOĞLU
                    yazıçı-publisist

  
                             QEYRƏT  OCAĞIMIZ  SÖNMƏSİN!

                                          Yanar ocağın üstünə su tökmək günah sayılır.
                                                                                            (Xalq deyimi)

               Bir neçə gün öncə sosial şəbəkələrdə ölkəmizin müdafiə nazirindən “Xankəndinə dağıdıcə zərbərəl vurmağa hazır olun” əmri barədə  xəbər yayılanda ruhumuzda canlanma yarandı, küçikdən böyüyəcən hamımız dörd gözlə cəbhə  bölgəsinə boylandıq...
    Bu xəbəri oxuyan kimi, öz səhifəmdə Mirzə Cəlilsayağı belə status paylaşdım: “Şeytan yuvasını dağıtmaq gərək. Mən təklif edirəm bu il Azərbaycandan həcc ziyarətinə gedən zəvvarlar marşurutu dəyişdirib ŞUŞAYA - şeytana daş atmağa getsinlər! Məkkəmiz ŞUŞA, MƏDİNƏMİZ XANKƏNDİ OLSUN! Əgər tökülən qanlar, ehsan edilməli pullarımız varsa, gözümüzün qarşısında QARABAĞ məbədgahı durur...”

Ardını oxu...

 Şrift:

                             Əliqismət Lalayev
    Rejissor, Əməkdar İncəsənət Xadimi, fəlsəfə doktoru

                 
                         Haqq divanın mübarək, Azərbaycan!

   Bu gün bütün Azərbaycan xalqının  ürəyi cəbhədəki oğullarımızın yanındadır. Günboyu hər kəsin ovqatı da, sözü-söhbəti, qayğıları da  müharibə meydanından gələn xəbərlərə köklənib. Hamının bir yumruğa dönüb düşmən üstə getdiyi bir məqamdır bu gün. Dünyanın müxtəlif ölkələrindən Azərbaycanın haqq işinə dəstək verənlərin də sayı artmaqdadır. 25 ildən bəri, bir vaxt dost, qardaş deyib bağrımıza basdığımız nankorların yolumuzu kəsdiyi doğma torpaqlarımız  Azadlıq havası, igidlərin nərəsi ilə ayağa qalxıb.

Ardını oxu...

 Şrift:


                                     Əlizaman Baxış


 

 

                                VƏTƏN BİZİM QİBLƏMİZDİR

 

  Bir yaxın adamın dəvətilə Ağstafa rayonunun Saloğlu qəsəbəsinə qonaq gedirdim. Bu tərəflərdə heç olmadığım üçün hər gördüyüm mənim üçün maraqlı idi. Qatar bu gözəl diyara daxil olanda səhərin gözü təzə açılırdı. Təbiət ilk baxışda ecazkar gözəlliyini duman və çisgin arxasında nə qədər gizlətmək istəsə də, mümkün deyildi – adamı valeh edən çöl-çəməni, üzərinə yaşıl xalı sərilmiş təpələri, adını eşidib üzünü görmədiyim Tuqay meşələrini, Ana Kürümüzün kol-koslu-qamışlı sahillərini yalayaraq axan sarımtıl-bozumtul sularını seyr etdikcə bu dəvətdən çox məmnun olurdum.
         Qatar Saloğlu qəsəbəsinə çatanda düşmək istəmirdim, qatardakı yerlilərin danışdıqları mənim bir az da irəliyə getmək həvəsimi artırdığı üçün səyahətimi davam etdirmək istəyirdim. Amma məcbur idim, tanışım perronda məni gözləyirdi...

Ardını oxu...

 Şrift:



                   Metroda mehribanla
şmayan millətim
 
Universitetə qəbul olduğum 2005-ci ildən hər səhər metrodan istifadə etməyə başlamışam. Geridə qalan 11 ildə heç nə dəyişməyib. Həftə içi hər gün ictimai nəqliyyatda basabas, yollarda tıxac. Dəyişən yalnız o olub ki, şəhərdə insanların sayı daha da artıb.
Hər səhər insanların aqresiv, adam döyən, hər axşam isə sanki illərlə istirahətsiz həyatlarını özündə əks etdirən baxışları ilə qarşılaşmaq. Bu kefi əla olan insanın da əhvalını pozmaq gücünə malikdir.

Ardını oxu...

 Şrift:


 
                       Sinəmə sığınmaq gəlməz ağlına”
 
                                           ( Vasif QURBANZADƏ haqqında)
    
     Bahar qaranquşundan, uca dağlar qarından, şairlər işə şeirindən bəlli olar. Məncə söz adamlarının cismi heç vaxt torpaq üzərində dayanmır. Sadəcə onlar cazibə nəticəsində “ torpağa birləşirlər”. “Aldatmaq” şair üçün axı nədir ki?- Məncə bir ovuc su içmək qədər “asandır”. Məsələn, haqqında danışacağım müsair poeziyamızın   dəyərli şairlərindən biri Vasif Qurbanzadə qəlbi şeir dadmaq istəyən oxucuya deyir ki, “səni sevmək, yaşamaqdır…”

Ardını oxu...

Sayğac