Xəbər lenti

 Şrift:

            
                                                Vasif QURBANZADƏ



   VƏTƏN


Vətən, sənin günün qara,
Su səpilmiş köz kimisən.
“Baba”sının zorladığı,
Bir günahsız qız kimisən.

Nədir, bu düşdüyün tələ?
Yoxdu çəkmədiyin çilə,
Qalmısan əllərdən ələ,
Oğulsuz, ərsiz kimisən.

 

Üşüyən közün özəyi,
Qaçıb hüsnünün bəzəyi,
Gülün yad qapı bəzəyir,
Vətən, vətənsiz kimisən.

 

           ***
Ölüm, sənə işim düşüb,
Yollar çovğun, qarsa da, gəl!
Gəl, gözləmə Haqqdan əmr,
Əldə işin varsa da, gəl!

Dünyada batmışam qəmə,
Aşiq odur qəmi əmə,
Məsafə uzaqdır demə,
Çöllər səni yorsa da, gəl!

Günəş yox dünyam isidə,
Həmdəm olmur bir kəsi də,
Lap Əzrailin özü də,
Qarşında sədd qursa da, gəl!

             

                                                                  

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac