Xəbər lenti

 Şrift:

                          Xuraman CAMALQIZI
     Xuraman Camalqızı (Abbasova Xuraman Camal qızı) 1959 cu ildə Laçın rayonun Alxaslı kəndində anadan olub. Gənc yaşlarından şeir yazmağa başlayıb. 2007-ci ildə “Durnalar Var Köçümdə”adli kitabı işıq üzü görüb. Vətən həsrəti, Qarabağ harayı, şeirlərinin başlıca mövzusudur. 
 
DUYĞULARIM, VARAQ ÜSTƏ AĞLAMA
 
Göz yaşımı bulud kimi tut gözüm .
Ayrılığa inanma ki, mən dözüm, 
Duyğularım, varaq üstə ağlama,
Bu həsrəti belə təzə saxlama.
 
Unut gətsin, ürəyindən sil onu .
Duyğusuzdu, ürəksizdi bil, onu,
Aparıbdı gedər - gəlməz yol onu,
Duyğularım, varaq üstə ağlama,
Bu həsrəti belə təzə saxlama.

Ardını oxu...

 Şrift:

      
                                 Esmira  MƏHİQIZI



Bəs niyə axı

Bəs niyə umudlar umudlanmadı,
Bahar sevdaları sazağa düşdü.
Yaxınlar bir ağac yaxın olmadı,
Yaxınlar min ağac uzağa düşdü.

Yüyürdüm üstünə ağacın, kolun,
Qucax açmadılar, qol açmadılar.
Ayrılıq sərablar, yorğun ilğımlar,
Mənə sabahlara yol açmadılar.

Ardını oxu...

 Şrift:
   
                                                       Xələf AZƏRİ

  
   Gənc şair Xələfov Xələf İbrahim oğlu (Xələf Azəri) 1990-cı il, 02 oktyabrda Azərbaycanın dilbər və səfalı guşələrindən olan Laçın rayonun Qorçu kəndinə dünyaya göz açıb. Körpəlik və uşaqlıq illəri müharibənin ən qızğın çağlarında keçib. Şəki şəhər 19 saylı orta məktəbi bitirdikdən sonra, hərbi xidməti də başa vuran Xələf Azəri yaradıcılığını inkişaf etdirməklə yanaşı, həm də ali təhsil almağı özü üçün qarşısına məqsəd qoyub. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialının tələbəsidir. Hələ yeniyetmə yaşlarından şeirlər yazan qəhrəmanımız ədəbiyyatın, poeziyanın incəliklərini öyrənməyə, dərinliklərinə varmağa çalışmışdır. Gənc şairin bir neçə il öncə çapdan çıxan "Deyilməyən söz" kitabı şeir sevərlərin dərin marağına səbəb olmuşdur. Eyni zamanda internet portallarında və dövrü mətbuatda Xələf Azərinin şeirləri, kiçik hekayələri və publisistik yazıları mütəmadi çap olunmaqdadır. Gənc qəhrəmanımız həm də öz fəaliyyətini Region TV (Kanal S) də jurnalist kimi də davam etdirməkdədir. Şeirlərində apaıcı mövzu vətənə, millətə, ana məhəbbətinə dərin hörmət və sevgi olan gənc şair sevgi və məhəbbət mövzularına da yer ayırmışdır.




Bir şeir adı oxudum : "Allahın balaca qızı"

         (Xocalı soyqırımına həsr olunub)

 

Soyuq qar üstündə körpə meyidi,
Mavi gözlərində ümidlər yatır.
Bu ölü körpənin,ölü baxışı,
Hələdə insanda ümid oyadır.

Ardını oxu...

 Şrift:

                             Əntiqə SƏMƏNDƏR


HESAB

Hə, fərsiz övladam
Sına məni, söy məni.
Vətən şeiri istəyənlər görəndə
Əl qaldırsam,əllərimi çırp üzümə
danla məni, döy məni.

Ardını oxu...

 Şrift:
       
                                      Rəsul   MİRZƏ


Adam

Nə şair sözünə, nə söz iyinə
Nə də yazdığına aldanır adam.
Bir payız gecəsi özündən küsüb
Çıxıb getmişlərə dadanır adam…
Mən hansı  yollarla  sənə gəlim bəs?
Sən bütün yolları çıxıb getmisən...
Dalınca uzanan yoxluğunu da
Qapımın ağzına taxıb getmisən
Bir elin dərdi var indi canımda
Amma bir adamlıq canım qalmayıb
Nəyim var sevmisən vaxtında, -mənim
indi seviləsi halım qalmıyıb.

Ardını oxu...

 Şrift:
           
                        Zakir MƏMMƏD

   
                                     İki şeir, iki yarpaq

          (Adilə Nəzər və Şahnaz Şahindən – hərədən bir şeir)
Adilə Nəzərin şeiri

      Mən yoxam
Bulud dolsa, şimşək olub çaxardın,
Ulduz kimi burdan ora axardın,
Durub mənə yuxarıdan baxardın,
Batdı yerdəki ulduzun, - mən yoxam.
Evcik qurdum, ev xəyal edib durdum,
Xəyallarla ümidlərə yol hördüm.
Gözlərimi yummadan yuxu gördüm,
Çatdı vaxtı oyanmağın, -mən yoxam.

Ardını oxu...

 Şrift:
AYNALI QADIN

Qadının əlində ayna,
Əksində yad bir baxış.

Üzündə qısa ömrün uzun qırışları,
Ovcunda qıvrılan telləri.

Yaz qoxulu bu qadının,
Kim sovurdu yazına qış,
Qara qıvrım saçına qar.

Aynadan boylananın
Gözlərində giley-güzar,
Ürəyində dərdi sızlar.

Özüylə özgələşmiş,
Yadlığının bir səbəbi
Həsrət adlı illəti var .

             AYSEL NƏSİRZADƏ 
 
 Şrift:
 

                                   Könül ELDARQIZI


    Səfərova Könül Eldar qızı 1982-ci ildəBeyləqan şəhərində doğulub. 2001-ci ildə orta məktəbi bitirdikdən sonra Ağdam Dövlət Sosial İqtisadi Kollecinə daxil olmuş, eyni zamanda Mərkəziləşdirilmiş Kitabxana Sistemində çalışmışdır. Orta məktəb illərindən Ədəbiyyata marağı olan Konul Eldarqızı elə məktəb illərindən də lirik şerlər yazmağa başlamış və bədii yaradıcılığını davam etdirmişdir. Beyləqan rayonunda “Araz” ədəbi birliyinin üzvü olaraq o, 2014-cü ildə nəşr olunmuş eyni adlı almanaxda şerləri ilə çıxış etmişdir. Rayon tədbirlərində yaxından və fəal iştirak etmiş, şerləri bir sıra “Mədəniyyət”, “Azadlıq və zaman” “Vətən ugrunda”, “Quruluş”, “Əks Səda”, “Ekspress”, “Novator” “525-ci qəzet” və Ədəbiyyat qəzetləri və “Mədəni Maarif” jurnalinda dərc olunmuşdur. 2010-cu ildə “Könülün könül səsi” adlı ilk şerlər kitabı işıq üzü görmüşdür. “Persona.az” saytı olaraq, biz də Könül xanımın şeirlərini oxucularımıza təqdim edirik!
 
 
Başına mən dolanım!

Sabahımsan, axşamımsan,
Yar başına mən dolanım!
Pərvanəyəm, sən şamımsan,
Dur başına mən dolanım!

Dinlə agah olsun, sənə,
Bağlanıram gündən günə,
İnan, sənsiz dünya mənə,
Dar, başına mən dolanım!

Ardını oxu...

 Şrift:
            

                            İLTIMAS SƏMİMİ

 
 
          QARABAĞ
                   I
Laçınım hayqırır, Şuşam hayqırır,
Dirənir göylərə köçkünün ahı.
Könül sızıldayır, ürək yandırır,
Fəqət, o yurdsuzun nədir günahı?
 
Doğmaca yurdundan didərgin düşmüş,
Didərgin soydaşım, didərgin soyum.
Bu həsrət, bu möhnət, bu kədər, bu qəm,
Oyur ürəkləri hey oyum –oyum.
 
Qarabağ! Üstünə çökən bu duman,
Bu yağış, bu leysan, bu qar, bu boran.
Bu soyuq taleyin, bu soyuq bəxtin,
Üşüdür qəlbimi hər saat, hər an...
                    II
Xocalı fəryadım, Xocalı ahım,
Körpə cocuqların qətliyam yeri.
Kədərli dünənim, qəmli sabahım,
Qaraya büründüm o gündən bəri.
 
Qaraya büründüm Şuşamla birgə,
Ocağım dağıldı, obam dağıldı.
Yollar inildədi, çaylar ağladı,
Elim pərən – pərən, daha nə qaldı?!
 
Qarabağ! Türklərin əzəl yurd yeri,
Mənim də ruhumun ocağı, piri.
Yurdundan didərgin qaçqın elimin,
Sağalmaz ürəyin acı dərd –səri.

Ardını oxu...

 Şrift:

                      Xəyalə SEVİL
Bu başqa cür uzaqlıqdı
 
Onda
Ürəyim çərpələng idi,
Hər səni görəndə uçurdu havada.
İndi
Gözlərim yaş yuvası,
Yaş da qalmır yuvada.
 
Bu başqa cür uzaqlıqdı.
Anlaya bilirsənmi?
Mən əzbər bilirəm darıxdığını,
Bəs özünü uşaq kimi
Danlaya bilirsənmi?

Ardını oxu...

Sayğac