Xəbər lenti

 Şrift:


                    Zəka VİLAYƏTOĞLU



                           MƏN TOVUZA GEDİRƏM

    Uşaq yuxudan oyananda öncə yan-yörəsinə diqqətlə baxdı. Gözlərini ovxalayıb bir də baxdı; atası yox idi yanında. Yəqin yenə də motosiklinə minib harasa uzalara getmiş, yenə də onu özüylə aparmamışdı.

Uşaq, pəncərədən gülümsəyən səhər Günəşinin parlaq şəfəqlərinnin təsirindən gözlərini qıydı, yuxudan tamam ayıldıqdan sonra paltarını geyinib həyətə qaçdı. Gözləri öncə eyvanın altını aradı. Hansı ki, atasının motoskili həmişə eyvanın altında dayanırdı və atası onun üstünə iri boz bir çadır salırdı. Diqqətlə baxdı; motosikl yerində yox idi. Demək, atası, həqiqətən motosiklinə minib harasa getmişdi.

Uşaq doluxsunmuşdu. Dünyalarca sevdiyi atası onu özüylə aparmamış, xəlvət çıxıb getmişdi, harasa. Hönkürüb ağlamaq istəyən uşaq birdən anasını gördü. Anası həyətin bir küncündə yerləşən kürədə çörək bişirirdi. Kürənin istisindən yanaqları pörtüb qızarmış, alnında tər tumurcuqlanmışdı.

-Ana, atam hanı?-yaxınlaşıb kövrək səslə soruşdu.

-Atan Tovuza gedib!-Anası arxaya dönmədən oğlunun sualını cavablandırdı  və işinə davam etdi. Bu cavaba bəndmiş kimi uşaq toxtaqlıq tapdı və dinməz-söyləməz həyətin dəmir  darvazasının açıq qapısından küçəyə çıxdı.

Ardını oxu...

 Şrift:

“Bakumoz” nəşriyyatının və “Kitabsevərlər qrupu”nun birgə layihəsi əsasında ərsəyə gələn “Həyatın qanunu” adlı kitabda dünya ədəbiyyatından seçmə hekayələr toplanıb. İlk hekayə Markesin, “Mavi itin gözləri” adlı hekayəsidir. Təbii ki, Markes dedikdə düşünülən ilk nəsnə magik realizm cərəyanıdır. Bu hekayədə yuxuyla gerçək dünya arasındakı əlaqələrdən və hansının insan həyatına daha çox təsiretmə qabiliyyətindən danışılır.

Borxesin hekayələri məni şoka saldı. “Paraselsin Qızılgülü” əsərində ustad və şagird münasibətlərindən bəhs olunur. Borxes oxucunu inandırır ki, varoluş  inam üzərində qurulur. Yəni, mövcudluğun təməl daşı inamdır.  “Güzgü və Qızıl Maska ” hekayəsi ozanla kralın dialoqu üzərində qurulub. Bir qədər saray əyanlarının, saxtakar şairlərin tənqidi əks olunur. Borxes növbəti hekayəsində əqidə azadlığından və dönməzliyindən danışır. Siyasi əqidə, iqtidarı ələ keçirən qüvvələrə görə dəyişməməlidir. Növbəti hekayə Lev Tolstoya məxsusdur. Padşah zaman fəlsəfəsini anlamaq istəyir. Uzun müddət nəyi nə zaman etmək lazım olduğunu düşünür. Lakin həyat özü ona hər şeyi izah edir. “Şeytanın hiyləsi” hekayəsində Tolstoy artıq tamahın sözün əsl mənasında necə baş yardığını  əks etdirir. Çox təsirli hekayədir. Məlum məsələdir ki, Tolstoy həm də dindar olub, bu, əsərlərində hiss olunur.

Kitabda ən çox sevdiyim hekayə Səbahəddin Alinin  “Düşmən” hekayəsi oldu.  Düşməni bağışlamaq olarmı, əgər o, sənin evində sığınacaq tapıbsa, onu polisə təslim etmək olarmı? Daxili səs, “olmaz” desə də, bəs bəşəri ədalət nə tələb edir?

 Henrix Böllün hekayələrini də çox sevdim, əsasən də “Ayağımın dəyəri” hekayəsi diqqətimi çəkdi. Emboliya xəstəliyindən ölən yazarın bu əsərləri kapitalizmə və hakim təbəqələrin meşşan əxlaqına meydan oxuyub . “Vida” hekayəsində insanın psixoloji durumunu, tənhalıq anını çox mükəmməl təsvir edir. “Biz pisliyin, savaşın, imperializmin yaşındayıq” deyən Böll, öz ciddi mövqeyini göstərir.

Kalvinonun “Şəhər göyərçini” əsərində sosial təbəqələşmə tənqid olunur. Sveyq, həm “Dünənin dünyası” memuarında, həm də bu kitabdakı “Bezginlik” hekayəsində təhsil sisteminin qüsurlarından danışır. İnsanın bezgin durumda hansı axmaqlıqlar edə biləcəyi yazıçını düşündürür.

Cek Londonun “Göyərtə yelkəni altında ” hekayəsində bütün kişiləri əsir edən bir qadından bəhs olunur. Qadın kişilərlə məzələnir, sonrasa peşman olur, peçmançılığın səbəbini bilmək üçün hekayəni oxumaq lazımdır.

Gələk, kitabın adı ilə eynilik yaradan hekayəyə. “Həyatın qanunu” hekayəsində qoca hindu obrazı, sanki taleyin özüdür. Canavarların onu parçalamasını gözləyir. Öz - özünə deyir:  “Bu, həyatın qanunu deyilmi?”

Digər hekayələri də mütləq oxumaq lazımdır, Heminqueyin, Aziz Nesinin hekayələri də çox maraqlıdır, amma mənə daha çox Rey Bredberinin “Gecikmiş məhəbbət ” hekayəsi təsir etdi . Cəmiyyətdə yaşanan, dəyişməyən , sərhəd tanımayan adətlər, insan azadlığını, müstəqil duyğuları məhdudlaşdırır. “Kitabsevərlər qrupu”na belə dəyərli kitaba görə təşəkkür edirəm. Uğurlarınız davamlı olsun.

Nicat Həşimzadə


 Şrift:

                                      

                              Marqaret Atwood,  “ Kor qatil” romanı

  Marqaret Atwood,  haqqında danışacağımız “ Kor qatil ” romanına görə 2000 – ci ildə Booker mükafatının qalibi olub. Həmin zamana qədər adı 5 dəfə mükafatçılar siyahısına düşsə də, yalnız bir dəfə qalib oldu. Dünyada daha çox feminist yazar kimi tanınan Marqaret Atwood roman və hekayə kitablarından başqa 15 ədəd şeir kitablarının da müəllifidir.

Ardını oxu...

 Şrift:

                                 
                             
                                      ONDAN YAXŞI QARDAŞ...

    Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” povesti əsasında oğlu Murad İbrahimbəyovun çəkdiyi eyniadlı filmin (ssenari müəllifləri Pavel Finn, Murad İbrahimbəyov, 2013) ilk kadrında hamilə anasının əlindən tutan Cəlilin kisəçi Rəxşəndəni xatırlaması filmin ilkin ədəbi mənbədən gələn süjet yeniliyini təsdiqləyir. Bununla belə povestdəki: “Rəxşəndə kisəçilik eləyirdi, yaşa dolandan sonra isə onu qabağa çəkmişdilər, direktor olmuşdu, eyni zamanda kassiri də əvəz eləyirdi.

Ardını oxu...

 Şrift:


                         
                               “QARABAĞ HEKAYƏLƏRİ”

     2015-ci il...Azərbaycan torpaqlarında yaradılan Ermənistan respublikasının yalançı “erməni soyqırımı” iddiasının anılmasının 100 illiyi keçirilir... Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirsə də, ermənistan, Birinci Cahan Müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini iddia edərək, 24 aprel gününü göz yaşları içərisində qətliam günü kimi qeyd etməyə hazırlaşır...
    Bu iddia ermənilərin vətən və xalq sevgisindən deyil, NATO-ya qoşulan Türkiyəyə siyasi zərbə vurmaq və dünya ictimaiyyətinin nəzərindən salmaq planından irəli gəlməkdədir.

Ardını oxu...

 Şrift:

            
                                       Zakir MƏMMƏD



                                                   Şeirə aid

 

                                       (Qəşəm Nəcəfzadə haqqında)

                                            

                                                 Yazıya aid

 

        Yer üzü və burada informasiya mübadiləsini təmin edən vasitələr az vaxtda elə sürətlə dəyişib ki, bir qədər əvvəl dilimizdə çox işlənən “inteqrasiya” və bu kimi leksikanın istinad etdiyi ictimai təfəkkürün yeri daralmaqdadır və ya bu gün mediada inteqrasiyadan danışan yoxdur. Çünki bizim şüurumuz daha geniş auditoriyanı fəhm etmək zorundadır. Milli çərçivədən qırağa çıxmaq, kürəsəl dəyərlərə ürcah olmaq üçün gedib əcnəbi diyarda yaşamağa ehtiyac qalmayıb. Dünyanın başlanğıc və çıxış nöqtələri indi məsafə ilə ölçülmür. Dünya rəngli informasiyalardan hörülmüş bir tora bənzəyir. Həmin tora “düşmək”üçün “gəzməyə” də lüzum yox.

Ardını oxu...

 Şrift:

 

Anar belə dedi...

 

Anarın “Göz muncuğu” povestinin müzakirəsi:

İştirakçılar: İsa Həbibbəyli, Nizami Cəfərov, Nərgiz Cabbarlı

Moderator Əsəd Cahangir

 

Əsəd Cahangir:  Hörmətli müzakirə iştirakçıları, yəqin mətbuatdan izləyirsiniz ki, "Azərbaycan" jurnalı xeyli vaxtdır ədəbiyyatın bu və ya digər məsələləri ilə bağlı müzakirə materialları dərc edir. Bugünkü söhbətimizin mövzusu bir qədər fərqlidir: əgər öncələrdə hər hansı ədəbi-bədii janr, yaxud növlə bağlı ən ümumi problemləri dartışma konusuna çevirirdiksə, indi konkret bir əsərdən - Xalq yazıçısı Anarın bu yaxınlarda işıq üzü görən “Göz muncuğu” povestindən danışacağıq. Seçimimiz təsadüfi deyil.

Ardını oxu...

 Şrift:

 
    
Öz əsərlərində yaşayanlar ölmür deyirlər. Bu deyimi nə qədər çək-çevir eləsəm də, anlamaqda çətinlik çəkirdim. Necə yəni, bir əsər daxilində, sözlərdə,  misralarda necə yaşamaq olar?  Ta ki, “Əsrimizin Siyavuşu”nu oxuyana qədər.  Rəsulzadə bu əsəri nəyin diktəsi ilə qələmə almışdı? Axı, o özü əsərin başlanğıcında  qeyd etmişdi ki, bu əsər qabaqcadan düşünülməyib.

Ardını oxu...

 Şrift:


                                  AYDIN DADAŞOV
                                           professor 


 

                        Novruz bayramının kino həlli

İsmayıl Şıxlının «Dəli Kür» romanı əsasında yazdığı ssenari üzrə Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film (1969) nəsrin ekranlaşdırılması sahəsində uğurlu addım oldu. Sıldırım qayanın üstündəki atlı Cahandar ağanın Kürdə paltar yuyan Mə­ləyin çırmanmış baldırlarına vurulması və su içmək adı ilə yaxın­laş­dı­ğı gəlini götürüb qaçmasının  ildırım çaxması, Allahyarın atlı dost­ları ilə onları qovması ilə müşaiyət olunması hadisələri qızışdırır.

Ardını oxu...

 Şrift:

   
                        Con Maksvel Kutzee



                                            Maykl K.nın yaşantıları

   Con Maksvel Kutzee… Piştaxtanın arxasından təlaşlı və yorğun nəzərimi rəflərə zilləyirəm. Diqqətimi ilk cəlb edən ad olur bu. Ad tanışdır mənə. Müəllif haqqında müsbət rəylər eşitmişəm. Amma yenə də, kitabı əlimə alıb vərəqləməyə başlayıram : “ Maykl K.nın həyatı və zəmanəsi “. Əla tərtib olunub. Üz qabığına baxıram. Naməlum bir insan yerə sərilib və gözlərini yumub. Ümidsizliyi ifadəsiz və donuq sifətindən hiss olunur.

Ardını oxu...

Sayğac