Xəbər lenti

 Şrift:

Azərbaycan xalçaçılıq sənətinin yaradıcı korifeylərindən biri xalq rəssamı Lətif Kərimovdur.
                                                        ***

Görkəmli tarixçi alim, akademik Ziya Böyük Vətən müharibəsində iştirak edib və cəbhədə göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

                                                        ***

“Şəngülüm, Şüngülüm, Məngülüm” nağılının müəllifi görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqdir.

                                                        ***                                         

Məşhur müğənni, xalq artisti Zeynəb Xanlarova gənclik illərində Bakıdakı Respublika Mədəniyyət İşçiləri Evinin nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının solisti olub.

                                                        ***

Ardını oxu...

 Şrift:

Bu gün  Emin Sabitoğlunun doğum günüdür.

Qeyd edək ki, Mahmudov Emin Sabit oğlu 
(2 noyabr 1937 – 18 noyabr 2000) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti, bir çox məşhur mahnının müəllifi, çoxlu sayda Azərbaycan filminin musiqilərinin bəstəçisidir.

Emin Sabitoğlu 1937-ci il noyabr ayının 2-də Bakıda anadan olub. Musiqi məktəbindən sonra konservatoriyaya daxil olub (1954,Qara Qarayevin sinfi). İki ildən sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilib (1956-1961Yuri Şaporininbəstəkarlıq sinfi).

 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.

Persona.az

 Şrift:


Alimlərə çoxdan məlumdur ki, aspirin və statin səhər və axşam saatlarında daha yaxşı təsir göstərir. Lakin bu fakt indiyə qədər elmi cəhətdən əsaslandırılmamışdı.

 Pensilvaniya Universitetinin mütəxəssisləri bir sıra tədqiqatlardan və minlərlə preparatı yoxladıqdan sonra müəyyən ediblər ki, bəzi dərman preparatlarının səmərəliyi onların günün hansı vaxtında qəbul olunmasından asılıdır. Alimlər populyar dərmanların çoxunun qəbulu üçün ideal sxemlər tapıblar.

Ardını oxu...

 Şrift:

Bu gün Bakı Slavyan Universitetində (BSU) Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı, təyyarəçi Əsəd Əsədovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.


BSU-nun mətbuat xidmətindən  bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimi BSU-nun rektoru, professor Asif Hacıyev açaraq, Vətən yolunda canından keçən Milli Qəhrəmanın şücaətindən qürur hissi ilə danışıb.

Ardını oxu...

 Şrift:
vuqarehmedcenub
Vüqar Əhmədin “Cənubi Azərbaycan poeziyası”adlı kitabı çapdan çıxıb.
 
Kitabın redaktoru akademik Teymur Kərimli, rəyçiləri filologiya üzrə elmlər doktorları Rəhim Əliyev, İslam Qəribli, fəlsəfə doktoru Esmira Fuaddır. Monoqrafiya “MBM”nəriyyatında kütləvi tirajla çap olunub. İlk dəfədir ki, Güney poeziyasının 60 illik dövrü fundamental şəkildə tədqiq olunur. “Ön söz”ün müəllifi yazıçı-publisist Oktay Hacımusalıdır.

Ardını oxu...

 Şrift:


Bu gün Bakı Slavyan Universitetində rus dilinə dəstək, bu dilin qorunub saxlanılması və tədrisi üzrə regional konfransın açılışı olub. Persona.az-ın xəbərinə görə, Moskva hökumətinin Xarici iqtisadi və Beynəlxalq əlaqələr Departamenti tərəfindən dəstəklənən bu layihə Bakı Slavyan Universitetinin fəal iştirakı ilə həyata keçirilir.

Tədbiri giriş sözü ilə açan ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev qonaqları salamlayaraq konfransın keçirilmə məqsədi barədə məlumat verib, həmçinin rus dilinin işlənməsi, tədrisi və tədqiqi sahəsində Azərbaycandakı vəziyyət, qazanılmış nailiyyətlər, BSU-nun fəaliyyəti haqqında danışıb. Rektor ölkəmizdə rus dilinin tədrisi və istifadəsi üçün dövlət səviyyəsində bütün şəraitin yaradıldığını, orta və ali təhsil müəssisələrində tədris və tədqiq olunduğunu qeyd edib.

Ardını oxu...

 Şrift:


 Prezident yanında Bilik Fondu "İlboyu bilik" proqramı çərçivəsində "Qardaşlaşmış məktəblər" layihəsini davam etdirir.  Oktyabrın 29-da Qax rayonu 2 saylı şəhər məktəb-liseyin şagirdləri ilə Bakının Yasamal rayon 158 saylı tam orta məktəbinin şagirdləri görüşüb.


Qax məktəblilərini paytaxtda Bilik Fondunun xüsusi geyimlərində olan yaşıdları qarşılayıb. 158 saylı məktəblə tanışlıqdan sonra məktəblilər Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Şagirdlər qədim qalalarda, muzeylərdə olub, Bakının tarixi yerləri barədə geniş bilgilər əldə ediblər. Gəzintidən xoş təəssüratlar alan qaxlı şagirdlər bu layihədə iştiraklarından razılıqlarını bildiriblər.

Ardını oxu...

 Şrift:


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Sumqayıt şəhəri, H.Aslanov adına 22 saylı tam orta məktəbdə “Ekoloji biliklərin təbliği” mövzusunda tədbir keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, akademik Sakit Hüseynov sumqayıtlı ziyalılara və gənclərə dünyada ekoloji problemlər, respublikamızın hazırkı ekoloji vəziyyəti haqqinda mühazirə oxuyub. Akademik iştirakçılara demoqrafiya, ətraf mühit və məişət ekologiyasının qarşılıqlı münasibətləri, urboekologiyanın problemləri barədə ətraflı məlumat verib.

Ardını oxu...

 Şrift:


Azərbaycanın tanınmış yazıçısı 
Cəmil Əlibəyov uzun sürən xəstəlikdən sonra ötən gecə vəfat edib.  
Bu barədə mərhumun qardaşı oğlu Gəray Əlibəyov məlumat verib. Onun sözlərinə görə, yazıçı ilə vida mərasimi bu gün saat 12:00-də Təzə Pir Məscidində keçiriləcək.


Qeyd edək ki, Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlib. 
1944-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində yeni açılmış şərqşünaslıq şöbəsinə (İran bölməsi) daxil olub. O, 1949-cu ildə yaradıcılıq sınaq qaydası ilə "Azərbaycan gəncləri" qəzetinə işə götürülüb.

Ardını oxu...

 Şrift:
 

“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi 2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır. Birliyin əsas məqsədi Azərbaycan Respublikası və xarici ölkələrdə miqrant, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə əlaqədar şəraitin müntəzəm müşahidəsini təşkil etməkdən ibarətdir. Təşkilat fəaliyyəti dövrü ərzində bir sıra layihələr, çox saylı tədbirlər və görüşlər həyata keçirmişdir.

Ardını oxu...

Sayğac