Xəbər lenti

 Şrift:

                                                  İlqar TÜRKOĞLU


   Partiyalarda "dini işlər üzrə müşavirlər" kimə və nəyə xidmət edir?!

Bugün respublikada fəaliyyət göstərən yapqarışıq bütün partiya rəhbərlərinin,dövlət orqanlarında olduğu kimi, dini məsələlər üzrə müşavirləri-köməkçiləri fəaliyyət göstərir.Bu partiyaların bir qismi Azərbaycanda demokratiyanın normal olduğunu,bir qismi olmadığını,digər bir qismi isə,diktaturanın hökm sürdüyünü iddia edir. Gəlin,faktlara və bugünkü reallıqlara əsaslanmaqla bəzi mətləblərə nəzər salaq.Hamıya aydındır ki,partiyaların dinə qarşı bu "diqqəti" bəlli kütləni-kontingenti öz tərəfinə çəkmək məqsədindən irəli gəlir.Böyük Atatürk din amilindən istifadəni əxlaqsız siyasət adlandırırdı.Bir neçə il öncə Musavatın dini ideoloqu olan İlqar İbrahimli Aşuranın dövlət səviyyəsində keçirilməsini və həmin günün qeyri-iş günü hesab edilməsini ciddi-cəhdlə tələb etməsi çoxumuzun yadındadır. Nardaran hadisələrində iştirak edən dini ekstremistlərin qəhrəman kimi təqdim olunması və partiya liderləri tərəfindən açıq-aşkar himayəsi də bir faktdır. Hələ də bizə sırınmış yad ideologiyaların əsirliyindən qurtulmaq istəmir,ona boyun əyməkdə davam edirik.Ey mənim "demokratiya carçıları" na çevrilmiş qardaş və bacılarım,Siz bir müsəlman dövləti göstərin ki, orada ortabab bir demokratiya olsun?! Heç bir tərəf saxlamadan etiraf edək ki, türk dövlətləri içərisində,Türkiyədən sonra,az-çox demokratik ab-hava Azərbaycandadır.Bugün göbələk kimi artan məscidlərə çəkilən xərcləri uşaq bağçalarına,məktəblərə,elm ocaqlarına sərf edib,normal düşüncəyə sahib bir cəmiyyət qurmaq olmazmı?! Avropa demokratik quruluşa,demokratik təsisatlara kilsədən uzaqlaşmaqla nail olmadımı?Tarixə qısaca nəzər yetirsək,görərik ki,bütün zamanlarda dinin hakim mövqeyə canatması fəlakətlə sonuclanıb.Çox vaxt dinin hakimiyyət uğrunda apardığı,istər aşkar,istərsə də gizli fəaliyyəti amansızcasına,haqlı olaraq,qan gölündə boğulub.Belə hallar,dövlət sisteminin zorla dəyişdirilməsi,konstitusiyaya qəsd kimi dəyərləndirilib. İranda və Əfqanıstanda cevriliş nəticəsində dinin hakimiyyəti ələ alması və həmin dövlətlərin bugünkü mənzərəsi hamımıza bəllidir.Düşmənin uğurla işləyib hazırladıqları plan yüzillərdir ki, effektli şəkildə öz əlimizlə özümüzə tədbiq edilir.Artıq on ildən çoxdur ki,qardaş Türkiyə də sürətlə bu fəlakətə doğru gedir.İnanın ki,"əldə quran,öndə turan"la heç bir "hücrə"belə qurmaq mümkün olmayacaq. İstiqlala nail olan gündən müxtəlif dövlətlər tərəfindən Azərbaycana ixrac edilən dini ekstremizmin qarşısı hələ ki,dövlətimiz tərəfindən qətiyyətlə alınır.Gəlin,bəzi partiyaların,qrupların,firqələrin korporativ,konyuktur maraqlarının obyektinə,insanlığa qənim kəsilmiş başkəsmək,boyunvurmaq,darağacı qurmaq kimi qanunlarla yaşayan,cənnət-cəhənnəm,süd gölləri,72 huri-mələk nağılları ilə başını aldadan cəmiyyətə çevrilməyək.İnanın ki,cəmiyyətin cahilləşməsi torpaq itkilərimizdən də fəlakətlidir...Bugün ictimai həyatda qadınlara qarşı qısqanclıq,ərəb təfəkkürünün "mentalitet" adı ilə cəmiyyətə sırınması,sürətlə hicablaşma və qara çadralara bürünmə,gələcəyimizi qaranlıq dalana aparan qorxulu bir kabusa dönüb bizi qarabaqara izləyir. Bir yazımda dediyim kimi,ərəb “nağılında” əşyalaşdırılmış türk qadını nə zaman azad və özgür olacaqsa,türk kişisi də,cəmiyyət də AZAD olacaq.


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac