Xəbər lenti

 Şrift:

Bu gün, əvəzsiz insan, böyük şair mərhum Ələkbər Salahzadənin doğum günüdür! Bu münasibətlə, şairin ölümündən az sonra yazdığım bu yazını bir daha oxucularımıza təqdim edirəm!

Ustad Ələkbər Salahzadənin ruhuna ehtiramla!

Atamın arzusu idi ki, jurnalist olum və ya ən azı universitetə daxil olaraq, filoloji təhsil alım. O, bunu çox istəyirdi. Orta məktəbdə ədəbiyyat müəllimi olan atam bu yöndə təhsilimi davam etdirəcəyimə çox inanırdı. Amma məni başqa səmtə çəkib aparan, yönləndirən arzularım vardı. Mən tanınan, sevilən məşhur müğənnilərdən olmaq istəyirdim və bu sahədə musiqi təhsili almaq, konservatoriyada, baş tutmasa İncəsənət Universitetində oxumaq istəyirdim. 
Bu Universitet haqqında isə doğru-dürüst bir bilgim yox idi. Ora daxil olmaq üçün hansı fənnlərdən imtahan vermək lazım olduğunu bilmirdim. Bildiyim tək şey bu idi: mən İncəsənət Universitetinin məzunu olmalıyam. Atamsa cidd-cəhdlə məni BDU-ya doğru çəkib aparmaq istəyirdi. Deyirdi: «Bala, İncəsənət Universitetində təhsil alsan da, almasan da səsin var və istədiyin zaman müğənnilik fəaliyyətini davam etdirə bilərsən. Amma jurnalistikada və ya filologiyada təhsil alsan əlində ikinci peşən, sənətin olar. Nə vaxtsa müğənnilik etmək istəməsən, müəllimlik edər və ya jurnalist kimi qəzetlərdə çalışarsan(bu o zamanlar idi ki, jurnalist adına hörmət, ehtiram, bir az da ehtiyatla yanaşırdılar. Jurnalistin sözü qılıncdan kəsərli idi).
İncəsənət Universitetinə qəbul bütün ali məktəblərə qəbuldan, səhv etmirəmsə yarım ay erkən başlamışdı. Atamın saqqızını oğurladım: «Ata, bəlkə bəxtimi sınayım! Sənədlərimi təqdim edək, bura qəbul olmasam, sən deyən kimi edər, BDU-ya gedərik!» Atam razılaşdı. Sənədləri qəbul edən xanıma yaxınlaşıb soruşdu: «Qızım, burda (o vaxtki İncəsənət İnstitutunda) ədəbiyyata yaxın hansısa bir fakültə varmı?» Gülmək məni tutdu; kişi ədəbiyyat deyib, ədəbiyyat eşidirdi. O mütləq mənada mənim ədəbiyyatçı olmağımı istəyirdi. Əslində ədəbiyyatı da musiqi qədər sevirdim. Orta məktəbdə oxuyarkən hərdən şeir, kiçik məqalələr yazır, qəzet, jurnal redaksiyalarına göndərirdim. Hərdən dərc olunanları olanda çox sevinirdim. Hətta mənə qonorar kağızı da gələndə təəccüblənir, həyəcanlanırdım...
Qismət beləymiş; həmin il İncəsənət İnstitutuna qəbul olundum...
Həmin ildən də şəhər mühiti mənim həyatıma öz güclü təsirini göstərməyə başladı. Ata-anamdan ayrılaraq, çox darıxmağım, ara-sıra çətinliklərlə üzləşməyim, müxtəlif insanların müxtəlif taleləriylə tanışlıq, hər şey mənim dünyaya baxışımı dəyişdirməyə, aydınlatmağa başladı və mütəmadi olaraq hekayələr yazmağa başladım. Kimsəyə oxutmaq, bu haqda kiməsə nəsə demək isə hələ çox çətin idi. Necə qarşılanar, nə deyərdilər mənim bu fəaliyyətimlə bağlı, bilmirdim. Bir sözlə utanır, sıxılırdım. Bir gün auditoriyaya «Azərbaycan dili» dərsliyini tədris üçün tanımadığım bir müəllim gəldi. Sonra bildim ki, bu, tanınmış ədəbiyyat tənqidçisi, professor