Xəbər lenti

 Şrift:

                                                  Ayaz ARABAÇI


             HARDASAN


Könlümü göynədən xatirələrdən,
Gözümü kiminlə açım, hardasan?
Nə qədər hönkürüm şeir diliylə,
Nə qədər səninçün acım, hardasan?

Dilim heca-heca adında çaşır,
Məni sinəmdəki bu dağdan aşır,
Göz yaşım gözümdə Kür kimi daşır,
Baş alıb hayana qaçım, Hardasan?..

Ardını oxu...

 Şrift:








  Mərhum xanəndə Səxavət Məmmədovum əziz xatirəsinə...



Səsin də işğalı olurmuş
ölüm adlı işğalı.
nə əsir saxlamaq olur,
nə azad etmək...
Dəhşətə bir addımdır,İlahi
-itirdiyini qaytarmaq həvəsi.
Gün batmışdı o işğalda,
bahar bir boğaz səsə çevrilib
çökdü şeirin qulağına.
Günəş o yandan çıxıb,
bahar gülündən bəlli,
amma o səs qayıtmadı..

 

 

Zalımın oğlu
Sənə ümid boyda yollar.
Mənə qatar boyda həsrət,
qalacaq, zalımın oğlu.
Məni şeir ürəyinə
Səni bir qız qollarına,
alacaq zalımın oğlu.
Gələcək, o gün gələcək,
Ümid boyda bildiyin yol,
Səni bir qatar izinə,
salacaq zalımın oğlu.

 

Əntiqə Rəşid üçün

Hər yuxu suya yozulmaz,
Suları dondurar yuxu.
Hər sevincə gülmək olmur,
sevgidən gözlər yaşarar...
Hərdən çılğın xatirələr,
Ürəyindən çıxıb,vərəqə qaçar
Yadından çıxar bahar,
payızın ortasında,
Bir qatar gözləyərsən,
içi ümid dolu qatar...
Qışa bir addım qalmış.
qatar gəlməz
-ümidlərin qırılar
elə ömür bağında,
... və bir "nağıl" göyərər.

 

 

 

***
Hər şey o gözlərdə
adi idi, sadə idi
Elə rəngsiz çəkillər kimi,
və birdə sevgisi kimi.
                  

 

***
Səndən ayrılığa yol gedər,
… gedər.
Kirpiyimlə qurmuşdum
o ucalığı sənə.
Elə ordan yıxıldın,
sən evi yıxılmış.

                                                                Əntiqə   Səməndər

 

 

 Şrift:



DARDA QALANIMA KÖMƏK OL, ALLAH !




Gözümün önündə sızlayır balam,

Darda qalanıma köməy ol,Allah!
Nə dərdi qadası var,mənim olsun,
Nəfəs almağıma gərəy o, Allah!

Sınanmasın heç bir ana balayla, 
Çəkilən ağrıdan ölmək də olmur.
Qondurub dodağa solğun bir gülüş,
Dostun xatirinə gülmək də olmur. 

Sınaqdı həyatda nə gəlsə başa,
Səbrimiz,şükrümüz sınaqdan keçər,
Dərd düşdüyü qəlbi deşər,sızladar
Görənə, bilənə uzaqdan keçər.

Nə olsun döz deyir qıraqdan çoxu,
Döz demək azaltmır qəlbin yükünü.
Anam da çox deyir dərdini alım,
Amma kəsə bilmir dərdin kökünü.

Əlacım bir sənə qalıb, ay Allah,
Çarəsiz dərdimin səndə dərmanı.
Bala acısını göstərmə nolar,
Almadan mən quldan verdiyin canı.
 Şrift:
HƏYATA YARI YAMAĞAM


Elə tutubdu tərsliyim, 
Ağlamağa ərinirəm.
Mən yetimin fağır qızı,
Bəxti yavər görünürəm.

Ruhumda bir yorğunluq var,
Yükü ürəyimi əzib.
Deyingənəm bu aralar,
Öz anam da məndən bezib.

Dua etdim duyulmadı,
Əlim ətəyimə düşdü.
Günahlarım yuyulmadı,
Ölüm gəlib,son görüşdü.

