Xəbər lenti

 Şrift:
  Noyabrın 24-də “Art Villa” qalereyasında Gənclər Şəbəkəsinin təşəbbüsü və “Arts Council Azerbaijan”nın (Azərbaycan İncəsənət Konsulluğu) dəstəyi ilə “Qadın ətri” adlı sərgi açılacaq.
“Arts Council Azerbaijan”dan  bildiriblər ki, Gənclər Şəbəkəsinin bir illiyinə həsr edilən sərgidə müxtəlif üslubda və texnikada işlənilmiş rəngkarlıq, foto, heykəl, qobelen nümunələri təqdim olunacaq.Müxtəlif kompozisiyaları birləşdirən “Qadın ətri” mövzusu hər bir əsərdən gözəllik, incəlik duymağa imkan yaradır.
 İki gün davam edəcək sərgiyə giriş pulsuzdur.





 Şrift:
 

Bilik Fondu “Docendo discimus” layihəsi çərçivəsində sosial sifarişlər əsasında mühazirələri davam etdirir.

   Bu gün Azərbaycan Respublikasınin Prezidenti yanında Bilik Fondu 12 noyabr - Konstitusiya Günü ilə bağlı bölgələrdə mühazirələr təşkil edib. Fondun əməkdaşı, hüquqşünas Tural Şahbazov və Bilik Fondunun hüquqşünas lektoru Ramin Paşayev Quba, Qusar və Xaçmaz rayonlarında “İnsan hüquqları və azadlıqları” mövzusunda mühazirə deyiblər.
   Quba şəhəri 3 saylı orta ümumtəhsil məktəbində, Qusar rayonu 1 saylı orta məktəbdə və Xaçmaz rayonu 4 saylı orta məktəbdə təşkil olunmuş mühazirələrdə şagirdlər və müəllimlərlə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. T.Şahbazov və R.Paşayev iştirakçılara vətəndaşların hüquq və azadlıqlarını elan edən ali qanun, insan hüquqlarının müxtəlif təsnifat sistemləri, mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqlar barədə ətraflı məlumatlar veriblər, onları maraqlandıran sualları cavablandırıblar.    
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilib.

 Persona.az
 Şrift:
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində növbəti saziş noyabrın 7-də Bakı şəhəri, Yasamal rayonunun 53 saylı tam orta məktəbi ilə Astara rayonunun 6 saylı tam orta məktəbi arasında imzalanıb.

Bilik Fondundan bildiriblər ki, Yasamal məktəbliləri astaralı qonaqları Dövlət Bayrağı Meydanında qarşılayıblar. Muzeylə tanışlıqdan sonra şagirdlər 53 saylı məktəbdə olublar. Məktəbin direktoru Firəngiz Həsənova təhsil ocağı barədə qonaqlara geniş məlumat verib. Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, rayonun 11 məktəbinin direktorları iştirak ediblər.

Ardını oxu...

 Şrift:


XXXIII Beynəlxalq İstanbul Kitab Fuarına qatılan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşları Etimad Başkeçid və Fərid Hüseyn TEDA-nın (Türk mədəniyyəti, sənəti və ədəbiyyatı ilə bağlı əsərlərin başqa dillərdə yayımlanmasına dəstək verən təşkilat) baş direktoru Hamdi Turşucu ilə görüşüb.

Tərcümə Mərkəzinin əməkdaşları təmsil etdikləri təşkilatın yaranma tarixi, qarşıya qoyulan hədəflər və perspektiv planlar barədə məlumat veriblər. Görüş zamanı Türk ədəbiyyatının bütün dünyada tərcümə və yayımı ilə bağlı fəaliyyətiylə tanınan TEDA-nın direktoru H.Turşucu Azərbaycanda Tərcümə Mərkəzi kimi bir təşkilatın yaradılmasını son dərəcə əhəmiyyətli hadisə kimi dəyərləndirib: “Müasir dünyada demək olar, bütün dövlətlər bu və ya digər şəkildə tərcümə sahəsini dəstəkləyir, öz ədəbiyyatlarını təbliğ edir, eləcə də, dünya çapında seçilən ədəbi nümunələrin tərcüməsini təşkil edirlər. Biz türk mədəniyyətinin dünya dillərinə yayılması işinə daim dəstək veririk”.

Ardını oxu...

 Şrift:


“Mozalan” kino jurnalı ən yaxşı bədii süjet ssenariləri müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi kino jurnal üçün yeni müəllif qüvvələrini aşkara çıxartmaq və onlarla əməkdaşlıq etməkdir.  

 Müsabiqədə peşəkar dramaturqlarla yanaşı, özünün bacarığına əmin olan, bizi əhatə edən həyatda gülməli əhvalatlar görüb, onları gülməli ssenari şəklinə salmağı bacaran digər şəxslər də iştirak edə bilər. Müsabiqə noyabrın 15-dən dekabrın 31-dək keçiriləcək. Ən yaxşı ssenarilər ekranlaşdırılacaq, qaliblər 800-1000 manat qonorar alacaqlar.

Ardını oxu...

 Şrift:
 
"Əli və Nino" kitab evində şair, tərcüməçi Raqif Raufoğlunun "Çirkinlik" adlı yeni kitabı təqdim olundu.

170 səhifəlik kitabda müəllifin 100 seçmə şeiri və "Çirkinlik" adlı yazısı yer alıb. Eyni zamanda, müəllifin bəzi populyar şeirlərinin yaranma səbəbləri, tarixçələri də qeyd olunub.


Əliyev Raqif Rauf oğlu 1984-cü ildə Bakıda anadan olub. İxtisasca iqtisadçıdır. 2000-ci ildən başlayaraq dövri mətbuatda yazılar, şeirlər və tərcümələrlə çıxış edib. "Çirkinlik" onun müəllifi və həmmüəllifi olduğu 5-ci kitabdır.

Ardını oxu...

 Şrift:

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış ədəbiyyatşünas alim, unudulmaz müəllim, dəyərli ziyalı, uzun illər qurumun katibi vəzifəsində çalışmış Arif Əmrahoğlunun 60 illik yubileyi və anım günü keçirilib.


AYB-nin sədri, Xalq Yazıçısı Anar Arif Əmrahoğlunun dəyərli ədəbiyyatşünas alim və əvəzsiz insan kimi müsbət xüsusiyyətlərindən söhbət açıb.

Ardını oxu...

 Şrift:
Azərbaycanın dünya şöhrətli detektiv yazarı Çingiz Abdullayev İnterpolun fəxri səfiri olub. 

  Bu barədə məktub Monakodan Azərbaycan daxili işlər naziri adına gəlib. Məktub İnterpolun rəhbəri adından daxil olub. 

Ardını oxu...

 Şrift:

Böyük Britaniyanın “Daily Mail” qəzetində Bakıda tikilən möhtəşəm otel haqqında məqalə dərc edilib.

Məqalə ABŞ-ın əmlak inşaatı sahəsində dünya liderlərindən sayılan “The Trump Organisation” şirkətinin rəhbəri Donald Trumpun açıqlaması əsasında hazırlanıb.

Ardını oxu...

 Şrift:

Bu yaxınlarda “Ədəbiyyat” qəzetinin baş redaktoru vəzifəsindən istefa verən Elçin Hüseynbəylinin Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri təyin olunduğu haqda məlumat yayılıb.

Elçin Hüseynbəyli bu xəbəri təsdiq etməsə də, məlumata görə, o, gələn həftənin əvvəlindən müşavir kimi AYB-də fəaliyyətə başlayacaq.  AYB-nin birinci katibi Fikrət Qoca da Modern.az-ın əməkdaşı ilə söhbətində bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Onun sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyində son illərdə həyata keçirilən təyinatlar və yeniliklər ancaq inkişafa xidmət edib:  “Bizim də istədiyimiz budur. Nisbətən gənclər yeni vəzifələrə təyin olunur, bu da çox yaxşı haldır. Son bir ildə İlqar Fəhmi katib gətirilib. Kifayət qədər istedadlı insandır. AYB-yə çox faydası dəyəcək. Daha sonra Qulu Ağsəs “Ulduz” jurnalının baş redaktoru oldu. Gördüyünüz kimi, jurnal tamamilə müsbət istiqamətdə dəyişdi. “Ədəbiyyat” qəzetində də nisbətən gənc qələm adamı var. Bunlar hamısı öz işini görəcək. Yaşlaşmışıq, istəyirik ki, bizdən sonra da Azərbaycan Yazıçılar Birliyinə fayda verən adamlar olsun”. /modern.az/


Sayğac