Xəbər lenti

 Şrift:

 

Unutma ən gözəl canlı insandır!


İstər qaynana ol, istərsə baldız,

İstər təzə gəlin, istərsə də qız,
İstər toöplum yaşa, istərsə yalqız,
İtirmə özünü heç vaxt, amandır.
Unutma ən gözəl canlı insandır!

 

Bir gün oğulsansa, bir sabah ata,
Oğul, qız toyuyla sonra qaynata,
İşini elə tut çıxmasın xata,
Ən gözəl tənqidçi axı zamandır.
Unutma ən gözəl canlı insandır

 

İnsanlıq ən gözəl sərvətdi, nurdu,
Onun da sərvəti incə şüurdu,
Pislik gözəliyə böyük qüsurdu,
Şəhla da bilir ki, əmanət candır.
Unutma ən gözəl canlı insandır!

 

 

 

 

Olar

 

Həya pərdəsin çırıb hər nə desən etmək olar,

Bu minval ilə isti cəhənnəmə getmək olar.

 

Qəlbində yoxdursa Allah sevgisi səndən heyif,

Sevgi ilə cənnətdə bülbül kimi ötmək olar.

 

Dünyanın ziyafətindən nəfsini azad etsən,

Axirət ünvanında hər arzuya yetmək olar.

 

Bəsləmə bəndəyə, ya Tanrısına qəzəb və kin,

Nifrətin kölgəsi altına girib itmək olar.

 

Şəhlanın sözlərini oxuyub qalma biganə,

Paklıqla, həya ilə könüllərdə bitmək olar.

 

 

 

 

 

Dostum!


Atasız, anasız böyüyən kəsə,
Sevginin həsrəti qəm olmaz, Dostum!
Yalın ayağını çınqıllar kəsə,
Gözündə bir damcı nəm olmaz, Dostum!

 

Güllü baharının havası quru,
Nəmli payızının çöhrəsi duru,
Həzrəti İsrafil çalsa da Suru,
Dörd fəsil birində cəm olmaz, Dostum!

 

Gözəlin qəlb yaxan, nazı, ədası,
Bülbül sevgisinin səsi, sədası,
Uca Yaradanın tək "Ol" nidası,
Duyan könüllərdən kəm olmaz, Dostum!

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Müsahibə

Köşə

Foto qalereya

Sağlamlıq

Sayğac