Neçə ildi öyrəşməmiş,
Həyata yarı yamağam.
Hamı ev sahibi gəlmiş,
Bu dünyaya mən qonağam.

30 iyul 2016 
 Şrift:



Nigar Ağalarova



Xortlayıb yenə sabahın ölmüş canı.

Bilmirəm hava sakit quzu balasıdı,

yoxsa qaynayır qanı.

"Yenə yağış yağır"-

-deyə səs götürür bayırı,

Qapılar döyülür,

Gələn Sentyabrdı.

Külək dinməzdi bugün,

Incə-mincə qız olub

Darıyır saçlarını,

Nəsə heç xatırlatmır,

Həmişəki, ipə-sapa yatmayan,

O çılğın qaraçını.

Yavaş-yavaş,aram-aram,

Payız gözünü açır,

Qarış-qarış,saram-saram

Dəhlizində sürüyür qıçlarını.

Əsnəyib,gərnəşir,

açır qırışlarını.

Biraz qırmızı,

Biraz sarışın

Yarpaqlar pıçıldaşır:

"Fəsil tilsimi qırdı,

Gələn Sentyabrdı"...

Ümidsiz xışıltılar,

Hərlənib yumaq-yumaq,

Çatanda torpağa,

Əyilib qulağına,

Deyir yuxu vaxtıdı.

Yorğanı tökülür öz ayağına,

Küçələr dönüşür,

Xəzəlin yatağına,

Fəsil tilsimi qırdı,

Gələn Sentyabrdı..

 Şrift:



Elvin Paşa



Mən ömür sürürdüm həyat yolunda
Əl edib saxladın gəldiyim yerdən
Qəzanın günahı məndədi, kaş ki,
Dönəydim həmişə döndüyüm yerdən

Nə yolun sonudu, nə də ortası
Yolun girişində qalmışam demə
Adamdan adama keçib gedibsən
Piyada ke.çidi olmuşam demə

Zaman ayrılığa dərman olmadı.
Çarəmiz dünyanın harasındadı?
Dərdlərə bir damcı məlhəm istədik,
Dedilər dünyanın yarasındadı!

Hərədə bir yerə, hərədə bir cür
Açılır bu ömrün bağlı yolları
Deyəsən hamıya yaşıl göstərir
 Bir mənəm gözləyən işıqforları.

 Şrift:


                       Etibar VƏLİYEV



SƏN DEYƏN KİMİ 

(ATAMIN RUHU ŞAD OLSUN)

Atacan, qururum polad kimidi,
Özüm də dəmirəm, sən deyən kimi.
Çətinə düşəndə namərd önündə,
Qəddimi əymirəm, sən deyən kimi.

Aşiqi olmuşam qara gözlümün,
Şəkəri olmuşam şirin sözlümün.
Nə bir kimsəsizin, nə bir məzlumun,
Qəlbinə dəymirəm, sən deyən kimi.

Ardını oxu...

 Şrift:


    Türkün yolu – Turan yolu
 
Qoca Türküm!
Ulu Türküm!
Buludları yarıb keçən
Bozqurdumun yolu -  Türküm!
Sən göylərdən enib gələn –
Göy Tanrısan!
Cəsarətlə, ucalıqla tən yarısan!
Özün olanda məğrursan!
Sən öz yerində durursan,
Dörd yanında nələr olur,..

Ardını oxu...

 Şrift:
 
 ELƏ QƏRİBSƏMİŞƏM

Sərin bir kənd havası,
Quşların cıvıltısı,
Açsın səhərin gözün,
Suların şırıltısı.
Dağların ətəyində,
Duraq üzü gündoğana.
Gün doğsun üzümüzə,
Lovğalana-Lovğalana. 
Əlimdən tut, əlimdən,
Çoxdan sənsizləmişəm.
Üzülmüşəm həsrətindən.
Elə qəribsəmişəm.

Ardını oxu...

 Şrift:

                                                 Xəyalə SEVİL


Əllərim gecə gözətçisi
 
Gözümdəki buludları boşaltmadın,
Bir bulud da sən verdin,
Bir  “unut” da sən verdin,
Unudaram...
İndi
Gözlərimin xəritəsində
Sən tərəf qaranlıq.

Ardını oxu...

Sayğac