Xəbər lenti

 Şrift:


Eyni səbəbdən ağlasa da bir çox qadın,
Fərqli cəzalara layiqdir kişilər
— hərə ağlatdığı qədər.
Kişilər günahkardır
— xəyanətin sayı qədər,
qadın sədaqəti, 
bir az da özünü aldatdığı qədər.

Və Tanrı kişiləri, 
qadınları xoşbəxt etdiyi qədər
bağışlayacaq.
Bir gün bütün kişilər dünyaya gəldikləri üçün
qadınları alqışlayacaq.

İllərdir mətbəxinə məhkumdursa qadın,
azadlıq bu gün yemək 
bişirməməkdədir bəlkə də.
"Azadlıq" sadəcə sözdür heykəlin qadından daha çox azad olduğu ölkədə.

Bir qadının ağız boşluğunda
bir vicdanlıq tüpürcəyi var
— tüpürə bilmədiyi.
Bir də hələ də ümidi var ki,
uzaqlarda xoşbəxtlik var
— kişisinin gətirmək istədiyi,
gətirə biləmdiyi.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac