Xəbər lenti

 Şrift:
Azərbaycanda bir sıra malların qiymətində artım baş verib. Belə ki, Cari ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb. Ölkənin ticarət məkəzlərində və apteklərdə də bəzi istehlak mallarının - əsasən uşaq qidalarında qiymət artımı qeydə alınıb. Misal olaraq bir müddət öncə paytaxtın apteklərində 3 manat 20 qəpiyə satılan "Heynz" kaşalarının indi 4 manat olmasını  göstərmək olar. Qeyd edək ki, uşaq qidalarında qiymət dəyişməsi tez-tez müşahidə olunur. Qiymətlərdə artım və azalma demək olar ki hər ay nəzərə çarpır.
Vüsalə Qələndərli
Persona.az
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac