Xəbər lenti

 Şrift:

                                         Şəhla ASLAN



                    Klassikləri bəyənməyən "yazarlar"
 
                                     Ədəbiyyatımızın Straus və Dronqoları...
 
    Starusu yırtıcı heyvanlar qovanda ondan xilas olmaq üçün başını quma batırır.  Elə düşünür ki, yırtıcını görmədiyi üçün sanki düşmən yox olub...
Bir quş da var, adına Dronqo deyirlər. İstənilən quşu təqlid edə bilir. Düşmənlərinin səsini çıxarmaqla onları qorxudub qaçırır və qənimətlərinə  rahatca sahib çıxır...
Keçək mətləbə!
Sənətin bütün sahələrində müxtəlif rəylər ola bilər. Konservatizm, realizm, novatorçuluq, modernizm və s.
Onlardan ən pisi odur  ki, özündən  əvvəlki sənət nümunələri ilə tanış olmadan  "mən onları qəbul etmirəm və oxumuram da!" deyəsən.

Ardını oxu...

 Şrift:
 
                      Zakir MƏMMƏD

                                        Qələmin vəzifəsi

                            (Tərlan Əbilovun yaradıcılığı haqqında) 
  
        Şair Tərlan Əbilovun yaradıcılığı ilə yaxından tanış olduqdan sonra bir daha anladım ki, cəmiyyət içrə qələmlə görünmək adamın məsuliyyətini ikiqat artırır. Azərbaycan kimi ölkələrdə şair olmağın hansı şərtlər daxilində gerçəkləşə biləcəyi barədə geniş fikir yürütməyə gərək yoxdur. Çünki xalq, yəni oxucu tərəfindən bizim o şairlərimiz qəbul olunublar ki, onlar bu xalqın, millətin, məmləkətin ilginc problemlərini də öz yazılarına mövzu ediblər. Bir sözlə, indi bizə bəlli olan və olmayan qəmli keçmişimizdən və bu günümüzdən ədəbiyyatımızın yazması çox vacib bir işdir. Şairin eşqdən, sevgidən yazması nə qədər təbii, prinsipial bir məsələdirsə, ölkənin vətəndaşını üzən, narahat edən ictimai problemlərdən yazmaması onun üçün bir o qədər arzuedilməz haldır.

Ardını oxu...

 Şrift:

                               ŞAİRİ   ZİNDANA  SÖZÜ APARDI…

          Saday Şəkərlinin öz təbirincə desək, onu  ayaqları yox,  gəzdirən sözü imiş. Şairi zindana elə sözünün apardğına da onu yaxından-uzaqdan tanıyanların heç biri şəkk etmir. Saday Şəkərlini “tanımayanlar”, “görsələr” belə onu əhli-qələm kimi özünü-sözünü duyub dərk etmədən həbs etdirənlər təmiz-pak, vətən övladlarıdımı?

                                                                                        
     Bugünkü mizan-tərəziylə ölçüb-biçəndə Saday Şəkərli ilə şair kimi oxucuların ilk tanışlığı dünyanın DÜZ vaxtına təsadüf edir. O zaman nə dünya şairdən bezmişdi, nə adamlar sözdən usanmışdı... Elə, sözün urvatı, kitaba marağın, qələm sahibinin xətir-hörməti olduğu həmin vədələrdə - 1985-ci ildə tələbəlik çağlarından bədii yaradıcılığa başlayan Saday Şəkərlinin "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu  Azərbaycandan kənarda - Saratov şəhərində işıq üzü görmüşdü. 


     Bir il sonra gənc şairin Bakıda “Yazıçı” nəşriyyatında “Torpağa oğul sözü” kitabı nəşr edildi. Bu, Sadayın böyük uğuru idi.

Ardını oxu...

 Şrift:
 
  
                    


                                                USTAD

                        Görkəmli nasir və kinodramaturq Əhmədağa Muğanlının xatirəsinə

     Əhmədağa Qurbanov və ya Əhmədağa Muğanlı... Həmişə  bu ad çəkiləndə ilk növbədə “Dağlarda döyüş”, “Od içində vahə”, “Atları yəhərləyin”, “Doğma sahillər” bədii  filmləri, “Şəhriyar əfsanəsi”, “Ömürdən yeddi yarpaq”, “Dağ dağa  söykənər” kitabları  yada  düşür. Eləcə də milli  kino tariximizdə “Dağlarda döyüş” filmindən söz düşəndə Əhmədağa Muğanlının işıqlı, nurlu siması onu tanıyanların gözü önündə canlanır.
      ... Bizim tay-tuşlarımızın çoxu  hələ orta məktəb illərində “Dağlarda döyüş” filminə dəfələrlə baxmışdı. Filmin qəhrəmanı Fərruxun qaçaqmalçılıq edərək dövlət sərhədini pozan doğma atası ilə əlbəyaxa olması, ona güzəşt etməməsi və  əqidə naminə cəsarətli qərarı, dürüstlüyü hamını heyran qoymuşdu.

Ardını oxu...

 Şrift:

               Nurəddin ƏDİLOĞLU
                          
                           “Dost  gedib, özümə  gələ  bilmirəm...”
 
                       Mahir qarmon ifaçısı  Abutalıb Sadıqovun əziz  xatirəsinə
 
    Təbiət başdan-başa ilahi incəsənət toplusudur. Cəmiyyətdə  bu ilahi gözəlliyin ahəngini duyan, zamanın və məkanın ritmini tutan mahir sənətkarlardan kimi onu firçasıyla, kimi poetik fikirlə, kimi musiqi alətlərinin dili ilə izhar edir və elə Allahın yer üzünə bəxş etdiyi bu ilahi nemətləri xalqın yaddaşında əbədiləşdirir.

Qarmonu ilə musiqinin poeziyasını yaradan Hacı Abutalıb Balakişi oğlu Sadıqov da belə mahir sənətkarlardan idi… Qarmonun neçə yaşı var? Harda yaranıb? Kim icad edib? Deyə bilmərəm. Amma Hacı Abutalıb ötən əsrin 60-70 -ci illərində öz istedadı və ritmik imporovizasiyaları ilə qarmonun həm də Azərbaycan xalqının müsiqi aləti olduğuna öz möhürünü vurdu.

Ardını oxu...

 Şrift:

Publisistik düşüncələr:

             TƏHLÜKƏLİ “3 R” -   RÜŞVƏT,  REKET, REYDER...

                        “Hər qətrə suda qüssə, hər tikə çörəkdə kədər, qəm yatır”

                                                                (Əli ibn Əbu Talib) 

   ...Bu gün ANAmız Azərbaycanın bağrının başında iki sağalmaz yara var:  biri Qarabağ itkisidir, digəri Korrupsiya – RÜŞVƏT xərçəngi!.. Biri çox solğundu,  rəngi  xəritədə  qaralıb, çünkü  əsirlkdədir,  yadların – yağıların  əlindədir.  Digəri  azadlıqda  çiçəklənən, ildən - ilə pöhrələnən, qol - budağı  şaxələnib  reketə və reyderə çevrilən AĞAC kimi “gömgöydür”, özü də uşaqdan böyüyə hamının  tanıdığı “dost- doğma” MİLLİ məmurların  əlindədir...

Ardını oxu...

 Şrift:

 
            
Nurəddin ƏDİLOĞLU                                                                                                        yazıçı-publisist


 

                                    
                EL QƏHRƏMANI  - QAÇAQ MOZU
   
                                          
     

Qəhrəmanlıq, nə, yalnız bir yüksəliş deməkdir,                                                          
nə də günəşlər kimi parlayıb sönməməkdir.                                                                  
Bunun üçün  ölümə bir atılış gərəkdir,                                                                          
Atılandan sonra da bir daha dönməməkdir!

                                                    Nihal Atsız                                           

                                                                                                                                                            
    1933-cü ildə Atsız soyadlı 26 yaşlı türk şairi Türkiyənin uzaq bir ilçəsində “Qəhrəmanlıq” şerini yazanda Masallıda onun həmyaşıdı  Qacaq Mozu kəhər atıyla kasıbların haqqını yeyən harınlara,  əzazil sovet çinovniklərinə  qan uddururdu.  Onu Sibirdə sürgündə görənlər də olub. Deyilənə görə,  cib yaylığında düyünçələdiyi bir ovuc Masallı torpağını müsəlman dustaqlara göstərib deyərmiş ki: “Mən öləndə bu torpağı qəbirimin üstünə səpərsiniz!”
     Sibir soyuğu, sürgün həyatı Mozunun ömürünə son qoya bilmədi...
        Masallının canlı ensiklopediyası kimi tanıdığım  rəhmətlik Hüseyndadaş kişi  (Hüseyn Əsədli)  deyirdi ki,  qaçaq Mozu Əfşarlar İmperiyasının qurucusu, böyük fateh Nadir  şah Əfşarın  Lənkəranda istehkam kimi tikdirdiyi, 100 il sonra(?) çar Rusiyasının, daha 100  il sonra Şura hökümətinin  zindana çevirdiyi  Qala dustaqxanasından qaçanda,  NKVD-çilər onu yaxalayıblar...

Ardını oxu...

 Şrift:
                                             

                                          ŞƏHİD AKTYOR

                     ( Xalq artisti İlham  Əsgərovun 40 mərasimindən düşüncələr)

                                “...Mən gedirəm. Əgər mən hələ dilimə gətirmədiyim,bəyan
                          etmədiyim həqiqəti özümlə aparıramsa, demək, o həqiqət özü
                         məni arayıb-axtaracaq, məni bir də dünyaya  gətirəcək və mən
                          yenə işıqlı cahanda zühur edəcəyəm!”
                                                                                       Cəbran Xəlil Cəbran

          Doğrunu, həqiqəti dilə gətirmək insandan  böyük cəsarət, hünər  istəyir.  Fəqət ta əzəldən belə dədə-baba   məsəli də var ki,   doğru söyləyəni doxsan kənddən qovarlar.  Xalq  artisti,   sənət fədaisi  Kərbalayi İlham Əsgərovu  HAQQ sözünə  görə nə kənddən qovdular,  nə   də  şəhərdən!  Amma tükənməz  sənət EŞQİ,  sənətkarlıq  yanğısı,  haqsızlığa  boyun əyməməsi, naqisliklə  mübarizəsi onu  bu dünyadan  vaxtsız –vədəsiz   apardı.
        Dahi  alman bəstəkarı Bethovenin  kəlamıdır: “Ədalətə zərər verməkdənsə, ədalət uğruna zərər görməyi seçərəm!”  Haqq-ədalət  uğrunda  mücadilə edən  adamlar  ilk növbədə sağlam  təfəkkür  yiyəsi, nadir  əqidə  gücünə malik ŞƏXSİYYƏTLƏR  olurlar.

Ardını oxu...

 Şrift:

                        Rəşid Bərgüşadlı


                 Xəyyamın ölmüş siçan qoxan mətni


                   Ədəbi tənqid


     Elə bədii mətnlər var ki, uzun müddət ona ilişib qalırsan, mətn adamı buraxmır, əsər yaxandan əl çəkmir. İzafa, yeni bir əsər oxumaq, mütaliəni davam etdirmək üçün sən bu mətndən canını qurtarmalısan...
 Adətən, belə mətnlərdən soyumaq, başımdan rədd eləmək üçün yığcam və aşağılayıcı xülasə düşünürəm özlüyümdə. Məsələn, “Leyli və Məcnun” haqqında, – “İki aşiq bir-birini dəlicəsinə sevir. Qızın atası sevdiyini oğlana vermir. Oğlan da bu dərddən ağlını itirib çöllərə düşür. Qızı zorla başqasına verirlər. Oğlan dərddən ölür.

Ardını oxu...

 Şrift:
                                         

                                              SÖZÜN  MƏFTUNU

   … Xudakərim Məftun! – Bu gəlimli-gedimli dünyada öz ünvanını şair və şairlər  yurdu kimi tanıtdıran, «düzü düz, əyrini əyri» yazan, 74 yaşında  haqq dünyasına qovuşan, özü gedən, sözü qalan kənd müəllimi…
Onun haqqında bildiklərim və düşündüklərim yaza biləcəklərimdən qat-qat çoxdur. Ona görə ki, mən Xudakərim müəllimin, onun qardaşı Kazım Fərzəliyevin şagirdi olmuşam. Və bir də ona görə ki, öz peşəsini sevən və eyni zamanda sevdirən bu insan xatirələrimdə təkcə müəllim obrazı kimi qalmayıb. Həm də zəmanəsinin sayılıb-seçilən və bu seçimə rəğmən təvazökar, səbirli, yaradıcı qələm əhli kimi göz qabağında olub, yaddaşlarda qalıb.

Ardını oxu...

Sayğac