Xəbər lenti

 Şrift:

                               İLQAR TÜRKOĞLU

 
PAYIZ ELƏ PAYIZDI
 
 “On yeddi”yə daha çələng düzmürəm,
Aramızda hey salıbdı davanı.
Bilirsən ki,“Ayrılığ”a dözmürəm,
Dəyişərsən “on səkkiz”də havanı.
 
Arxayın ol, bilirsən ki, çəkərəm
Ürəyimdə neçə-neçə ton yükü.
Dilin acı, mənsə hələ şəkərəm,
Elə bilmə, bu sevdanın son yükü.
 
İşıq kimi tut üzünə yenə də
Mənim qəlbim kağız kimi bəyazdı.
Qaranlığı qalasan da sinədə
İsinməzsən, payız elə payızdı.
 
Cəm elədim, bircə-bircə təkini,
Könlümdə yaz təzə çiçək açırdı.
Bu sevgidə istəmirdim”iki”ni,
Zəndin yenə bir fürsəti qaçırdı.
 
Daraldıqca ümidlərin dalanda,
Xəzan yellər saçlarını darayır.
Unudulub aramızda olan da,
İndi bizi xatirələr arayır...
 
Çəkilirsən uzaqlara yenə sən,
Dolanırsan xəyallarda yüz yeri.
Demirəm ki, şahlığından enəsən,
Qayıtmağa saxla bir az üz yeri.
 
Axır hələ aramızdan gur sular,
Bu günə də ”allah-kərim” deyərsən.
Xəbər alıb, məni səndən sorsalar,
Kəsəsinə, “halal ərim”, deyərsən.
 
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac