Xəbər lenti

 Şrift:
                                          
                                                     SABİR  BULAĞI, 

                                 yaxud    XALQIN  ŞAİRİ,  HAQQIN NASİRİ

                                                 Sabir Rüstəmxanlının  70  illiyinə  essevari fraqmentlər

       ...Çoxdan tanısam da, dəfələrlə görüşüb duz- cörək kəssək belə  xalqın şairi, haqqın nasiri, Türkün  görkəmli oğlu Sabir Rüstəmxanlı  haqqında ilk dəfədir ki,  əlimə qələm alıb yazıram. Bu gecikmiş yazıya görə, özü olmasa da,  onu dəfələrlə sayılıb-SEÇİLƏN  ölkə ziyalıları arasından  millət vəkili  SEÇƏNLƏR  və  türk dünyasına  səs salan  əsərlərinə  görə  sevənlər  məni bəlkə də qınayacaq. Amma  burası da var ki,  çox vaxt  qələm əhli  özünə doğma bildiyi şəxsiyyətlər haqqında yazmaqda çətinlik çəkir. Yaddaşımın saxlancında Sabir bəylə bağlı o qədər faraqmentlər var ki,  hansından başlayım, özüm də bilmirəm...
      Birinci fraqment:  Tale elə gətirdi ki, 80-ci illərin sonu  Sabir bəyin Masallıda   müstəntiq işləyən qardaşı  Əlövsət  bəylə bir müddət  qapıbir  qonşu olduq.

Ardını oxu...

 Şrift:

                                         
                                        Detektiv janrında yeni nəfəs


  Detektiv janrında meydana çıxan ədəbi məhsullar adətən kütlənin marağına hesablandığından, əksər oxucunun zövqünü oxşaya bilir. Açığını desəm, bir yazar olaraq, həm də bir oxucu olaraq kütlənin zövqünə hasablanan bu tip əsərlər məni o qədər də cəlb etməyib. Bəlkə də kütləvi olanları xoşlamadığımdan bu belədir. Onu da qeyd edim ki, indiyə qədər oxuduğum Detektiv əsərləri özüm üçün qruplaşdırmaq istəsəydim, tərəddüd etmədən onları iki qrupa ayırardım:
  1. Hakim zümrənin tərəfində dayanıb, avtoritetlərə (qanuni oğrulara) qarşı mübarizə aparanlardan bəhs edən Detektivlər;
  2. Hakimiyyətə qarşı mübarizə aparan avtoritetlərdən bəhs edən Detektivlər;
Lakin,.. indi haqqında yazacağım “Avropalı agent kod 152” əsəri yuxarıda Detektivlər haqqında qeyd etdiyim stereotipləri alt-üst etdi.

Ardını oxu...

 Şrift:
O hadisələrdən iyirmi il sonra günlərin birində lənətə gəlmiş o cəlladın yazdığı kitab əlimə düşdü. Hər şeyi qürurla, bütün xırdalıqlarınadək, olduğu kimi yazan bu qanmaz, tüklü heyvərə anlamır ki, yazıçı insaniyyətlikdən, sevgidən yazar, vəhşilikdən yox! “Bu kitab türkün əlinə keçsə, Xocalının soyqırım olduğunu gözünə soxmazmı! Belə vəhşiliyi fəxrlə dünyaya yayan hansı gicbəsər Böyük Ermənistan qura bilər! Dünya kordurmu!  Səni ayaqlarından asıb dərini soymağa bu yazdıqlarından tutarlı dəlil ola bilərmi, a eşşək!” – dinc həyatımı tufan-qasırğa sovurdu, yuxularım ərşə çəkildi, salba dəymiş toyuq kimi küçələrdə səksəkəli gəzirdim, iş-gücə əlim yatmadı, məni dindirənləri it kimi daladım. "Ruhumuzun dirçəlişi"ni oxuduqdan sonra hər şey mənə haqq-hasab gününün, dözülməz əzabların yaxınlaşdığını dayanmadan pıçıldayırdı. Bilirdim məni dəli edən bu səsin nə olduğunu. Özümü dərk edən gündən itirdiyim, sonralar isə yaxınıma buraxmadığım, hər gələndə qapımdan nəhs qara pişik kimi təpikləyib qovduğum vicdanın səsiydi bu. Vicdanı ləkəli olanları tənhalıq da qorxudurmuş – “Demək əzab çəkmək bu yaşdan sonraya nəsib imiş. Bütün həssasiyyətimi itirməyim bu günədək o səsə sahib çıxmamağımdan olub” – mən bu yoxluq üzərində qurmuşdum həyatımı və bu yoxluğun sayəsində qazanmışdım hər şeyimi. Dünyanın digər ucuna sığınmışdım ki, məni itirib-axtaran olmasın, xatirələrim silinsin, bundan sonrakı həyatımı dinc yaşayım, amma o səs məni gör harda tapdı. İndi mən o səsin hökmünə saatba-saat tabe olur, qandalına əllərimi uzadırdım.  
 
... Xocalını alandan sonra o qədər içmişdik ki, taborumuzun ayaq üstə durmağa halı yox idi. Çəkməyənlər də öskürə-öskürə olsa da anaşadan ən azı 5-6 qullab sümürürdü. Bir qadını tikə-tikə şaqqalayıb itə yedirirdik. Qadını öz əcəli gətirib çıxarmışdı yanımıza. Onu iki həftə öncədən tanıyırdıq. Ərini onun və 18 yaşlı oğlunun gözləri qarşısında Daşaltıda güllələmişdik.

Ardını oxu...

 Şrift:

            Nürəddin ƏDİLOĞLU,  
               yazıçı – jurnalist   
                     
                                          M.Soltan kim olub?!

               O, 25 yaşında  Masallıda nəşr olunan “Yeni həyat” qəzetinin redaktoru, 37 yaşında Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutu əlyazmaları şöbəsinin müdiri idi. Öz taleyini, Masallıda dünyaya göz açmış, 37-ci illərdə repressiya qurbanı olan  “xalq düşməni”nin qızı ilə bağlamışdı.
 
     Ədəbi fəaliyyətə ötən əsrin iyirminci illərinin sonunda başlayan, Xaqani, Nizami, Füzuli, Əssar Təbrizi, Fələki Şirvani, Heyran xanım, Fatma xanım Kəminə, Abbasqulu ağa Bakıxanov kimi Azərbaycan Ədəbiyyatı klassiklərinin əsərləriylə yanaşı, İran, tacik, hind klassik ədəbi abidələrinin ana dilimizdə səslənməsində böyük xidmətləri olan Məmmədağa Sultanov 1910-cu ildə Cənubi Azərbaycanın ən böyük elm və mədəniyyət mərkəzlərindən biri sayılan Ərdəbil şəhərində dünyaya gəlmişdi. 

Ardını oxu...

 Şrift:

 
      Novruz  söyləməsi:         

                                       Eminalı  qulabanı

        ...O vaxtlar  uşaqlıq dünyamızın bircə tələbi var idi: bir yerə yığışıb yoruldum deyənə kimi oyunamaq! Belə vaxtlarda Bağdagül nənəm on iki taxtalıq tumanının  balağını  əlinə dəstələyib  bizə  səslənərdi:

     -Ay uşaq, Eminalı qulabanına döndərmisiz ha, buranı... Bəyəm yer başınıza qəhətdi bu mahalda?

   Yığışıb  keçərdik  başqa  küçəyə. Burada da Mixək xalam başlayardı deyinməyə:

     -A bala,  Eminalı qulabanına döndərməyin  buranı, gedin başqa yerdə  oynayın!

     Elə o vaxtdan fikirləşirdim ki, görəsən Eminalı kim olub belə? Yaşı səksəni haqlamış qonşumuz Məşdi Əlheydər baba xətrimi çox istəyirdi.

Ardını oxu...

 Şrift:
                           
                                           Nurəddin ƏDİLOĞLU
                                     
                             Mənim  Bağdagül  nənəm
 
        Nənəm düz otuz il əvvəl, 101 yaşında dünyasını dəyişib, cismən axirət evinə, ruhən mənim qəlbimə köçüb. Elə buna görə də heç vaxt onun yoxluğu ilə barışa bilməmişəm. Çünki sağlığında olduğu kimi, bu otuz ildə onun mübarək ruhu həmişə mənə duaçı olub; təyyarədə, gəmidə, qatarda, maşında yol gedəndə, uzaq səfərə çıxanda, içimdən boylanıb arxamca və bənövşə ətrli səsilə: “Allah, Məhəmməd, Ya Əli!..” deyib, “Gözümün nuru, dilimin əzbəri balam,  Xudəvəndi-Kərim səni darda-damanda qoymasın!” - söyləyib...

Ardını oxu...

 Şrift:

                   
                             
                                               Dəniz fatehi

                         (Haqqında eşitdiklərimə və oxuduqlarıma interpretasiya) 

      Onu şəxsən tanımasam da, haqqında çox eşitmişəm, qəzet-jurnal səhifələrində, tv kanallarda, sosial şəbəkələrdə adı tez-tez çəkilir. Şübhəsiz ki, onun maddi zənginliyinin arxasında dərin zəkası ilə yanaşı gərgin zəhməti də durur.

     Əslən Masallının Miyankü kəndindən olan Mubariz Qurban oğlu Mənsimov 22 mart 1968-ci ildə Bakıda dünyaya göz açıb. İki otaqlı mənzildə 9 övladını boya-başa çatdıran anası Zümrüd xanım Azərbaycan qadınının ən cəfakeş obrazıdır... 

Ardını oxu...

 Şrift:
                                                           

                                   Məmməd İLQAR

                     Sözün Maradonası...
 
                               
"Səndən ayrı nə dərdim var, dünya hey,
Mən varınam nə dərdin var, dünya hey,
Göndər bəri nə dərdin var, dünya hey,
Döndər bəri nə dərdin var, daşıyım."

                                      (Məmməd İlqar)


   "Ozan" verilişi Məmməd İlqara həsr   (31.01.2016.) olunmuşdu. Qələm dostum, tənqidçi-ədəbiyyatşünas Rüstəm Kamal, şair Ehtiram İlham, ustad aşıq Cahangir Quliyev .... Və gənc aşıqlar elə danışdılar ki, məni fikrə saldılar, şövqə gətirdilər, dedim, Məmməd İlqar haqqında mən də düçüncələrimi, duyğularımı necə varsa eləcə də, qələmə alım...
  Məmmədlər şeirimizdə çox olsalar da, ( Allah ölənlərə rəhmət eləsin başda Məhəmməd Füzuli, sonda hələ ki, Məmməd Aslan!! Ona görə, hələ ki, deyirm  - "Ölüm haqdır, çıxmaq olmaz əmrdən!" - Aşıq Alı.) şükürlər ki, hərəsinin öz yeri, şeirinin öz ətri, dadı-tamı, duzu var!

Ardını oxu...

 Şrift:



                                        NURLU NURƏDDİN 

                       (Tələbə dostum haqqında fraqment duyğular)

   ...Əgər tanış olduğumuz 35 ildə 35 min dəfə görüşmüşüksə, bir o qədər də təbəssümlə çıxıb qarşıma. Təbəssüm elə NURdur. NUR sevincdir. NURəddin dinin işığı deməkdir. AzərNUR od-NUR anlamındadır. Dostumun adında, varlığında, cövhərində NURun yetərli qədər olması fərəh doğurur. Bildiyim qədərincə, NURçuluq təriqətinə aidliyi yoxdur, amma, NURludur NURəddin. Allahın pay verdiyi istedad işığı onu bir az da NURlandırır. Üstəlik, sabit (ya da dəyişən – fizikadan zəif olduğum üçün dəqiq ifadədə çətinlik çəkirəm, bəlkə də fərq etməz...) cərəyana bənzəyən yaradıcılıq enerjisi onun NUR haləsini daha da böyüdür.
Deyəcəksiniz, o qədər “NUR-NUR” dedin ki, lap gözlərimiz qamaşdı. Yox, mən montyor-filan deyiləm və Nurəddini də bayram yolkası kimi təqdim eləmək fikrim yoxdur.

Ardını oxu...

 Şrift:

                                   Vəfa Mürsəlqızı

                        
                          Nağıllara könül vermiş yasəmən ağacı...

                                    (Yazar Narıngülün yaradıcılığı haqqında düşüncələrim)

   “Rəvayətə görə Març qrafının Burd Cennet adlı bir qızı vardı. Qız o qədər gözəl idi ki, qızı mələklər oğurlamışdılar. Sehirlənmiş gözəl  şəhzadəni  tilsimdən azad etmək Tamleyn adlı bir oğlana tapşırılmışdı”. Bu sətirlər Biritaniya nağıllarındandır. Britaniya nağılları məni həmişə əsrarəngizliyi ilə, axıcı təhkisəyiylə  cəlb edib. Bu nağıllarda sirli, əsrarəngiz meşələr, mələklərin gəzib dolaşdığı çiçəkli çəmənlər təsvir edilir.Britaniya nağıllarına müraciət etməyim təsadüfi deyil. Müasir ədəbiyyatımızın  seçilən imzalarından biri olan Narıngül xanımın  yaradıcılığı, nədənsə, mənə həmişə nədənsə Britaniya ədəbiyyatını xatırladır.

Ardını oxu...

Sayğac