Xəbər lenti

 Şrift:

Oktyabrın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Ömrün səhifələri” seriyasından yeni kitabın təqdimatı olub.


Yeni nəşr görkəmli nasir və dramaturq, Xalq Yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr edilib. “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çapdan çıxmış kitabın müəllifi sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir.

    Azərbaycan, rus və ingilis dillərində hazırlanmış kitaba Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov “Ön söz” yazıb. Kitabda müəllif mətnindən başqa, İlyas Əfəndiyev haqqında ümummilli lider Heydər Əliyevin, ədəbiyyatşünasların və yazıçının sənət dostlarının ürək sözləri, o cümlədən görkəmli dramaturqun ömrünün müxtəlif anlarını əks etdirən şəkilləri, habelə pyesləri əsasında hazırlanmış tamaşalardan şəkillər yer alıb. Kitabın üz qabığında isə Əməkdar Rəssam İsmayıl Məmmədovun çəkdiyi şəkildən istifadə olunub.

Ardını oxu...

 Şrift:


Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının birinci hissəsi yenicə çapdan çıxıb

Bu əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideoloji və diplomatik irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışın məhsuludur.

Kitabın “Müəllifdən” bölməsində deyildiyi kimi, bu gün müstəqillik yolu ilə uğurla irəliləyən Azərbaycanın obyektiv tarixinin bərpa edilməsi, habelə xalqımızın görkəmli şəxsiyyətlərinə yenidən qiymət verilməsi məsələsi tarix elmimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Ardını oxu...

 Şrift:

Hollivud Əmir Teymur haqqında film çəkmək üçün rejissor axtarır

 "Rusiyanın pravoslav xeyriyəçilər klubunun" idarə heyətinin sədri Andrey Poklonski Əmir Teymurun rus torpaqlarına etdiyi səfərlər barədə genişmiqyaslı filmin çəkiləcəyi barədə məlumat verib.

Ardını oxu...

 Şrift:
Tarixin ən böyük kiberhücumu - 83 milyon hesaba

Hakerlər Amerika bankları içində nəhəng qurum olan "JPMorgan Chase”ə aid 83 milyon hesab haqqında məlumatı ələ keçirib.

Ardını oxu...

 Şrift:

Məşhur aktrisa vəfat etdi
Aktrisanın qohumları güman edir ki, ölüm təbii səbəblərlə bağlıdır.

Bu haqda Hollywood Life məlumat yayıb. "O yatmağa getdi və daha oyanmadı",- deyə onun anası Djudi jurnalistlərə bildirib.

Aktrisanın ölüm səbəbi hələlik məlum deyil. Aktrisanın qohumları güman edir ki, ölüm təbii səbəblərlə bağlıdır. Həkimlər Saraya ürək qüsuru diaqnoz qoymuşdu. Ölümündən bir gün əvvəl Saranın əhvalı sabit olub və onda, dünyasını dəyişəcəyi barədə heç bir əlamət görünməyib. Ulduz sentyabrın 27-də ölüb, ancaq onun qohumları yalnız indi mətbuatda rəsmi bəyanat veriblər.


 Şrift:


Soyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. Çünki viruslara antibiotiklərin təsiri çox az olur. Antibiotiklərdən, sadəcə olaraq, orta qulaq iltihabı, sinuzit və bronxit zamanı istifadə etmək lazımdır. Düzdür, C vitamini sağlam həyat tərzi üçün vacibdir və antioksidant xassəyə malikdir, ancaq bu vitamin də nə qripi, nə də zökəmi müalicə edir.

Ardını oxu...

 Şrift:

IV Beynəlxalq Bakı Humanitar Forumu ilə əlaqədar şəhərimizdə qonaq olan "Moskva Kremli" Dövlət Tarixi Qoruq-muzeyinin direktoru, ilk kosmonavt Yuri Qaqarinin qızı Yelena Yuriyevna Qaqarina, onun həyat yoldaşı Vladimir Mixail Yuryeviç, Lermontov nəslinin nümayəndəsi Yelena Vladimirovna Lermantova və Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova ilə Azərbaycan Milli İncəsənət Muzeyində görüş keçirilib.

Ardını oxu...

 Şrift:
 
Bu gün Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.

   İslamda cəmi iki bayram - Eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və Eydül-fitrə (Orucluq bayramı - kiçik bayram) bayramları qanuniləşdirilib. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.

Ardını oxu...

 Şrift:
 
Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanı olan “Azərbaycan” ədəbi-bədii jurnalının 2014-cü ildə yeni, 9-cu nömrəsi “Azərbaycan” nəşrlər evinin mətbəəsində çapdan çıxıb.


Min nüsxə tirajla nəşr edilmiş jurnalın “Esse” rubrikasında Xalq Yazıçısı Anarın XX əsr türk şerinin görkəmli nümayəndəsi Nazim Hikmətə həsr etdiyi “Təsəllisiz yaşamağı bacarmaq və ya bədbəxt adamın xoşbəxtliyi”, “Nazimin məhbəs arkadaşları, yetirmələri” və “Nazimin çağdaşları” silsilə essesi dərc olunub.

Ardını oxu...

 Şrift:

Oktyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlunun) anadan olmasının 150 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.


Yubiley tədbiri ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə qeyd olunub.
Əvvəlcə xanəndənin səs yazısı və fotoşəkillərindən ibarət slayd nümayiş olunub.

Ardını oxu...

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac