Xəbər lenti

 Şrift:

 Hava qaş-qabağını töküb. Onun bu mısmırıq sallaması heç ürəyimcə deyil. Səhər Ağsuya getməliyəm. Dostum, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt  bölməsinin sədri, şair  Sabir Sarvanın Ağsu rayon İcra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən yaradıcılıq gecəsinə...

  Yağış yağsa palçıq olacaq. Mən isə bir az pinti adamam. Əynim hökmən batacaq. Üst-başımın nə günə düşəcəyini təssəvvürümə gətirirəm. Deyir, sən saydığını say, gör fələk nə sayır.  Gecəyə yaxın Sumqayıtda yağış başladı, nə başladı.

  Səhərisi gün də mənim üçün dilxorçuluqla açıldı. Düzdür, hava buludlu olsa da yağış kəsmişdi, amma görüş yerinə gecikirdim. Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov və uzun illər bu şəhərdə Təhsil şöbəsinin müdiri olmuş, hazırda  Qafqaz Universitetində şöbə müdiri işləyən Vidadi Bağırov Ağsuya yola düşmək üçün məni gözləyirdilər. Avtobus sürücüsü isə elə bil acığa maşını lap ləng sürür, əl telefonunu qulağına aparıb kiminləsə uzun –uzadı danışırdı. Sərnişinin harasa gecikməsi onun nə vecinə.

   Bu məqamda mənə zəng gəlir. Ürəyimə damır ki, Sabirdir. Özüdür ki var. Salamsız-filansız danlamağa başlayır: “Ə, yekə kişisən, hardasan. Camaat səhərdən səni gözləyir. Telefon nömrəni bilmədiklərindən mənə rayona – Ağsuya zəng ediblər”. Saata baxıram. On ikiyə yeddi dəqiqə işləyib. Saat on birə vədələşmişdik. Sabirə harda olduğumu, bir-iki dəqiqəyə çatacağımı bildirirəm. Daha demirəm ki, Musa özü deyib ki, beş-on dəqiqə o yan- bu yan ola bilər.

   Vidadi Bağırov və Musa Həsənov məni gülərüzlə qarşılayırlar. Sabirin bayaqkı acıqlanmasını unuduram. Ağsuya Vidadi müəllimin maşını ilə gedəcəyik. Sürücülüyü Musa edəcək. Əslində Musanın maşını ilə getməliydik. Amma görünür, belə məsləhətdir. Vidadi müəllimin “cip”i daha etibarlıdır.  Yolda qar da yağa bilər.

   Qar yağmasa da, yol boyu hey yağış çiləyirdi.  Musa maşını asta-asta, şox ehtiyatla sürürdü. Gah aşıq Ələsgərdən, gah da Sabir Sarvandan şeirlər söyləyirdi. Arabir də xatırladırdı: “Dost yolunda boran olar, qar olar”. Vidadi müəllim Sabirin kitabını əlinə götürüb onun bir neçə şeirini oxudu, sonra isə zarafatla dedi: “Biz Sabir Sarvanın yaradıcılıq gecəsini keçirdik, indi ürək rahatlığı ilə buradan geri dönə bilərik”. Deyəsən Şamaxıya çatırdıq. Bu məqamda ondan soruşdum: “Sabir gecədə sizin də çıxış etməyinizi istəyirdi, hazırlaşmısınız?”  “İmtina etdim,- dedi, -  şairlərin yığıldığı məclisdə söz demək mənlik deyil.” Sonradan gecədə Sabir Sarvanın özü də etiraf edəcək ki, sumqayıtlı qonaqlar çıxış etməyəcəkləri təqdirdə tədbirə gələcəklərini bildiriblər.

Ardını oxu...

 Şrift:

Kənan HACI

Rus nəsrinin həm həcmcə, həm də məzmun və mündəricə etibarilə ən nəhəng əsərlərindən olan “Oblomovov”u indiyədək oxumadığım üçün həmişə utanmışam. İlin-günün bu vaxtı yeddi yüz səhifəlik bir kitabı oxumaq üçün ən azından, vaxt fürsətini yaxalamaq lazım idi. Nəhayət, bu payız əlimə girəvə düşdü, kənara çəkilib kitabı oxudum.

