Xəbər lenti

 Şrift:
Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 6 noyabr 1926-cı ildə Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına da başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

 1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün isə yeni teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanılıb.

Ardını oxu...

 Şrift:

banner 2 “Tarixi hekayə” müsabiqəsi haqqında Ə S A S N A M Ə

1. Ümumi müddəalar

Müsabiqə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının 1905.az portalı tərəfindən keçirilir.

Müsabiqənin məqsədi – yazarlarımızın ölkəmizin tarixi keçmişinə müstəqil müraciəti sayəsində ermənilərin bölgəyə köçürülmələri, azərbaycanlıların məruz qaldıqları soyqırımlar, tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması, soydaşlarımızın əzəli torpaqlarından deportasiya edilmələri, Ermənistanın Azərbaycan təcavüzü mövzularını bir daha qabartmaqdır.

Ardını oxu...

 Şrift:
Qazaxdakı Ədəbiyyat muzeyində şair Məmməd Əfşanın 75 illik yubileyi keçirilib. Tədbirdə Yazıçılar Birliyinin üzvləri, rayon ictimaiyyəti, icra nümayəndələri, həmçinin şairin qələm dostları iştirak ediblər. Çıxış edənlər Məmməd Əfşanın həyat və yaradıcılığından danışıblar. Sonda şairin özü də çıxış edərək, göstərilən diqqət və ehtirama görə bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.



 Şrift:

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.

  Konfransda mərkəzin gördüyü işlər və gələcək fəaliyyəti, qarşıda duran vəzifələri, ölkədə tərcümə sahəsinin vəziyyəti, problemlər və onların həlli yolları barədə məlumat verilib.

Ardını oxu...

 Şrift:
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Odlar Yurdu” Universiteti ilə birgə “Milli mənəvi dəyərlərimiz və gənclər” mövzusunda konfrans keçirib.


  Komitədən verilən məlumata görə, “Odlar Yurdu” Universitetinin rektoru, Milli Məclisin deputatı Əhməd Vəliyev konfransda çıxış edərək gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ciddi ehtiyac olduğunu bildirib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə belə bir konfransın keçirilməsinin məhz bu ehtiyacdan yarandığını deyib.

Ardını oxu...

 Şrift:
 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.

 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Müvafiq olaraq 2015-ci il 3 və 4 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Yeni ildə 5 gün qeyri-iş günü olacaq.
 Şrift:
Maraqlı neologizmlər

İngilis dilində hər gün təxminən 15 yeni söz və ifadələr yaranır. Onlardan bəziləri slenqə çevrilir, yəni daha tez dilə adaptasiya olur, böyük bir fikri qısa yolla ifadə etməyə kömək edir. Bəzi maraqlı neologizmləri təqdim edirik:

 
 Kimsəbaşqası (someoneelsie) - yaşlı nəslin nümayəndələrindən kiminsə selfi çəkməyə çalışıb, ancaq telefonu düzgün tutmağından yaranan qəribə foto “kimsəbaşqası” adlanır.

 Apateizm (apatheism) - Allahın olub-olmamasının kiminsə heç vecinə olmaması halı.

 XL nəsli (Generation XL) - Makdonalsda yeyib çəkisi normadan artıq olan uşaqların nəsli.

Ardını oxu...

 Şrift:

 Dövlət Musiqili Teatrında “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda III Beynəlxalq Teatr Konfransına həsr olunan mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Hindistandan Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri Ayşa Rau, ABŞ-dan teatr rəssamı İosif Usupov və başqaları iştirak ediblər.

 Ə. Vəliyev bildirib ki, ənənə halını alan beynəlxalq tədbir bu il həm qonaqların sayı, həm də müzakirə olunacaq mövzuların əhatə dairəsinə görə fərqlənəcək: “Konfransda 50-dən çox ölkədən 110-a yaxın məşhur teatr, incəsənət xadiminin iştirakı gözlənilir. Beynəlxalq konfrans çərçivəsində tanınmış teatr xadimlərinin iştirakı ilə treninqlər də təşkil olunacaq”.

Ardını oxu...

 Şrift:


Bakıdakı 5 nömrəli tam orta məktəbdə xüsusi qabiliyyətə və istedada malik şagirdlərin meyvə və tərəvəzlərdən hazırlanmış əl işlərindən ibarət “Qızıl payız” adlı sərgisi təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  bildiriblər ki, sərginin məqsədi şagirdlərin yaradıcı tədbirlərə olan həvəsini artırmaq və onlarda estetik tərbiyəni aşılamaqdır.
Məktəbin direktoru Nərminə Gündüzlü bu cür yaradıcı sərgilərin təşkil olunmasını məktəblilərin estetik zövqünün formalaşmasında və inkişafında mühüm rol oynadığını bildirib.
Sərgi qonaqların marağına səbəb olub.


 Şrift:


Yaxın günlərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından aşağıdakı kitablar çap olunacaq:

  
Xuan Rulfo  – “Pedro Paramo”

 “Pedro Paramo” Meksika yazıçısı Xuan Rulfonun (1917-1986) yeganə romanıdır. 1955-ci ildə işıq üzü görmüş bu əsər magik realizm janrında qələmə alınan ilk Latın Amerika romanlarındandır. Rulfonun romanı ispandilli ədəbiyyatın zirvələrindən sayılır və ədəbiyyatşünaslar onu XX əsr nəsrinin sonrakı məcrasını müəyyən edən bir məhək daşı sayırlar.

 Əsərin qəhrəmanı Xuan Presiado yuxu ilə reallığın, həyatla ölümün arasında özünü tapmağa çalışır və axtara-axtara gerçəkliklə təxəyyülün sərhədlərini də itirir.

Romanın maraqlı cəhətlərindən biri də budur ki, Xuan Rulfo təxəyyülünün gücü əslində çox dərin fəlsəfi problemləri cəsarətli fantastikadan istifadə etməklə ön plana çıxarmaq bacarığında təzahür edir və üstəlik, bunu sırf milli yanaşma ilə həyata keçirir. 

Ardını oxu...

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac