Xəbər lenti

 Şrift:
Alpaqut Federasiyasının Prezidenti istefa verdi.
Persona.az xəbər verir ki, Aqil Acalov mətbuata açıqlamasında bildirib: "Azərbaycan Alpaqut Federasiyasının prezidenti kimi artıq bir neçə ildir ki, Turan döyüş sənətinin ölkəmizdə və dünyada tanınması, inkişafı uğrunda yorulmadan səy göstərirəm. Vətənpərvərliyi təbliğ edən, gənclərimizə milli ruh aşılayan bu idman növünün inkişafına çalışmaqla dövlətçiliyimizə sadiq bir vətəndaş kimi idman sahəsinə öz töhfələrimi verməyə çalışmışam. Müharibə şəraitində olan bir ölkənin vətəndaşı kimi qədim döyüş sənətimizin təbliğinin necə prioritet olduğunu görərək bir federasiya prezidenti kimi əlimdən gələni əsirgəməmişəm. Lakin artıq digər sahələrdə apardığım işlərin, ictimai fəaliyyətimin çoxluğu səbəbindən federasiya ilə bağlı məsələlərə vaxt ayırmaqda çətinlik çəkirəm. Vaxt imkanlarımın məhdudluğunu nəzərə alaraq, Alpaqut Federasiyasındakı vəzifəmi aktiv gənclərimizə həvalə etmək qərarına gəldim. Əminəm ki, vəzifəmi təhvil alan şəxs də milli döyüş sənətimizin inkişafı üçün layiqli şəkildə fəaliyyət göstərəcəkdir. Bu illər ərzində öz köməklərini əsirgəməyən, daim mənə dəstək olan hörmətli dövlət xadimlərimizə, ictimai xadimlərə, idman sahəsini təmsil edən dostlarımıza, media mənsublarına, hər bir vətəndaşımıza minnətdarlığımı bildirirəm. Sizlərin sayəsində, sizlərlə çiyin-çiyinə çox uğurlu işlərə imza atdıq. Bu uğurların bundan sonra da davam edəcəyinə inanıram".
Nuranə Abdullayeva
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac