Xəbər lenti

 Şrift:

ABŞ-da Vili Fualaau adlı oğlan, 12 yaşındaykən, öz müəllimi olmuş 34 yaşlı Mari Kay Letourneau ilə birlikdə olur. Hadisə bəlli olunca ölkədə günün mövzusuna çevrilir. Qadın ilkin olaraq 6 aylıq müddətə həbs olunur. 1998-ci ildə şərti cəza ilə azadlığa buraxılır. Yenidən uşağa yaxınlaşması qadağan idi. Buna baxmayaraq bir neçə həftə içində onları birlikdə avtomobildə yaxalayırlar və şərti cəza qaydalarını pozan qadın yenidən həbs edilir. Bu dəfə 7 il həbsdə yatan müəllimə 2004-cü ildə azadlığa buraxılır. 21 yaşına çatan Vili və müəllimi Mari Kay yenidən qovuşurlar və qısa müddətdə nigaha girib evlənirlər.
 10 il boyunca xoşbəxt yaşayan ər-arvadın iki qızı dünyaya gəlir. Gənc atanın uşaqlarından biri, xanımı həbsdə olarkən doğulur.
Bunları acı təəssüf hissiylə xatırlayan Vili Letorneau "Arxamda sağlam bir dəstək olduğunu hiss etmədim. Ailəmdən, ümumiyyətlə kimsədən dəstək görmədim. O dövrdə yoldaşlarım isə mənə kömək edə bilməzdilər. Onların ata olmaqla bağlı bir fikirləri yox idi. Çünki hamımız 14-15 yaşındaydıq"deyir.

 Şrift:

    Rusiyada, Moskvanın Şatura vilayətində 52 yaşlı bir qadın müəllimə, şagirdinə sui-qəsd təşkil etmək üçün muzdlu qatil tutarkən cinayət üstə yaxalanıb. "Novıye İzvestiya" qəzetinin yazdığına görə, bir ibtidai təhsil məktəbində musiqi müəlliməsi işləyən həmin qadın qısqanclıq üzündən 15 yaşlı şagirdini öldürtmək istəyib.
15 yaşlı şagirdinə çoxlu hədiyyələr verdiyini bildirən müəllimənin, şagirdinin, öz sinif yoldaşıyla əlaqədə olduğunu öyrəndiyi və ona böyük əzab verdiyi üçün onu öldürtməyə qərar verdiyi yazılıb.
Müəllimə, muzdlu qatil olmağa razılıq verən polisə, şagirdini öldürməyinin əvəzində 100 min rubl təklif edincə cinayət üstə tutulub. Müəllimənin "muzdlu qatil"lə razılaşmaları videoya çəkilib və o, günahını etiraf etməyə məcbur olub.

 Şrift:

İmişli şəhər sakini, 52 yaşlı Rəşid Zalov aprelin 6-da səhər saatlarında atasının Əliqulular kəndindəki evində özünü çardaqdan asaraq intihar edib.
 
Yaxınlarının bildirdiyinə görə, iki övlad atası olan mərhum kiçik sahibkar imiş və illər öncə zərərə düşdüyündən bir neçə bankdan kredit götürübmüş. O, son vaxtlar kredit müqavilələri üzrə aylıq ödəniş tapşırıqlarını yerinə yetirə, ayrı-ayrı şəxslərdən aldığı borcu qaytara bilməməyindən boğaza yığıldığını deyirmiş.
 
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
 
Mərhumun konkret hansı banklara və nə qədər borclu olması barədə ətraflı məlumat yoxdur. Yerli hüquq-mühafizə orqanları da hələlik hadisə ilə bağlı ətraflı məlumat verməyiblər.
 
Azərbaycanda ictimai təşkilatlar və media qurumları ölkə əhalisinin böyük hissəsinin bankların yüksək faizlə verdikləri istehlak kreditləri əlində çıxılmaz vəziyyətə düşdüklərini deyirlər.
 
Bank rəsmiləri isə media orqanları ilə nadir təmaslarında belə istehlak kreditləri üçün təminat zəif olduğundan faizlərin yüksək olduğunu bildirirlər. /Azadlıq radiosu/


 Şrift:


                         İnsan dedi-qoduya necə başladı?

   Dedi-qodu, xüsusi və yaxınlıq ehtiva edən bir insan davranışıdır. Yaranmasıyla əlaqədar irəli sürülən bəzi tezislərə qısaca nəzər salaq;

Bu tezislər insanlıq tarixiylə əlaqədar maraqlı ipucları verir; əməkdaşlıq etməyi və ictimailəşməni necə öyrəndiyimiz və necə yeni üsullar kəşf etdiyimizə dair hekayələr anladır, əslində.

Ardını oxu...

 Şrift:

Rusiyada üç il əvvələ qədər pivə spirt sayılmıırdı. 2011-ci ildə prezident Dmitri Medvedyev rəsmi olaraq qanun imzaladı və pivə spirtli içkilər arasında yer aldı.

Rus kişilərin dörddə biri 55 yaşına çatmadan vəfat edir. Bu nisbət ABŞ-da yüzdə 10, İngiltərədə isə yüzdə 7 faizdir.

 Rusiya, kişilərin ömrü 64 il olmaqla dünyadakı ən az ömürlü insanları olan 50 ölkə arasında yer alır.

Rus qadınları türk kişilərini çox cazibədar hesab edirlər. Son illərdə rus qadınlarla evlənən türk kişilərin sayında ciddi bir artım yaranıb.

Ruscada “məhrəm” sözünün qarşılığı yoxdur. Bunun əvəzinə “gizlilik və yalnız qalmaq” mənasını verən iki söz işlədilə bilir.

Vladimir Putinin üçüncü dəfə prezident seçildiyi 2012 – ci il seçkilərində bir sandıqdan Putinə yüzdə 146 səs çıxmasıyla, seçki zamanı hiylə işlədilməsi dünyaya səs salmışdı. Ancaq Putin bu nəticələrə baxmayaraq, yüzdə 64 nisbətlə qələbəsini elan etdi.

Moskva dünyada avtomobil tıxacının ən sıx olduğu metropollardan biridir. Buna görə Moskva varlıları tıxacın ən sıx olduğu saatlarda təcili yardımdan istifadə edərək, beləcə tıxacda qalmaqdan xilas olurlar.

Sovetler Birliyi dövründə Bitls qrupunun albomlarının yayımı qadağan olunduğu üçün, bəzi tibb tələbələri köhnə rentgenin üzərinə əfsanəvi qrupun mahnılarını yazdırırdılar. O dövrdə Qərbə tətbiq olunan embarqoya görə ruslar öz yaradıcılıq yollarını tapmağa çalışırdılar.

Son günlərdə Rusiyadakı bəzi restoranlar, adı "borş" olan  ənənəvi yeməyi bişirməkdən əl çəkiblər. Çünki bu söz Ukrayna sözüdür.

Ruslar batil inanclarına görə qapalı yerdə fit çalmırlar. "Evdə fit çalarsansa pullar pəncərədən çıxıb gedər".

Bir əfsanəyə görə ruslar, içki içməkdən imtina etmək istəmədikləri üçün İslam dini əvəzinə xristianlığı seçiblər.

 Ruslar, digər xristian cəmiyyətlərindən fərqli olaraq, Milad əvəzinə yeni ildə bayram edirlər.

Başqa bir batil inanca görə ruslar evdə bir şey unudarlarsa onu götürmək üçün geri dönməzlər. Bunun əvəzində bir yaxınlarından, unutduqları şeyi gətirmələrini xahiş edərlər. Çünki çölə çıxdıqdan sonra geri qayıtmağın uğursuz olduğuna inanırlar.

Rusyada hər 1159 qadına 1000 kişi düşür. Üstəlik qadın kişi arasındakı bərabərsizlik xaricdən daha çox görünür. Hər 1183 qadına 1000 düşür.

Ruslar mesajlaşmalarında “gülüş” mənasını verən və universal olaraq istifadə edilən iki nöqtə və mötərizə əvəzinə,  yalnız mötərizədən istifadə edirlər. Nə qədər çox mötərizə varsa, o qədər gülüş var))).

Rusiyada birinə şəfa diləməklə, kökəldiyini söyləmək eyni sözlərlə ifadə edilir.

Rusiyanın yüzdə 75 faiz ərazisi Asiya qitəsində yerləşdiyi halda, əhalinin, yalnız yüzdə 22-si Asiyada yaşayır.

Moskva metrosu 1930 – cu ildə inşa edilərkən, hər cür müharibəyə hazırlıqlı olması, lazım olduğu qədər düşünülmüşdür. Buna görə dünyanın ən dərin dördüncü metrosu olan Moskva metrosu, xüsusilə hava hücumlarından qorunmaq üçün əsl sığınacaqdır.

Rusya, dünyanın meşə sahələrinin yüzdə 20 faizinə sahibdir.

Dünyanın ən dərin gölü olan Baykal gölü də Rusiyadadır.

Rusiyada insanlar ənənəvi olaraq xalılarını divardan asırlar. Divarların səs keçirməməsi üçün belə edirlər.

Rus milyarder Roman Abramoviçin, ultra lüks gəmisində “paparazzi qovucu” lazer sistemi var. Paparazzilər  yaxınlaşdığı zaman gəminin lazer işıqları yanır və şəkil çəkmək mümkün olmur.

Putin bir dəfə bir televiziya qrupunu Sibir pələngi hücumundan qorumuşdu. Ancaq daha sonra bunun ssenari olduğu açıqlanmışdı.

Rusiyada “Superputin” adlı məşhur cizgi film qəhrəmanı var.

 Şrift:


    "Persona.az" saytının yaranmasının və fəaliyyətinin bir ilinin tamam olması münasibətilə, istedadlı yazarlarımız arasında sorğu keçirdik. Aşağıdakı sorğunu və cavabları oxucularımıza təqdim edirik!


   "Persona.az" saytını oxuyursunuzmu? Saytın bu bir illik fəaliyyəti sizi qane edirmi? Gələcəkdə saytımızı necə görmək istərdiniz?

 Nəriman Əbdülrəhmanlı (Yazıçı-senarist, tərcüməçi):

     "Persona.az" saytını ən azı günaşırı izləyirəm. Bir neşə dəfə yazılarımla çıxış etmişəm.

Ardını oxu...

 Şrift:
Dilimizə yeni sözlər əlavə edildi
Azərbaycan dilinə daxil ediləcək yeni sözlərin lüğəti hazırlanır.


Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib ki, artıq mütəxəssislər tərəfindən 1271 yeni söz müəyyənləşdirilib: "Yeni sözlərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər hazırda da davam etdirilir. Yeni sözlər arasında informasiya texnologiyaları sahəsinə aid olan sözlər çoxluq təşkil edir. Yeni sözlər “Veboman”, “Verilənlər bazası”, “Vestübel”, “Vibrasiya ilə sıxlaşdırma”, “Vibrasiya söndürən”, “Vizual nəzarət”, “Kidneppinq”, “Kleym” və s-dir. Burada bu sözlərin hər biri anlayışı bildirir. Yeni sözlərin bəziləri dilimizdə tamam başqa mənalarda işlədilir. Burada isə bu sözlər yeni anlayışda təqdim edilir. Məsələn, “veboman” sözü internet konfransları və çatların iştirakçısı, internet nəşrlərinin müəllifi mənalarında təqdim edilir".

Ardını oxu...

 Şrift:
 Persona.az Nemet Novruzlunun redaksiyamıza
göndərdiyi yazını təqdim edir.

Allahın işinə bax! Azərbaycanın və dünyanın ədəbiyyat alimləri Səməd Vurğunu müzakirə etməli olduğu halda, onun zərrəsi ola bilməyənlər haqqında fikir yürütməyə çalışır.
  Bir   neçə gün öncə ANS tv-də Həmid Hersçinin aparıcılığı ilə “Şəxsiyyət vəsiqəsi” verlişində Azərbaycanın xalq şairi, unudulmaz düha, öz əsərləri, dramaları, poemaları, qoşmaları və ədəbi poeziyanın bütün növ şeirləri ilə bütöv Azərbaycan xalqının, nəinki yaşadığı dövrdə, hətta, bu günkü nəslin qəlbinə, qanına, canına, beyninə həkk olmuş Səməd Vurğun haqqındakı veriliş ölkəmizin bütün bölgələrində çox əsəblə izlənmişdir.
Verilişdəki bütün sual və cavabları əvvəldən axıracan izləyən bütün vətəndaşlarımız kimi mən də öz hisslərimi boğa-boğa izlədim. Qeyd edim ki, həmin gündən bəri redaksiyamıza ardı-arası kəsilmədən telefon zəngləri gəlir. Ələlxüsus da Qazax bölgəsinin insanları tərəfindən. Sərdar Cəlaloğlunun Səməd Vurğunu bütün ciddi cəhdlə xalqın gözündən salmaq üçün dəridən-qabıqdan çıxması hər bir Azərbaycan vətəndaşını yetərincə  hiddətləndirmişdir.
S. Vurğunun zərrəsi belə olmağa layiq olmayan, öz siyasi əqidəsini sağa-sola fırladan bir siyasi oyunbazın nə haqla üç ildən bəridir bir dahi xalq şairini, xalqın gözündən salmaq istəyir, deyə hər kəs S. Cəlaloğlunu lənətləyir və ona küfrlər yağdırırlar. Və redaksiyamızdan S. Cəlaloğluna S. Vurğunu ürəkdən sevən xalqın adından, ələlxüsus da Qazax əhalisi adından lənətli etirazlarını çatdırmalarını bizdən xahiş edirlər. Eləcə də verilişin aparıcısı H. Hersçiyə, Mirşahinə və digər S. Cəlaloğlu istisna olmaqla, iştirakçılara S. Vurğun haqqındakı tarixi doğruluqları olduğu kimi, dolğun və tarixi sübutlarla xalqa çatdırdıqlarına görə, içi mən qarışıq, hər kəs öz dərin təşəkkürümüzü bildiririk. Nə yaxşı ki, ölkəmizdə MirŞahin kimi, Kənan Hacı kimi, Həmid bəy kimi tarixi həqiqətləri xalqımıza çatdıra bilən cəsarətli, aparıcı jurnalistlərimiz var.

Ardını oxu...

 Şrift:
2 fevral “Gənclər günü” yeni Ramanı qəsəbəsində yerləşən "Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzi"ində, gənc prodüsser Kamran Nurun təşkilatçılığı, "İctimaiyyətlə Əlaqələrin İnkişafı" İctimai Birliyinin təşkilati dəstəyi və aparıcı Kamran Cavadın təqdimatında xeyriyyə tədbiri keçirilib.

Bir çox sənət adamlarının iştirak etdiyi tədbir gözəl duyğularla yaddaşlara həkk olunub.

Tədbirdə həmçinin  Murad Sadıx "Sevilən Müğənni", Mehrim Maksimum "Ekstovaqant Müğənni",  Şəlalə Nəriman "Peşəkar Jurnalist", Mehriban Abdullayeva "Fəal QHT Rəhbəri",  Ramilə Eminli "Əldə etdiyi uğurlara əsasən", İradə Əlili "Sevilən Şairə", Cəmilə Vasifqızı "Sevilən gənc şairə", Tahirə Məğrur "Sevilən publisist-şairə", Nofəl Ümid və Sərvər Kamranlı "Sevilən gənc şair" nominasiyaları üzrə fəxri fərmanlarla təltif olundular.

Ardını oxu...

 Şrift:
Fevral ayının 1-də yeni yaranmış Azərbaycan Tələbə Yazarlar Birliyinin təşkilat komitəsinin ilk iclası keçirilib. ATYB heyətinin iştirakı ilə baş tutan iclası giriş sözü ilə açan Manaf Kərimov Birliyin yaranma səbəbi və məqsədlərindən söz açaraq bildirmişdir ki; Azərbaycan Tələbə Yazarlar Birliyi təkcə ədəbi birlik deyil; onun əsas məqsədi bədii qiraət, musiqi və incəsənətin digər sahələrində yaradıcılıq iddiaları olan tələbə gənclərin bir araya gətirilməsidir.

Ardını oxu...

Sayğac