Xəbər lenti

 Şrift:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəşri olan “Rezidentura” jurnalının builki 1-ci nömrəsi çapdan çıxıb.


TQDK-dan  bildiriblər ki, jurnalda rezidenturaya qəbul qaydaları, baza fənləri üzrə qəbul proqramları, test tapşırıqlarının elmi-metodiki izahı və tövsiyələr, test tapşırıqları nümunələri təqdim edilib.

Qaydalara əsasən, qəbul imtahanı iki mərhələdə test üsulu ilə aparılacaq. Qəbul imtahanının birinci mərhələsi martın 15-də, ikinci mərhələsi isə iyulun 7-də keçiriləcək.

Ardını oxu...

 Şrift:


Yuli Sezar ən orijinal yeni il təbriki üçün böyük mükafat təyin edir. Onun bir qulu "arzu edirəm ki, yeni ildə köhnə ildəkindən daha çox yaşayasınız" sözləri ilə təbrikini çatdırır və Sezar qalib elan edərək azad edir.


Persona.az saytı Sezardan nümünə götürərək ən orijinal yeni il təbriki üçün  yazarlara müaciət etdi.  Müsabiqəyə göndərilən təbrikləri olduğu kimi dərc  edirik. Qaliblər oxucu  səsverməsi əsasında seçilib elan olunacaq:

 Rüfət Lətif oğlu Hüseynzadə (professor): “Yeni iliniz mübarək!  Persona.az-a uğurlar arzulayıram. Şəxsən səni ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm!”

Qulu Ağsəs (“Ulduz” jurnalının baş redaktoru): “Persona.aza arzum odur ki, gələn il personası az olmasın!”

Məti Osmanoğlu (ədəbiyyatşünas-publisist): “Yeni - qoyun iliniz mübarək! Qoyun ilində hər birinizə qoyun olmağı yox, insan olmağı arzulayıram”.

Kənan Hacı (şair, publisist): "Nə qədər ki, Şaxta babaya inanırıq, dünya gözəldi. Mən Qar qıza məktub yazdım, cavab gəlmədi. Demək Şaxta baba da, Qar qız da həyatımızın şirin bir nağılıdı. Daha nağıllar bitib, nağılsız da yaşamaq bir az çətindir. Bizim nağılımız arzularımız, xəyallarımız, ümidlərimizdir. Arzu edirəm ki, bu nağılımız gerçək olsun! Arzularımız həyata keçsin, xəyallarımız gerçək olsun, ümidlərimiz qırılmasın!"

Mübariz Örən (nasir): “Yeni ildə subaylara ailə səadəti, evlilərə sultanlıq arzulayıram, dostlar!”

Faiq Balabəyli (şair): “Arzu edirəm ki təzə ildə köhnəlməyəsən, təzələnəsən...”

Səxavət Sahil (nasir): “Səni görüm yolka ağacı kimi daimi yaşıl qalasan, arzuların yolka ağacının qozaları kimi yetişsin, öləndə də yerin Fəxri xiyabandakı yolka ağacının altı olsun!”

Seyran İsmayılov (şair): "Bu yeni ildə əllərin ağrımasın!"

Knyaz Aslan (publisist, şair): “Eşq olsun, Persona.az-a! Bayramlarınız mübarək! Cansağlığı və uğurlar hər an sizinlə olsun!”

 Mehman Qaraxanoğlu (şair):

 “Əlini ver, köhnə il!

Əlini ver, köhnə ölü!

Əlini ver, mumiyalanmış firon!

Əlini ver!

Söz verirəm

Yeni İllə əlbir olub sənin qəbrini heç zaman açmayacağam!”

Bilal Alarlı (şair): “Qoyun ilində qoyundan qoyunluq götürməyin, bin-bərəkət götürün!”

Tapdıq Yolçu (şair): “Yeni ilə köhnə qalan təkcə sevən və sevilən qəlbiniz olsun!”

Tahir Abbaslı (ilahiyyətçi): “Allah axirətimizi xeyirli eləsin! İllər təzələnib, köhnəlir və qadalı bəlalı olur.”

Elnur Sultanov (ilahiyyətçi): “Arzu edirəm ki, yeni ildə qaib imamımız zühur etsin!”

Hacı Nərimanoğlu: “Yeni ildə hər şey ürəyinizcə olsun!”

Ramilə Qardaşxanqızı (yazar): “2015-ci ildə uğurlarınızın sayı dünyadakı bütün qırxayaqların ayaqlarının sayı qədər olsun.”

Elşad Barat (gənc şair): “Yeni il yeni-yeni uğurlarla həyatımlza yenilik gətirsin!”

 Famil Cəfərli (jurnalist): “Mən də arzu edirəm ki, hər yeni ildə köhnə ilin xiffətini çəkəsiniz. Yəni hər il əvvəlkindən daha maraqlı keçsin.”

Əziz Əlibəyli (jurnalist): "Bəs atasız uşaqlara şaxta baba haçan gələcək?!"

Taleh Mansur (gənc şair): “Arzu edirəm ki, gələn il bu ilkindən daha böyük müsabiqə elan edəsiniz. Və gələn il bütün rəqiblərimin bu ilkindən daha çox qalib olmaq şansı olsun. Yəqin ki, belə gözəl arzudan sonra rəqiblərim, mənə builki kiçik qalibiyyətin xeyir duasını verərlər. Hamınızı gələn il bu ilkindən daha çox xoşbəxt görmək arzusuyla, yeni iliniz mubarək!”

 Əfsanə Sarıçiçək (şairə): "Kaş ki, adam yata, yuxuda ölə, gercəkdə isə Şaxta baba kimi uzun ömürlü, qarqız kimi gözəl və həmişə cavan qala"

Emil RASİMOĞLU (gənc şair):

"Bircə Yeni ildə açılsın barı,

 Allah, Qarabağın qara bağları."

 Təranə Xudabaxşiyeva ( idman yazarı, milli hakim):  “Qoyunları təbrik edirəm. Bu il onların ilidir.”

Nurlan Əzizbəyli (muğənni): “Bayramınız mübarək olsun, bu yeni ildə ümidləriniz atlı, sevginiz qanadlı olsun! Amin!”

Vüsalə Süleymanova  (gənc şairə): “Arzu edirəm  ki, at belində köhnə ildən yeni ilə muradınızı gətirib murazınıza çatasınız. 2016-ya keçinin yükünü azaltmaq diləyiylə!”

 Yeqzar Cəfərli (gənc yazar): “Yeni ildə yeniləşə biləcək qədər kreativ düşüncə və inkişaf edəcək qədər kreativlik arzu edirəm. Yaşasın yaşayıb yaradanlar, yaratsın yaradıb yaşadanlar!”

İmran Füzulioğlu (gənc yazar): Bayramınız mübarək. Necə belə illərə çıxasız! Ömrünüz Rəqsanənin cənəsi kimi uzun, dərdləriniz Faiqin boyu kimi qısa, həyatınız Elarizin başı kimi parlağ olsun! Xoşbəxt olasanız, həmişə gülərüz olasanız, ürəyinizdə nə arzular varsa inşallah hamısı çin olar 2015 sizə, ailənizə, bütün yaxınlarınıza uğur gətirər inşallah Bir daha bayramınız mübarək!”

Nicat Həşimzadə (gənc yazar): “Arzum budur ki, şaxta babanın hədiyyə qutusundan kredit borclarınızın ödənilməsi haqqında qəbz kitabçası çıxsın!”

 

Sorğunu təqdim etdi: Şəhla Aslan


 Şrift:





QOÇ
İlk öncə qeyd edək ki, yanvarın ikinci yarısından başlayaraq fəaliyyət zəminində yeni və perspektivli məqamlarla rastlaşacaqsınız. Təxminən dörd ay davam edən bu proses gələcək karyeranız üçün xüsusi önəm daşıyacaq. Ola bilsin ki, hazırkı iş yerini də dəyişəsiniz. Amma bununla heç nə itirməyəcəyinizi nəzərə alıb, narahat olmayın. Hər halda, yenisi köhnədən yaxşı olacaq. Bu il vəzifə pilləsində yüksəlmə ehtimalınız da böyükdür. Aprel və may aylarında deyilən istiqamətdə gücünüzü sınayın.
 
2015-ci ildə daxili sabitliyinizi qorumaq, qarşıya qoyulan işlərin icrasında məsuliyyət hissinizi artırmaq, riskli pul sövdələşmələrindən uzaq olmaq ən başlıca vəzifənizə çevrilməlidir. Nəzərə alın ki, Keçi sizə yeni və sadiq dostlar yetirəcək. Bu isə prinsip etibarilə işlərinizi daha da sürətləndirəcək. Ətrafınızda baş verən hər bir situasiyaya aydın baxışla nəzər salın. Bu il qohum və doğmalarınızla aranızda yaranmış soyuqluq tədricən azalmağa başlayacaq. Kin-kidurəti bir tərəfə atıb qarşı tərəfə güzəşt edin, hətta günahkar olsalar da. Axı Tanrı da bağışlayanları sevir. Sevgi demişkən, 2015-ci il sizin üçün toy-nişanla zəngin keçəcək. Amma subaylar uğurlu məhəbbətlə az rastlaşacaqlar. Maliyyə məsələlərinə gəlincə, ulduzlar fevral-may və oktyabr-dekabr aralığından istifadə etməyi məsləhət görür. Əsəblərinizi qoruya bilsəniz, il ərzində yalnız daxili orqanlarınızda xırda nasazlıqlar müşahidə olunacaq.
 
BUĞA
Keçi öz gəlişi ilə həyata və insanlara baxışlarınızda köklü dəyişikliklər edəcək. Fikirlərinizdə baş qaldıran bu yenidənqurma həyatın əksər sahələrində hər şeyi sıfırdan başlamağa zəmin yaradacaq. Fevral-mart aylarında qarşılıqlı münasibətlər zəminində ciddi seçim qarşısında qalacaqsınız. Bəzi şəxslərlə ünsiyyəti tamamilə qıracaq, cüzi bir qruplasa əlaqənizi dərinləşdirəcəksiniz. Baxın ha, yanılmaq sizə baha başa gələ bilər.

Ardını oxu...

 Şrift:


Əziz valideyinlər 24 Dekabr saat 10:30 da Kitabevim.az kitab marketində uşaqlar üçün yeni ill şənlik proqramı təşkil olunacaq!

Proqrama daxildir.
Şaxta baba qar qız xüsusi proqramla
hədiyyə şarlar
Kitabevim.az marketinin uşaqlara özəl kitab hədiyyələri 
Face art 

Burada uşaqlar kitabdan yolkalar və müxtəlif maraqlı aksesuarlar da görəcəklər.
Biletin qiyməti: 7 AZN

   İnformasiya dəstəkçisi:   Persona.az




 Şrift:

“Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin 10 illik yubileyi münasidəti ilə jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri bəlli olub.

Qaliblər münsiflər tərəfindən seçilib və “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinın fəaliyyətinin 10 illik yubileyi münasibəti ilə keçirilən bayram tədbirində təltif olunublar.

ATVxəbər.az saytının redaktoru Əziz Əlibəyli II yer tutaraq müsabiqənin qalibləri arasında yer alıb.

Biz də persona.az olaraq həmkarımızı təbrik edir, daha böyük uğurlar arzu edirik!

 Şrift:

“SAĞLAMLIQ İMKANLARI MƏHDUD (AUTİZM) UŞAQLARA DEFEKTOLOJİ VƏ PSİXOLOJİ YARDIM GÖSTƏRİLMƏSİ”

LAYİHƏSİ

“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi”Azərbaycan Respublikası Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin sosial sifarişi ilə  

“Sağlamlıq imkanları məhdud (autizm ) uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi” layihəsini icra edir.

   

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydasının” təsdiq edilməsi haqqında 30 dekabr 2012-ci il tarixli 330 nömrəli qərarına müvafiq işlənib hazırlanmış, sosial xidmət sahəsində dövlət sifarişləri üzrə élan edilmiş  “Sağlamlıq imkanları məhdud uşaqlara (autizm) defektoloji və psixoloji yardım göstərilməsi” layihəsində iştirak edən   Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi qalib elan edilmiş və 01.07.2014-cü il tarixdə layihənin icrasına başlamışdır. Layihə çərçivəsində  əlli nəfər autizmdən əziyyət çəkən uşaq reabilitasiya olunaraq cəmiyyətə adaptasiya yönümündə xüsisi təlimlər  alır. 

 LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 Layihənin məqsədləri aşağıdakılardır:

  1. 18 yaşadək sağlamlıq imkanları məhdud olan autizm sindromlu uşaqlara psixo-sosial reabilitasiya xidmətlərinin göstərilməsi;
  2. Autizm sindromlu sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirmək;
  3. 2014-cü il ərzində rayon və şəhərlərdə 50  autizm sindromu olan uşağa  psixo-sosial reabilitasiya xidmətlərinin göstərilməsi.

 LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLMƏLİ İŞLƏR

Layihə çərçivəsində  autizm sindromu olan  sağlamlıq imkanları məhdud uşaqlara   psixo-sosial reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstərilməlidir. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında aşağıdakı sahələri əhatə etməlidir:

  1. Sosial iş
  2. Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya)
  3. Sosial-psixoloji dəstək
  4. Sosiallaşma və ünsiyyət
  5. Koqnitiv bacarıqlar və təhsil
  6. Nitq problemləri
  7. Əqli inkişaf

 Layihənin sonunda aşağıdakı nəticələr əldə olunmalıdır:

  • Autizm sindromu olan sağlamlıq imkanları məhdud olan uşaqlar müəyyən edilib fərdi əqli inkişaf planları hazırlanmalı və onlara xidmət göstərilməli;
  • Funksional bacarıqların bərpa olunması üçün xidmətlər göstərilməli;
  • Ailəyə dəstək verilməli;
  • Valideyn bacarıqlarının inkişafına yönəldilmiş xidmətlər göstərilməli;
  • Autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına yönəldilmiş işlər görülməli;
  • Koqnitiv bacarıqların, təhsilin, nitqin, əqlin inkişafına yönəldilmiş xidmətlər göstərilməli;

Ölkəmizdə autizm sindromu ən aktual və həll olunması vacib olan problemlərdən sayılır. Getdikcə autizm sindromlu uşaqların sayı artır və nədən yaranmasının elmə məlum olmaması lakin, reabilitasiyasının xüsusi təlimlərlə mümkünlüyü aşkar olmuşdur. Azərbaycanda bu sahədə işlərin başlanğıcı qoyulmuşdur.Artıq autizm problemi dövlətin nəzarətindədir.

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşən bu layihədə sağlamlıq imkanları məhdud autizmli uşaqlara səyyar və mərkəzdə defektoloji yəni nitq və davranış  problemləri üzrə pedaqoji iş ,psixo-sosial reabilitasiya, abilitasiya və ailəyə dəstək xidmətlərinin icrası  həyata keçirilir.
Sağlamlıq imkanları məhdud uşaqlara (autizm) defektoloji və psixoloji yardım göstərilməsi” layihəsinin  əsas məqsədi – autizm sindromu  olan uşaqların cəmiyyətə inteqrasiyasına yardım etmək ,  özünəxidmət vərdişləri inkişaf etdirmək, onların inklyuziv təhsil sisteminə  keçmələri və inklyuziv təhsil üçün nisbətən yararlı olmalarına  hazırlaşdırmaqdır. Eyni zamanda, həmin uşaqların valideynlərinin sosial səriştəsini artırmaq və uşaqların problemlərinin həllində ailənin malik olduğu imkanı, potensialı göstərmək də prioritet məsələ kimi qoyulmuşdur.Ailələrə dəstək və həmin ailələri maarifləndirmək qarşıya qoyulmuş əsas məsələlərdən hesab olunur. Bunun üçün Autizmli  uşaqların valideynləri üçün xüsisi təlimlər keçirilir.

     Hədəf qrupuna daxil olan ASSİMU-da ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmamazlıqlarının  korreksiyası üzrə məşğələlər keçirilir və onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası təmin edilir. Layihənin icrası  zamanı autizm sindromundan əziyyət çəkən  uşaqlara həyat bacarıqları aşılanır. Gündəlik həyat (funksional) vərdişlərini (abilitasiyanı) inkişaf etdirməklə gələcəkdə müstəqil yaşamaq imkanlarını artırmaq başlıca məqsəd kimi qarşıya qoyulmuşdur.Həmin uşaqlarda özünəxidmət bacarıqları inkişaf edəcək, onlar təhsildən kənarda qalmayacaq və sosial bacarıqlara yiyələnərək özünüidarəetmə bacarıqlarına əsasən cəmiyyətə qatıla biləcəklər.Əqli bacarıqların inkişaf etdirilməsi yanaşı,autizmli uşaqlarda problemli davranışlar və onların aradan  qaldırılması üçün valideynlərin övladına yanaşma tərzini dəyişdirmək və bir sıra rəftar qaydaları haqqında maarifləndirmə işi aparilır.Maarifləndirici buklet ,braşur və autizmin maarifləndirilməsində böyük rola malik olan   “Autizm əl kitabı”paylanır.Autizm sindromu və davranış problemləri haqqında maarifləndirici treninqlər təşkil olunur.

    Qeyd etmək lazımdır ki, layihə zamanı eyni zamanda cəmiyyət üzvləri arasında da  maarifləndirmə işi aparılır ki,bunun nəticəsində valideynlər uşaqlarını cəmiyyətdən gizlətmə”stiqma”ya məruz qoymaqdan nisbətən azad olurlar. Cəmiyyətin qınağına tuş gələn valideynlər artıq uşaqlarını insanlar içərisinə çıxarmağa başlayırlar.

    Layihə çərçivəsində Autizm sindromlu uşaqların və onların valideynlərinin qarşılaşdıqları əsas problemlərin həllinə dair təkliflərin hazırlanması və ictimai müzakirəsi təşkil edilmişdir.Sosial xidmət və sosial reabilitasiyaya dair yeni qanunvericiliyin tətbiqi zamanı meydana çıxan problemlər əsasında həmin qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyyələr hazırlanmışdır və  müvafiq dövlət orqanlarına göndərilmişdir.Layihə ilə bağlı  görüşlərin, dəyirmi masaların ,maarifləndirici treninqlər və seminarların təşkili mütəmadi olaraq həyata keçirilir. Layihənin icrası və nəticələri haqqında məlumatların ictimaiyyətə elektron KİV və mətbuat vasitəsi ilə ötürülür.

Mətbuat xidməti


 Şrift:


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində daha 4 məktəb arasında “Qardaşlaşma sazişi” imzalanıb. Beləliklə, qardaşlaşan məktəblərin sayı 30-a çatıb.

Sabirabadın M.Ə.Sabir adına 1 saylı tam orta məktəbi Lənkəran şəhər V.Əliyev adına 4 saylı Humanitar təmayüllü məktəb-liseyinin qonağı olub.  

Heydər Əliyev parkında görüşən şagirdlər ümummilli liderin abidəsini ziyarət etdikdən sonra Lənkəran şəhərini gəzintiyə çıxıblar. Məktəblilər arasında intellektual yarışmalar keçirilib, dəyirmi masalar təşkil olunub. Tərəflərin imzaladığı “Qardaşlaşma sazişi”nin müddəları onların müzakirəsi əsasında müəyyənləşib. Qonaqlar ev sahiblərinə hədiyyələr verib, hər məktəb təmsil etdiyi rayonun, oxuduğu təhsil ocağının təqdimatını keçirib.

Ardını oxu...

 Şrift:


Sağlam qidalanmaq, həm zehni həm də fiziki sağlamlıq üçün olduqca əhəmiyyətlidir. Yaxşı bəs necə sağlam qidalanaq?

Sağlam qidalanmanın 5 açarı var: təmizlik, doğru bişirmə, uyğun şərtlərdə saxlama, çiy-bişmiş qida ayrımının doğru edilməsi ilə təzə və sağlam məhsul olaraq sıralanır.

    TƏMİZLİK

Qida hazırlanma ilk olaraq əllərin yuyunması və hazırlama əsnasında bu prosesin tez-tez təkrarlanması lazımdır. Həmçinin qida hazırlamada istifadə edilən qab-qacaqlar təmiz yuyulmalı və təmiz saxlanılmalıdır.
Qidaların 70 dərəcədə bişirilməsi istehlak üçün uyğundur. Çiy qidaların hazırlanmasında istifadə edilən bıçaq və seqment taxtalarının mütləq ayrı olması lazımdır.

