Xəbər lenti

 Şrift:
                           
                            Vətənpərvər ziyalı, unudulmaz dost

      Dost itkisi nə qədər ağır olsa da, orta məktəb çağlarından  tanıdığım Zeydulla  Ağayevin xatirəsinə həsr olunan kitabın nəşrə hazırlandığını eşidəndə sevindim və onun barəsində  fikirlərimi  qələmə almağı  özümə  borc bildim.
    Şəxsiyyət məhfumunu özündə tam mənası ilə təcəssüm etdirən bu böyük   İNSAN  Masallı torpağında dünyaya göz açmışdı. Onunla tanışlığımızın tarixi  orta məktəbin səkkizinci sinifindən başlamışdı. Məktəbdə oxuduğumuz illərdə Zeydulla  istedadı  və  fəal bir  şagird  çalışqanlığı  ilə  hamının diqqətini  özünə cəlb edirdi.

Ardını oxu...

 Şrift:
Poetik duyğularla əhatə olunmuş insan nə vaxtsa fikir və düşüncələrini nəzmə çəkir. Bu böyük xoşbəxtlikdir. Çünki yaşadığın hiss və həyəcanı ən qısa formada, bədii dillə ifadə etmək hamıya nəsib olmur. Amma bu da bir həqiqətdir ki, istədiyini şeirlə ifadə etmək hissi səhər şehi qədər qısa ömürlüdür. Günəş üfüqdən boylanantək buxarlanıb yoxa çıxan şeh damcıları kimi şeir yazmaq təbi də ani olaraq sürətlə gəlir və səni tərk edir. Bu anı tutmaq ən vacib amillərdən biridir.

Ardını oxu...

 Şrift:
 
         
                                        Mirkazım Aslan (Sarəng)        
                                                                                       
                                       Sarəng tək alış, yan…

                                         On iki  dil  bilən alimi sağ ikən öz ana dilində anlamadılar.
    Deyirlər, ölmək qorxulu deyil, sağ ikən yaşamamaq qorxuludur. Ölümündən sonra uzun müddət unudulan tibb alimi Mir Kazım Aslanlı  bədii əsərlərini Sarəng   ədəbi təxəllüsü ilə qələmə almışdır. Görünür, bu təxəllüs onun “Dəmbəlov şikəstəsi” bəstəsi kimi yarımçıq qalmış ömrünün qisməti imiş!
    Deyilənlərə görə, cənubda əfsanəvi Səməndər quşu kimi sarəng adlı balaca nəğməkar bir quş olub; son dəfə Dəmbəlov dağının döşündən pərvazlanıb, İstisuda  yuyunub (qüsullanıb), Yanardağda pak vücudu ilə odlara tutuşub, yanaraq külə dönüb və nəsli kəsilib...
                         Sarəng tək alış, yan, alovun ərşə ucalsın,
                         Can atəşinə qoy isinən millətin olsun!
Bu, Mir Kazım Aslanlının – Sarəngin ömrünün qayəsi idi. Bir mənası da “yüz rəng” olan bu təxəllüsün sahibinə tanrı bir neçə istedad bəxş eləmişdi. Belə nadir,  vergili  insanlara dünyada həmişə təsadüf olunmur. Bir neçə sənətin mahir bilicisi olan Sarəngi  – Mir Kazım bəyi öz zəmanəsində müasirləri çox yaxşı tanıyırdılar. O, görkəmli alim, cəfakeş həkim, pedaqoq, şair, tərcüməçi, bəstəkar, musiqişünas, poliqlot  olaraq geniş şöhrət qazanmışdı.
Amma çox təəssüflər olsun ki, sağlığında olduğu kimi ölümündən sonra da bir çoxları  elimizin-obamızın bu mənəvi ZİRVƏSİNİ görməməzliyə vurublar...

Ardını oxu...

 Şrift:

                                    Elşad BARAT


                           QARACA RASİMİN QARACA ÇOBANLIĞI...

    Son aylar mütaliə hədəfim dövrümüzün dahiləridir. Hansı ki, o dahilərdən hansısa birinin elə bu gün, ya da bu axşam müqəddəs barmaqları arasına aldığı müqəddəs qələmindən süzülən müqəddəs mürəkkəbinin rəngini belə düşünmək böyük xoşbəxtlikdir. 

                                                                  Xırmandalı İlqırımvurmuş


   Özüm ölüm, Qaraca Rasimin "siz ey ordakılar" adlı şerlər kitabını oxuyanda adama elə gəlir ki, Dövlət Statistika Komitəsinin illik hesabatını vərəqləyirsən. Həm də, özünü “yuxarıların” gözünə soxmaq istəyən məmurun şişirdilmiş rəqəmləriylə.
Qardaş, qurban olum, məndə günah görmə, mən təcrübəsiz adamam, əlimə düşən kitabdan nəsə öyrənmək istəyirəm. Bax, elə o gün Bakı Slavyan Universitetinin kitabxanasından oğurladığım Boris Yevseyevin “Hekayələr” kitabını iki gün yatağımda saxladım. Allah haqqı, kitabla qucaqlaşıb yatırdıq. Bir də oyanırdım ki, kitab öz vərəqləriylə saçımı sığallayır, mənə elə gəlirdi ki, cənnətin ən gözəl hurisiylə eyni yataqdayam.
İndi sən də balaca tənqidçi deyilsən, özün görürsən hər şeyi. Deyirəm, qardaşcanı, mən sənin yerində olsaydım, gedib AYB-nin sədrinə şikayət edərdim.

Ardını oxu...

 Şrift:

                                    Elşad BARAT    

                                   
                            “YAZIÇI” SÖZÜ QAN TURALIDAN BEZİB

       Qardaşcanı, Qan Turalı Yaradıcılıq Fakültəsində dərs deyəndə adama elə gəlir ki, qəfil işığı sönmüş kənd toyunda generator işləyir. Həm də yanacağı tükənməkdə olan generator. O da ki, söndüsə bir də işə düşməsi qeyri mümkündü. Mütləq, bir yerdən yanacaq tapıb toyunu yola verməlisən.
Nə az, nə çox, düz bir il Qan Turalının dərslərində oturduğuma görə özümə nifrət eləyirəm. Görəsən, adam nə qədər kütbeyin olmalıdır ki, Turalı müəllim kimi qəbul eləsin. Nə isə.
       Özüm ölüm, çox gülməli görünür. Hansı daşı qaldırırsan altından Qan Turalı çıxır. Bu dəfə də “Fələk qırmancı”nı gəncəlilərə sırımağa qalxıb.

Ardını oxu...

 Şrift:


                                          Fariz Yunisli


 

                      Fransız etnoqrafın gördüyü Azərbaycan

“Dərbəndlə Bakını ayıran məsafəni bir ilə yaxındır ki, istifadədə olan dəmiryolu vasitəsilə qət etdik... Yolumuzun birinci hissəsi çox mənzərəli diyardan keçirdi...
Dəniz ləpələrilə yuyulan, ən yüksək nöqtəsində qala ucalan təpənin yamacında yerləşən qədim Bakını daş hasar əhatə edir. Dəniz kənarının görünüşü valehedicidir...”
Bu fikirlər fransız etnoqrafı, arxeoloq, səyyah, Paris Coğrafiya Cəmiyyətinin üzvü Baron de Bayın (1853-1931) «Tatarlar: Dərbənddən Yelisavetpola» adlı yol xatirələrində yer alıb. Həmin yol qeydləri Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “Gələcəyə Baxış” Təhsilin İnkişafı İctimai Birliyi tərəfindən fransız, Azərbaycan və rus dillərində hazırlanaraq çap olunub.

Ardını oxu...

 Şrift:
 
 
                                         Savaş türkülərinin müəllifi -
                                                   Şahin Musaoğlu
 
   ...Çoxumuz  orta məktəbdə  bizə dərs deyən sevimli müəllimlərimizin adını  fəxrlə  çəkirik;  sağ ikən özlərinə, dünyasını  dəyişəndən sonra  ruhlarına  minnətdarlığımızı  dəfələrlə  dilə  gətiririk.  Hərbi mahnıların müəllifi  həkim,  bəstəkar Şahin Musaoğlunun pedaqoq atasının xatirəsini  təkcə  dərs dediyi şagirdləri deyil,  bizim cənub bölgəsində onu  tanıyanların hamısı  əziz tutur.  Musa müəllim  çalışdığı orta məktəbdə  olduğu kimi,  ictimai yerlərdə  də öz ziyalı borcunu  yerinə yetirən, gənc nəsillərə vətən sevgisini aşılayan el-obanın hörmətli şəxsiyyətlərindən idi...
          Azərbaycanın ən qədim yaşayış  məskənlərindən olan Qızılağacda dünyaya  göz açan Şahinə  də  ilk VƏTƏN dərsini Musa müəllim keçmişdi,   YURD sevgisi,  elpərvərlik hissi  aşılamışdı.

Ardını oxu...

 Şrift:

                               
                                           80  yaşlı  böyük türk

      Azərbaycanı Qazaxıstan qədər özünə doğma  bilən, “Bakı dünyada  sevdiyim iki şəhərdən  biridir”   deyən görkəmli qazax şairi, yazıçı, alim və ictimai xadim Oljas Süleymenovun  may  ayının 18-də  80 yaşı tamam olur.
      Vaxtilə    “Az-Ya”  kitabı ilə  keçmiş SSRİ-ni silkələyən, qəlbində  tükənməz  türk sevgisi bəsləyən  Oljas  Süleymenov  1990-cı ildə  Sovet  İmperiyasının Azərbaycana qarşı   törətdyi  cinayətə etirazını  Moskavada yüksək  kürsülərdən  söyləmiş,  çox sonralar  mətbuata  verdiyi açıqlamada bunu  ilk  növbədə qardaşlıq və insanlıq   borcu  adlandırmışdır.  Qanlı  Yanvar  hadisələrindən  bizi  illər ayırsa da,  Oljas Süleymenov  xalqımızın  yaddaşına o  mərdanə,  cəsarətli   çıxışıyla  əbədi həkk  olub...   O, dəfələrlə  Bakıya gəlib,  Azərbaycan xalqının   kədərinə, sevincinə  şərik olmuş,  ədəbiyyat  barədə maraqlı  çıxışlar etmişdir.
     ...Bu şəkil  onun   təqribən  10  il  öncə Bakıya  gəlişi  zamanı Azərbaycan  Yazıçılar  Birliyinin  foyesində  çəkilmişdir.   Yadımdadı,  Natavan  klubunda çıxış edəndə  Oljas Süleymenov Nizamiyə,   Nəsimiyə, Füzuliyə, Sabirə  sevgisini dilə  gətirdi  və  Tolstoy barədə  belə  fikir söylədi:  “Tolstoy   əsərlərində  yaratdığı   qəhrəmanlarına  Allahın  öz  bəndəsinə baxdığı  nəzərlərlə baxırdı,  o, fərq qoymurdu ki,  bu  xristiandı,  bu müsəlmandı və ya  buddistdi...”  Böyük sənətkarın fikrincə,  müasir  dövrdə ədəbiyyatda həqiqi ustad adını qazanmaq   üçün əsərlər lazımdır...
     Sözü ilə  zamanın  və məkanın   sərhədlərini  aşan,  türk  xalqlarının  taleyi ilə bağlı  həqiqətləri  dünyayada   təbliğ edən və  “Mən Azərbaycanı özümə ikinci Vətən bilirəm” söyləyən  Oljas Süleymenova  ulu  tanrıdan  sağlam və uzun  ömür arzulayırm.
     Adına və  türk sevdasına böyük  hörmət və ehtiramla,

             Nurəddin   ƏDİLOĞLU,
                  yazıçı -  publisist
                                                         


 Şrift:
 
                          Qurban BAYRAMOV
                             tənqidçi-ədəbiyyatşünas

                 Yusif Kərimov nəsrinin ideya-estetik qayəsi
                           və yaxud erməni məkrinin ifşası

    Yusif Kərimovun yaradıcılığı, şəxsiyyəti mənə yaxından tanışdır.  Hələ onun 70 illiyində "Həyat dərslərinin bədii təcəssümü" adında məqalə yazmışdım və "Ədəbiyyat" qəzetində dərc edilmişdi. Həmin məqalə belə başlayırdı: 
"Milli mənsubiyyətinə, kökünə, kökəninə, vətəninə, müstəqil dövlətçiliyinə bağlı olan sənətkarlarımızdan biri də yazıçı publisist, jurnalist Yusif Kərimovdur.

Ardını oxu...

 Şrift:
                                          
                                                     SABİR  BULAĞI, 

                                 yaxud    XALQIN  ŞAİRİ,  HAQQIN NASİRİ

                                                 Sabir Rüstəmxanlının  70  illiyinə  essevari fraqmentlər

       ...Çoxdan tanısam da, dəfələrlə görüşüb duz- cörək kəssək belə  xalqın şairi, haqqın nasiri, Türkün  görkəmli oğlu Sabir Rüstəmxanlı  haqqında ilk dəfədir ki,  əlimə qələm alıb yazıram. Bu gecikmiş yazıya görə, özü olmasa da,  onu dəfələrlə sayılıb-SEÇİLƏN  ölkə ziyalıları arasından  millət vəkili  SEÇƏNLƏR  və  türk dünyasına  səs salan  əsərlərinə  görə  sevənlər  məni bəlkə də qınayacaq. Amma  burası da var ki,  çox vaxt  qələm əhli  özünə doğma bildiyi şəxsiyyətlər haqqında yazmaqda çətinlik çəkir. Yaddaşımın saxlancında Sabir bəylə bağlı o qədər faraqmentlər var ki,  hansından başlayım, özüm də bilmirəm...
      Birinci fraqment:  Tale elə gətirdi ki, 80-ci illərin sonu  Sabir bəyin Masallıda   müstəntiq işləyən qardaşı  Əlövsət  bəylə bir müddət  qapıbir  qonşu olduq.

Ardını oxu...

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac