Xəbər lenti

 Şrift:
                       
                              Əbədiyyət gülüyəm mən

     İki əsrdir, rus imperiyası bir xalqın sinəsini nəhəng və tikanlı not sətirləri ilə ikiyə bölüb. Sol açarı Təbrizdə, Fa açarı Bakıda bənd alıb. İllərdir o sətirlərin üstə ancaq minor ladlı əsərlər yaranmaqdadır. Bu əsərlərin bəstəsi də bizə aiddir, sözləri də. Təəssüflər olsun ki elə dinləyicisi də özümüzük. Dünya hələ ki səsimizi eşitmir, heç eşitmək fikri də yoxdur. Dərdimizi deyə-deyə qubar bağladı ürəklərimiz. Bu mövzuda silsilə ədəbiyyat nümunələri yaratdıq. Sözün yükü nə qədər ağır olarmış?! Belə də ad olarmı?! Necə yəni güney ədəbiyyatı? Necə yəni quzeyli bacı-qardaşlarımız? Bir elin də cənubu, şimalı olarmı?! Ancaq fələyin gərdişinə neyləyəsən? Alan razı, satan razı. Sızlayan yara bizim, Araz üstündən boylanan həsrət dolu nəmli gözlər bizim... 
Şairlərimizin təqdimatında mütəfəkkir,dahi,filosof,alim,ustad və digər təyinlərdən istifadə edirik. Ancaq nədənsə Şəhriyar haqda danışarkən bunların heç birini heç vaxt dilə gətirmədim. Onun adı mənə “ müqəyyədləşmiş epitetəm “ pıçıldadı.

Ardını oxu...

 Şrift:
         
 
                                          İlyas Tapdıq bu dağların oğludur.


                                      ...Ölüm, namərd ölüm, gör kimə qıydı,
                                      O ürək həmdəmi, göz işığıydı,
                                      Bütün məclislərin yaraşığıydı,
                                      İnsafmı qoyulsun məzara Qoşqar?

    Bəli, bu misralar İlyas Tapdığın tanınmış alim, Milli Elmlər Akademiyasının müxbir üzvü Qoşqar Əhmədliyə həsr etdiyi “Qoşqar” şeirindəndir. Amma iş ondadır ki, insaflı olsa da, olmasa da, məzar bütün insanların son evidir. Elə İlyas Tapdığın da məzara qoyulduğundan xeyli vaxt keçir. Onunla təskinlik tapırıq ki, Azərbaycan şeirinin bayraqdarı Səməd Vurğun demişkən, soyuq məzara da ziynətdir insan.
   Qoşqar müəllim İ.Tapdığı çox istəyirdi. İlyas müəllim danışırdı ki, bir dəfə Şınıx tərəfə qonaq getmişdik. Təklif olundu ki, dağa getməliyik. Maşınla müəyyən yerə qədər getsək də, bir xeyli məsafə piyada qalxmalı  idik. Qoşqar müəllim deyib ki, kim dağın başına tez çıxa bilsə mükafatlanacaq. Amma hamımız ora çıxmalıyıq. İlyas müəllimin artıq çəkisi yox idi. O hamıdan tez zirvəyə çıxır. Qoşqar müəllim çatanda  onu qucaqlayır, dağda niyəsə tək-tək bitmiş lalələri qoparıb şairə verir. İlyas müəllim deyir ki, qardaş, o laləni dağdan qoparıb qirmasan mənə ən böyük hədiyyə olardı. Lalələr zirvənin yaraşığıdır.

Ardını oxu...

 Şrift:
    Yaxın vaxtlarda AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu onomalogiya şöbəsinin sabiq müdiri, filologiya elmləri doktoru Adil Bağırovun xatirəsinə həsr olunmuş “Adil Bağırov – 70” kitabı işıq üzü görəcək. Yazıçı Əlabbasın həmin kitabda yer alan  xatirəsini oxucuların diqqətinə çatdırırıq.                                                                                                                                  
                                                               
                            
                                                            Əlabbas

                                            Məni bağışlamayan Adil

     Desəm; adamı ata-anası tərbiyə elər, yəqin ki, təzə bir şey demiş olmanam. Amma desəm ki, içi mən qarışıq yaşı bu gün altmışa çatan hər hansı nursulunun – söhbət Şahbuz rayonunun Nursu kəndindən gedir – bir insan kimi formalaşmasında “adı dünyanın xəritəsində olmayan” (M.Araz) o balaca kəndin gəlib-getmiş kişilərinin quruca adı bir tədris proqramını, daha geniş  anlamda isə  böyük bir məktəbi əvəz eləyib, bunun bir gerçək olduğuna   şübhə yeri qalmasın gərək. Çünki  bu ucqar dağ kəndi ötən əsrin 60-cı illərindən sonra öz say-seçmə və zəki insanlarının sayəsində kimsəyə hiss etdirmədən daim mifik aləmlə real dünyanın sınırlarının bir-birinə qovuşduğu yer,  məkan, və həm də yaşayış məskəni olub.    Gözünü açıb Məmməd İbrahimin özünü gündüz kənddə,  axşam mavi ekranda, ad və şəklini isə bir-birindən maraqlı şeir  kitablarının cild və  səhifələrində görən kəndli babanın  düşüncəsinə başqa nə hakim ola bilərdi? Tanınmış ictimai xadim İbrahim Bağırov, professorlar Firidun Hüseynov, Vəliyəddin Əliyev də eləcə... O illər onlar Nursunun  təfəkkür tərzi, zehniyyət və qismətinə düşən təkcə gur işıq yox, həm də sakral düşüncəsində özünə möhkəm yer eləyən az qala dastan-nağıl qəhrəmanı idilər.
    Bir az sonrakı nəslə mənsub   Adil Bağırovun, biri filoloq, o biri  isə uroloq olan iki Akif Bağırovun və onlarla  digər  məşhur ismin  bu kənddə doğulub böyüməsi mövcud ənənənin davamından da çox, sanki o mifik dumanın  bir az da qatılaşmasına  gətirib çıxardı.

Ardını oxu...

 Şrift:
              
                   Yuxumun laylası Gədəbəydədir...

 
   Kimliyindən asılı olmayaraq insan təbiəti elədir ki, onun üzünün gülmədiyi,yuxusunun gəlmədiyi anlar olur.Uşaqlıq yaşımda belə hallar olanda anamız könlümüzü alar, yuxumuza layla çalardı. Bu hallar mərhum şair İ.Tapdığın həyatında daha bariz şəkildə  olmuşdur. Çünki onun uşaqlığı tay-tuşları kimi Böyük Vətən müharibəsi dövrünə düşmüşdü. Atası müharibəyə getmış, bacısı və  qardaşları ilə birlikdə 4 övlad analarının ümidində qalmışdılar.Sonralar bunu o , öz şeirində belə qələmə xatırlamışdır.
 

 
 
 
Anamın boynuma dolanan qolu,
 
Yuxumun laylası Gədəbəydədir.
 
 
 
İ.Tapdığın ilk kitabının redaktoru olmuş tanınmış şair Osman Sarıvəlli yazmışdı :
 
Bəllidir aləmə dəmiri , misi,
 
Gədəbəy tanınıb dünyada artıq.
 
Gəzib dağlarında biz də oranın,
 
Qızıldan qiymətli İlyası tapdıq.
 
 
 
Mənə elə gəlir bu misralar gənc şair İ.Tapdıq üçün uğurlu yol demək idi. İ.Tapdığın elə ilk şeirlərindən mayasının sadəlik və səmimilik olduğu sezilirdi.Bunu sonralar “Bir eşqin şimşəyi” kitabına ön sözü yazmış əvəzsiz ədibimiz M.Cəlal da qeyd etmişdi. Düşünürəm ki, əgər  İ.Tapdıq 5 cildlik şeir və poemalar müəllifi olmasaydı belə,
 
Bizə pencər yığan Güləndam qarı,
 
Çoxdan tərk eləyib bu oylaqları...
 
Yaxud;
 
Bənövşə xatirinə kol dibinə iz düşdü.
 
misraları onun bulaq suyu kimi duru misralarından, dəyərli poeziyasından bizi agah edərdi.
 
Adama elə gəlir ki, o, ürəyindən gələn səsləri vərəqlərə köçürürdü.O, heç vaxt adamların  ona borclu olduğu iddiasında olmayıb. Əslində öz ömrünü xalqa, vətənə borclu bilib.   
 
Elin sevincini, kədərini yaz,
 
Sənət bağçasına yol eldən gəlir.
 
Elin ətəyini buraxma , İlyas,
 
Elin ətəyindən tutan yüksəlir.
 
 
 
İ.Tapdıq 2009-cu ildən ömrünün sonuna kimi ulu öndərimiz    H.Əliyev cənablarının  sərəncamı ilə Prezidentin fərdi təqaüdünü alırdı. O bunu təltiflərinin ən ucası hesab edirdi, başqa umacağı yox idi.
 
Adımı yazdığım adsız ağaclar,
 
Enib qalxdığım diklər, yamaclar,
 
Siz yenə , siz yenə həmən həmənsiz,
 
Otlu biçənəklər, çəmən-çəmənsiz.
 
 
 
“Dağlar” və “Sevgi”      sənətin   əbədi mövzularındandır.Kimsə elə bilər ki , Aşıq Ələsgərdən, S.Vurğundan , M.Arazdan sonra dağlara şeir yazmaq  havayıdır. Çünki hər üçü  dağları elə vəsf edib ki, inanmırsan ki, dağlardan daha nə demək olar.İ.Tapdığın  “Dağlar” ı   özünəməxsusdur, daha çox xəlqidir , vətənpərvərlik və qəhrəmanlıq  nümunəsidir.
 
Yaşayan nağıldır Yaqublu Məcid,
 
Oydu, bu yerlərin sultanı, dağlar.
 
Talıboğlu Novruz, Mustafa ağa,
 
Atından salırdı düşmanı, dağlar.
 
 
 
4 bəndlik şeir 20% torpağı işğal görmüş bir xalqı ötən qəhrəmanlar kimi mərdliyə səsləyir. Şeirin sonu daha mənalı və fəlsəfi fikirlidir.
 
Dünənə, bu günə özün yiyəsən,
 
İlyasın qəlbini qırdın niyə sən,
 
Varmı bir övladın , bəlkə deyəsən,
 
Xoşbəxtdir əvvəli,  həm sonu dağlar. 
 
 
 
Bəli , bu həyatdır, ömrün əvvəli sonu kimi, sonu isə əvvəli kimi ola da bilməz.
 
İ.Tapdıq folkloru, şifahi xalq ədəbiyyatını çox sevirdi. Aşıq sənətini dərindən bilirdi. Daha doğrusu özü də kamil aşıq idi. V.Mustafayevin “Fransız” filmində  aşıq-şair rolunda filmə çəkilmişdi. Elə səlis, elə gözəl “Qaraçı”  çalardı və oxuyardı ki, heyran olmaya bilməzdin. Əsərlərində folklorun nəfəsi duyulurdu.
 
Məzarın başında dayanmışam lal,
 
Üstümü qəm alıb, qardaş,  a qardaş.
 
Sən ki, aşıq idin, dur sazını çal,
O sənsiz tək qalıb, qardaş, a qardaş.
 
 
 
Bitib torpağında min gül , min çiçək,
Qonubdur üstünə arı , kəpənək,
 
Qəbrinin üstündən qarışqa, böcək,
 
Neçə cığır salıb qardaş, a qardaş.
 
 
 
5 bəndlik şeir el bayatısı motivlidir. Bu da elə bir məsələdir ki, bir gündə, beş  gündə mənimsənilməz. Bunu  insan ana südü ilə birgə alır, cövhər kimi saflaşaraq, durularaq illərin yaddaşından gəlir.
 
 Biz bilirik ki, aşıq ədəbiyyatında aşiq öz məşuquna qovuşmaq üçün əzablar çəkir.Ağrılı , sızıltılı şeirlər qoşur, oxuyur. Bu məhəbbət dastanlarımızda və başqa klassik aşıq poeziyasında daha qabarıqdır. İ. Tapdıq yaradıcılığında aşıqlar üçün qoşulan qoşqular daha nikbin və şaqraqdır. İ. Tapdığın Bakıda, Moskvada məşhur konsert salonlarında aşıqların oxuduğu “Mənim böyük Vətəmində” , “Təzə ildə” şeirləri inamlı, gələcəyə xoş ümidlidir.
 
 
 
Kim gül əkir , gül də biçir,
 
Sözlər günəşdən nur içir,
 
İlyas gün-gündən xoş keçir,
 
Mənim böyük Vətənimdə.
 
 
 
Saz çalan kimdir? El aşığıdır,
 
Aşıq toyların yaraşığıdır!  - yazan İ.Tapdıq  aşıq yaradıcılığını təhlil edər, aşıqlara yeni istiqamət verərdi. Aşıq Əkbər, Aşıq Ədalət, Aşıq İsfəndiyar, Dədə Şəmşirlə  dostluq edərdi.Onlar haqqında yazıları vardı. Dədə Şəmşir haqqında “Tərlan qocalsa da yenə tərlandır” adlı sanballı yazısı vardı. Aşıq Əmrahı, Aşıq Kamandarı sevər və sevdirərdi. Zahid Aslanoğlu və Bəylər Tağıyevlə xüsusi dostluq edərdi. Bu və ya başqa aşıqlar haqqında efir və ekranda verilişlər təşkil edərdi. Lüzumsuz təkrarı tənqid edərdi. Aşıq mahnılarında aradabir səslənən və mahnılara bi şirinlik qatan  
 
 
 
Bulaq bizim yerdə, qar bizim yerdə,
 
Könlün nə istəsə var bizim yerdə   - aşıqların dilində tez-tez səslənən bu misralar  da ona məxsusdur.
 
 
 
“Yaş demək olmaz”,  “Sazda ana laylası var”, “Gədəbəydədir”, “Gözlər” şeirləri aşıqların dillərindən indi də düşməyir. Sevilə-sevilə müxtəlif saz havaları üstündə oxunur.
 
       İ. Tapdıq yaradıcılığında mənalı ümumiləşdirmə movcuddur.
 
 
 
Mən İlyasam, bir həmdəmim yar idi,
 
Xəyalıma yerlər, göylər dar idi.
 
Cavan idim, bir ürəyim var idi,
 
Ata oldum, üç paradır ürəyim.
 
 
 
İ.Tapdıq uşaqların sevimli şairi idi. Onun şeirləri uşaqların özü kimi təmiz,sadə, səmimi idi. Onun şeirləri uzun müddət dərsliklərdən düşmədi və sevildi. Xalq şairi Məmməd Araz   İ.Tapdığı Abdulla Şaiqlə müqayisə etməkdə yanılmamışdı. Məktəblilər İ.Tapdiğin şeirlərini asan əzbərləyər və yaddan çıxarmazdılar.
 
 
 
Sularında üzür gəmi
 
Qara neftin bulaq kimi,
 
Qucağında sıx buruqlar,
 
Düzülübdür qatar-qatar.
 
Üstündə var polad şəhər
 
Nə gözəldir bizim Xəzər!
 
 
 
Şeir axıcı və sadə olduğundan uşaqlar onu sevə-sevə oxuyurdular. İ.Tapdığın “Xalamın qızıyam” şeiri daha ibrətamizdir.
 
 
 
Atam deyir – Sevincəm,
 
Anam deyir – nadincəm.
 
Babam deyir – uşağam,
 
Nənəm deyir – qoçağam.
 
Xalam deyir – quzuyam,
 
Mən xalamın qızıyam!
 
 
 
Əlbəttə, körpə uşaq onu kim nəvazişlə dindirirsə,onunla mülayim rəftar edirsə, ona “övlad” olmaq istəyir.İ.Tapdığın uşaqlar yazdığı “Meşənin mahnısı”, “Nağıllı ağaclar”,”Şüvəlanda”kimi poemaları da uşaqların sevdiyi əsərlərdir.
 
İ.Tapdığ təkcə Azərbaycan oxucuları tərəfindən sevilmir.Onun “Kəndimizin çobanı” , “Təpələr”,“Nağıllı ağaclar” , “Çimnaz oynayır” , “Xumar” kimi kitablarını Azərbaycan oxucuları sevirdisə də, Moskvada nəşr olunan “Çimnaz oynayır” “Dəvə balası” “Təpələr” kitablarını keçmiş SSRİ xalqları oxucuları və bir çox dünya xalqları mütaliə edə bilmişdilər. İ.Tapdığın Moskva nəşrləri həmişə yüksək tirajla yüz min nüsxələrlə çap olunurdu. 
 
Əlbəttə biz İlyas Tapdıqla tay-tuş deyildik. 10 ilə yaxın yaş fərqimiz vardı.Mən kənd məktəbinin 6-cı sinifində oxuyanda o, ali məktəb tələbəsi idi, tanınan gənc şair idi. Sonradan elə yaxınlaşmışdıq ki, hətta dünyasını dəyişdiyi gün də daxil olmaqla gündəlik heç olmasa telefon əlaqəmiz vardı. Bir dəfə şirin söhbətimiz zamanı bir şeirinin tarixçəsindən söz saldım.
 
 
 
Axtarmadım ilk sevginin izini,
 
Adı qalıb, itirmişəm özünü, - misralarının ünvanını soruşdum.
 
Köksünü ötürərək bildirdi : “1948-ci il deportasiyasında Göycə mahalından kəndimizə gələnlərdən bir ailə bizim qonşuluğumuzda olurdu.Ailədə bir gənc qız da vardı.
 
 
 
İzləyəndə onu pünhan izlədim,
 
Gözləyəndə aşıq-aşkar gözlədim.
 
Ha çalışdım sirr sözümü gizlədim,
 
Yenə çatdı baxışlarla o yara.
 
 
 
Ali məktəbə qəbul oldum. 1951-ci ilə bizimkilərlə bərabər o qız məni özü yola salıb uğur dilədi. Çətin vaxtlar idi, mənim üçün telefon əlaqəsi və başqa söz söhbət müşkül məsələ idi. İndiki kimi internet, mobil telefonlar heç xəyala da gəlməzdi. Semestri qurtarıb kəndə qayıtdım. O zaman avtobus da işləmirdi, qatarla gəlib ara-sıra görünən yük maşınları ilə yarı piyada kəndə çatdım. Evə girməzdən gözümü onların qapısına dikmişdim.Anam bildirdi ki, havayı baxma, o qız qəflətən dünyasını dəyişdi. Hönkür hönkür ağladım, anam da mənə sarıldı.
 
Ağrısı yamandır könül dostunun,
 
Baş açmaz dünyanın baş loğmanı da.
 
 
 
Zaman hər şeyi yoluna qoydu. İllər keçdi. Omür gün yoldaşım Münəvvər xanıma rastlaşdım, sevdim, sevildim, ailə qurduq.
 
 
 
Gözündən gözümə köz çıldıradı,
 
Gözüm gözlərinə ilk sataşanda.
 
O gündən günəşim olubdur  adı,
 
Üstümə nur səpir mənim hər yanda.
 
 
 
Və beləliklə də, 3 övladımız oldu. Bir ömrü belə yaşadıq.”
 
 
 
İ.Tapdıq vəfatından bir neçə ay  keçsə də  unudulmur.O şeirləri ilə əksər məclislərdə yad edilir. Qarabağ müharibəsi veteranı Sarvan Tağıyev, şair Musa Ələkbərli, şair Hacı Loğman, dostu Natiq Nağıyev həmişə onu yad edirlər,xatirəsini əzizləyirlər.
 
  Unudulmaz xalq şairimiz Zəlimxan Yaqub İ.Tapdığa həsr etdiyi bir şeirində hələ 2009-cu ildə yazmışdı.
 
 
 
Sən yaşa ömrünü Xızır İlyasın,
 
Yetmişin üstünə beş gələn kişi.
 
Şirin nəğmələri yaz ətri verən,
 
Bu qoca dünyaya qış gələn kişi.
 
 
 
Şair çiçəklərdən bal çəkən arı,
 
Şeiri zirvələrin tər-təmiz qarı,
 
Qalxıb Gədəbəydən Bakıya sarı,
 
Dağ enən, düz keçən, döş gələn kişi.
 
 
 
Sözü çiçəklərin dadında qalan,
 
Eşqi bulaqların odunda qalan,
 
Şair Zəlimxanın yadında qalan,
 
Nəfəsi allaha xoş gələn kişi.
 
 Adı, imzası hamıya xoş gələn mərhum şairimizə ulu tanrıdan rəhmət diləyir, imzasına böyük ehtiramımızı bildiririk!
 
 
 
 
          Cəmil Hüseynli.  

 Şrift:
                                        
                          Çingiz Abdullayevin yaradıcılığı və fəaliyyəti

     Azərbaycan dünya ədəbiyyatına bir sıra sənət ustaları veribdir. Bu sənətkarlardan hər birinin özünəməxsus ədəbi məktəbi, orijinal yaradıcılıq yolu olmuşdur. Eyni sözləri, siyasi dedektiv janrında gözəl romanlar bəxş edən xalq yazıçısı Çingiz Abdullayev haqqında da deməliyik. O, öz yazı üslubu ilə müasir həmkarlarından fərqlənərək, adı çəkilən janrla Azərbaycan ədəbiyyatına yeni ruh, yeni rövnəq gətirdi.
Çingiz Abdullayevin müasirləri arasında qazandığı böyük nüfuz ədəbi mühitlə məhdudlaşmamış, ölkımizin ictimai-siyasi həyatında göstərdiyi fəaliyyət, ictimai proseslərdə fəal və intensiv iştirakı geniş əks-səda doğurubdur.

Ardını oxu...

 Şrift:


   -Mənim haqqımda yazılmış ən yaxşı yazıdı, - dedi, ƏLəkbər müəllim, - mən də zarafatla qarşılıq verdim ki, kimin haqqında yazıramsa, ən yaxşısını yazıram.
2011-ci ilin martında yazılıb, həmin tarixdə də "Ədəbiyyat naminə" qəzetində çap olunan bu yazı Ələkbər Salahzadənin 70 illiyinin xatirəsidi.

       Həmişə yazmaq istədiyim, heç vaxt yaza bilmədiyim yazı

   Ələkbər Salahzadə mənim çox istədiyim Adamdı, Şairdi. Bu sevgini həmişə diri saxlayan,heç zaman öləziməyə qoymayan və zaman-zaman yeni keyfiyyətlərlə,dəyərlərlə zənginləşdirən də onun xarakterindəki bütövlük, şəxsiyyətindəki əyilməzlik,dünya malına bəslədiyi şairanə münasibəti,əxlaqi-mənəvi özəlliyidi. Martın 15-i 70-ini haqlayan,daha dəqiqi ,namərd zamanın onu haqladığı gündü.O,bu günə çatmaq üçün düz 70 il qabaq yola çıxıb, gəlib görüb ki, ay dadi-bidad, balaca bir Ələkbər haçandı bir qaya qaşında oturub onu gözləyirmiş. Gözləyirmiş ki,onunla ömür haq-hesabı çəksin və desin ki,yaxşı yaşamısan,Ələkbər müəllim.Ələkbər kişi,sənəti vasitəyə,ömrünün heç bir dönəmində,çevirməmisən,ona görə də bir həsir, bir Məmmədnəsirsən.

Ardını oxu...

 Şrift:

       
                                          İlyas Tapdıq


                                                    "İnsan  yatan  torpaqda da var hənir,

                                                    Dağ  döşündə bir qəbir var, bir qəbir..."

   Müəllifi İlyas Tapdıq olan bu misralar onun öz qəbri üçün yazılmasa da o, öz məzarı ilə şeir sevənlərin müqəddəs ziyarətgahlarının bir ünvanını da artırdı. Necə ki biz şairin dəfnindən qayıdıb gələndən sonra dəfnə gecikən bir dostu təkcə gedərək  gətirdiyi qərənfillərlə onun qəbrini bəzədi. Dəfn zamanı din xadimi mənə təklif etdi ki,  mərhumun üzünü qibləyə tərəf çevirmək lazımdır. Yox, İlyas Tapdığın üzü hansı tərəfə çevrilsə vətən torpağı onun üçün qiblə idi, möhtəşəm idi, müqəddəs idi. O, vətən torpağının ayrı-ayrı gözəlliklərinin bizim görə bilmədiyimiz ştrixlərini vəsf etsə də, ümumilikdə onun üçün  vətən əziz idi.

Bu dağlarda bulaq gördüm

Dibindəki daşı saydım

Yorulmazdı gözüm könlüm

Yüz il burda yaşasaydım,   deyərdi.

Ilyas Tapdığın hələ tələbə ikən kitabı çapdan çıxmışdı. Onun uşaqlar üçün yazdığı “Kəndimizin çobanı” poeması O.Sarıvəllinin redaktorluğu ilə buraxılmışdı. Elə bu illərdə çox təbii, axıcı şeirləri dalbadal oxuculara çatırdı. Bu 1952-55-ci illər idi.

Ardını oxu...

 Şrift:
           
                 Nizaməddin  ŞƏMSİZADƏ,
               filologiya elmləri doktoru, professor,
             Azərbaycan Respublikasının Dövlət  mükafatı
            laureatı     
                                                                      
                                                    
                                                  TALE ÇƏPƏRLƏRİ

      Azərbaycana qanlar, qadalar  bahasına  başa gəlmiş  istiqlal epoxası özü ilə bərabər  ədəbiyyata yeni imzalar  da gətirdi.  Düşüncə azadlığını  taleyin  şirin  qisməti  kimi qəbul edən bu imzalar, daha çox poeziya  və nəsrdə  yeniliyə nail  olmağa, yalnız  senzura basqısından  yox,  bədii sıxıntıdan  xilas olmağa çalışırlar. Belə yazıçılardan  biri  Nurəddin Ədiloğludur. Cəmiyyətdə və ədəbi prosesdə yerini  bilən, ədəb-ərkan sahibi, dostcanlı  bir ziyalı olan  Nurəddin  yazdığı  hər kəlmənin  məsuliyyətini dərk edən  bir insandır.
  O, mənə üç  povest və  yeddi-səkkiz  hekayədən ibarət kiçik qovluğunu  verib, -  baxarsan, – dedi. Baxmağım  isə çox uzun, bir ilə yaxın  çəkdi. Əlimdəki  işlərin çoxluğu, xüsusən də  amansızcasına vaxt və əsəb aparan “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi məni  yayınmağa qoymurdu.

Ardını oxu...

 Şrift:

          Unutmayaq!! - Həmişə müasir şair - Nəbi Xəzri
 
                                (qısa tanıtım, ədəbi oçerk)

    Azərbaycan ədəbiyyatı tarixində xüsusi və mühüm bir mərhələni təşkil edən XX və XXI əsrin milli ədəbi-mədəni mühitində müstəsna yer tutan, ədəbi-bədii prosesin istiqamətlənməsində və inkişafında əlamətdar rolu olan görkəmli ədəbi-tarixi- ictimai şəxsiyyətlərdən biri də şair, dramaturq, nasir, publisist, tərcüməçi  kimi çoxcəhətli bir yaradıcılıq yolu keçən, özündən sonra olduqca maraqlı bir ədəbi irs qoyub gedən xalq şairi Nəbi Xəzridir.
   Azərbaycan gerçəkliyinin ictimai-siyasi, mənəvi-psixoloji mənzərəsini, tariximizin bir çox olaylarını, insanlığın duyğu və düşüncələrini əks etdirən N. Xəzri ədəbiyyat və mədəniyyət tariximizdə öz işıqlı düşüncə və əməlləri ilə müasirlərinə və özündən sonrakı nəsillərə əhəmiyyətli dərəcədə təsir etmiş görkəmli sənətkardır və şübhəsiz, Nəbi Xəzrinin yaradıcılığı sovet və müstəqillik dövrü Azərbaycan poeziyasının parlaq  səhifələrindən birini təşkil edir.  
    Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.

Ardını oxu...

 Şrift:

    Azərbaycan və Özbək xalqlarının dostluğu sarsılmaz və sönməzdir
 
SSRİ samanında Sovetlər birliyinə daxil olan “qardaş” respublikalara (mənfur düşmənimiz istisna olmaqla) səyahətə, ezamiyyətə, məzuniyyətə getmək heç o qədər də maraqlı deyildi və elə də əhəmiyyət kəsb etmirdi. Sanki qonşuya gedib-gələrdik. Ancaq indi müstəqil dövlət kimi onlar bizimçün xarici dövlət sayılırlar. Sözsüz ki, hər bir xarici dövlət öz konstitusiya qanunları ilə və hər bir xalqın özünün hörmət etdiyi adət-ənənələri ilə yaşayır, inkişaf edir. Qonşu dövlətin qanunlarına və adət-ənənələrinə hörmət etmək beynəlxalq hüquq normaların əsasını təşkil edir. Artıq 25 ildir ki, nəhəng imperiya süqut etdi. Onu yaradan da avantüristlər idi, yıxan da. Nə isə...

Ardını oxu...

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac