Xəbər lenti

 Şrift:


Türkiyənin "Summer Tour" və "Coral" turizm şirkətləri Azərbaycandan Bodrum şəhərinə reyslər həyata keçirməyi planlaşdırır.

Persona.az-ın Trend-ə istinadən verdiyi  məlumatına görə, may ayından başlayaraq "Summer Tour" Bodruma hər gün, "Coral" isə həftədə iki dəfə uçuşlar həyata keçirəcək.

Bundan başqa, "Summer Tour" gələn il Azərbaycandan Alanyaya birbaşa reyslər həyata keçirmək niyyətindədir.

 Şrift:


Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən “Hacı Cavad” məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib”.

Persona.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, prezident İlham Əliyev məscidin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub: “Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib”.

Ə. Həsənov qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.

“Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan ümummilli lider Heydər Əliyev müstəqilliyin ilk illərində məhdud imkanlara baxmayaraq, Sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi diqqət yetirib. Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncama əsasən dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə dindarların istifadəsinə verilib.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası işləri sonrakı dövrdə Azərbaycan prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirilib. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib, habelə Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilib. Bundan başqa, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında çoxsaylı məscid və ibadət evlərini bərpa edib.

Ümumilikdə, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.

İslam dini-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycanda dini bayramlar mütəmadi qaydada dövlət səviyyəsində qeyd olunur, dini ayinlərin icrasına hərtərəfli şərait yaradılır. Təsadüfi deyil ki, dini tolerantlığın məkanı kimi tanınan ölkəmizdə tarixdə ilk dəfə olaraq Heydər Məscidində vəhdət namazı qılınıb. Azərbaycanda heç vaxt dini və milli ayrı-seçkilik olmayıb, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bu bizim həyat tərzimizdir, irəliyə doğru inamla getməyin ən optimal yoludur.

Azərbaycan həm də dünyada İslam mədəniyyətinin təbliği sahəsində önəmli tədbirlər həyata keçirir, islamofobiya meyllərinə qarşı açıq mübarizə aparır. Prezident İlham Əliyev xarici səfərləri çərçivəsində, beynəlxalq tədbirlərdə İslam dünyasını ləyaqətlə təmsil edir, öz çıxışlarında islamofobiyanı kəskin pisləyir, İslam mədəni irsinin və multikulturalizm ideyasının təşviqinə əməli töhfə verir. Fransanın məşhur Luvr muzeyində İslam bölməsinin yaradılması, Vatikanda İslam mədəniyyətini təbliğ edən sərginin təşkili Azərbaycanın bu istiqamətdə atdığı çox önəmli addımlardır. Təsadüfi deyil ki, Bakı şəhəri 2009-cu ildə İSESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan olunmuş, həmçinin qədim şəhərimiz Naxçıvan 2018-ci ildə ikinci dəfə Azərbaycanı bu statusda təmsil edəcək.

2017-ci ili “İslam Həmrəyliyi İli” elan edən Azərbaycan müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərmək üçün çoxsaylı tədbirlər təşkil edir. May ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı yox, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaq”, - deyə o vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, son illər respublikada genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, bütün sosial-iqtisadi və mədəni infrastruktur müasirləşdirilir. Bakı şəhərində ən müasir standartlara uyğun parklar, xiyabanlar, yollar salınır, yeni binalar tikilir. Bu mənada Bakının Yasamal rayonunun “Sovetski” adlandırılan ərazisində aparılan yenidənqurma işləri paytaxtda həyata keçirilən quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Həmin ərazidə köhnə, istifadəyə yararsız, lazımi kommunal şəraiti olmayan, paytaxtın müasir görünüşü ilə uyğunlaşmayan evlər və sosial obyektlər sökülür, vətəndaşlar şəhərin başqa yerlərində yeni müasir mənzillərlə təmin olunur. Həm də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər sakinlər tərəfindən razılıqla qarşılanır.

Ə. Həsənov ölkə prezidentinin məscidin söküntüsünün dayandırılması ilə bağlı tapşırıq verdiyini və mövcud vəziyyətin araşdırılması ilə bağlı müvafiq komissiyanın işə başladığını nəzərə alaraq, həmin ərazidə toplaşan insanları təmkinlə davranmağa və oranı tərk edərək komissiyanın işi üçün zəruri şərait yaratmağa çağırıb.

 Şrift:

     Gədəbəyin Ermənistanla sərhəd Şınıx bölgəsinin kəndlərinin qazlaşdırılması problemi “Azəriqaz” rəhbərliyinin bu bölgəyə qarşı ayrı-seçkiliyi və anlaşılmaz münasibəti üzündən problemə çevrilib. Bölgənin cəmi 3-4 kəndinə qaz verilsə də, 20-yə yaxın kənd qazsızdır. Meşələr qırılıb tükənmək üzrədir, əhali yanacaq problem üzündən evlərini tərk edir.

Mətbuatda yazılır ki, ötənlərdə “Azəriqaz” rəhbəri Əkbər Hacıyev keçirdiyi mətbuat konfransıda elan edib ki, Şınıx bölgəsinin qalan kəndləri qazlaşdırılmayacaq və əhali onlardan qaz gözləməsin.
Ə.Hacıyev bunu “bölgənin kəndlərinin keçilməz olması və texnikanın işləməsinin çətinliyi” ilə izah edib. Hərçənd ki, bu  arqumentin tamamilə əsassız olduğunu bölgənin coğrafi şəraitinə bələd olanlar yaxşı bilir. Əkbər Hacıyevə sual olunur bu zaman, məsləhətiniz nədir, rayondakı bütün yaşıllıqlar məhv edilsin, sonra da rayon tamamilə boşaldılsın eləmi?! Necə olur ki, bu kəndin camaatı erməni güllələrinin altında bütün çətinliklərə dözərək  bir ovuc torpağını verməyib, indi bura qaz çəkilməsi üçün bölgənin kəndlərinin keçilməz olmasını və texnikanın işləməsinin çətinliyini bəhanə edirsiz. Heç bir çətinlik təbiətə ziyan vurmağa, yaşıllıqların məhv olunmasına, bir kəndin boşalmasına haqq qazandıra bilməz.

Ardını oxu...

 Şrift:
Qarabağ qazi və veteranları Azərbaycan Teleradio və Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmliyə, Azərbaycanda yayımlanan telekanal və radioların rəhbərlərinə, Azərbaycan sənətçilərinə müraciət edib. 
 
Moderator.az saytının xəbərinə görə müraciətdə bildirilir: 
           
"Sizlərin hər birinizdən xahiş edirik ki, şəhidlərin ruhu xatirinə bəzi şərəfsiz və milləti aşağılayan şou proqramları müəyyən müddətə dayandırasınız. Biz demirik ki, ağlayaq. Vətənpərvərlik verilişlərinə üstünlük verin. Milli dəyərləri ifadə edən filmlər göstərin. Tarixciləri dəvət edin. Məddahlıqdan uzaq olun. Hərbçiləri dəvət edin. Vətənpərvər mahnıları səsləndirin. Hərbi verlişlərin sayını və saatını artırın. Unutmayın ki, şəhid və yaralı olan əsgərlər bu dövlət, bu millət yolunda öz canlarını qurban veriblər.

Ardını oxu...

 Şrift:
 sehid  Son günlər Vətənimiz Azərbaycan uğrunda azğın ermənilərə qarşı apardıqları amansız mübarizədə canlarını fəda edən uca ruhlu oğullarımız şəhidlik zirvəsinə ucalaraq ölməzlik, müqəddəslik qazandılar! Şəhidlərimizin uca ruhları şad olsun! Vətənimiz var olsun! Yaşasın Azərbaycanımız!
   Xalqımızın, millətimizin heç zaman unutmayacağı həmin şəhidlərimizin fotolarını təqdim edirik!

Fotoları böyütmək üçün üstə klikləyin.
 
Baş leytenant Bəkir İsmayılov, (Mi-24 vertolyotunun ekipajı), Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.
 
bekir-ismayilov
 
Mayor Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı), 1978-ci il təvəllüdlü.
 
velizade urfan
 

Mayor Mustafazadə Təbriz (Mi-24 vertolyotunun ekipajı).
 
mustafazade tebriz
 
Əsgər Rəvan Nurayev
 
revan nurayev
 
 
Müddətdən artıq hərbi xidmət qulluqçusu Ruhin Qəhrəmanov, Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb.
 
ruhin-qehremanov
 
 
Əsgər Samir Qaçayev, Şamaxı rayonundan hərbi xidmətə çağırılıb
 
Samir-Qocayev
 
 
Əsgər Sərvan Mehrəliyev
 
Servan Mehreliyev
 
 
Əsgər Əliyev Orxan Məhəmməd oğlu
 
eliyev-orxan
 

Mayor Əliyev Elnur Adil oğlu.
 
Eliyev-Elnur-Adil-oqlu
 
M
AHXQ Nicat İsgəndərov
 
nicat-isgenderov
 

Gizir Səlimov Elimdar Səlimxan oğlu
 
elimdar-selimov
 
 
Baş leytenant Namazov Elvin Məmməd oğlu
 
namazov-elvin1
 

Əsgər Novruzov Ravil Elman oğlu
 
ravil-novruzov
 

Əsgər Muradov Rizvan Telman oğlu
 
muradov-rizvan
 

Zabit Həmidov Orxan Ənvər oğlu
 
orxan-hemidov
 

MAHXQ Qarayev Dilsuz
 
dilsuz-qarayev
 

Əsgər Novruzov Fərahim Adışirin oğlu
 
novruzov-ferahim
 

Əsgər Bağırov Sərxan Azər oğlu
 
serxan-bagirov1
 

Əsgər Mirzəyev Nürəddin Etimad oğlu
 
mirzeyev-nureddin.jpg
 

Mayor Məmmədov Rasim Əbdül oğlu
 
memmedov-rasim
 

MAHXQ Əlvan Hüseynov.
 
elvan-huseynov
 

Əsgər Bayramov Sərxan Oqtay oğlu
 
bayramov-serxan1
 

Əsgər Orucov Müşfiq Arif oğlu
 
orucov-mushviq
 

Əsgər Dəmirov Orxan Zeynal oğlu
 
demirov-orxan


Əsgər Hümmətov Orxan
 
hummetov-orxan


Əsgər Qasımov Teymur Mikayıl oğlu
 
qasimov-teymur


Əsgər Müstəcəbov Orxan
 
mustecebov-orxan


MAHXQ Qaibov Elvin Sədrəddin oğlu.
 
qaibov-elvin
 Şrift:
         
                           Nurəddin ƏDİLOĞLU

                            
                           OĞRU DÜNYASI:
                                        POBİN QURD MƏMURLAR

      “Oğru dünyasında” liderliyi ələ alan gürcülər NatanFrenkelsayağı “dövlət içində dövlət” qurdular. Tezliklə tanınmış gürcü “qanunu oğru”larından biri olan Caba İoseliani Gürcüstanın gələcək prezidenti Eduard Şevardzenin koməkçisi, sonralar isə müdafiə naziri olundu.
          Tarix kriminal dünyada “imperator”, “xaç atası” “general” kimi məşhur olanların dövlət nüməyəndəsi və ya siyasi lider səviyyəsinə yüksəməsinin də az şahidi olmayıb. Əfşanəvi Odessa “kralı” Mişa Yaponçik Rusiyada vətəndaş müharibəsinin qəhrəmanı və sovet sərkərdəsi idi.
           O, hələ gənc ikən XX əsrin əvvəllərində gələcəkdə sovet çekistlərinin əfsanvi başçısı - Feliks Edmundoviç Dzerjinskini ilə eyni həbsxanada məhbusluq həyatı yaşamışdı. Dzerjinskiyə türmədən qaçmağa kömək ediyinə görə çar höküməti onu 1908-ci ildə siyasi məhbus kimi katorqaya göndərmişdi.

Ardını oxu...

 Şrift:
"Sadəcə borclular birləşməlidir ki, banklar qarşısında davam gətirsinlər"
Bankdan kredit götürərkən ona qol çəkdirərək devalvasiya olacağı təqdirdə tələb olunan əlavə vəsaitləri ödəyəcəyinə söz verən, indi isə etdiyinə peşman olan bir vətəndaşın yardım istəyini nəzərə alaraq "Moderator.az" saytı, bununla bağlı, tanınmış bank mütəxəssisi hesab olunan Əkrəm Həsənova sual ünvanlayıb ki, bu cür situasiya ilə üzləşən vətəndaşlarımızın nə etməli olduqları barədə onlara məsləhətlərini versin. Əkrəm Həsənovun həmin suala olan cavabını təqdim edirik:
 
"Vətəndaşlar bunu sübut edə bilməzlər.

Ardını oxu...

 Şrift:
 
   "Ana Vətən" Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının "Modern.az" saytına açıqlamasında ölkədəki bank sektorunu, xalqın qanını zəli kimi sormaqda günahlandırıb:


"Bu gün Azərbaycan əhalisinin 2,5 milyona qədəri kredit borcu içərisindədir. Onların arasında 100 min manat və daha yuxarı məbləğdə borcu olanlar da var. Azərbaycanın bank sistemi xalqın qanını zəli kimi sormaqdadır. Bunun qarşısı alınmalıdır.

20 faizdən 50 faizə qədər kredit vermək deməzdim ki, təkcə allahsızlıqdır, artıq bundan o tərəfi yoxdur. Hamısına şamil edilməsə də, bankların bir çoxu varlanmaq, daha çox pul qazanmaq üçün həm sahibkarların, həm də yeni iş qurmaq, istehlak krediti götürüb övladının xeyir işini eləmək istəyənlərin sözün həqiqi mənasında qanını sormaqdadırlar".

Ardını oxu...

 Şrift:

     İngilis həkimlər "Mikoplazma Genitalium" adlanan bir bakteriya vasitəsilə yaranan və cinsi yolla yoluxan yeni bir xəstəliyin dünyada sürətlə yayılmasıyla bağlı xəbərdarlıq edib. Təkcə İngiltərədə 16-44 yaş arası insanlardan yüzdə 1-ində bu xəstəlik tapılıb. Xəstəlik, qusma, xayalarda ağrılarla, qarın ağrısı, qadınlarda cinsi əlaqədən sonra qanaxmayla göstərir özünü. Həkimlərin açıqlamasına görə, bu xəstəlik sonsuzluğa və uşaq düşməsinə də səbəb olur. 




 Şrift:
   

                                      Əlizaman Baxış


                              Təhsilimizdəki vəziyyətə bir baxış

    Azərbaycan Təhsil Şurasının sədr müavini  Böyükağa Talıblının "Təhsil və Zaman" qəzetindəki böyük Sovet pedaqoqu A.Makarenkonun nəticəsi P. Makarenko ilə müsahibəsini oxudum.Səmimi etiraf edirəm ki, müsahibə məni içdən tərpətdi. Çox mətləbləri xatırlatdı mənə, sanki bütün pedaqoji fəaliyyətimi göz önünə gətirməyimə, keçmiş və müasir təhsil haqqında düşünməyə vadar etdi məni.

Ardını oxu...

Köşə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac