Xəbər lenti

 Şrift:
"Sadəcə borclular birləşməlidir ki, banklar qarşısında davam gətirsinlər"
Bankdan kredit götürərkən ona qol çəkdirərək devalvasiya olacağı təqdirdə tələb olunan əlavə vəsaitləri ödəyəcəyinə söz verən, indi isə etdiyinə peşman olan bir vətəndaşın yardım istəyini nəzərə alaraq "Moderator.az" saytı, bununla bağlı, tanınmış bank mütəxəssisi hesab olunan Əkrəm Həsənova sual ünvanlayıb ki, bu cür situasiya ilə üzləşən vətəndaşlarımızın nə etməli olduqları barədə onlara məsləhətlərini versin. Əkrəm Həsənovun həmin suala olan cavabını təqdim edirik:
 
"Vətəndaşlar bunu sübut edə bilməzlər. Konstitusiya Məhkəməsinin may qərarı var. Həmin qərara görə xarici valyutada kredit cari məznnəyə əsasən ödənilməlidir. Başqa sözlə valyuta riski borc alanın üzərindədir. Amma həmin qərara əsasən banklar maliyyə imkanı daxilində vətəndaşın marağına uyğun güzəşt etməlidir. O cumlədən faiz dərəcəsində. Vətəndaşlar ilk növbədə bu güzəştləri tələb etməlidir. Daha sonra, banklar Mülki Məcəllənin 741- ci maddəsini pozaraq faizləri ildə bir dəfə əvəzinə ayda bir dəfə tuturlar. Buna görə də borclular indiyə qədər ödənişlərinin yenidən hesablanmasını tələb etməli və borclarını azaltmalıdır. Nəhayət, borcunu ödəyə bilməyən bilsin ki, onsuz da ona heç nə edə bilməzlər. Evi, yaşayış minimumu toxunulmazdır. Sadəcə borclular birləşməlidir ki, banklar qarşısında davam gətirsinlər".


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac