Xəbər lenti

 Şrift:


                         Vəli Qaraçaylı



Sərhədləri aşan adam

Bu dünyanın xoşbəxtidi, sərhədləri aşan adam,
Dağıdaraq neçə bəndi, çaylar kimi daşan adam.
Sərhəddəki dirəkləri öz kökündən üzənlər də,
Səyyah olub dünyamızı qarış-qarış gəzənlər də,
Bu dünyanın xoşbəxtidi...

 

Ağ atını səyridərək zülmətləri əridənlər,
O,tikanlı məftilləri nəfəsiylə çürüdənlər,
Qartal kimi göy üzündə qanad çalıb süzənlər də,
Qəvvas kimi dəryalarda dayanmadan üzənlər də,
Bu dünyanın xoşbəxtidi...
Bu dünyanın xoşbəxtidi o kəslər ki, səd tanımır,
Dünyamızı bütöv görür heç zaman sərhəd tanımır.
Yaylaqlara köç eyləyib buz bulaqdan içənlər də,
Xəyalıyla neçə-neçə sərhədləri keçənlər də,
Bu dünyanın xoşbəxtidi...
Afrikadan Avropaya keçmək üçün qaçanlar da,
Bağdadımdan qanad çalıb öz səfiylə uçanlar da,
Zalımların ucbatından dənizlərdə batanlar da,
Canlarını qurtararaq sahillərə çatanlar da,
Bu dünyanın xoşbəxtidi...
Keçmişimdən bu günümə miras qalan bircə izdi,
Xoşbəxt olan o kəsdir ki,arzuları sərhədsizdi.
O sahildə dogulanlar bu sahildə dil açanlar,
Sərhədsiz bir dünya görüb,arzuları gül açanlar,
Bu dünyanın xoşbəxtidi...



Yandırar!..

Külümlə oynama, ay qarı düşmən,
Külüm sovrularsa, qorum yandırar.
Vətəndən izimi silə bilməzsən,
Ölüb getsəm, səni gorum yandırar...

Tarixi yazanlar çox yaxşı bilir,
O yerlər türkümün ulu yurdudu.
Dərədə, təpədə gecə ulayan,
Türküstan elinin o boz qurdudu.

Elə iz salıbdı ulu babalar,
Türkün o yerlərdən izi silinməz,
Fələklər keçmişi vərəqləsə də,
Qədimdən qədimdi, yaşı bilinməz,

Daş üstə səməndin nal izləri var,
Türkün varlığını dana bilməzlər.
Yüz il əlləşsə də heykəltaraşlar,
O izi daş üstə yona bilməzlər.

Neçeə qərinələr, neçə min illər,
O yerlər bizimdi, bizim olacaq.
Ulu babalardan bizlərə qalıb,
Bizdən gələcəyə miras qalacaq!!!


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Köşə

Foto qalereya

Video qalereya

Sağlamlıq

Sayğac