Xəbər lenti

 Şrift:

MƏNİM BƏXTSİZ ARZULARIM

Mənim bəxtsiz arzularım, 
Yalvarıram gözlərimə çarəsizcə siz baxmayın,
Günahsız baxışlar ilə 
Düşüncəmi məndən alıb 
Viran eləyib yıxmayın.
Mən özümü qatil kimi hiss edirəm 
Mən öldürdüm sizə doğma olanları 
Arzularda xəyal kimi qalanları, 
Qırdım sizin addım atan ayaqları 
Məhkum etdim sizi əlil həyatına. 

Ardını oxu...

 Şrift:


                 Mikayıl BOZALQANLI



BU GÜN YENƏ SAZ GÜNÜDÜ...

Haray, dəlilərim, haray,
Bu gün yenə saz günüdü.
Könülləri abad edən,
Qəlbə xoş avaz günüdü.

Meydan sula qara sazım,
Bu meydanda itim, azım,
Gəl, mənim şirin avazım,
Qış bitməmiş yaz günüdü.

Ardını oxu...

 Şrift:

ƏVƏZİMƏ KİM GÜLDÜ? ! 

Məni ağladan fələk,
Əvəzimə kim güldü?!
Kim bəxtimə qarğadı,
Kim yoluma daş hördü?!

Ağıl ürək düşmanı,
Ağlı düşünən hanı.
Gözlərimdən düşəni,
Ürəyimə kim gömdü?!

Ardını oxu...

 Şrift:

                              Mina RƏŞİD

 
 DÜNYA UŞAQ QATİLİ

Suriyada məktəbə bomba düşüb
 
Dünya uşaq qatili
Bomba düşür məktəbə.
A cəllad, balamızın
Günahı nə, suçu nə?!
 
Əli kitab, qələmli
Uşaq elə sevincək...
Dünya dar ağacında
Körpələrə yelləncək!

Ardını oxu...

 Şrift:


                                            Firəngiz ƏHMƏDOVA



***
Qayıdıb yenə də özümə gəldim,
Gördüm ayaqlarım sözümdən çıxıb.
Bir it qarınını doyurmaq üçün,
Sümüyüm ayrılıb dizimdən çıxıb.

Yığıb kölgələri çadır qurmuşam,
Bilmirəm içimdə vaydı yoxsa toy.
Mənim sənə qaçan bu küt ağlımı,
Ütüyə gəlməyə qabığımı soy.

Ardını oxu...

 Şrift:
 
 
                                          Xəyalə SEVİL

Əllərim gecə gözətçisi
 
Gözümdəki buludları boşaltmadın,
Bir bulud da sən verdin,
Bir  “unut” da sən verdin,
Unudaram...
İndi
Gözlərimin xəritəsində
Sən tərəf qaranlıq.

Ardını oxu...

 Şrift:
                       Əlizaman Baxış
 
                 Səndən xəbərsiz ...
O gün!
Həmin gün
qəlbinə qor  yağıbmış, sən demə, qor!
Mənim qəlbimdə yanan,
alovlanan atəşin çınqıları
yandırıb yaxıbmış səni!

Ardını oxu...

 Şrift:
                                 Aysel NƏSİRZADƏ

BİR ŞAİR VƏFASIYLA


Baxışında qaranlıq günlərimin
Solğun parlaqlığı...
Gözümün önündəki varlığın yox olmağa hazırlığı...
Ürəyinin sızlayışı,
Ürəyimin buzlayışı..
Çətin olur ayrılıqlar, çətin olur
Hələ ayrılanın illər boyu varlığını
Varlığın tək əzbərinə yazmısansa,
Hər bir kəsdən fərqləndirib
Öz dünyana almısansa
Çətin olur...
Bir də zaman var, zaman.

Ardını oxu...

Sayğac