Xəbər lenti

 Şrift:


                         Damət SALMANOĞLU



QƏLBİNDƏ MƏNİMÇÜN BİR GUŞƏ AYIR

 

Sən bu şirinliyi hardan almısan?

Ləblərin elə bil, beçə balıdır.

Neçə aşiqini dərdə salmısan,

Gəlişin ruhumun xoş əhvalıdır!

 

 

Sevgidən pərvanə yanar odlara

Dəyişmə, əzizim, məni yadlara

Qəlbində mənimçün bir guşə ayır,

Yaraşdır adımı, sadiq adlara.

 

Heç getmə, ürəyim səni istədi,

Dərdindən divanə olub, xəstədi,

Həzin danışırsan, həzin gülürsən,

Səsin İlahidən gələn bəstədi!

 

İstərdim, uzansın, bu sənli anlar,

Qismətdə olmasın qarlı tufanlar

Çıxsaq sevgimizə biz üzüdönük

Damətin qəlbinə çökər dumanlar!

 

 

BU QIZ KİMDİR

 

Gözlər qəlbin aynasıdır,

Qaşlar hilal, bu qız kimdir?

Yanaq Günəş parçasıdır,

Saçlar siyah, bu qız kimdir?

 

Baxanda gözündən gülər,

 kirpiyi qəlbimi didər.

Göz-qaşı naz-qəmzə edər,

Üzündə xal, bu qız kimdir?

 

Xəstəyə dərman, ləbidir,

Niyaz etmək el dəbidir,

Vallah Damətin təbidir,

Ləbləri bal, bu qız kimdir?

 

YETİM BƏNÖVŞƏYƏ DÖNÜBDÜ, KÖNLÜM
 

Bu qəmi, kədəri sən verdin mənə,

Ayrılıb getdiyin o hicran günü.

Getdin, acı həsrət dərd verdi mənə,

Gəl, ovut könlümdə harayı, ünü.

 

Halımı görənlər məni qınayır,

Sorurlar: kim salıb, bu hala səni?

Rəngim açılmayır, ürəyim yanır,

Eşqin gətiribdi zavala məni.

 

Tək səni sevməkdir, mənim günahım,

Gül belə insafsız olarmı, gülüm?

O qədər yoluna bağlanmışam ki,

Yetim bənövşəyə dönübdü, könlüm!

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac