Xəbər lenti

 Şrift:


sevgi –  nəhayətsiz   kədər  qarşılığında verilən acı bir səadətdir,  mənsə sevgini əbədi sədaqət andı hesab edirdim
sevgi - bir ömür boyu ruhun kölə olmasıdır
sevgi - azadlığın qatilidir, ömürlük əsarətdir
sevgi - zəhər dolu səadət şərabıdır
sevgi - ağsaçlı dünyanın kədərli nəğməsidir

 

sevgi – 20  yaşlı gənc , gözəl  qızla  ecazkar  yataq  münasibətləri  yaşadığın  anda   40  yaşlı qadının həsrətini çəkməkdir .

Nədir axı   sevgi? Qəzəb dolu  ümidsizlik, yoxsa   xoşbəxt  xəyalllarla  zəngin  ülvi  bir  duyğumu? İnsanı  məst  edən  əbədi  sərxoşluqmu?

 

Sevgi  günahsız   ruhun,   günahkar  vücuda   təslim olmasıdır . Sevgi,  yanında  ola – ola, əslində  səndən  çox  uzaqlarda olan  hüdudsuz   bir  aləmdir .Sevgi  təmənnasız  duyğudur, sonsuz  sabahlarda, aydın   gecələrdə    sevən  ruhların   birləşməsidir . Lakin  səhərlər  sonsuz, gecələr  nəhayətsiz olsa  da  aşiqlə məşuqun səadəti  əbədi deyil .

 Sevgi  cənnət  həzzini  tənha  duymaqdansa sevgilinlə  birgə cəhənnəm  odunda  yanma  arzusudur .

Sevgi  unutmaq  istədikcə  daha  çox  sevməkdir .

Sevgi  xoşbəxtliklə bədbəxtik  arasındakı körpünün   rəsmidir .

 

Sevgi  qısa   bir  müddətə  tənhalıqdan  qurtulmaq, sonra da  tərki - dünyalığa  qovuşmaqdır .

Sevgi  insanı xoşbəxt  edə  biləcək  ilahi  qüvvə  deyil, əksinə işgəncələr  yaşadan  İblisdir . . . Sevgi  taleyin amansızlığından  şikayətdir .

 

  Nicat   Həşimzadə

 

 Şrift:

İzn verin getsinlər, getmək istəyənlər. Çünki, bu yol çox uzun bir yoldur. Evlilkdən ölümsüzlüyə qədər uzanan bir yol. Bizi daha dünyada tərk edənlərlə çıxa bilmərik bu yola. Hər kəsin bir yolu və yol yoldaşı var bu həyatda. Alah ( a.c) Adəmə Həvvanı yoldaş elədi bu yolda və bizim də öz yol yoldaşımız var. Bir gün o gələcək. Əllərində güllərlə və tutacaq əllərimizdən birlikdə ölümə doğru addımlayacağıq.

Ardını oxu...

 Şrift:

Mən vardım, dəniz vardı, adamlar vardı, o yoxdu. Hər tərəf genişlikdi. Elə məsafəsizdir ki, hər şey, adamı qüssə bürüyür. Nəhayətsizlik də adamı incidir, darıxdırır, əridib yoxa çıxarır.

Ardını oxu...

 Şrift:

Dünya mətbuatında səs salan Rusiya - Ukrayna davasına görə, Rusiya bir sıra dövlətlər tərəfindən dəfələrlə qınaqlara, təhdidlərə və o cümlədən qərbin, artıq ənənə halını almış sanksiyalarına məruz qalıb.

Ardını oxu...

 Şrift:

Son aylar nələr yaşanmadı ki, amma türk xalqı AKP-yə səs verdi. Ayaqqabı qutularından tutmuş, nə qutulara kimi dövlətin oğurlanmış pulları üzə çıxdı. Amma pulu oğurlanan xalq AKP-ni seçdi. Uşaq qatili terroristlər “barış sürəci” deyə azad olundu. Övlad ağısı ilə yaşayanlar AKP-ni seçdi.

Ardını oxu...

 Şrift:

  Başqa yaradılanlardan fərqli oaraq  yazılan əsər öz müəllifi, yəni öz yaradanı üçün xeyli yad görünür.

Fizioloji aspektən toxunmuş olsaq yanaşma xeyli  üzdə olacaq. Çünki artıq təbiətin harmoniyası pozulmuşdur, yəni  mövcud olan  əsər  oz müəllifinin fizioloji əksi deyil, müəllifin  başqaları tərəfindən izlənilən, bilərəkdən dəyişdirilmiş  fotoinikasıdır.

Ardını oxu...

Sayğac