Xəbər lenti

 Şrift:

     "Uşaqların tərbiyəsi ana bətnindən başlamalıdır"

Persona.az
bu dəfə “Sizcə, uşaq və gənclərin fiziki və mənəvi hazırlığı necə təşkil olunmalıdır və bu məsələdə cəmiyyətin rolu nə dərəcədə əhəmiyyətlidir?” sualı ilə sosial şəbəkə istifadəçilərinə müraciət etdi.
Sorğunun maraqlı nəticəsini oxucularımıza təqdim edirik:


  Əkbər Qoşalı - “Dünya Gənc Türk Yazarlar Birliyi”nin sədri


 -    Yeni nəsillərimizin fiziki və mənəvi hazırlığı – bir sözlə, həyata hazırlığı. Ana-Ailə-Təlim-tərbiyə müəssisəsi (uşaq bağçası-orta məktəb) "üçbucağ"ı üzrə hərəkətli bir sürəc yaşayır. Bura ali məktəb və ilk iş kollektivini də əlavə etmək olar ki, bu da gənclərin həyatında çox mühüm yer tutur, rol oynayır. Əslində insan nəinki yeniyetmə və gənclik çağlarında, hətta bütün ömrü boyu hazırlanır, hazırlayır. Yəni, öyrənir, təsirlənir, təsir edir, öyrədir – toplumun bir parçası olaraq özündə şeylərlə hərəkət edir, formalaşdırır, formalaşır. Əlahiddə şəkildə, yalnız fiziki yaxud mənəvi hazırlıq mümkün deyil – bu bütöv həyat hazırlığının, insanca yetişmənin bir qoludur, deyərdim. Daha böyük anlamda, Tanrının buyruqlarına hazırlıq kimi də xarakterizə etmək olar. Ancaq uşağın uşaq mövzusu – yaşına-başına uyğun daşıya biləcəkləri var və uşağa məhz daşıya biləcəyi “yük”ü vermək lazımdır.

Ardını oxu...

 Şrift:


    Oktyabr ayının 28-də saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış ədəbiyyatşünas alim Arif Əmrahoğlunun anadan olmasının 60 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Maraqlananlar dəvət olunur.



 Şrift:


Azərbaycanda gələn il dövlət büdcəsindən elmə ayrılan maliyyə vəsaitinin məbləği 21,8 faiz artırılacaq

  Maliyyə Nazirliyindən verilən məlumata görə, 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsində elm xərclərinə 142 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 21,8 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət təşkilatlarında mövcud olan elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönələcək.

Ardını oxu...

 Şrift:


Bakıda Gənclərin III Ümumrespublika Teatr Festivalı başlayıb.

İdeya müəllifi millət vəkili Jalə Əliyeva və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan festivala 2 il ərzində 250-ə yaxın istedadlı, yaradıcı gənc qoşulub.

Ardını oxu...

 Şrift:

Oktyabr ayının 22-də saat 16.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, əməkdar artist Osman Hacıbəyovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək.


Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatrın foyesində baş tutacaq sərgidə sənətkarın rol aldığı tamaşalardan fotolar nümayiş etdiriləcək. Sərgidən sonra böyük səhnədə vaxtı ilə onunla birgə çalışmış sənət dostları O.Hacıbəyovla bağlı xatirələrini bölüşəcək, sonda isə unudulmaz sənətkarın xatirəsinə ithaf olumuş dahi dramaturq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası göstəriləcək. 

Ardını oxu...

 Şrift:
 
Azərbaycan Xalça Muzeyində Namiq Səfixanovun şüşə sənətinə aid “Kitab bizim həyatımızda” əsərinin təqdimatı keçirilib.


  Mərasimdə çıxış edən muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva rəhbərlik etdiyi mədəniyyət müəssisəsinin fəaliyyətindən söhbət açıb. Bildirib ki, mədəniyyətimizin inkişafına, onun çiçəklənməsinə öz töhfələrini verən Azərbaycan Xalça Muzeyi yarandığı gündən maddi irsimizin, adət-ənənələrimizin qorunub saxlanmasında, gələcək nəsillərə ötürülməsində mühüm addımlar atıb, onun dünya miqyasında tanınmasında əsas rol oynayıb.
Qeyd edilib ki, muzeyin missiyası dünya mədəniyyətinin özülü və zəngin parçası olan Azərbaycan xalçasını, xalq tətbiqi sənətini dünyanın özü üçün qorumaq, bərpa, təbliğ və nümayiş etdirməkdir. Həmçinin xalçalarımızla gənclərimizi özünüdərkə, soy kökümüzə, özünəqayıdış tərbiyəsinə yönəltmək və bütün dünyaya sirayət etmək, ənənəvi incəsənət məbədi sayılan muzeyi geniş kütlələr üçün maarif mərkəzinə çevirməkdir. Bununla yanaşı, muzey qapılarını bütün sənətkarların da üzünə açır, onlara dəstək olur, ərsəyə gətirdikləri nümunələri xalqımıza təqdim edir.

Ardını oxu...

 Şrift:

  1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.

Ardını oxu...

 Şrift:


Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaqdır, vətənpərvərlik.


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5- ci qrand müsabiqəsində qalib olmuş Şirinov Qabil Ədalət oğlunun “Vətən sevgisi sərhəddən başlamır sərhəddə bitmir” adlı, layihəsinin icrası davam edir. Layihənin icrası üçün vətənpərvərlik ruhunda yazılmış şeirlərdən ibarət olan “Bitməz könlümüzün vətən sevgisi” adlı kitabı çap olunacaq. Buklet və digər vətən sevgisini təbliğ edən materiallardan istifadə olunacaq. Təbliğat materialları gənclər fondunun maliyyəsi hesabına çap edilərək tədbirlərin iştirakçılarına paylanacaq.

Ardını oxu...

 Şrift:


Klub üzvlərinin kitab və maddi bazasının mövcud olmaması səbəbindən hazırda müzakirə materialları yox səviyyəsindədir. “Qusar Kitab Klubu” üzvləri ölkədə fəaliyyət göstərən nəşriyyat və kitab dükanlarından üzvlərin fəaliyyətinə dəstək verməyi xahiş edir. 

Bizə dəstək olacaq mağaza və ya nəşriyyatdan klub üzvlərinə ilk müzakirə üçün minimum 7 ədəd kitab (eyni kitabdan) verməsini təklif edirik. Növbəti müzakirələrdə isə üzvlər müzakirə üçün seçəcəyi kitabı həmin ünvandan endirimli qiymətə almağı planlaşdırır.

Ardını oxu...

 Şrift:

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan kitabxanaların oxucuları arasından istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə ədəbiyyata marağın artırılması məqsədilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının 115 illik yubileyi ilə əlaqədar şeir müsabiqəsi keçirilir.


İdarənin mətbuat xidmətindən bildiriblər ki, müsabiqəyə oktyabrın əvvəlindən start verilib.
İştirakçıların çıxışları 10 ballıq qiymət sistemi ilə dəyərləndirilir.

Ardını oxu...

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac