Xəbər lenti

 Şrift:

     İngilis həkimlər "Mikoplazma Genitalium" adlanan bir bakteriya vasitəsilə yaranan və cinsi yolla yoluxan yeni bir xəstəliyin dünyada sürətlə yayılmasıyla bağlı xəbərdarlıq edib. Təkcə İngiltərədə 16-44 yaş arası insanlardan yüzdə 1-ində bu xəstəlik tapılıb. Xəstəlik, qusma, xayalarda ağrılarla, qarın ağrısı, qadınlarda cinsi əlaqədən sonra qanaxmayla göstərir özünü. Həkimlərin açıqlamasına görə, bu xəstəlik sonsuzluğa və uşaq düşməsinə də səbəb olur. 




 Şrift:
   

                                      Əlizaman Baxış


                              Təhsilimizdəki vəziyyətə bir baxış

    Azərbaycan Təhsil Şurasının sədr müavini  Böyükağa Talıblının "Təhsil və Zaman" qəzetindəki böyük Sovet pedaqoqu A.Makarenkonun nəticəsi P. Makarenko ilə müsahibəsini oxudum.Səmimi etiraf edirəm ki, müsahibə məni içdən tərpətdi. Çox mətləbləri xatırlatdı mənə, sanki bütün pedaqoji fəaliyyətimi göz önünə gətirməyimə, keçmiş və müasir təhsil haqqında düşünməyə vadar etdi məni.

Ardını oxu...

 Şrift:

 
     Gədəbəy rayonunun daha 2 kəndinə ilk dəfə təbii qaz verilib. Bununla da rayonda qazlaşdırılan kəndlərin sayı 31-ə çatıb.

Gədəbəy rayonunda bu dəfə Parakənd və Leşkər kəndləri təbii qazla təmin olunub. Parakənd kəndinə mavi yanacaq verilməsi üçün birpilləli sistem üzrə 30 623 poqonometr uzunluğunda metal borularla daşıyıcı və paylayıcı xətlər çəkilib. 402 abonentə fərdi qaztənzimləyici və sayğac quraşdırılıb. Leşkər kəndinə isə 5876 poqonometr daşıyıcı və paylayıcı metal boru çəkilməklə 90 abonentin mənzilində sayğac və tənzimləyici quraşdırılıb.
    Təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə bildirilib ki, hazırda Gədəbəy rayonunun 31 yaşayış məntəqəsində 8045 abonent mavi yanacaqdan istifadə edir. Yaxın günlərdə rayonun Söyüdlü, Ağamalıoğlu, Miskinli və Samanlıq kəndlərinə də ilk dəfə mavi yanacaq veriləcək.
   Mərasimin rəsmi hissəsindən sonra kəndə qaz verilişini bildirən məşəl alovlandırılıb.

 Şrift:


   Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bilal Həsənlinin “Azərbaycan uşaq ədəbiyyatı” adlı dərs vəsaiti nəşr olunub.

AMİ-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan uşaq ədəbiyyatının son nailiyyətləri nəzərə alınmaqla, kursun proqramına uyğun olaraq yazılmış dərs vəsaitində müəllifin Azərbaycan Müəllimlər İnstitutunda uzun illər ərzində apardığı elmi tədqiqatların və iş təcrübəsinin nəticələri öz əksini tapıb.

Yeni nəşrdə uşaq ədəbiyyatının nəzəri məsələləri, aparıcı nümayəndələrinin yaradıcılığı təhlil olunub.

Dərs vəsaiti pedaqoji ali məktəblərin filologiya, ibtidai təhsil və məktəbəqədər fakültələrinin müəllim və tələbələri üçün nəzərdə tutulub.


 Şrift:


       Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Bəşər tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 məcburi köçkün ailəsindən qalan 16 ailəyə də yeni mənzillər verilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ermənilərin törətdikləri Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirdikdən sonra Sabunçu rayonu ərazisindəki Qızılqum sanatoriyasında və başqa yerlərdə qohumlarının himayəsi altında böyüyən məcburi köçkün gəncləri qəbul edib. Həyatın ağrı-acıları ilə böyümüş bu gənclərin dövlət başçısının tapşırığına əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün tikilmiş yaşayış binasından onlara ailə tərkibinə uyğun, hər cür şəraiti olan mənzillər ayrıldığını bildirən Baş nazirin müavini Əli Həsənov Azərbaycan dövlətinin bu təbəqədən olan soydaşlarımızın müxtəlif problemlərinin həllini bundan sonra da diqqət mərkəzində saxlayacağını deyib, onlara yeni mənzillərində xoşbəxtlik arzulayıb.

Soyqırımı zamanı hər iki valideynini itirmiş və valideyn həsrəti ilə böyümüş gənclərdən Yasəmən Həsənova, Natiq Məmmədov, Həmayıl Vəliyeva, Milli Qəhrəman Tofiq Hüseynovun qızı Əfsanə Ələkbərova bu xeyirxahlığa görə minnətdarlıqlarını bildiriblər. Onlar Prezident İlham Əliyevin bu tapşırığını dövlətimizin başçısının nəinki təkcə Xocalıdan olan, eyni zamanda, ölkəmizdəki bütün qaçqın və köçkünlərə göstərdiyi qayğının növbəti təzahürü kimi dəyərləndiriblər.

Sonra yeni mənzil almış məcburi köçkün gənclərə Dövlətqaçqınkomun Repatrasiya Departamenti tərəfindən mənzillərin orderləri və açarları təqdim olunub.

http://azertag.az/

 Şrift:


     Hindistanın şimalında 50 yaşlı bir kişi inək əti yeməsi iddiasıyla öldürülüb. Onun

 22 yaşlı oğlu da hücumda ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Öldürülən kişinin xanımı ərinin inək əti yeməsini böhtan adlandırıb və soyuducuda inək yox, qoyun əti saxladıqlarını bildirib və polis test üçün qoyun ətini götürüb. 

Öldürülən kişinin qızının "İndian Express" qəzetinə verdiyi məlumatda deyilir: "Onlar inək əti saxlanılması ilə bizi ittiham edib, qapılarımızı qıraraq atamı və qardaşımı döyməyə başladılar. Atamı sürüyüb evdən çıxardılar və bu cür də sürükləyib və kərpiclə döydülər". 

Məlum olduğu kimi, inək, ölkə əhalisinin 80% -ni təşkil edən hinduslar tərəfindən müqəddəs hesab olunduğundan bu, Hindistanda bir həssas məsələ hesab edilir.

 Şrift:

 
      Əlbəttə, hər bir qadın ideal qadın olmaq istər. Bəs ideal qadın olmaq üçün nələri bilmək və bacarmaq lazımdır. Bu məqsədlə "Marie claire" adlı onlayn qadın jurnalının dərc etdiyi "İdeal qadın olmağın 20 qızıl qaydası"nı təqdim edirik.

 

1- Bir məkanda təkbaşına yemək yeyə bilmək və bunu sevərək etmək.

2- Pulunu, istədiyi ayaqqabını ala biləcək şəkildə tənzimləmək.

3- Keçmiş sevgilisinin mesaj yazacağını gözləməmək.

4- Makiyajsız çölə çıxa bilmək, özünə inanmaq və dərisinə nizamlı qulluq göstərmək.

5- İş yerindəki çətinliklərin öhdəsindən gələ bilmək.

6- Ayrılıqları, çox üzülmədən unuda bilmək bacarığı.

7- Təkbaşına istirahətə çıxmaq.

8- Sevmədiyi insanları həyatından asanlıqla çıxara bilmək.

9- Başına gələn pis şeylərlə əlaqədar şikayətlənmək yox, onu düzəltməyə çalışmaq bacarığı.

10- Maddələr mübadiləsinə yaxşı bələd olub ona uyğun şəkildə qidalanmaq.

11- Bədəninə yaxşı baxmaq və nizamlı məşq etmək.

12- “Xeyr” deyə bilmək.

13- İstədiyi saç formasını bərbərə ən yaxşı formada izah edə bilmək.

14- Sərxoş olduqda axmaq hərəkətlərə yol verməmək.

15- Paltarlarına bir az daha çox pul xərcləməklə o paltarın daha uzun ömürlü olacağını bilmək.

16- Ən azı iki cür yeməyi gözəl bişirməyi bacarmaq.

17- Tənha olduqda əylənə bilmək, özünü sevmək və özünə vaxt ayırmaq.

18- Başqalarının nə düşündüyünə əhəmiyyət vermədən yaşaya bilmək.

19- Haqlı ikən gərəksiz yerə üzr diləməmək, qarşısındakını itirməkdən və problemlərdən qorxmamaq.

20- Haqsız ikən qürurlanmadan üzr diləməyi bacarmaq.



 Şrift:

Bu gün insanların özlərini daha azad hiss etdikləri, düşündüklərini, ürəklərindən keçənləri insanlarla bölüşə, paylaşa bildikləri bir sosial “məkan” var - Facebook.

Facebookda, məlumdur ki, müxtəlif kateqoriyadan olan insanlar fəaliyyətdədirlər. Yəni hər kəs dünyaya öz düşüncəsinin, hisslərinin gözüylə baxır. Əksər hallarda paylaşılan fotolardan da görmək olar ki, cəmiyyətimizdəki insanların bir çoxuna dünya manqal tüstülərinin arasından daha gözəl görünür. Bir başqa sözlə, böyük əksəriyyət üçün bəlkə də “nəfəsi”, “üst-başı” kabab qoxuyan Dünya daha gözəl və daha cazibədardır. Elə bu səbəbdən də bu cür şəkillər paylaşan insanlara bir çox ziyalıların münasibəti bir mənalı deyil. Bu kimi məsələlərə Sizin yanaşmanız necədir?


                          Zakir Məmməd

                                            (şair-tənqidçi)

     Prinsip etibarilə yasağın əleyhinəyəm. Ancaq müəyyən qaydalara əməl edilməsi təkcə hüquqla nizamlanmır. Profilində öz adı və şəxsiyyəti ilə təmsil olunan şəxsin Facebookdakı yazılarına korrektəli yanaşa biləcəyi hər halda istisna olunmur. Nəyi edib, nəyi etməməsi fərdin dünyagörüşündən, xarakterindən və psixoloji vəziyyətindən asılıdır. Cəmiyyətdə müxtəlif qruplar var və onların öz varlıqlarını təqdim etmə üsulu və səviyyəsi də bir-birindən fərqlənir. Adamların kömür manqalı və yemək stolu, seks videoları ilə paylaşdığı həzzini də, onu bəyənənlərin hər şeyə laqeyd və etinasızlığını da təbii qəbul etməkdən başqa çarə qalmır. Ona görə ki, həyat çoxsəsli, çoxqütblüdür. Əslində, qoyulmuş sualın özündə cavab da ifadəsini tapıbdır. Yəni bu sorğu social şəbəkədə müəyyən fəaliyyətin və hərəkətlərin bəyənlməməsindən araya gəlibdir. Lakin cəmiyyətdə müxtəlif maraqların, hər cür tip insanların varlığını dana bilmərik. O insanlar həm də bizim “dostlarımızdır” axı…

Ardını oxu...

 Şrift:

Günlük Bürclər

22 Sentyabr 2015 Çərşənbə axşamı

Qoç Bürcü

Əlaqələrinizi gözdən keçirdiyiniz bir dönəmdəsiniz. Əslində optimist və anlayışlı davranacaqsınız, ancaq bəzi hadisələr və insanlar radikal dəyişikliklər etmək üçün sizi məcbur edə bilər. Və ya siz, ətrafınızdakı güclü adamlarla üzləşə bilərsiniz. Güc mübarizəsi aparmasanız yaxşı olacaq. Hörmət duyduğunuz kəslərlə məsləhətləşə və onların dəstəyini istəyə bilərsiniz. Daha əvvəl dəyişdirmək istəyib, daşındığınız hadisələr yenidən qarşınıza çıxa bilər və bu dəfə duyğunuz daha fərqli olduğu üçün qarşılaşdığınız hadisələrdən çaşa bilərsiniz. Lakin bu gün özünüzü daha rahat hiss edəcəksiniz və diqqətinizi ətrafınıza yönəldəcəksiniz.

Ardını oxu...

 Şrift:
AIDS Rusiyada qorxunc bir sürətlə yayılmaqda davam edir. Rusiya rəsmiləri bu vaxta qədər 950 min hadisənin "rəsmi olaraq" qeydə alındığını, yalnız bu ilin ilk 6 ayında isə 40 min yeni HİV viruslu xəstənin aşkarlandığını bildiriblər. Beləliklə Rusiyada, hər gün orta hesabla, ən az 220 nəfər bu xəstələr sırasına daxil olur...  Rusiya AİDSlə Mübarizə Federal Mərkəzinin rəhbəri Vadim Pokrovski, rəsmi qeydlərin əsl rəqəmi əks etdirmədiyini, ölkə səviyyəsində ümumilikdə 1.3 milyondan çox HİV xəstəsi olduğunu bildirib.

Sayğac