    BİŞMİŞ QİDALARLA ÇİY
    QİDALARIN AYRILMASI

Qidaların hazırlanma mərhələsində təzə ət, toyuq əti və dəniz məhsullarının digər qidalardan ayrılması lazımdır. Hazırlanmış qidalar ilə çiy qidaların bir-birindən ayrılacaq şəkildə bağlı qablarda saxlanması vacibdır. Çünki, çiy qidalar xüsusilə ət, toyuq əti və dəniz məhsullarının suları təhlükəli mikroorqanizmlərə malikdirlər. Bu mikroorqanizmlər bişirilmə qaydalarına düzgün riayət olunmadıqda digər qidalara keçə və orqanizm üçün təhlükəli ola bilər.

Ardını oxu...

 Şrift:
 
Kiçik dövlət hesab olunan ailənin qurulması özü-özlüyündə həm də mənən bağlı olan insanların bir-birinə dəstək verərək yeni nəsil yetişdirilməsi kimi xarakterizə edilən bir prosesdir. Azərbaycan dilində “ailə” dedikdə məhz bu prinsipləri özündə ehtiva edən fikir nəzərdə tutulur. Cəmiyyət ya da sosium dediyimiz sosial müstəvi ailənin mahiyyətinin və funksiyanallığının fərqli ifadə olunmasına səbəb olur. Belə ki, əgər ailəni yalnız qohumluq əlaqəsi olan, bir-birinin qarşısında məsuliyyət daşıyan və ümumi büdcəyə malik bir qrup kimi təsvir etsək, onda iqtisadi maraqları olan korporativ təsisatlar da ailə sayılmalıdır. Əgər birgə cinsi həyat sürən iki insanı da ailə kimi tərif etsək, gərəkdir ki, ailəni sırf ehtirası təmin edən, ehtirasın zəifləməsi ilə dağılmalı olan bir institut kimi qələmə vermək mümkündür. “Ailə bir dövlətdir, dövlət də ailə” deyimi bu iki məfhumun bir-birindən asılı və bir-birinə oxşar olduğunu gözəl tərzdə ifadə edir.

Ardını oxu...

 Şrift:

Enerjinin itməməsi qanununa görə yazıçının enerjisi yazılarına hopmalıdır və oxucuya nəql olunmalıdır. Bəs yazılarından enerji alına bilməyən müəllifin enerjisi barədə nə demək olar?

Persona.az yazarlarımız arasında sorğu keçirib. Sorğuya bildirilən müxtəlif münasibətləri oxuculara təqdim edirik:

 
Nəriman Abdulrəhmanlı:

- Elə həmin enerjinin itməməsi qanununa görə yazıçı azad olmalıdı, enerjisini ictimai və yaradıcılıq qurumlarına, ailə-məişət problemlərinə gündəlik qayğılara xərcləməməlidi. Hətta hər hansı işdə çalışması da yazıçı üçün yükdü. Amma hələ ki, bizdə qələmlə dolanmaq problem olduğundan, üstəlik ailə, cəmiyyət, qohum-qardaş, dost-tanış qarşısında borc duyduğumuzdan həddən artıq çox enerji itiririk. Yazıçı vəzifəsində işləyənlərin yazdıqlarından enerji almaq absurddu. O yazıq özünü çoxdan tükədib, ancaq özünü sındırmamaq üçün, boynuna düşdüyünə görə yazır.

 

Rəhim Əliyev:

 -Yazıçıının enerjisi onun mətnlərinə çevrilir. Oxucu oxuyanda enerji sərf edir.Əvəzinə onun yaddaşı zənginləşir, özünün yazmaq potensialı artır. Kitabı oxuyub qəhrəman olmaq istirsə, bu enerji almaq deyil, şəxsiyyətin istiqaməti ilə bağlıdır, o dəyər tapır.Əgər heç nə olmursa kitab oxuyandan sonra, deməli mənasız kitab oxuyub, enerjisi hədər gedib.

Ardını oxu...

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac