Xəbər lenti

 Şrift:

 
      Başqırdıstan Respublikasından olan və 22 gün kompüterdə oyun oynayan 17 yaşlı oyun asılısı gənc, otağında ölü tapılıb.
Rusiya İstintaq Komissiyasından verilən şərhə görə, gəncin, otağındakı kompüterin qarşısında huşunu itirərək yerə yıxıldığı və sonradan aparıldığı xəstəxanada öldüyü bildirilib.
Aparılan araşdırmalar nəticəsində, gəncin, öz otağına qapılaraq, 8 Avqustdan bu yana evdə kompüterdə oyun oynadığı təsbit edilib. Səlahiyyətlilər, 2014-ci ildən öldüyü günə qədər gəncin 2 min saatdan çox kompüterdə oyun oynadığını bildiriblər. Gəncin ölüm səbəbinin araşdırılması üçün meyiti yarılacaq.

vesti.ru


 Şrift:


  Qəbilələrin bir-birindən maraqlı adət-ənənələri heyrət doğurur. Öz inanclarına görə müxtəlif hərəkətlərdə olan qəbilələrin adətlərindən ən maraqlısı və heyrətoğuranı da yetginlik dövründəki gənc qızlara edilənlərdir...

  Afrika, Orta Şərq və Asiyanın bəzi bölgələrində, yetkinliyə qədəm qoyan qızların cinsi əlaqəyə girməyinin qarşısını almaq üçün klitoris dodaqları bir-birinə tikilir. Bu, olduqca təhlükəli bir ayindir.

Yetkinliyə qədəm qoyan qızların cinsi əlaqəyə girməyinin qarşısını almaq üçün, klitoris dodaqları bir-birinə tikilir. Bu, Afrika, Orta Şərq və Asiyanın bəzi bölgələrində reallaşdırılır və olduqca təhlükəli bir ayin kimi tanınır.

Bundan başqa Afrikada yaşayan Fulaların, yetkinliyə qədəm qoyan yeniyetmələr üçün təşkil etdiyi bir "qamçılama yarışması" da var. Əsl kişi olduğunu sübut etmək istəyən Fulalı gənclər, başqa qəbilələrdən olan yaşıdlarıyla qamçılama yarışmasına qatılırlar. Yarışmanın qaydası budur: Uşaqlar heç bir şəkildə qorxduqlarını hiss etdirməməlidirlər. Yarışmanın sonunda kimin qalib gəldiyinə, dövüşü izləyən qəbilə üzvləri qərar verir.



 Şrift:



     Rusiya İctimai Araşdırma Mərkəzi "VSTIOM"un əhali arasında apardığı sorğuya əsasən, rusların əksəriyyəti Sovet İttifaqının oraq-çəkic və qırmızı ulduz simvollarına müsbət yanaşır. "VTSIOM"un, 1600 adam arasında apardığı sorğunun nəticələrinə görə, rusların yüzdə yetmiş üç faizi "oraq-çəkic" simvoluna müsbət, yalnız 11 faizi mənfi yanaşır. Bu anketdə rusların yüzdə altı faizinin, fəhlə və əkinçilərin birliyini simvolizə edən oraq-çəkic simvolunun mənasını bilmədiyi məlum olub.
Anket iştirakçılarının yüzdə 66-sı, Sovetlər Birliyinin digər bir simvolu olan "beşbucaqlı qırmızı ulduz" simvolunu da normal qəbul etdiklərini bildiriblər. Bu simvola mənfi yanaşanların nisbəti yüzdə 11 olub. Əkinçilərin beş barmağını və beş qitəni simvolizə edən ulduzun mənasını bilməyənlər isə yalnız yüzdə 10 faiz olub.

Digər tərəfdən Rusların yüzdə 74-ü Nasistlərin istifadə etdiyi dördbucaqlı Svastika simvolundan narahat olduqlarını və yüzdə 62-si bu simvolun qadağan edilməsini istədiklərini bildiriblər.

Sputniknews

 Şrift:


                                    Kredit borcları silinir?

     CəmiyyətdəAvropaOyunlarından sonra prezident İlham Əliyevin vətəndaşlara sürpriz hazırlığı haqda şayiələdolaşmaqdadır.

Artıq fikirlər bir məsələ üzərində cəmləşib: banklara olan borclar bağışlanacaq.

Məsələyə cəmiyyətdə ekspert kimi tanınan ciddi şəxslər də münasibət bildirməkdən çəkinmirlər.

Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin mayın 1-nə olan məlumatına görə, ölkədə kredit təşkilatlarına borcu olanların sayı 2 milyon 414 min 122 nəfərdir.

Bunların 2 milyon 381 min 592 nəfəri və ya 98.6 faizi fiziki şəxslər, yəni şirkət qurmadan sahibkarlıqla məşğul olanlar, ya da kiçik istehlak kreditləri götürən vətəndaşlardır.

Başqa sözlə, Azərbaycanda böyüklü-kiçikli hər 100 nəfərdən 25-i bankdan kredit götürüb.

Bundan əlavə, 1.1 milyon nəfər də var ki, onlar kredit götürən şəxslərə zamin durublar ki, işdir qaytarmaqda çətinlikləri olsa, məsuliyyəti onlar daşıyacaq.

PİS MESAJ...

Vüqar Bayramovİqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov məsələyə birmənalı yanaşmır.

Onun fikrincə, məbləğindən asılı olmayaraq vətəndaşların kommersiya banklarına kredit borclarının dövlət tərəfindən ödənilməsi dövlət üçün əlavə xərcdir.

Yəni, o, bu məsələnin məhz borcların bağışlanması tərzində həll olunacağına inanmır.

Belə bir addım, bəzi ölkələrin təcrübəsinə uyğun olaraq, kredit vermiş bankların özləri tərəfindən atıla bilər.

Digər tərəfdən, onun fikrincə, bu, çox neqativ bir mesaj ola bilər:

«Borcların bağışlanması kredit götürənlərin əksəriyyətində «yenidən borcumu siləcəklər» arxayinçılığı yarada bilər ki, bu da bank sektorunda problemli kreditlərin həcmini kəskin artıra bilər.

Borcların bağışlanması kredit götürənlərin əksəriyyətində «yenidən borcumu siləcəklər» arxayinçılığı yarada bilər ki, bu da bank sektorunda problemli kreditlərin həcmini kəskin artıra bilər.

Az əhəmiyyətli olmayan məsələ isə budur ki, bu addım bank kreditini qaytarmayanla götürdüyü kreditə məsuliyyətlə yanaşaraq onu vaxtlı-vaxtında qaytaran borcluya münasibətdə diskriminasiya kimi qiymətləndirilə bilər».

Bununla belə, kreditlərlə bağlı mövqe onların bağışlanması üzərində qətiləşərsə, V.Bayramov bu fikirdədir ki, bu, ucdantutma bütün kreditlərə deyil, kredit götürənin sosial statusuna uyğun olaraq fərdi qaydada ayrı-ayrı müqavilələrə şamil edilə bilər.

Bu tipli ailələrə kredit götürüləndən sonra ailə başçısını itirənlər, qəza nəticəsində əmək qabiliyyətini itirənlər və s. aid edilə bilər.

«Əslində, həmin ailələrə verilən kreditlərin banklar tərəfindən bağışlanması və ya güzəştli ödəmənin tətbiq edilməsi olduqca vacibdir.

Bu, həm də sosial korporativ məsuliyyət prinsipinə uyğundur»,- deyə İSİM sədri fikrini yekunlaşdırıb.

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin eksperti Samir Əliyev isə bu şayiələrin ölkənin və bank sektorunun indiki heç də yaxşı olmayan iqtisadi durumunda gerçəkləşəcəyinə skeptik yanaşır.

«Bank sektorunda problemli kreditlərin ümumi məbləği 1.2 milyard manatı aşır.

Təxminlərə görə, bunun 1/3-i vətəndaşların payına düşür.

Banklara olan borclara görə «amnistiya» olacağını güman etmək sadəlövhlük olardı. Axı, devalvasiya həm də dövlət büdcəsini xilas edən addımlardan biri idi.

Vəziyyət manatın məlum 19 fevral devalvasiyasından sonra daha da çətinləşib.

Amma banklara olan borclara görə «amnistiya» olacağını güman etmək sadəlövhlük olardı.

Axı, devalvasiya həm də dövlət büdcəsini xilas edən addımlardan biri idi» - Samir Əliyev belə deyir.

Ekspert AzadlıqRadiosuna deyib ki, seçki ilində (bu ilin noyabrında Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək) ortada belə bir populist fikrin dolaşması anlaşılandır, lakin reallıqdan uzaqdır.

Onun qənaətinə görə, kredit amnistiyası banklarda da xaos, çoxsaylı sui-istifadə və korrupsiya hallarına şərait yarada bilər.

Azadlıq.org

 

 

 Şrift:

    Rusiya AİDS-lə Mübarizə Mərkəzinin Rəhbəri Vadim Pokrovskinin verdiyi açıqlamaya görə, Rusiyada ilin sonuna qədər HİV virusu daşıyan şəxslərin sayı 1 milyon, sonrakı 1-2 il ərzində isə bundan iki dəfə ox olacaq...

      “Kommersant” qəzetinin yazdığına görə, Rusiya Federal AIDS -lə Mübarizə Mərkəzinin Rəhbəri Vadim Pokrovski, Rusiyada HİV virusunun fəlakət həddinə çatdığını açıqlayıb və virusun bu sürətlə yayılmasıyla ilin sonuna qədər ölkədə HİV virusuna yoluxanların sayının 1 milyona, sonrakı 1-2 il ərzində isə bunun iki dəfə çox olacağını nəzərdə tutraq, hökumətə "milli təhdid" kimi xarakterizə etdiyi HİV və QİÇS-ə qarşı təcili tədbirlər görülməsinə çağırıb.

 

 Şrift:


1. Kişinin özünə baxımına diqqət etməməsi (Ağız qoxusu, tər, dırnaq kiri, yaxşı geyinməmək)

2. Ailənin təzyiqi, könülsüz evlilik.

3. Passiv, etibarsız və məsuliyyət almayan kişilə evlilik

4. Tənqid edən, alçaldan, fiziki zorakılığa tez-tez məruz qoyan bir kişi ilə evli olduqda

5. Ərin, davamlı spirt və ya başqa asılılıq yaradan maddə istifadə etməsi, qumar, qəhvə, internet, pornoqrafiya asılılığının olması, həddindən artıq qısqanclığın olması.

6. Kişinin başqa qadınlara maraq-sevgi göstərib, öz xanımına laqeyd yanaşması.

7. Ailə qarşıdurmalarında hər vəziyyətdə ailəsini tutan rəfiqələrlə olunca.

8. Kişinin uzun müddət evdən ayrı qalması. Əsgərlik, iş həyatı ilə əlaqəli ölkədə və ya ölkə xaricində olması bəzi qadınları aldatmağa meylləndirə bilər.

9. Sıxlıq olan ailə mühitlərində ərilə kifayət qədər baş - başa qala bilmədikdə.

10. Kişinin, cinsi münasibət zamanı eqoist davranması (Romantika və eşq oyunlarının olmaması)

11. Ətrafında ərini, sevgilisini aldadan rəfiqələrinin olması

12. Gəncliyində əks cinslə heç eşqbazlıq etməyən və ilk eşqi öz əri olan qadınlar

13. Cinsəllik baxımından təmin olunmamaq, ərin evə gec gəlməsi


 Şrift:

                Metroda gülsatan qadın göz yaşlarında boğuldu

   Nyu - York metrosunda çiçək satarkən bir gənc oğlan tərəfindən bütün çiçəkləri alınan qadın, gəncin bu mərdanəliyi qarşısında göz yaşlarında boğulub.

Metroda çiçək satdığı müddətdə heç zaman belə bir hadisəylə üzləşmədiyini deyən qadın heyrətindən ağlayıb.

 Güllərin hər birini bir dollardan satan qadın, "Bunların hamısı nə qədərdir?" deyə soruşan adama təəccüblə "140 dollar" deyir.. Bu cavabdan sonra portmanatını çıxaran adam, "Çiçəklərin hamısını alıram, amma mənə bir yaxşılıq etməyini istəyirəm" deyərək qadından, gülləri bütün sərnişinlərə paylamasını istəyir. Bu vəziyyətdən heyrətlənən qadın "Bu qədər yaxşı olmayın" deyərək göz yaşlarına hakim ola bilməyib...

 Şrift:


     Moskvanın "Domadedovo" hava limanında Novosibirskdən gələn bir təyyarədə paket halında aparılan 3,3 milyon dollar nağd pul oğurlanıb. Domodedovoda paketləri alan adam, bunların yüklərdən fərqli və paketlərdə dağınıqlıq olduğunu hiss edib açarkən içərisindəki pulun oğurlandığını, yerinə isə zir-zibil qoyulduğunu görüb.

Polisin çevikliyi nəticəsində 24 saat müddətində üç oğrunun şəxsiyyəti bəlli olub və onlar yaxalanıblar.

"Komsomolskaya Pravda" qəzeti, pulun Sberbanka aid olduğunu və xüsusi bir kuryer şirkəti tərəfindən Moskvaya göndərildiyini yazıb.

Daxili İşlər Nazirliyi tərəfindən verilən açıqlamaya görə polis, ilk araşdırmaya Novosibirsk Tolmaçevo hava limanında başlayıb və paketlərin buradan lazımi qaydada yükləndiyini, oğurluğun Domadedovoda edildiyini təyin edib.
və baqaj köçürmə əməliyyatlarını detallarıyla bilən üç şübhəli şəxs ələ keçirilib.

Günahlarını etiraf edən şübhəliləri, böyük məbləğdə pul oğurluğuna görə 10 illik həbs cəzası gözləyir.

 Şrift:

On illər uzunu qanundan qaçan amerikalı, təxminən 40 il sonra səhhətindəki problemlər üzündən hökumətə təslim olmaq məcburiyyətində qalıb.
    1967-ci ildə ABŞ-ın North Karolina əyalətində oğurluq edən və həbs cəzasına məhkum edilmiş Klarence Moore, 9 il həbsdə qaldıqdan sonra, 1976-ci ildə fərarilik edib. 
    Təxminən 40 il axtarılan və bir qaçaq həyatı yaşayan 66 yaşlı adam, qocalığı üzündən sağlamlıq problemləri yaşamağa başlayınca təslim olmağa qərar verib. Təslim olduqdan sonra xəstəxanaya yerləşdirilib.
     Müalicə olunmaq üçün hökumət orqanlarına təslim olan Klarence Moore, ictimai təhlükəsizliklə bağlı heç bir sənədə sahib olmadığı üçün illər uzunu heç bir xəstəxana və ya bu kimi yerlərə gedə bilməyib.
      Müalicə olunduqdan sonra, 66 yaşlı Klarence Moorenin alacağı cəza, iddianın yenidən qaldırılacağı əyalət məhkəməsi tərəfindən veriləcək qərardan sonra bəlli olacaq.


 Şrift:


     Moskvada Hitlerin doğum gününü qeyd etmək üçün bir gecə klubunda toplanan irqçi qrup nəzarətə götürülüb. Moskva Təhlükəsizlik Xidmətinin internet saytında verilən xəbərdə, Moskvada Hitlerin doğum gününü qeyd edən 40 adamın nəzarətə götürüldüyü, daha sonra bu insanların çoxunun "hər hansı bir cinayətə qarışmadığı təsbit edilincə" sərbəst buraxıldığı bildirilir.
Polis bölməsində, tutulan 17 adamın isə mühakimə olunacaqları bildirilir.
Nəzarətə götürülən və aralarında "Russkie (Ruslar)" adlı irqçi qrupun lideri Dmitri Demuşkinin də olduğu adamların üzərində bir çox silah və faşist simvolu olduğu açıqlanıb.

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac