Xəbər lenti

 Şrift:


                                   Əlizaman Baxış


 

 

And iç bayrağa

 

Həkim deyir: xəstəsən,

            kirəcləşib damarların...

 Qarım deyir: nəzərdi,

           gözü çıxsın sənə

                     kəc baxanların!

Oğul deyir: işlə bir az,

            çox oturursan,

                        belə olmaz!

Gəlin deyir: deyə bilmədikləridi,

                        içində qalıb

ürəyini “diş”ləyir...

Ardını oxu...

 Şrift:

                                                 Qalib ŞƏFAHƏT

MƏN YAŞAMIRAM
 
Mən yaşamıram ki,
sadəcə, 
hər gün,
yaşamağın yanında 
işə gedib gəlirəm.
Hamı elə bilir ki, 
mən orda dincəlirəm.

Ardını oxu...

 Şrift:

                                 Cavanşir Muradov


Mənasız  sevgi
 
Eh dostum.Yalnızlıq da varmış,
Hamının qaynaşdığı dünyada,
Hər şeyin bir tarixçəsi var;
Qovuşmanın.
Danışmanın .
Sevişmənin.

Ardını oxu...

 Şrift:

SUS, SUS AY EVDAR XANIM

Adam lap təngə gəlir,
Söz dolaşır dilinə, dilini aça bilmir.
Haqsızlığın gözünə baxır, baxır, odlanır,
Əlini aça bilmir, iki kəlmə söz yazsın,
Ürəyini boşaltsın. 
Deyirsən ki, kim duyar, kim səsini eşidər
Kirmişcə dayan biraz.
Yazdıqların içində yozum-yozum olarsan,
Elə hey qınanarsan.
Sən özün kimsən axı, sözünün kəsəri nə?!
Nə olacaq deyərlər,
Bir evdar xanımın sözünün kəsəriynən.
Axı bağrım çartlayır,
Dözümüm, tabım hanı?
Necə gözardı edim bu qədər olanları.
Dilində ağı gəzir şəhidimin anası,
Ata sorağındadı neçə şəhid balası.
Mən necə dillənməyim,
Mən necə susum axı!
Dillənsəm görən nələr-nələr çıxar dilimdən,
Görən dediyim sözdən
Kimsə qalxıb deyəcək;
Ay ölənin rəhmətlik, dedin lap ürəyimdən.
Yox e yox..
"Onun-bunun" nə işinə,
Danışma boş-boşuna.
Sus, sus ay evdar xanım,
Yeməyinin duzuna bax,
Gücün özünə çatsın
Evini təmiz saxla,
Get oğluna, qızına bax.

                       AYSEL NƏSİRZADƏ


 Şrift:


İNDİ HƏLƏ DARIXMA

Tələsmə,
Get, biraz mənsizliyin,
Özgürlük çağın yaşa.

Vur həsrətin dibinə,
Çıx ən yüksəkliyinə.

Bir də baxıb görərsən,
Zaman yuyub yadını
Yerimə oturdubdu 
Özgəsini, yadını 
Başlarsan unutmağa.

Ardını oxu...

 Şrift:
 

                                Hüseyn BAĞIROĞLU

    Şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hüseyn Bağıroğlu 1961-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olub. 1987-ci ildə Xarkov şəhərində Kənd Təsərrüfatı İnstitutunu bitirib.
Uzun müddət Naxçıvan Dövlət Teleradio Komitəsində redaktor, aparıcı-müəllif işləyib. Şeirləri ölkəmizlə yanaşı, Türkiyə və İranda da dərc olunub.
"Adam kölgəsinə səsləmə məni" (1998), "Mən çiynimdən yerə qoydum dünyanı" (2001), "Başımda qar olur, ayağımda yaz" (2010) adlı kitabları oxucuların rəğbətini qazanıb. Şeirlərinə mahnılar bəstələnib.
 

Bir gün dönəcəyik biz o yurdlara
 
İnan, silə bilməz fələklər belə,
Alın yazımızdı o yurdlar bizim.
Əssə də xatalı küləklər belə,
Yaşadar ölməyən ümidlər bizi.
Qoşulub qoşun-qoşun ağ buludlara,
Bir gün dönəcəyik biz o yurdlara.

Ardını oxu...

 Şrift:
    
  
                    İsmayıl İmanzadə
 
Azərbaycan əsgəri
 
Vətənimin qüdrəti,
Xalqımın haqq səsisən.
Könlümdə qanadlanan
Bir zəfər nəğməsisən.
Yeri düşmən üstünə,
Babəkin, Xətainin
Ruhu sənə yar olsun!

Ardını oxu...

 Şrift:

                       Xəyalə SEVİL


Qadınlardan tanıdım göz yaşını
 
Qadınlardan tanıdım göz yaşını...
Eh! Onda ürəyim hələ sağıydı.
İlahi, gör necə unutdu məni,
İlahi, o necə unutmağıydı?!

Ardını oxu...

Sayğac