Xəbər lenti

 Şrift:

(Rəfail  İncəyurdun“Yurda salam”ının mayasından

“Olanım, olacağım”ın qayəsinə)

Yurd. Zaman. Doğuluş. İnsan. Həyat. Düşüncələr və … Yazılar.

Bunlardan hər biri yaradıcı şəxsiyyətin təfəkkür və yaddaşında daşlaşmış ifadələr, onlara münasibət bildirmək istəyi, arzusu, sevinci, bəzi hallarda isə kədərin ifadəçisi kimi çıxış etməsi.

Sadaladığımız leksik vahidlərdən birincisi olan  «yurd», bizə elə gəlir ki, «Zaman», «Həyat» və s. semantikasının fövqündə dayanır. Hər halda İncəyurddan olan, incə qəlbli, həssas nəfəsli İncəyurdunu özünün soyu və boyu kimi götürən, ona bütün yaradıcılığı ilə xidmət edən Rəfail İncəyurdun «Yurda salam» (şeirlər) və «Olanım, olacağım» ədəbi-publisistik düşüncələr kitablarını oxuyandan sonra təfəkkürümüzün dərinliyində iz salmış fikirlərlə oxucularla (həm də ədəbi tənqidlə) bölüşmək qərarına gəldik.

Ardını oxu...

 Şrift:
Səxavət Sahilin «İsanın qadını» kitabının çox maraqlı bir süjet xətti vardır. Həyatın dibində çirkab içində çabalayan bir qadının paklaşaraq peyğəmbər həvarisinə çevrilməsini təsvir edəcəyini vəd edən müəllifin yazısı maraqla qarşılanır. Həm zaman, həm də cəmiyyət baxımından çox aktual mövzudur. Müəllifin bu mövzunun təsvirində uğur qazanıb-qazanmamasından asılı olmayaraq, problemin qoyuluşunun özü təqdirəlayiqdir.

Ardını oxu...

 Şrift:

Məhəmməd Əmin Rəsulzadə - 130


Məhəmməd Əmin Rəsulzadə görkəmli siyasi lider olmaqla yanaşı, Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatı və ictimai fikrinə dair sanballı əsərlərin müəllifidir. Xüsusilə onun “Azərbaycan Cümhuriyyəti”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” kitabları, eyni zamanda müxtəlif mətbuat səhifələrində dərc olunan məqalələri milli həqiqətlərin ifadəsi baxımından son dərəcə əhəmiyyətlidir.

Ardını oxu...

 Şrift:

Fəridə xanımla tanışlığım bir il öncə yaranmışdı. Bir yaz axşamı cib telefonuma gələn zəngdən sonra başlandı hər şey. Əvvəlcə telefonda gənc bir qızın həyəcan dolu səsini eşitdim. Mənimlə bir xanımın danışmaq istədiyini bildirdi. Razılığımı aldıqdan sonra telefonda başqa bir xanımın şən, gümrah səsini eşitdim.

Ardını oxu...

 Şrift:

Sitatlar Ramiz Qusarçaylıdandır

              Halal-haram

Halal – insanın öz əli ilə yaratdıqlarıdır:

        Nəyim varsa özümündü,

Ən halal adam ən qədim insandır. Daş çapacaq,  qazma ağacı dünyadan halallıq istəyən insanın ilk yaratdıqlarıdır.

Qələm şairin, müəllimin, alimin... və yenicə yazmağı öyrənən məktəblinin əlində halallıq rəmzi sayıla bilər.

Ardını oxu...

 Şrift:

 
Bəzən qəzet və jurnallarda elə yazılara rast gəlirəm ki, həmin yazılarda bir sıra poeziya nümunələri təhlil olunur, şeirlərin əvəzsiz bədii məziyyətlərindən söz açılır, müəllif isə az qala azman sənətkarlara bərabər tutulur, hətta arabir onlardan da yüksək dəyərləndirilir. Açığını deyim ki, əksər hallarda nə belə yazılar, nə də həmin yazılarda bəhs olunan lirik nümunələr qəlbimdə heç bir emosiya doğurmur və qəmgin halda başımı əllərimin arasına alıb fikrə gedirəm, aya, bu yazıdakı və təqdim olunan poetik nümunələrdəki dərinliyi mən dərk edə bilmirəm, ya bu nümunələrin içində əslində dərk ediləsi heç nə yoxdur? Xeyli düşünəndən sonra həmişə eyni qənaətə gəlib pessimizmə qapılıram. Bu boyda cəfəngiyat olmaz ki?!

Ardını oxu...

 Şrift:

  Fikrət zəng elədi, kitab müsabiqəsinin keçirildiyini dedi, maraq göstərmədim,   Azərbaycanda müsabiqələr, həm də ədəbiyyat sahəsində keçirilən müsabiqələr riyakarlığın bariz nümunəsidir. Ən sonda  iştirak elədiyim Proza N elektron müsabiqəsinə (Tehran Əlişanoğlu, Məqsəd Nur) «Rusiyadan gələn qardaş»la qatıldım, hekayə heç ikinci mərhələyə keçən 9   yaxşıların siyahısına belə düşmədi.   Yalnız bircə dəfə televiziya müsabiqəsində üçüncü yer tutmuşam. Onda da yazını bəyənən Mailə Muradxanlı   mənim «Kommunist»də işləyən Aslan Quliyev olduğumu demişdi.

Ardını oxu...

 Şrift:

                         HƏR KƏSİN BİZİ SEVƏCƏYİ GÜN

Bir gün hər kəs bizi sevəcək, bizim üçün gözəl sözlər deyəcəklər. Bizim kimlərisə  sevdiyimiz kimi. O bizi sevməyən qızlar da kövrələcək bizim üçün. Dostlarımız bizli xatirələrini xatırlayıb kövrələcək, qonşularımız siqaret çəkə - çəkə Amerikadan danışacaq o gün.

Ardını oxu...

Sayğac