Nizaməddin Şəmsizadədir. O, bizə dərs boyunca çox maraqlı ədəbi söhbətlər edir, ədəbiyyat tarixindən, görkəmli ədəbiyyat adamlarının həyatından söz açırdı. Bir gün utancaq hisslərlə yazdığım bir hekayəni(bu hekayəni yazıb bitirənəcən ölüb-dirildiyim günləri hələ də unutmamışam. Mənə elə güclü yazmaq həvəsi, enerjisi gəlmişdi o zaman ki, bütün rahatlığım itmişdi. Beynimdə qurulan süjetlər biri-birini əvəz edir, onları yazmama tələsdirirdi məni. Sanki beynimdə, ürəyimdə bir bulaq qaynayır, aşır-daşırdı. Yazıb bitirincə isə elə zənn edirdim ki, şedevr yaratmışam və dahiyəm)Nizaməddin müəllimə təqdim etdim. O, hekayəmi böyük məmnunluqla qəbul etdi və növbəti gün auditoriyada tələbələrin qarşısında məni təriflədi, hekayəmi oxuduqdan sonra mənə hörmətinin artığını dedi. Bir deyimlə, məni, gələcəkdə yaxşı bir yazıçı olmağa inandırdı, həvəsləndirdi. Yeni hekayələrimi gözlədiyini bildirdi. Daha çox hansı yazıçıları oxumağımı da tövsiyə etdi və biz o gündən dostlaşdıq. Daha bir gün hörmətli müəllimimə «Keçi südü» adlı bir hekayəmi təqdim etdim. Oxudu və apar bunu «Ulduz» jurnalına təqdim et, çox gözəl hekayədir, mütləq dərc edəcəklər» dedi. Və mən səhəri gün inamla, həyəcanla «Ulduz» jurnalı redaksiyasına yollandım. Çox çətinliklə olsa da, axtarıb redaksiyanın yerləşdiyi binanı tapdım. O vaxt redaksiya Baksovetdə yerləşirdi.
Çox həyəcanlı və çox da utancaq bir gəncin o vaxtkı halını təsəvvür edin... Qarşımda bəstəboy, nurçöhrəli bir kişi dayanmışdı. Barmaqları arasında «can verməkdə» olan siqaretin odu az qalırdı barmaqlarını yandırsın. Bütün bədənim gərilmişdi ki, indicə barmaqları yanacaq. Siqaretin külü nəhayət bir su damlası oxşarı qopub yerə düşəndə od közərtisini lap aydın gördüm, tam əmin oldum ki, bu nurçöhrəli adamın barmağı yanacaq. Amma yox, Adam «canı üzülməkdə olan» siqaretə daha bir qullab vurub üzümə gülümsədi və soruşdu:
-Kimi axtarırsınız?-Adamın mənimlə bu cür hörmətlə danışması özümə bir az inamımı artırdı.
-Ələkbər müəllimi-Ələkbər Salahzadəni!-səsim titrəyib qırıldı, qızarıb istiləndim.
-Buyurun, eşidirəm!
-Hekayə gətirmişəm!
-Hə, lap yaxşı! Verin mənə, mütləq oxuyaram, mütləq! Bəyənilsə hökmən dərc edəcəyik, narahat olmayın!
-Sağ olun!-dedim, əllərim əsə-əsə hekayəni təqdim etdim və sağollaşıb tez ondan ayrıldım. Aradan düz üç il ötdü. Bu illərdə utancaqlıq hissi imkan vermədi ki, bircə dəfə hekayəmin taleyilə maraqlanım. Demə, Ələkbər müəllim mənim hekayəmi çox bəyənmiş və həmin il jurnalda dərc edibmiş. Düz üç il məni axtarıb, soraqlayıbmış da. Nəhayət üç il sonra təsadüf nəticəsində «Ulduz» jurnalının hekayəm dərc olunan sayı əlimə keçdi və təsəvvürə gəlməz dərəcədə böyük bir fərəh hissilə yenidən Ələkbər müəllimlə görüşə tələsdim. Yadında qalmamışdım. Yenə də otağında var gəl edirdi. Yenə də barmaqları arasındakı siqaret «son nəfəsinəcən» yanıb külə dönməkdəydi.
-Salam, Ələkbər müəllim!
-Salam!.. Hekayəmi dərc etdiyinizçün sizə çox minnətdaram!
