Xəbər lenti

 Şrift:

Məhərrəm Şəmkirli

KÖHNƏ BORCLAR
(Hekayə)
                                                   
   Məmmədəli çöldən gəlib təzəcə rahatlanmışdı ki, qapının zəngi çalındı. Məmmədəli tənbəl-tənbəl durub qapını açdı. Qapının önündə qoltuğu papkalı bir cavan oğlan dayanmışdı. Məmmədəlini görən kimi papkalı özünü təqdim etdi:
- Dayı, işıq idarəsindənəm, köhnə borcları yığıram. Indi nə qədər verə bilərsən?
- İndilik heç nə qədər, bala. Gələn həftə pensiyanı alacağam, gələrsən 5-10 manat verərəm.
Işıq pulu yığan cavan oğlan da olsa başa düşən idi. Bilirdi ki, camaat işsizdi, pensiyalar, maaşlar çox aşağıdır. Ona görə də sağollaşıb getdi.

Ardını oxu...

 Şrift:


AYDIN DADAŞOV

professor 

Ənvər Paşa fenomeni

 

Açar sözlər: romantizm, qəhrəman, struktur 

XVlll-XlX əsrlərin qovşağında “Min bir gecə” kitablarının yüksək tirajla nəşr olunduğu Almaniya və Fransada geniş vüsət alan romantizm cərəyanı folklordan maksimum yararlandığından əsərlərin məzmununda millilik, təhkiyəsində isə xətti nağıl modeli önə keçdi. Bu modeldə musiqiyə, mahnıya və rəqslərə yer verilməsi dramaturji strukturun sadələşməsinə və ideyanın dağınıqlığına səbəb oldu. Romantizm zəminində yaranan əsərlərdə hissiyyata söykənən  yaradıcı təxəyyülün hüdudsuzluğu simvolizmi qabartdı.

Ardını oxu...

 Şrift:


Şəhriyyə Qəzənfərqızı

Körpə sənsizlik

(mənsur şeir)

   Sakit, sükut dolu dəniz. Sahili belə məni görərkən qəribə təlatümə gəlir. Sanki düşmənini görürmüş kimi dalğalarıyla məni sahildən qovmağa çalışır, hiddətindən alışır. Dalğalar sahilə elə bir hirslə çırpılırlar ki, hər dəfə ayağımı bir addım arxaya atıram. Gerilədikcə sahildən çox uzaqlaşdığımın fərqinə varıram. Uzaqdan dəniz yaxındakından daha fərqli görünürdü.

Ardını oxu...

 Şrift:
 
  Persona.az Kamal Abdullanın bu yaxınlarda İtaliyada italiyan dilinə tərcümə olunub çap edilən “Yarımçıq əlyazma” romanına Professor Franko Kardininin yazdığı ön sözü təqdim edir.


     Professor Franko KardiniOrta əsrlər ədəbiyyatı və müsəlman, yəhudi, xristian dünyaları arasında əlaqələrin öyrənilməsi üzrə beynəlxalq səviyyədə tanınan görkəmli mütəxəssis, Florensiya Universitetinin professoru. Avropanın başlıca dillərinə tərcümə olunan otuzdan artıq kitabın müəllifi, IL Giornale və Avvenire qəzetlərində baş məqalələr yazarı, Rai Dövlət Televiziyasında tarixi təbliğat məqsədilə televiziya və radio verilişlərinin müəllifi və aparıcısı  

Sehrbaz kimi tanınan Kiotun kim olduğunu bilirsinizmi?

Onun barəsində məlumat verən XII-XIII əsr alman minnezingeri Volfram Fon Eşenbax, Kreten de Truaya məxsus “Parsifal, Qraalın hekayəsi” romanının süjetini və hadisələrin cərəyan etdiyi mühitin təsvirini kökündən dəyişərək yenidən işləmişdir.

Ardını oxu...

 Şrift:
Hayri bəylə, Zəka Vilayətoğlu və Qulu Ağsəslə birlikdə nahar elədik. Maraqlı söhbətlərimiz oldu. Mən onun yalnız bir müəllim olduğunu bilirdim, amma Hayri bəy hekayələrini mənə göndərəndə, həmsöhbətimizin həm də gözəl bir yazıçı olduğu məlum oldu. Və bu yazıçını Azərbaycan oxucularına tanıtdırmağı qərara aldım.
Aslan Quliyev


Hayri Ataş

Mehriban olaq

(hekayə)

  İstanbulda bir yerdən bir yerə getmək hər zaman zülümdür. Sabahın erkən saatlarında içtimai nəqliyyat vasitələri işə gedənlərlə dolub daşar, avtobusların, minibusların içində addım atmağa yer tapa bilməzsiniz. Nəqliyyat vasitələrinin dolmasıyla sürücülərdən eşitdiyimiz: «Arxaya keçin…», «Qardaşlar, avtobusun arxası da gedir…» və ya «Bəylər, sıxlaşın!..» kimi göstərişlər yol boyunca daha da artar, elə hey adam götürən sürücüyə yolçuların dedikləri: «Qardaşım, hara götürürsən, bunun üst mərtəbəsimi var?..» kimi yarı zarafat, yarı iztirab dolu cümlələrlə özəlliklə minibus sürücülərinin və sürücülərə yandaşlıq edən bəzi yolçuların verdiyi: «Qardaşım, bəyənmirsən, taksi tut…» sözü üzərinə yolçunun «Nə tutacağımı səndənmi soruşmalıyam…» cavabıyla başlayan söz atışmaları bəzən əyləncəli olsa da, tez-tez   təhqirlərə çevrilər. Bu səbəbə görə də İstanbulda işə gedərkən mümkün olducu qədəriylə maşınların daha az və yolların daha sakit olduğu erkən saatları seçər, axşam işdən dönəndə də eyni qaydadan istifadə eləyər, məcbur olmayanda saat səkkizdən tez maşına miməzdim.

  Bakıya gələndən sonra (Bakıya 2010-cu ilin 14 sentyabrında gəldim) çox bahalı olsa da daima iş yerimə yaxın olan yerdən ev kirayə tutdum, çünki İstanbulda çəkdiyim o əziyyətləri burda təzədən yaşamaq istəmirdim. Təəssüflər olsun ki, Bakıdakı tıxaclar da İstanbuldan geri qalan deyildi. Buna   sahiblərinin maşınlarını harda gəldi  saxlayaraq yolları dar elədiklərini də əlavə eləyəndə burda qocaman bir tıxac yaşanırdı və hələ də belədir.

  Azərbaycana gəldiyim ilk ildə Azərbaycan məktəblərində də dərslərim olduğundan gediş gəlişlərimdə daha çox nəqliyyat vasitəsindən istifadə eləməyə məcbur oldum və ən çox da üstünlüyü metroya verdim. Bakıda metro 1960-cı illərin sonundan fəaliyyətə başlayıb. Təbii ki, İstanbul metrosundan daha qədimidir. Buna uyğun olaraq istifadə qaydaları da köhnədir, lakin olduqca rahatdır.  Zatən xalq da ən çox metroya üstünlük verir. Az qala Bakının bir tərəfini digər tərəfinə bağlayır. Bəzi saatlarda və bəzi stansiyalarda o qədər qələbəlik olur ki, metroya minib düşmək əməlli başlı əzab olur. Bir ildən artıqdır hardasa meirodan istifadə eləməmişəm desəm, yalan olmaz. Evim məktəbimə çox yaxın olduğu üçün və bir az da məşq eləyim deyə daima piyada yeriməyə üstünlük verdim. Əyər məsafə çox uzaq və vaxtım az olarsa da avtobusdan, ya da taksidən istifadə eləyirəm.

  Yayın əvvəlində bir iş üçün 20 Yanvara getmişdim. 20 yanvarın keçmiş adı XI Qızıl Ordu meydanı imiş. «Yanvar» birinci ayın, yəni «Ocak»ın Azərbaycan türkcəsindəki adıdır. Ruscadan keçmiş, bizə ingiliscədən tanış olan «January» kəlməsidir… 20 yanvar 1990-cı ildə rus ordusu tanklarla şəhərin əsas girişlərindən biri olan bu meydandan Bakıya girərək, şəhəri işğal eləyəndə bu ərazidə Azərbaycanın çoxlu sayda evladları şəhid olmuşlar. Daha sonra burada o gün yaşanan hadisələrin xatirəsinə bir abidə qoyulmuş və burdakı metro stansiyasının adı «20 Yanvar» olaraq dəyişdirilmiş, bu yerin adı da “20 Yanvar” olmuşdur.

  20 Yanvardakı işimi qurtaranda daha tez gedə biləcəyimi düşünüb, avtobus əvəzinə metroya minməyə üstünlük verərək, metroya düşdüm. Düşdüyümə də peşiman oldum. O gün nədənsə stansiyada müdhiş bir qələbəlik var idi. Təkrar çölə çıxmadım, necə olsa iki dayanacaq gedəcəyəm deyə özümə təsəlli verərərək ilk gələn qatara minmək istədim, fəqət alınmadı. Çünki sağımdan-solumdan sivişib önümə keçən yolçulardan ətrafımı görə bilmədim. «Qapılar bağlanır (kapılar kapanıyor)»  səsini eşidəndə ətrafımda mənim kimi qatara minə bilməyən bir-iki adam var idi, bunlardan biri gənclik illərini çoxdan geridə qoymasına baxmayaraq bir ton makiyaj yaxmış bir xala, hündürdaban ayaqqabılarının üzərində dayanmağa çalışan   kənc qızla onun ətrafında dolanan naşı, şorgöz cavan bir oğlan idi. Heç bir dəqiqə keçmədən stansiya yenidən qələbələşdi. Bu dəfə qərarlıydım, qatara minəcəkdim. Həmən qapının açıldığı yeri tapıb ora yaxınlaşdım və qapı açılar-açılmaz mən də özümü içəri atım deyə gözləməyə başladım. Bir-iki dəqiqə gözləyəndən sonra qatar gəldi, qapılar açıldı, bir-iki nəfər enər-enməz özümü cəld bir hərəkətlə digərləri ilə birlikdə içəri atdım, amma irəli gedə bilmədim… Çünki arxamdakı qələbəlik məni demək olar irəliyə doğru aparırdı. Təkrar o səs eşidildi: «Qapılar bağlanır (Kapılar kapanıyor)» və qatar yola düşdü. O qədər sıxlıq idi ki, hərəkət eləmək mümkün deyildi. Arada sıxışıb qalmışdım. Vaqonun tutacaqlarına da əlim çatmadığından qatarın hər hərəkətindən sağa-sola aşır və hər dəfə aşdıqca da sanki bədənimin şəkli dəyişirdi. Qatar yavaşıdı və dayandı.  Əbəs yerə enənlər olar deyə gözlədim, əksinə, yenə də minənlər oldu və vaqonda  balıq sürüsünə döndük. Qatar hərəkət elədikcə artıq aşmağa yer olmadığından dayandığım yerdəcə sıxışıb qalmışdım. Bir dəqiqə belə getməmişdik ki, ətrafımda hərəkətlənmə oldu və qapı tərəfdən bir səs yüksəldi: «Mehriban olaq, mehriban olaq… «(Yakınlaşalım, sıkılaşalımın Azerbaycan Türkcesindeki karşılığı.)» Sanki preslənmiş şəkildə dayanan mən bu çağırış üzərinə sağdan sola əməllicə sıxışdırılınca, səsimi bir az yüksəldərək təbəssümlə dedim: «Dayanın, o qədər də mehriban olmayaq … (Durun, o kadar da yakınlaşmayalım…)»… Qatardakılar əvvəlcə bir qədər karıxdılar, sonra xəfif bir səssizlik oldu və ardınca da ətrafım boşaldı. Mən həmən də özümü qapının yanına atdım. Sonra adamlar gülüşməyə başladılar… Bu arada qatar Elmlər Akademiyası stansiyasına gəlmişdi, gedəcəyim yerə daha bir dayanacaq vardı, lakin mən qapı açılar-açılmaz özümü çölə atdım. Geri baxanda yolçuların bəziləri hələ də gülürdü, mən də gülürdüm.   


 Şrift:

Fyodor Dostoyevski
   Dostoyevski, Mixail və Maria Dostoyevskinin oğlu olaraq 11 noyabr 1821 tarixində Moskvada doğuldu. Altı uşaqlı ailənin ikinci uşağı idi. Atası Mixail, hərbi cərrahlıqdan təqaüdə çıxdıqdan sonra Mariinsky Xəstəxanasında yoxsullara xidmət etməyə başladı. Xəstəxana, Moskvanın ən pis yerlərindən birində yerləşirdi. Dostoyevski də bu xəstəxana da doğuldu. Dostoyevskinin anası Maria isə bir tacir qızı idi.

Ardını oxu...

 Şrift:
     
         Gülnarə Rəfiq

Yaxud tənha kaktusu qucaqlamaq necədir?

  Sən insanları kosmosa buraxırsan, onlar sənin planetlərini orbitindən çıxarır. Sən insanları öz dənizinə buraxırsan, onlar sənin balıqlarını öldürür. Sən insanlara uçmaq öyrədirsən, onlarsa uçub gedir yanından. İnsanlara inanma.
                   Bob Marley

    Keçən əsrin 60-cı illərində "Bitlz" qrupu tənhalıq mövzusunu ortalığa atanda milyonları lərzəyə gətirdi. Konsertlərdə tamaşaçılar bir-birini qucaqlayıb ağlayır, tanımadığı insanlara təsəlli verir, başını sığallayır və sanki rəhmə gəlib insaniləşmişdilər. Çünki uca kürsüdən ilk dəfə idi ki, tənhalıq barədə bu qədər səmimi sözlər eşidirdi: 
 

Ardını oxu...

 Şrift:
Ayaz Arabaçı müasir ədəbiyyatımızın orta nəslinə mənsub yazarlardandır. Ədəbi nəsil etibarilə doxsanıncılara aiddir. Arabaçı təxəllüsünü o, kəndinin adından götürüb. Bir neçə şeir kitabı çapdan çıxsa da, mətbuatda şeirləri dərc edilsə də, hələlik Ayaz Arabaçının şeirləri xüsusunda elə bir araşdırıcı yazıya rast gəlməmişəm.

Ardını oxu...

 Şrift:

Ötən ilin baharında işıq üzü görən kitab, nəhayət, bu günlərdə mənə gəlib yetişdi və paytaxtın bürkü-boğanağında sanki bir əlaca, məlhəmə çevrildi. Dəyərli müəllimlərim – Culfa rayonunun Boyəhməd kənd sakinləri Heydərəli Novruzov və Rahilə Qaybalıyevanın “Qoşa bulağın qoşa zümzüməsi” şeirlər kitabını vərəqləyəndə unudulmaz Məmməd Arazın Məmməd Aslana ünvanladığı

Qardaş, düzümünün əsiri oldum,
Xəbərim olmadı özümdən mənim.
Sənin çiçəyinə, gülünə baxdım,
Min yarpaq töküldü sözümdən mənim.

Ardını oxu...

 Şrift:
Cəmiyyətə özümü yaxşı adam kimi təqdim etmək fikrindən həmişə uzaq olmuşam, amma hər zaman yaxşılıq, xeyirxahlıq etmək olub amacım. Özümə təlqin etdiklərim ancaq xeyirxah niyyətlər, əməllər olub. Kiminsə qəlbini qırmışam və ya ürəyinə toxunmuşamsa, bu da bilməyərəkdən, istəməyərəkdən olub.

Ardını oxu...

Sayğac