Xəbər lenti

 Şrift:
 
                                   
Əlizaman BAXIŞ
    BAXIŞOV ƏLİZAMAN ƏSGƏR OĞLU  1950-ci il iyun ayının 26-da Masallı rayonunun Hacıtəpə kəndində anadan olmuşdur.
1965-ci ildə Hacıtəpə kənd 8 illik məktəbini bitirib Lənkəran Pedaqoji Məktəbinə daxil olmuş, 1969-cu ildə pedməktəbi bitirib sinif müəllimi ixtisası qazanmışdır.
1969-cu ildən 1982-ci ilə kimi Masallı rayonunun Həsənli kənd orta məktəbində müəllim işləmişdir.
1974-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) filologiya fakultəsinə daxil olmuş, 1980-ci ildə oranı bitirmişdir.
1982-ci ildən Masallı rayonunun Hacıtəpə kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Hazırda təqaüddədir!
2010-cu ildə “Hacıtəpə (keçmişdə və indi)” adlı kitabını nəşr etdirmişdir.
Respublikanın dövri mətbuatında bədii və publisistik yazıları ilə mütəmadi çıxış edir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Ailəlidir - 3 oğlu və 1 qızı vardır.
 
 
 
                                  ÇOBAN VƏ QURD BALASI

                                           Comərd çobanla xəbis qurd balası haqqında ballada
 
                                           Dəmiri döyməklə yumşalar əlbət,
                                           Qurd oğlu qurd olar yenə, nəhayət.
                                                                              (Sədi Şirazi)
 
Bizim qocaların şirin dilindən
Belə bir hekayət eşitmişəm mən:
--Keçmiş zamanlarda bir çoban varmış,
Gəzirmiş çölləri, çox bəxtiyarmış.
Yayarmış sürünü çölə, çəmənə,
Hər yer qərq olarmış tütək səsinə.
Dağların qoynunda, qayalar üstə,
Dərələr dibində, bulaqlar üstə
Süfrəyə qoyarmış halal çörəyin.
Allaha bağlarmış qəlbin, ürəyin.
Bu cür ömr edərdi dünyada çoban,
Xoşbəxti yox idi, bəlkə də, ondan.

Ardını oxu...

 Şrift:

              ADİLƏ NƏZƏR
 
 SƏNİN PƏNCƏRƏNDƏ MƏNİM ÜMİDİM
 
Nə köks ötürürəm, nə ah çəkirəm,
Sönür adımıza yandırdığım şam.
Sənin pəncərəndə mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.
 
Bilmirəm nə işdi, daşdan fərqi yox,
Qaynar gözlərinin qışdan fərqi yox,
Qəlbimin bir bala quşdan fərqi yox,
Əcəl təri tökür hər nəfəsində.

Ardını oxu...

 Şrift:

                                 AFAQ ŞIXLI


            MƏNSUR ŞEİRLƏR
 
 
BAXIŞLARIMDAN BAXIŞLARINA
 
 Gizlicə yaxınlaşıb gözlərimi qapa...
 Ovcunun içində açım gözlərimi,
 Əllərinə yazılmış tale naxışlarına toxunsun baxışlarım.
 Bəxtinin yollarında
 Uzun bir ömrün xoşbəxt gələcəyini görüm.
 Birgə addımlayan ikimizi,
 Bərabərliyimizi,
 Sevgimizin ölməzliyini görüm.

Ardını oxu...

 Şrift:


XƏYAL QURAN QADINLAR


Köpük- köpük buludların altında,
Xəyal qurur
Arzuları puç olmuş,
Həssas, kövrək qadınlar.

Əvvəl qəlbini oğurlayırlar,
İçində arzuların gedir.
Sonra azadlığın,
Qəfəsə salınırsan.

Ardını oxu...

 Şrift:
                                           Tural ADIŞİRİN
 
QORXURAM
 
Bu vədəsiz,bu sorğusuz sevginin,
Vədəsiz də ölməyindən qorxuram.
Tənə edib,gizli-gizli üstümə,
Dost-tanışın gülməyindən qorxuram.
 
Üzük idin itirmisən qaşını,
Dərdlər bir-bir ürəyimə daşınır,
Gözlərinin mən axıdan yaşını,
Yad əllərin silməyindən qorxuram.

Ardını oxu...

 Şrift:

                                  Ədalət BƏDİRXANOV

Proloq

Mən bir yol axtarıram,
Azadlığa gedən yol !
Bu yol haqqın yoludur,
Ya öl, ya da azad ol !
Mən bu yolla gedirəm,
Haray çəkib deyirəm
Dünyada insanlara,
Azadlıq istəyirəm !

Ardını oxu...

 Şrift:

YAŞLI ADAM

Hər səhər pişikləri yemləyən, yaşlı adam,
Burda tək sən idin, ağıllı - başlı adam.
Hər səhər pəncərəm açılanda,
ilk sənin səsin gəlirdi...
Piş... Piş...piş...
Ya da kış...kış...
Göydələnlər insanları insanlardan ayırır
Bəlkə də insanlıqdan.

Ardını oxu...

 Şrift:

                                              Rəfail Tağızadə
 
 Həsrət yolçusu

Ay bu yolu gedən balam,
yolu, səmti bilirsənmi?
 O tanınmaz cığırlardan
 kolun izin silirsənmi?
 İz üstünə iz düşdümü,
 dərdlər səni üşütdümü?
Öz özünü çağıranda,
 könlün bir səs eşitdimi?
Təpələr düzəndimi ,
düzəni çala yerdə,
bu olmayan canımı
qurtarıb ala yerdə.

Ardını oxu...

 Şrift:

                                       Ayaz ARABAÇI
Təsir əks təsirə bərabərdi deyərdi
fizika müəllimi.
Bizə aydın olsun deyə
düsturları incələyərdi.
Latın hərfləri bomboz lövhədə
Çəmənlik axtaran qoyunlar kimi mələyərdi.
Riyaziyyat müəllimi yekə bir tənliyi
saatlarla həll eləyib
sevinərdi aldığı "0" cavabına...
Baxıb mat-məəttəl qalardım.

Ardını oxu...

Sayğac