-Hansı hekayəni?
- «Keçi südü»
-Həəəə, dayanın,.. xatırladım... Həəə, belə bir hekayə olub bizdə. Çox emosional bir hekayə idi... Hə, yadıma düşdü. Amma adınız,.. adınız necə idi?-hiss etdim ki, Ələkbər müəllim özü də mənim kimi hədsiz utancaq adamdır. Bu, düzünü deyim, mənə bir az təskinlik, toxtaqlıq da verdi. Elə bil sıxıntım da azalan kimi oldu və dedim:
-Adım Zəkadır. Zəka Vilayət (hekayəm bu imzayla dərc olunmuşdu)
-Həəə, çox gözəl! Biz sizi çox arayıb-axtardıq, təəssüf ki, tapa bilmədik. Sizin istedadınıza inanırıq. Yeni yazılarınız varsa mütləq gətirin. İstedadla yazılmış heç bir yazı bizim diqqətimizdən kənarda qala bilməz, mütləq dərc edəcəyik! Bir də,.. etiraz etməsəniz bir söz deyim sizə...
-Buyurun!
-Zəka Vilayət yox, Zəka Vilayətoğlu imzasıyla yazsanız daha yaxşı olar!..
...Özümü çox bəxtiyar sanırdım. Ələkbər müəllim Böyük Ədəbiyyatın qapısını açmışdı üzümə və çox ehtiyatla, həyəcanla, vahiməylə içəri daxil olmaqdaydım. Başım gicəllənir, gözlərim qaralırdı. Bu nəhəng, sirli-sehrli dünyaya baxdıqca ruhum, bədənim titrəyir, əsim-əsim əsirdim...
Artıq dostlaşmışdıq. Elə bilirdim bütün yazılarım sanballıdır və ən azı dostluğumuza görə Ələkbər müəllim onları jurnalda dərc edər. Amma belə olmadı. Bəyənmədiyi yazılarımı həmən özümə qaytarır, ya «yaxşı yazı ola bilər, yenidən və ciddi işləsən» ya da «bu çox zəifdir» deyirdi. Ona hədsiz inandığım üçün incimir, sözlərindən istilənmirdim. Hərdən boş vaxtlarımda ona baş çəkməyi unutmurdum da. Bu zaman heç bir yazı-filan aparmadan Ələkbər müəllimlə görüşə gedirdim. Bu dəfə Yazıçılar birliyinin binasında yerləşən redaksiyanın kiçik otağında öz yazı masası ətrafında əyləşərək yenə də siqareti siqaretin oduna calayan bu gözəl, sevimli insan, dəyərli şair, bir sözlə ədəbiyyat fədaisi məni çox böyük sevinclə qarşılayır «yeni nəsə gətirmisən?»maraqla soruşurdu. Sonda inamla deyirdi: «Yaz, mütləq yaz, sənin istedadın var, dilin də çox gözəldir... Rusca oxuya bilirsən?.. Rusca oxuya bilirsənsə bu, sənin bir yazıçı kimi inkişafına təkan ola bilər. Mütləq çox oxumalı, dünya ədəbiyyatından çox öyrənməlisən. İnan ki, bu, çox yaxşı ola bilər. Sən çox yaxşı yazıçı ola bilərsən. Yenə də deyirəm, geniş mütaliə, axtarışlar, mütləq, mütləq lazımdır!»
Sonuncu dəfə biz görüşəndə ciddi tərcümə işilə məşğul olduğunu söyləmişdi. Bosniya yazıçısı Meşa Selimoviçin «Dərviş və ölüm» əsərini illərdir dilimizə çevirdiyini demişdi və nəfis tərtibatla nəşr olunmuş həmin kitab indi stolüstü kitabımdır, ustadın mənə bağışladığı «Vaxt vadisi» adlı kiçik şeirlər kitabıyla birgə.
Ölkəmizin və ədəbiyyatımızın ağır durumda olduğu keçən əsrin doxsanıncı illərində Azərbaycan Ədəbiyyatının «Ulduz»unu sönməyə qoymayan, gecə-gündüz fədakarlıq göstərən, iki aydan, bəzən üç aydan bir də olsa nəşrinə nail olduğu «Ulduz» jurnalı deyəndə ömrümün sonunacan Ələkbər müəllimi, mənimçün heç zaman sönməyən bir ulduz kimi xatırlayacam! Ruhun şad olsun, Ustad!

                                                                          Zəka Vilayətoğlu

 

 Şrift:

“BABA OCAĞI” – ƏYLİSİN SƏSİ

“Ocaq”dan – “Baba ocağına” qədər

 

    Qarabağ hadisələri Azərbaycan xalqının yaddaşına həm də Zori Balayanın “Ocaq” əsəri ilə yazıldı. XX əsrin sovet laboratoriyasında yaddaşsızlaşdırılmış Azərbaycan xalqı yenidən “ilk dəfə” erməni xisləti ilə üz-üzə qaldı. Mənim torpağıma “yazıq”, “məzlum”, “gözüyaşlı” maskasında gələn düşmən Rusiyanın çətiri altında burada özünə dövlət qurdu, yalançı tarix yaratdı, gah yaltaqlandı, başımızı bişirdi, gah əqrəb xislətini göstərdi, nəhayət, mənim qarşıma “Ocaq”la çıxdı.

Ardını oxu...

 Şrift:

                                         
                                                           RAFİQ HÜMMƏT - 50

    Üzü yaza doğru, insanın qara qışdan çıxmaq istəyinin boy verdiyi, yazın qışa ömrünə bir şey qalmayıb dediyi bir məqamda – Xıdır nəbi bayramında qədim-qayım Darvaz elində aşıq Unus ocağında bir oğlan uşağı dünyaya gəldi. Ustad Unusun, ağa qızı Məsmənin həmişə qonaq-qaralı olan evində həmin gün çal-çağır səsləri, sevinc nidaları ərşə bülənd oldu. Ata Hümmətin, ana Pərixanın sevincdən ürəyi dağa döndü.

Ardını oxu...

 Şrift:

                                     
                                                  NAMAZALI PAŞA



                                        Sözlə yaşanan ömür

  Halal söz adamı, el şairi Namazalı Paşa ömür dəftərimə yazılan insanlardan biridi. . 30 ildi ki, o, həmişə görmək, səsini eşitmək, söhbətləşmək üçün darıxdığım adamlardan olub…

  80-ci illərin əvvəllərində, bir qış günü necə tanış olduğumuz yadımdadı. Aradan keçən illər bizi bir-birimizə yaxınlaşdırıb, ailəvi dosta, sirdaşa çevirib. Ötən müddət indiyəcən münasibətimizə zərrə qədər də olsun kölgə salmayıb.

Ardını oxu...

 Şrift:

   Tənqid arqumetli mətnim ədəbi mühitə təqdim etdiyim ikinci hədəfdir. Hədəf adlandırdım, ona görə ki, günümüzün “tənqid” adlandırılan əksər cızma-qaralar müəllifi hədəf hesab edir və əsəri istədiyi kimi “yıxıb sürüyür”. Ancaq hamımız bilirik ki, tənqidin əsas məqsədi müəllifi yox, əsəri analiz etmək, cəmiyyətə, oxu kütləsinə əsərdəki əsas məğzi açıb göstərməkdir. Amma onu da bilirik ki, əsərin əsas məğzini oxucu nə qədər axtarsa, tənqidçi nə illahla araşdırsa da, müəllif  hamıdan yaxşı bilir. İlk dəfə tənqid etdiyim əsər Səxavət Sahilin “İsanın Qadını” oldu. İndi isə çalışacam ki, əsərə tamamilə kənardan, müəllifi tanımayan şəxs kimi fikir bildirim. Əslində müəllif elə bir insan tipinə malikdir ki, onu hələm-hələm tanımaq olmaz. Bəlkə də mənim özüm də onu bu əsərlə daha yaxından tanımış oldum.

  Beləliklə, çağdaş ədəbiyyata iddialı addımlarla qədəm basmış Şəhla Aslanın “Səadət”inə - “Qudsal dönüş”ə  nəzər salaq:

 - Əsas adı "Qudsal dönüş" olan 96 səhifəlik kitabda müəllif deyərdim ki, hər səhifəsində bir dönüş, yaradan samballı düşüncələr, mənəvi dəyərlər, Allaha inam və əsil ailəyə, ya da əsil ailə səadətinə, qadın-kişi münasibətinə, keçmiş, bu gün və gələcək zamana, həyatların gündəliyinə, məişətimizə, iqtisadi duruma və s. güzgü tutur. Gənc müəllifin nənəsi ilə babasına həsr etdiyi bir povest, üç hekayə belə başlayır:  "Babamla nənəmin çoxlarına örnək ola biləcək bir həyatları var. Böyüklərin söhbətlərindən onların keçmiş həyatları, cavanlıqları haqqında məlumatım olsa da öz dillərindən eşitdiklərimə indi az-az rast gəlirəm. Bu kitab məhz olara həsr olunur." Bu cümlələr isə, kitaba daxil olan “Qızılquş”hekayəsindəndir.

Ardını oxu...

 Şrift:

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, Cənub mövzusunda unudulmaz poeziya nümunələri yaradan, tanınmış şair, əməkdar incəsənət xadimi Mədinə Gülgünün 89 yaşı tamam olur.


Hər şeyə, məhrumiyyətlərə, çətinliklərə, sıxıntılara baxmayaraq, Mədinə Gülgün şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlaya bilmişdi. “Yer üzündə bir evim var, Ocağı daim yanar. Onun sönməz şöləsindən, Ürəyim işıqlanar” deyən şair ailəsini, balalarını, ocağını hifz eləməklə yanaşı, gözəl sənət nümunələri də yarada bilib.

Ardını oxu...

 Şrift:

...Aybəniz Qafarlı sözlü, nəğməli poeziyanın dalğalarında sevdiklərini, sənətsevərləri doğulduğu Gədəbəy torpağının saf, təmiz havasına köklədi. Suyu, çörəyi və havası ilə bəhrə tutduğu o ellərə səyahət etdirdi.Sanki qanadlanıb uçduq zamanın o tayına. Mən də tanışlıqdan başladım.Düz 23 ildi rəfiqəyəm onunla. Sadə, səmimi münasibətlərimizi şükürlər olsun illərin ağır sınaqlarından keçirib bu günə daşıya bilmişik.Kitabının təqdimatı da müəyyən mənada illərin yaradıcılıq hesabatı, sənət paylaşması və bir yenilik oldu bizimçün. Aybəniz xanım yeni ilin gəlişi, həmrəylik bayramının yaşanacağı günlərin qovşağında başına topladı sevənlərini. Şairə xanımı sevib dəyər verənləri həmin gün yeni kitabının təqdimatında da tək qoymadılar. Azərbaycan Aydınlar Ocağında gerçəkləşən həmin tədbirdə dəyərli və məşhur söz adamları, yazıçılar, jurnalistlər, şairlər iştirak edirdi. Onların sırasında tədbirin baş tutmasına kömək göstərən Aydınlar Ocağının sədri Vüqar Qədirov da vardı. O ”Bir ocağam öz içimdə” kitabının gələcəkdə baş tutacaq tədbirlərə körpü olacağına əminliyini ifadə etdi və müəllifə uğurlar dilədi.

Ardını oxu...

 Şrift:

                         Tural Sahab

  Mətləbə keçmədən öncə ədəbi tənqid və günümüzdə tənqidin olub-olmaması barədə bir necə cümlə yazmaq istəyirəm.
   İndi bir qisim tənqidçi çıxıb günümüzdə tənqid ediləsi ədəbiyyatın olmamasından gileylənirlər. Gənclərin yazdıqlarını oxumayanda, onları tanımayanda tənqid ediləsi mətn tapmayacaqsız da!
Mən tənqidçi məfhumunu bir ədəbiyyat dərsliklərində, bir də hansısa yazarın kitab təqdimatında rast gəlirəm. Çıxış edib, söz deyirlər, o da yazar haqqında olur, mətn haqqında deyil. Ya da kimisə təhqir edirlər, hansısa yazını yox ha - yazarı. Mənim qarşıma çıxmayıb, son dövrlərdə yazılan hansısa əsər barədə ciddi tənqid (yəni dəyərləndirmə) yazılsın.
   İndi keçək mətləbə. Şəhla Aslanın “Papaq” hekayəsi haqqında fikirlərimi yazacam.
Fikrimcə, mətnin ilk cümlələri çox önəmlidir. Əgər başlanğıc oxucunu özünə cəlb etməsə, oxucu mətni oxumağa davam etmədiyi kimi, müəllifin başqa əsərlərini də oxumayacaq.
  Dünya ədəbiyyatına nəzər saldıqda hadisələrin başlanğıcında bir dəqiqlik var. Öz fikirlərindən o qədər istifadə etmir, təsvirlərdən yerli yerində kullanırlar. Bu hekayədə və elə bizim əksər bədii nümunələrimizdə bu dediklərimi mənfi kimi qəbul etmək olar.
İlk absazda daha əsərin nədən bəhs etdiyini anlamadan müəllifin fikirləri və təsvir insanı yorur. Bir də şəxs- xəbər şəkilçilərindən çox istifadə olunur ki, bu da əsərin axıcılığını öldürür.
İnversiya bəzən cümlələri gözəlləşdirib, bədii gücünü artırsa da ondan çox istifadə edildiyində yorucu olur.

Ardını oxu...

 Şrift:

Elnur Rəsuloğlu

     “XX əsr Azərbaycan ədəbiyyatında yeni lirik janrlar” (Bakı, “Elm” nəşriyyatı, 2002) metodik vəsaitinin 29-56-cı səhifələrində Azərbaycan poeziyasında sonet haqqında ümumi məlumat verən, müvafiq olaraq bir və yeddi il sonra “Azərbaycan poeziyasında sonet və terset” (Bakı, “Elm” nəşriyyatı, 2003, səh.11-229), “Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2009, səh.122-250) monoqrafiyalarında öncə “sonetin janr özəlliklərinə və dünya ədəbiyyatında inkişaf yoluna qısa baxış” edən Azərbaycan Respublikasının Əməkdar elm xadimi Hüseyn Məmməd oğlu Həşimli (1965) Azərbaycan poeziyasında sonetin inkişafını aşağıdakı kimi təsnif etmişdir:
 
 1. Azərbaycan poeziyasında sonetin təşəkkül mərhələsi
 2. Axtarış yollarında (1920-50-ci illər)
 3. Azərbaycan sonetinin kamilləşmə və kütləviləşmə dövrü (1960-80-ci illər)
 4. Azərbaycan soneti çağdaş mərhələdə

 Yuxarıda sadalananlar içərisində ikinci – “axtarış yollarında” mərhələsi daha çox diqqət çəkir. Adıçəkilən mərhələni səciyyələndirən filologiya üzrə elmlər doktoru H.Həşimli yazır:
 “İlk nümunələri XX əsrin əvvəllərində yaranan Azərbaycan soneti 1920-50-ci illərdə özünün müəyyən sabitləşmə dövrünü yaşayır. Daha doğrusu, həmin mərhələdə janrın axtarış əhatəsi genişlənir, əruzdan hecaya keçid tam başa çatır, mövzu-problematika əlvanlığı xüsusi vüsət alır...” (Hüseyn Həşimli. Azərbaycan poeziyasında sonet və terset. Bakı, “Elm” nəşriyyatı, 2003, səh.65).
 Bu mərhələdə yazıb-yaratmış Abdulla Şaiq (1881-1959), Süleyman Rüstəm (1906-1989), Səməd Vurğun (1906-1956), Əhməd Cəmil (1913-1977), represiya qurbanları Əlirza Abdullayev ( ? -1943), Mikayıl Müşfiq (1908-1939), “didərgin şair” Almas İldırımla (1907-1952) yanaşı, Azərbaycan poeziyasında öz yeri olan Əliağa Kürçaylı (1928-1980) da sonet yaradıcılığı ilə məşğul olmuşdur. O, 1954-1959-cu illər arası dörd sonet qələmə almış, Azərbaycan sonetinin tematika və problematikasının xeyli genişlənib sənətkarlıq məziyyətlərinin daha da dolğunlaşdığı üçüncü – kamilləşmə və kütləviləşmə dövrünün (1960-80-ci illər) əvvəllərində, yəni 1962-ci ildə iki sonet yazmaqla bu dövrdə “...ədəbiyyatımızda bu janra ardıcıl müraciət edən, çoxsaylı və dəyərli sonetlər yazan A.Babayev, Ş.Aslan, Abbasağa kimi istedadlı şairlərin...” (Hüseyn Həşimli. Azərbaycan poeziyasında sonet və terset. Bakı, “Elm” nəşriyyatı, 2003, səh.81) sonet yaradıcılığı yollarında “mayak” rolunu oynamışdır.

Ardını oxu...

 Şrift:


Tural Sahab


Öncə sözləri ən gözəl şəkildə yaradıb, daha sonra onlara can verən Allaha həmd olsun.

-  Biz hara gedirik, o, kimdir ata?

-  Danışaram qızım.

- İndi istəyirəm, indi danış ata.

-  Nə olar yanına gedib, onu gördükdən sonra danışaram, gözümün nuru.

-  Yaxşı atam, yaxşı yaşama səbəbim.

Onlar hərbi hissələrdən birinə daxil olub, uzun boylu yaraşıqlı bir əsgərlə görüşdülər. Çox mehribanlıqla danışırdı atası, bu oğlanla. Görəsən kimdi cana yaxın dəli qanlı. Atası onunla danışdıqca arabir gözlərinin altından onu süzür, gözlərindəki kədəri ilklərinə qədər hiss edirdi.

Bu oğlan kimdi, nədir gözlərindəki kədərin səbəbi. Bu düşüncələr içində görüşün necə bitdiyini, söhbətin haçan sona çatdığını anlamadı. İndi hərbi hissədən ayrılıb evlərinə doğru gedirdilər, atası ilə birlikdə. Bir an dayandı, əlli- əllibeş yaşlarında olan, ağ saçlı ata və parka doğru istiqamətini dəyişdi. Heç nə demədən  atası gedən tərəfə getməyə başladı, hələ də o oğlanı düşünürdü.

-          Qızım sənə bir hekayə danışacam, ancaq lütfən ananın yanında bu haqda heç nə demə, uşaqlarımın anasının- ömrünü mənə həsr edən qadının üzülməsini, sevilmədiyini düşünməsini istəmirəm.

-          Yaxşı, ata. Mən səni üzəcək, sənin istəmədiyin bir şey eləmərəm.

Əslində atası ilə lap uşaqlıqdan dost olmuşdu. Nə sirri olsa onunla bölüşür, atası ilə nəfəs alırdı. Bir gün ondan ayrı yemək yeməz, o, evə gəlmədən yatmazdı. Elə günlər olurdu ki, atası işləri ilə əlaqədər bir neçə gün evdə olmurdu. Bu müddət ərzində yatmaz,  pəncərənin qabağında onun yolunu gözləyərdi. Qızının bu xasiyyətinə bələd olduğundan çalışırdı ki, həyati bir məsələ olmasa gecəni evində- ocağında keçirsin. O, da qızı ilə nəfəs alırdı. Həyatda bəlkə də ən çox sevdiyi insan, onu yaşadan bu qızcığaz idi. Bəlkə dedim, çünki hekayənin sonunda mənimlə razılaşmaya bilərsiz.

 Atasının qoluna girib, başını ürəyinə söykədi. Bəli, atam səni dinləyirəm. Danış. Ata dərin bir ah çəkib, danışmağa başladı:

Ardını oxu...

Sayğac