“Oblomov”un müəllifi İvan Aleksandroviç Qonçarov rus nəsrinin haqqında ən az yazılan və danışılan yazıçılarındandır. Halbuki Qonçarov rus romanının inkişaf etməsində və dünya ədəbiyyatında ən yüksək mərhələyə çatmasında böyük xidmətlər göstərib.
Gələcəyin böyük yazıçısı 1812-ci ilin 18 iyununda Simbirskdə yarımülkədar, yarıtacir ailəsində anadan olub. Onun uşaqlığı qayğısız malikanə mühitində keçib. Orta təhsilini Moskva Ticarət Məktəbində alan Qonçarov 1831-ci ildə Moskva Universitetinin ədəbiyyat fakultəsinə daxil olur. Həmin dövrdə bu universitetdə Belinski və Gertsen kimi istedadlı və açıq fikirli rus gəncləri də təhsil almaqda idilər. Bu gənclər ədəbi dərnəklər yaradır, bu dərnəklərdə fikir mübadiləsi aparır, ədəbiyyat və sənət aləmindəki yenilikləri müzakirə edirdilər. Qonçarovun bu gənclərə qoşulması onun ədəbi təfəkkürünün formalaşmasında çox mühüm rol oynayır. Onun dünyagörüşü müəyyən mənada Belinskinin təsiri altında yetişmişdi. Düzdür, o, Belinski kimi inqilabçı-demokrat deyildi, onun feodal-təhkimçilik Rusiyasını inqilabi yollarla dəyişmək fikriylə razılaşmırdı. Amma Belinskinin mövcud ictimai quruluşa, təhkimçilik üsul idarəsinə qarşı etirazları, ədəbiyyat və sənət haqqındakı fikirləri Qonçarova böyük təsir göstərirdi.

Ardını oxu...

 Şrift:

Bu il mərhum şair Tofiq Mütəllibovun 85 yaşı tamam oldu. O,çох hazırcavab, niкbin bir adam idi.. 
Оnun imzası hələ оrta məкtəbdə охuyarкən mənə tanış idi. Adı tеz-tеz екran və еfirdə səslənirdi. Ən məşhur əsəri yəqin кi, «Cücələrim» nəğməsi idi. «Cücələrim» – sözləri Tоfiq Mütəllibоvun, musiqisi Qənbər Hüsеynlinin – bu cür təqdimatı еlə indi də еşidiriк.

Mən institutda охuyarкən arabir о vaхtкi Lеnin adına кitabхanada оnun apardığı ədəbiyyat dərnəyində iştiraк еdirdim. Tоfiq Mütəllibоv о vaхt mənə qaraqabaq, əsəbi adam təsiri bağışlamışdı. İş еlə gətirdi кi, sоnralar mən T.Mütəllibоvla bir yеrdə işləməli оldum. 1980-ci ildə yazıçı-publisist Yusif Кərimоv «Azərbaycan gəncləri» qəzеtinə rеdaкtоr təyin еdiləndə məni də işə dəvət еtdi. Ədəbiyyat və injəsənət şöbəsində ədəbi işçi кimi fəaliyyətə başladım. Şöbə müdiri T.Mütəllibоv idi. Əslində şöbədə еlə iкimiz idiк: о və mən. Yеrləşdiyimiz nəhəng оtaqda başqa bir şöbə də vardı; Оrada publisistiкa şöbəsinin müdiri, кöhnə dоstum Şahmar Əкbərzadə əyləşirdi. Еlə həmin şöbənin bə dir ədəbi işçisi vardı: Hidayət Еlvüsal (Nağıyеv). Hidayətlə mən burada təzə adamlar idiк. Еlə ilк iş günündən hiss еtdim кi, T.Mütəllibоv hеç də mənim təsəvvür еtdiyim qədər «qaraqabaq» adam dеyilmiş. О, mənə ilк tapşırıqlarını vеrdi: şеir və hекayələri охuyub müəlliflərə javab vеrməli idim. Hələ aradabir «müəllif»lərin ünvanına bir-iкi məzəli atmaja da dеdi. О, çох səliqəli, ziyalı, zarafatcıl... həm də səbrsiz bir adam idi. Оnun ən başlıca кеyfiyyəti isə hazırcavablığı idi кi, indi mən bu yazıda Tоfiq Mütəllibоvun həmin cəhəti barədə söz açmaq istəyirəm. О, başına gələn, müşahidə еtdiyi, еşitdiyi əhvalatları çох ustalıqla imprоvizə еdirdi. Оnun söhbətlərinin öz azarкеşləri yaranmışdı və həmin azarкеşlərdən biri də mən idim. Bоş vaхtlarımızda mən оndan hansısa bir yazı-pоzu adamı ilə bağlı bir söz sоruşanda ətraflı məlumat vеrərdi; хоşu gələn adamı tərifləyib göyə qaldırar, zəhləsi gеdəni isə ələ salıb «şil-кüt» еdərdi.

Ardını oxu...

 Şrift:

             
Nicat Həşimzadə


“Yaşadığın və yaşamaqda olduğun bu həyatı, yenidən və dəfələrlə yaşamağa məcbur olacaqsan; içində yeni heç bir şey olmayacaq: Həyatındakı hər ağrı, hər sevinc, hər bir düşüncə və hər bir nəfəs, ifadə edilə bilinməyəcək qədər kiçik və böyük hər şey, arxa-arxaya və eyni sıra ilə, sənə qayıdacaq. Mövcudluğun sonsuz qum saatı, içində bir toz ləkəsi olan sənlə birgə, yenidən və yenidən başıaşağı çevriləcək!..”  

Fridrix Nitşe


   O öldü...Dostum idi... Ölümlərin ən gözəlini yaşadı... Təbiət işığı həyatına son qoydu... 

  Dünyada hər gün yüzlərlə insan ölür, bunun fərqində deyiləm, ağlamıram, onun ölümüsə məni çox üzdü. Bu yaşda ölüm faciəvi olduğu qədər də gözəldir, yalnız axmaq adamlar uzun ömür arzulayar. Dostum tez-tez qeyri- adi hərəkətlər edərdi. Bəzən qızların dik döşlərindən, bəzənsə oğlanların intim baxışlarından danışardı.  Ön görünüşdən cazibədar oğlan idi, arxa görünüşdən isə qadın bədənini xatırladırdı. Hətta dünyanın seks simvolu sayılan qadınların o cür gözəl ombası ola bilməz. Qatı dindar olmasa da Tanrıya inanırdı, onun üçün Tanrı sevgini yox, nifrəti əks etdirirdi. Düşünürdü ki, sevgi heyvani ehtirasdır, saxtakar münasibət formasıdır, nifrət isə gerçək və müqəddəs duyğudur. Bütün gözəlliklər nifrətdən təzahür  edir. Bir dahinin yaratdığı gözəlliyi digər dahi nifrətlə yad edib  daha uca gözəllik yaradır. Həyatın sirri sevgi yox, nifrətdir. Hətta Tanrı da insanlara nifrət edir, İnsanlar onun varlığına şahidlik etmək, yüksək gücün mövcudluğunu sübuta yetirmək üçün doğulurlar. Xristianlar Tanrı insan üçün öldü, müsəlmanlar insan Tanrı üçün ölməlidir – deyirlər.

Ardını oxu...

 Şrift:


Düzdü, bizim dildə “Tənqid “ sözü inkar etmək , hansısa fikirin səhv olduğun göstərmək kimi başa düşülür. Və burada Qeyd etmək lazımdır. “Tənqid” Qərb cəmiyyətində çox müsbət qarşılanır. Çünki hər hansı bir filosofun tənqid edilməməsi o demək idi ki, onun fəlsəfəsi heçə bərabərdir. Buna görədə Tənqid etmək bizim dilimizdə hər hansı nəsnədə nəsə faydalı fikir taparaq , faydasız fikirləri atmaq kimi başa düşülməlidir.

Azərbaycan dilini tənqid etməyin elədə mənası yoxdur. Amma yerli yazarlarımız kimi ancaq alınma sözlərdən təmizləməyə  çağırışlar etmək olar. Tənqid etməyin gərəyi azdır. Müsbət keyfiyyət zəifdir. Dil yavaş yavaş eroziyaya gedir. Dili məhv olmadan qurtarmaq üçün 2 yol var:

1) Ya Türkiyə türkcəsinə tabe etdirməliyik.
2) ya Dilimizdə islahatlar, reformasiya aparmalıq.

Düzdü bu nisbi haldır . Buna aid deyə bilərəm ki ,filosof  Niyazi Mehdi milli dilimizə aid yazılar  yazır. Düzdü burada dildəki sözləri analiz etərək köklərini izah etmişdir. Amma bu metod səmərəli metod deyil çünki hər kəs Niyazi Mehdi kimi yaza bilməz. Deməli, başqa yollar aramaq lazımdır..

Ardını oxu...

 Şrift:


Mehman Qaraxanoğlu 


 (Kamal Abdullanın “Göyəzən dağının ilahəsi”
hekayəsi haqqında qeydlər
)
 

 Ruhunuz çıxarılandan sonra özünüzə qayıtmaq şnslarımız çoxalacaq. O zaman adlarınızın nə qədər şərti olduğunu sezəcəksiniz.

Ruhunuzu Göyəzən dağının ilahəsinə etibar edin!

Ruhunuzun laylalara ehtiyacı vardır…

Cındırqulunun adı da üstündən götürülür. Gerçəkdən bu ad onu sıxır. Qul! Qul! Qul! Ağırdı bu adla yaşamaq. Kamal Abdulla dilin arxaik və çağdaş kəsiklərini elə məharətlə bir-birinə tikir ki, tikiş yerləri görünmür, tibbi cərrahlıqda belə seçkinlərə “qızılbarmaq “ deyilir. O, keçmişdən aldığı sözün qolundan tutub, o andaca indiyə gətirmir, onunla ehmalca elə keçmişdəcə bir yaddaş səyahəti edərək adına sonradan “küçə” deyilən qəlb parçalarını (Ayağın dəydiyi yerlərdə qəlbindən nəsə var, insan!) yığır, (Və insan təkcə əllə deyil, həm də ayaqları ilə yığır!) sanki qırılmış boyunbağının mirvariciklərini sapa düzür və bu zaman görür ki, “keçmiş” deyilən şey mövcud deyil,  o, elə indidir ki, var. Tutaq ki, “qul” metafizik yaddaşımızda keçmişin nəsnəsidir. Bəs “cındır”a nə deyirsiniz? Nazpəri ilə İlahə də bir-birinə elə “keçir” Cındırqulunun İmamyara “keçidi” daha maraqlıdır – bu, qanla keçid və ya qanlı keçiddir.  Kamal Abdulla Keçidlər ustasıdır. Dünya nəsrində bu, kitab içində kitab adlanır. Fikrimizcə, Kamal Abdulla Keçid İçərisində Keçiddir. O, nəfəsini dərmədən improvizasiyalar edir. Yorulmadan, usanmadan. Çünki kitabların bitmə məqəmları olur. Keçidlərdə bu yoxdur. Keçiddə rahatlıq var. Kamal Abdulla nəsrində labirintlər axtaranlar da yanılırlar. Bu, onların uydurmasıdır. Labirint hanı, hanı? “Sehrbazlar dərəsi” də, “Yarımçıq əlyazma” da bu cürdür. Kamal Abdullanın şüuraltısı da bu fikrə qiyam edir. Çünki bu fikri dünya nəsrində çoxlarına müncər edirlər. O, bunu istəmir. Və demir də…

Qayıdaq mətnə… Nağıllarda , adətən, keçidlər belə şifrələnir: “İndi də sizə kimdən deyim…” İzn verin hekayədəki keçidlərin qapısından həmin lövhəcikləri asaq. Eyni lövhəni, ən azından, beş-altı yerdən asmaq olar. Əgər əlimdə ixtiyar olsaydı, bunu gerçəkdən edərdim ki, onun sadə nəsrini qəliz yozumlardan qurtarım... Təbii ki, bu, məhz mənim qurtarışım olacaq. Özümü yükləmələrdən xilas etmək üçün.

Ardını oxu...

 Şrift:


AZAD  QARADƏRƏLİ


 (Elnaz Eyvazlının şeirlərindən aldığım təkanla yazdıqlarım)

    Onun imzasını həmişə axtarmışam. Bilmirəm, nədənsə doğma gəlib bu xanım mənə: cəmi 3-4 dəfə  ötəri görsəm də, qəlbimə elə yatıb ki, elə bilmişəm, bizim kəndin aşağı məhləsində doğulanlardandır. Və hətta elə bilmişəm ki, bizim tayfadandır. Lap qısası, bu xanıma qanım elə qaynayıb ki, özünü yazılarından çox... Yox, burda həddimi aşdım, hətta yalan dedim. Mən bir yazı-pozu adamı kimi qələm əhlinə həmişə və hər zaman lik olaraq yazısına görə, mətninə görə qiymət vermişəm. İndi bayaqdan min türlü rənglə tərifləməyə çalışdığım Elnaz Eyvazlı da belədir. (Yuxarıdakı sətirlərin mənasını bir azdan açmağa çalışaram.)

  Elnaz xanımın şeirlərini ilk dəfə oxuyanda səksənmişdim: “Mən də belə yazardım!” Yaxud təəssüflənmişdim, belə:”Bu mistalar mənim olsaydı...” (Bu hamınızda olur, sadəcə boynunuza almırsınız!) Bu sonuncu hiss paxıllıq deyil ki... Bu bir vurğunuqdan dolayı yaranan “heyhat!” nidası kimidir. Bu köhnə kişilər demiş, “həvayü həvəsdir.”

   Bir dəfə mərhum Rafiq Tağıyla görüşməliydik. Amma görüşümüz elə vaxta təyin olunmuşdu ki, eyni zaman kəsiyində  Elnazın şeirlər kitabının təqdimatı olmalıydı. İkimiz də telefon söhbətində razılaşdıq ki, görüşdən əvvəl təqdimatda iştirak edək, sonra söhbətimizi aparaq. Belə də oldu. Bu əslində, gənc bir söz adamına ağsaqqal dostlarının ehtiramı idi.

Ardını oxu...

 Şrift:

                 

                             NƏRİMAN ƏBDÜLRƏHMANLI

                                                PAYIZ YADDAŞI
                                                          rakurs

     ...Şairləri qınamıram: doğrudan da payız bu dünyada az-çox yaşamış adamlardan ötrü xatirələr fəslidi...

Nədənsə hər il payız girəndə ən çoz xatırladığım adamlardan biri Məmməd Həsənli olur..

Məmməd Həsənli gənclik dostlarımdan

biridi. O Qarayazıda dünyaya göz açıb, tikinti texnikumunu bitirib, uzun müddət, özü demiş, “pul çıxan” işlərdə çalışıb, dəli-dolu həyat sürüb, kimsədən səxavətini əsirgəməyib. Bununla belə, Məmməd Həsənli 70-ci illərin ikinci-yarısı – 80-ci illərdə ən istedadlı gənc şairlərdən biri kimi tanınırdı, şeirlərini Əkrəm Əylisli və İsa İsmayılzadə kimi tələbkar redaktorlar çap eləyirdilər.

Ardını oxu...

 Şrift:

Tənqidçi Tehran Əlişanoğlu "Sirri-Zəmanə"dən yazdı...

"Zəmanə sirrinə vaqif olanda" başlığı ilə yazılan qeydlər "525-ci qəzet"in 1 noyabr 2014cü il sayında dərc olunub. YAZINI SİZƏ TƏQDİM EDİRİK

KAMAL ABDULLANIN "SİRRİ-ZƏMANƏ" KİTABI ÜZƏRİNƏ QEYDLƏR

Ədəbiyyat  və konteksi. Yazıçı və mühiti. Kamal Abdulla və "mən" daim bir-birimizin yanındaıq. O yazır, mən yozuram. "Yozduğumu" o yenə yazır... Təbii, burda öz "mən"imi ictimailəşdirirəm; ədəbi tənqid, ədəbi ictimaiyyət, elə ümumən də ictimaiyyət mövzusunda.

Ardını oxu...

 Şrift:

      
                                     AZAD  QARADƏRƏLİ


 

                     ŞƏHRİYARMI, QEYRİ-ŞƏHRİYARMI?

            (Şəhriyarın bir şeiri ətrafında müzakirələrə sözardı)

 

            Dünya ədəbiyyatında Azərbaycan ədəbiyyatı kimi qarma-qarışıq, qeyri-müəyyənliklərlə dolu,  öz yaradıcılarının başqa xalqlar tərəfindən mənimsənilməsinə cəhd edilən, sözü sonacan eşidilməyən, bəzən isə yaradıcılıq əvəzinə qrafomanlığa yer verən, saraylara, vəzifə sahiblərinə sığınan və sonda sözü özündən əvvəl ölüb gedən, amma bununla belə, hələ də böyük ədəbiyyata iddialı olan ikinci bir ədəbiyyat yox kimidir.

Ardını oxu...

Sayğac